"Məlumatlı olsaydı, soruşmazdı ki, Naxçıvan niyə Azərbaycandan aralı düşüb"

 

 Prezident Administrasiyasının Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədovun müsahibəsi

 

 - Novruz müəllim, Avropa Komissiyasının Elektron məsələləri üzrə vitse-prezidenti Neelie Kroes bu günlərdə Azərbaycanda internet azadlığı barədə bir neçə müsahibə verib. Bu haqda...

- Düzünü sizə deyim, mənim bu xanım haqqında məlumatım azdır. Onu bilirəm ki, Azərbaycana birinci dəfədir ki, gəlir və Azərbaycan haqqında ümumiyyətlə heç bir məlumatı yoxdur. Əgər belə olmasaydı, onu müşayiət edən azərbaycanlı nümayəndədən soruşmazdı ki, Naxçıvan niyə Azərbaycandan aralı düşüb. Ancaq, eybi yoxdur, bilməmək böyük günah deyil. Buna fikir verməmək də olar.

 - Xanım Neeli Kroesin səfərinin məqsədi nə idi?

- Maraqlısı odur ki, Azərbaycana birinci dəfədir gəlir. O da maraqlıdır ki, xanım Neelie Kroes Azərbaycanda BMT-nin təşkilatçılığı ilə keçirilən VII İnternet İdarəçiliyi Forumunun açılış sessiyasına və mərasiminə dəvətli olsa da, bu mühüm tədbirlərə gəlməyib. Yəni BMT-nin belə mühüm bir tədbiri Azərbaycanda keçirməsinin bu beynəlxalq təşkilatın Azərbaycanın İnternet İdarəçiliyi sahəsində əldə etdiyi uğurlara verdiyi yüksək qiymət olmasına baxmayaraq xanım Neelie Kroes üçün maraqlı olmayıb.

 - Yəni belə düşünməyə əsas var?

- Bilirsiniz, artıq qeyd etdim ki, VII Beynəlxalq İnternet İdarəçiliyi Forumunu BMT təşkil edib. Bu Foruma 1500-dən artıq internet idarəçiliyi ilə məşğul olan xarici mütəxəssis, rəhbər gəlmişdi. 20-dən artıq ölkənin nazirləri iştirak edirdi. Bu nümayəndələrin arasında BMT-nin Baş Katibinin müavini cənab Hu, Beynəlxalq Telekommunikasiya İttifaqının Baş Katibi cənab Ture, İnternet İdarəçilik Korporasiyasının Prezidenti cənab Fadi Şehad, ABŞ Beynəlxalq İnternet Cəmiyyətinin Prezidenti xanım Lin St. Amur, ABŞ Dövlət Departamentindən İnformasiya Kommunikasiya üzrə Baş Koordinatoru cənab Vervyer, “Google” şirkətinin Vitse-prezidenti cənab Vinton Serf İnternet İdarəçiliyi sahəsində onlarla bu kimi yüksək mənsəb sahibləri vardı.

 - Bəs belə bir mötəbər toplantıdaForumda əsas fikir nədən ibarət oldu?

- Məsələ burasındadır ki, yuxarıda adlarını sadaladığım rəhbər nümayəndələr, eyni zamanda Böyük Britaniyanın, Sloveniyanın, Misirin nazirləri, eləcə digər natiqlərin əsas mövqeyi ondan ibarət idi ki, Azərbaycan İnternet İdarəçiliyi sahəsində, həqiqətən , böyük uğurlar qazanıb. Azərbaycanda internet azadlığı var. Ölkədə internet-radio internet-televiziya proqramları, elektron qəzet jurnallar, xarici daxili sosial şəbəkələr geniş yayılıb. Minlərlə bloqqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir:

Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da insan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir. İnternet mediasının inkişafı, internetdə fikir söz azadlığı, sosial şəbəkələrin genişlənməsi, hökumətin açıq şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsi Azərbaycanda da qlobal internet şəbəkəsinin insanlara verdiyi yeni imkanlardır.

 - Bütün bunlarla bərabər xanım Neelie Kroesin fikirləri ilə bağlı deyə bilərsiniz?

 Bir daha təkrar edirəm. Xanım Neelie Kroes Avropa Komissiyasının Elektron məsələləri üzrə vitse-prezidenti olaraq dəvət aldığı Forumun əsas tədbirlərinə qatılmayıb. Azərbaycana birinci dəfədir ki, gəlib, ölkəmiz haqqında məlumatı isə yox dərəcəsindədir. Bununla belə, təəssürat yaranır ki, xanım sanki özünün qarşısına qoyduğu xüsusi missiya ilə gəlib. Bu missiya isə Azərbaycan haqqında yalan, qərəzli, həqiqətə uyğun olmayan məlumatları intervyu verməklə yaymaq olub. Axı sual yaranır: üçünbu sahə üzrə dünya ictimaiyyəti İnternet İdarəçiliyi sahəsində, ifadə azadlığının təmin edilməsində Azərbaycan hökumətinin fəaliyyətinə yüksək qiymət verərək Azərbaycanı regionun lideri hesab edir, xanım Neelie Kroes isə qarayaxmaqla məşğul olur. Məqsəd bu  idisə, elə Brüsseldən edəydi. Onsuz da onun Azərbaycandan xəbəri yoxdur.

Xanım Neelie Kroes anlamalıdır ki, o çox yüksək vəzifə tutur, onun vəzifəsi isə əməkdaşlığa töhfə verməkdir, mane olmaq yox. Əgər hesab edirsə ki, müstəqil dövlətə göstəriş ya əmr vermək hüququ var, səhv edir. Bunu başa düşmək lazımdır. Azərbaycanla belə yüksək tonda danışmaq qəbuledilməzdir. O bunu başa düşmürsə, təəssüf edirəm.

Digər tərəfdən xanım Neelie Kroesin fundamental hüquqlardan ağızdolusu danışmaqla bunun məsuliyyətini necə başa düşür, bilmirəm, amma deyəsən heç Azərbaycan ərazilərinin iyirmi ildən artıq işğal altında qaldığından bu ərazilərdə yaşayan bir milyon əhalinin illər ərzində bu fundamental hüquqlardan məhrum olduğundan xəbəri yoxdur. Olsaydı, heç olmasa özünə bəraət qazandırmaq üçün bir söz deyərdi.

Xanım Neelie Kroes, yəqin bilməmiş deyil ki, (bu vəzifəsində iki ilə yaxındır ki, işləyir) belə qərəzli, həqiqətə uyğun olmayan bəyanatlar əməkdaşlığın inkişafına töhfə verə bilməz, əksinə mane olar. Ona görə , başqa sahələrə qarışmaqla, özünü pis vəziyyətdə qoymasın. Azərbaycan Respublikasının həm Avropa İttifaqı, həm NATO ilə əməkdaşlığı indiyədək çox yüksək səviyyədədir. Xanım Neelie Kroesin nəzərinə çatdırıram ki, Azərbaycanlaarasında strateji əməkdaşlıqla bağlı memorandum hələ 2006-cı ildə  imzalanıb. Yəqin bundan da xəbərsizdir. NATO ilə əməkdaşlığa gəldikdə isə, bütün sahələri, o cümlədən Əfqanıstanla bağlı əməkdaşlığa nəzərə alsaqbu əməkdaşlıqda Azərbaycanın rolunun dərəcədə yüksək qiymətləndirildiyini, düşünürəm, vurğulamağa ehtiyac yoxdur. Xanım Neelie Kroes, azacıq da olsa maraqlansaydı, dediklərinə peşman olardı.

 

 

525-ci qəzet.- 2012.- 9 noyabr.- S.5.