Şirməmməd
Hüseynov “525”in 20 yaşını təbrik etdi
Azərbaycan jurnalistlərinin sevimli müəllimi, qocaman professor Şirməmməd Hüseynov “525-ci qəzet”in 20 illik yubileyi ilə bağlı qəzetimizə təbrik məktubu göndərib. Sevimli müəllimimizə dərin minnətdarlığımızı bildirir, təbrik məktubunun mətnini oxuculara təqdim edirik.
Hörmətli
Rəşad bəy, jurnalist həmkarlarım!
20 illik
yubileyiniz mübarək! Mən 1875-ci ilin “Əkinçi”
qəzetindən
tutmuş ta 1920-ci ilin aprel rus bolşevik işğalına qədər
Azərbaycanda ana dilimizdə nəşr edilən mətbuat
orqanlarını az-çox araşdırmışam. “525-ci qəzet”in
bunlardan əqidə və məsləkcə hansına
oxşadığı üzərində
düşündüm. 1918-1920-ci illərdə müstəqil
Azərbaycan Xalq Cümhuriyyəti dövründə
Ü.Hacıbəylinin redaktoru olduğu “Azərbaycan” qəzeti
xatirimə gəldi. Hansı oxşarlığına görə?
Azərbaycan
parlamentində millət vəkillərindən birinin qəzetin
kimə və nəyə xidmət etdiyi barəsindəki
sorğusuna Üzeyir bəy 1919-cu il yanvarın 10-u nömrəsində
belə cavab vermiş və yazmışdı:
“Qəzetimizin
firqə və partiya xaricində bir orqan olduğu hər kəsə
məlumdur. Hər günkü möhtəviyyatından
(mündəricəsindən) məlum olduğu üzrə vətən
abadlığı, millət səlamətliyi, cəmaət tərəqqisi,
dövlət intizamı ilə bərabər istiqlal və yenə
də istiqlal şüarlarını virdi-zəban (dilinin əzbəri)
edib də bunun hüsulində əlindən gələn qədər
çalışmaqda olan qəzetimiz bu dairədə
yazılmaqda olan məqalələrə sütunlarını
bir ananın balasına qarşı açdığı
qucağı kibi, kəmali-meyl və məhəbbətlə
açıqdır – vəssalam!”
Milli mətbuatımızın
ilk cümhuriyyət dövrünün bu müqəddəs ənənəsini
davam etdirən “525-ci qəzet”in kollektivinə bu yolda yeni
uğurlar arzu edirəm.
Sizin daimi oxucunuz
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2012.- 13 noyabr.- S.3