Yazıçı publisist Pərvinə məktub

 

Hörmətli Pərvin, qələmindən çıxan yazıları ilk dəfə vaxt oxuduğum yadımda olmasa da, iki cəhət yaxşı yadımdadır. Böyük qızımın adını daşımağın təfəkkürün. “525-ci qəzet”in daimi abunəçisi olduğum üçün yazılarını izləyə bilirəm. Yazılarından hasil etdiyim qənaətlər qədərincədir. Hər şeydən əvvəl sənin təvazökarlığın, müşahidə qabiliyyətin, dünyagörüşün, ədəbiyyatımız ədəbiyyatşünaslıq elmimizə bələdliyin, yeni söz demək qabiliyyətin, ən mühümü təfəkkürün məni razı salır.

Qəzetinizin bitgin bir əsərə bənzər sayında (3.XI.12) yer alanRafiq Yusifoğlunun könül səltənətiməqalən istisna təşkil etmədi. Mən yaşda olan adamlar bütün yazıları başdan ayağa oxumurlar. Buna ömür çatmaz. Bir ki, dəniz suyunun duzlu olduğunu bilmək üçün bir damcı kifayət edir. Sənin bu yazını iki dəfə, özü diqqətlə oxudum çox da sevindim. Əvvəla, ədəbiyyatımıza dair biliklərinin haradan qaynaqlandığı mənə məlum oldu. Filoloq olduğun, hətta Azərbaycan Dövlət Pedaqoji Universitetində magistratura pilləsini bitirdiyin (şübhəm yoxdur ki, əla qiymətlərlə) məni daha da sevindirdi. Bu əsassız deyildir. yaxşı ki, mətbuatda xalqımıza, ədəbiyyatımıza vicdanla xidmət edən sənin kimi qələm sahiblərimiz vardır. Xalq yazıçısı Elçininsəviyyəsiz mətbuat, səviyyəsiz oxucu yetişdirirkəlamı böyük həqiqətlərdən söz açır. Məlumdur ki, mətbuat azadlığı ölkədə bərqərar olan demokratiyadan istifadə edərək indi kimin əlinə qələm keçir, qəzet ya jurnal buraxır.

Qloballaşmanın qlobal təzadları ilə aləmə meydan oxuduğu, ciddi mənəvi aşınmalara gətirib çıxardığı, Xalq şairi Sabir Rüstəmxanlının doğru olaraq qeyd etdiyi kimi, mətbuatda qeyri-peşəkarlığın tüğyan elədiyi, sözün ucuzlaşdığı, özünü sözünü bilməyənlərin jurnalistlik iddiası ilə ortaya çıxdığı bir zamanda sizin kimi fədakar jurnalistlərə böyük ehtiyacımız vardır.

Pərvin, qızım,  Rafiq Yusifoğlunun könül səltənətiadlı məqaləni bir şeir kitabına rəy kimi qiymətləndirmək ən azı insafsızlıq olardı. Bu məqalədə söz açılacaq çox mətləblər vardır.

Ədəbiyyatşünas alim, professor Rafiq Yusifoglunun portretini çox ustalıqla yaratmısan. Rafiq müəllim doktorluq dissertasiyasını mənim 1994-cü ildən üzv olduğum Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında müdafiə etdi. Təsdiqini alan kimi onu şuramıza üzv seçdik. Bu faktın özü onun ədəbiyyatşünaslıq sahəsində həqiqi nüfuza malik olduğundan xəbər verir. Rafiq müəllim səmimi xeyirxah insan, tanınmış şairdir. Sən haqlısan, doğrudan da qafiyə sistemi ənənəvi mövzulara fərqli yanaşma tərzi, bədii təsvir ifadə vasitələrindən ustalıqla istifadəsi Rafiq Yusifoğlunun poeziyasının orijinallığını təmin edir.

Hörmətli Pərvin, sən öz dəst-xəttinlə yaşıdların arasında seçilən yazıçı zamanın tələbini duyan jurnalistsən. Hiss olunur ki, daim öz üzərində işləyirsən. Yazılarında heç vaxt özünü təkrar etməməyin mənə bu qənaətə gəlməyə imkan verir.

Yadındadırsa bir dəfə Yazıçılar Birliyində sənin hədəfə düz dəyən dərin mənalı məzmunlu çıxışından sonra söz alıb bəyan etdim ki, “525-ci qəzet”in ən arzuolunan, ən çox oxunan qəzetlər sırasında olmasında sənin zəhmətin halalca payın vardır. Qəzetinizin redaktoru sənin haqqında ürəkaçan sözlər dedi bizi məmnun etdi. Həmişə belə təriflərə layiq olasan. Heç vaxt insan əskildən şöhrət xəstəliyinə mübtəla olmayasan.

Yaradıcılığına dərin hörmət bəsləyən, sənə yeni-yeni uğurlar diləyən

4.XI.12

 

 

Qəzənfər Paşayev,

Professor

 

525-ci qəzet.- 2012.- 9 noyabr.- S.12.