Akademik Milli Dram
Teatrında daha bir premyera Brextin “Kuraj və uşaqları”
tamaşaçılara təqdim olundu
Dünən Akademik Milli Dram
Teatrında Bertolt Brextin əsəri əsasında
hazırlanmış “Kuraj və uşaqları”
tamaşasının premyerası keçirildi.
525.az-ın
məlumatına görə, dünya teatr tarixində epik teatr
nəzəriyyəsinin banisi kimi tanınan B.Brextin məşhur
əsərinə Akademik Milli Dram Teatrının səhnəsində
Xalq Artisti, “Qızıl dərviş” mükafatı
laureatı Rafiq Əliyev quruluş verib. Yazıçı-tərcüməçi
Yaşarın dilimizə
çevirdiyi pyesin səhnə redaksiyasının müəllifi
Əməkdar İncəsənət Xadimi, Dövlət
mükafatı laureatı Ramiz Fətəliyevdir.
Tamaşanın quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva,
bəstəkarı Əməkdar İncəsənət Xadimi
Aydın Əzimov, mahnı mətnlərinin müəllifi
Mahir Qarayevdir.
Səhnə
əsərində əsas obraz olan – Kuraj rolunu Xalq artisti Bəsti
Cəfərova ifa edir. Digər rollarda Əməkdar artistlər
Pərviz Bağırov (Feldfebel), Abbas Qəhrəmanov
(Aşpaz), Kazım Həsənquliyev (Komandan, Qoca polkovnik),
Elşən Rüstəmov (Alay keşişi), Sevinc Əliyeva
(Kəndli qadın, kənd sakini), aktyorlar İlahə Həsənova
(Katrin), Mətləb Abdullayev (Eylif), Vüsal Mustafayev
(İsveçrəli), Elnar Qarayev (Gizir, Mirzə) Rəşad
Bəxtiyarov (İntendant, Kəndli), Şəhla Əliqızı
(İvetta Rotye), Əlvida Cəfərov (II Feldfebel, Əsgər),
Elnur Qədirov (Gənc kəndli), Ramin Şıxəliyev
(Sarıqlı adam, Əsgər), Əlləz Əhmədov,
Şəmsəddin Quliyev, Amil Babayev (Əsgərlər)
çıxış edirlər.
Günel
525-ci qəzet.-
2012.- 15 noyabr.- S.7.