“Bir gənc adam“
Mən bir gənc adamam
əlimdə əsa
Üzümdə həyatdan minbir
cizgilər...
Mən bir gənc adamam
həyat buraxsa
Bir əsir yaşaram yaşlı deməzlər!
“Gənc Adam” qarşımda
durdu. Əlini mənə doğru uzatdığında bir an qarşımda gənc araşdırmacı
Vüqar Şəmsizadənin
durduğunu zənn etdim. Az
daha ona “salam” yerinə canından daha çox sevdiyi Arzunu soracaqdım... Amma susdum. Eynilə haqsızlıqların
qarşısında bəzən
vicdanın susduğu kimi.
Ədəbiyyat, insanı hər
dəfəsində yenidən
və fərqli bir şəkildə var edən bir
sənətdir. Fransız filosofu
Georges Bataille, ədəbiyyatda
yenidən yaratmanın
pislikdən keçdiyini
iddia edir. Halbuki şərqdə şərin belə xeyri vardır (Əhvən i şər) və şərqin ədəbiyyatı qərbin
əksinə hər şeyi yox etməz, öldürər
və şəfqətiylə
yenidən yaradar!
Qarşımdakı “Gənc Adam”, bir dövrü yalanları, doğruları, dostluqları,
eşqlərı, xəyanətləriylə
yenidən yaradaraq gözlərimin önünə
sərən bir adam... Bədbəxt Sovetdəki
o dövr mənə
o qədər yabançı
ki, o dövrün hekayəsini hər oxuduğumda sanki əfsanələr dinləyirəm
kimi gəlir mənə.
“Gənc Adam”ın qarşımdakı varlığı
o dövrün əfsanə
olmadığını, acı
bir gerçək olduğunu mənə anladırdı.
Və mən susurdum.
İlk tanış olduğunuz bir ədəbiyyat adamıyla
nə danışılar?
Ədəbiyyatmı? Yoxsa həyatmı?
Biz həyatdan danışdıq.
Tam səksən beş
illik bir ömrü gəncliyə
daşımış müdrik
bir insanla həyatı danışmamaq
mənim üçün
müdhiş bir əksiklik olardı. Bu əksikliyi gözə
alammazdım.
Təbii ki ona, “Həyat
nədir?” deyə sormadım.
Sadəcə gözlərində və
hələ gəncəcik
qalmış təbəssümlərində
həyatın acılı
şirinli izlərini axtardım. Tapdım da. O izlərdə
peşmanlıq və
usanmışlıq yoxdu.
Cəhd,
ümid və xoşbəxtlik vardı.
Eynilə onun şah əsərim dediyi romanı “Vicdan Susanda”dakı qəhrəmanı Vüqarda
olduğu kimi...
Vüqar nə üçün yaşayırdı? İdealları və eşqi üçün... Bu səksən
beş yaşındakı
gənc adamın da simasında ən
qədim idealların və ən təzə eşqlərin
izlərini hərf hərf oxumaq mümkündür.
Yanında qaldığım iki saat içində ondan həyatı oxuya bildiyim qədər oxudum. Dilimdən tökülənlər
oxuduqlarımın yanında
sadəcə təfərrüatdı.
O təfərrüatların kölgəsində yemək
yedik, çay içdik, lətifələr
anlatdıq. Amma əsas məqsədimiz
olan ədəbiyyat haqqında bir kəlmə də olsun danışmadıq.
Bir kəs olsun qapısından içəriyə addımımı
atmadığım bir
kimya fakültəsi,səslərini
duymadığım elm adamları,
qısqanclıq rüzgarları
və var olma davası içində yuvarlanıb
gedən o dövrü
və o dövrün insanlarını
ustalıqla günümüzə
və hətta gələcəyə daşıyan
bu “Gənc Adam” mənalı və müdrik gözləriylə
gözlərimin içinə
baxırdı.
Əslində ona sorulacaq o qədər soru vardı ki! Romanındakı İsməti
qəsd edərək
“İnsan insanı nə üçün qısqanır?”
deyə bir sual verə bilərdim. Hətta ona hər insanın ruhunda bir azcıq özünə yer tapan qəhrəmanlarından
biri olan Mərhəmətdən izlərin
olub olmadığını
da sora bilərdim.
Sormadım.Onları kitabdakı rollarında
rahat buraxmaq istədim. Amma Flaubert’in “Madam Bovary mənəm!”
sözü hər ağlıma gəldikcə
arada bir “Siz nə qədər Vüqarsınız?” deyə
düşüncələrimi məşğul edən sualı bilirdim ki, əsla verəmməyəcəm.
“Gənc Adam” mənim
sual dolu gözlərimdə nələr
olub bitdiyini anlamış kimi qolumdan tutub məni kitabxanasına götürdü. Üst üstə yığılmış
kitabların arasında
mən “Vüqarı, Arzunu,
Professor Söhrab Günəşlini
ararkən o, mənə
“Haydı ver suallarını!” demiş
kimi baxıb bir başqa kitabını – “Bulanlıq
Dünya”nı imzalayıb
verdi.
Suallar hələ
cavabsızdı. Ən yaxşısı da sualları ona deyil, əsərinə
sormaqdı. Çünki
yazarların özləri
deyil, əsərləri
toplumun aynasında özünə yer tapırdı.. Bəlkə də bu səbəbdən Stefan
Zweig Dostoyevski haqqında
belə demişdi:
“ Rusiya
xristian olduğu üçün Dostoyevski
xristiandır. O, əslində
xristianlığa deyil, Rusiyaya
inanırdı.”
Bu “Gənc Adam”ın
gözlərində, duruşunda,
baxışında da
Azərbaycana və onun gələcəyinə
yönəlik böyük
bir inanc vardı. Bəlkə də bu inanc ona “Vicdan
Susanda” kimi altı yüz səhifəni keçən
bir roman yazdıra bilmişdi.
“Gənc Adam”, yəni dövrünün şahidi,
yəni müdrikliyin timsalı, yəni bir çinar olan Vidadi Babanlı
mənə o iki saat içində pək də çox danışmadan, izah etmədən gözlərindəki işıqla
həm həyatdan, həm də ədəbiyyatdan anlatmışdı.
O anlatışları mən
onun inandığı
davadan, yəni bağımsız və gələcəkdə vüqarlar
kimi idealist, özündən
əmin, çalışqan,
dürüst və eşq dolu nəsillərlə
dolu olacaq olan Azərbaycana olan inancından anlamışdım.
Və mən özümü gecənin bir yarısı
, qoltuğumda o “Gənc
Adam”ın kitablarıyla
Bakının artıq
mənim üçün
getdikcə tanış
hala gələn rüzgarlı küçələrinə
atdığımda içim
rahatdı..Artıq həyat ovuclarımın
içindəydi deyə
bilərdim. Sadəcə kiçik bir çaba həyatı öyrənməmə yetəcəkdi.
Bu duyğularla “Gənc Adam” Vidadi Babanlının
əlimə verdiyi “Bulanlıq Dünya” əsərini birnəfəsə oxuyub bitirdim. Azərbaycanın ağır bir imtahandan keçdiyi 1985-1990 arası
və sonrası illərdən bəhs edən bu əsər
Azərbaycan cəmiyyəti
və keçid müddəti haqqında mənə çox şey öyrətdi. İnsanların zəiflikləri, toplumun basqılı tutumu, sistemdən qaynaqlanan boşluqlar və ədalətsizliklər
bir film kimi gözlərimin önündən
axıb getdi. Gözəl Durnanın şəxsində
Azərbaycan qadınının
çabası, mücadiləsi,
xəyal qırıqlıqları,
aldanışları romanda
gerçəkliyə yaxın
bir üslubda verilmişdir. Hər cəmiyyətdə
bütün şeytanlığı
və fəsadıyla
yer tapa bilən Əfsun kimilərin toplumu və insanları sömürmə arzuları,
uğurları doğru
insana ümidsizlik aşılamır. Səbəbi isə bütün pozulmalara rəğmən
toplumda Fərid kimi namuslu insanların
varlığıdır.
Romanda,
1990-cı il 20 Yanvar qətliamı
və müsibəti sanki tarixə düşülmüş bir
not kimi acılı təsvirlərlə və
anlatımlarla verilmişdir.Yazar,
əlindəki lupayla yaşadığı şəhərin
problemlərinə işıq
tutmuş və birdən-birə çökən
bir sistemin altında qalan kiçik insanların dramlarını ustalıqla
qələmə almışdır.
Romanın uğurluluğu qəhrəmanların
sadəcə bir yönüylə deyil, hər yönüylə verilə bilməsindədir.
Durna həm zəif, həm də güclü bir qadındır. Əfsun bəzən xain və namussuz, bəzən də vicdanının səsini dinləyən bir insandır.
Vidadi Babanlı
bu əsəriylə hələ özündə
yazma gücü görən və dəbi keçməyən
ən önəmli yazarlardan biri olaraq görülməkdədir. Amma onun
özünə görə
ən önəmli əsəri “Vicdan Susanda” isimli romanıdır. Minlərlə
insanın hafizəsində
hələ qalmağa
davam edən 620 səhifəlik “Vicdan Susanda” romanı bir
dövrə işıq
tutmasına rəğmən
bütün dövrlərdəki
problemləri dilə gətirən bir əsər olaraq ədəbiyyat dünyasında
yerini almışdır.
İnsanın nəfsi, yalanı,
xəyanəti və çevrəyə verdiyi zərər hansı dövrdə aktual deyil ki? Hələ insanı saran,
sarmalayan, dəyişdirən,
yerdən alıb göylərə sovuran eşq! Hansı dönəmdə eşq köhnəlib aktuallığını itirə
bilər ki?
Sürəkli təzələnən bir
eşqlə və gün keçdikcə zirvələşən bir
müdrikliklə yaşayan
bu “Gənc Adam”ın macərası bir köşə yazısına sığacaq
qədər qısa deyildir əlbəttə. Onu Azərbaycan
ədəbiyyatının qələmləri
hər dönəmdə
yad etməyə davam edəcəklər.
Ürəyin sağlam və qələmin iti olsun, “Gənc Adam!”
Orxan ARAS
525-ci qəzet.- 2012.- 13 noyabr.- S.7.