Professor Vilayət Quliyevə yubiley məktubu Şərqlə Qərbin qovşağında fütuhat

 

Əzizim Vilayət, möhtərəm Ədib!

Bu da 60 yaş! Azərbaycan yazıçılarının X qurultayında  dediyin sözlər yadıma düşür:  Elə bil ki, gənclik həbs müddətidi, onu vaxt  qurtaracağıq ki,  bizi nəzərə alacaqlar.

Mən sənin 60 yaşını buhəbs müddəti”nin qurtarması rəmzi kimi qəbul edirəm. Fəqət, sən həmişə mənim üçün gəncsən. Çünki, bir zamanlar xısın-xısın  bölüşdürdüyümüz gənclik  ehtiraslarını biz bu gün  qoruyub saxlamışıq. Bu başlıca məziyyətdir. Böyük alman filosofu Hegel deyir ki, “Ehtirassızdahiyanə heç   yaradılmır”. Eşq olsun insan  ehtirasına!

Möhtərəm ədib! Çox  şeyləri yada salsam, bu müxtəsər təbrik  məktubum bir  dastana  çevrilə bilər. Biz səninlə həqiqətən bir dastan həyatı yaşamışıq. Mənim Bakının keçmiş Vorosvki  qəsəbəsində  11 il kirayənişin yaşadığım evdə sən gəlməyənəcən qazanın qapağı açılmırdı. Sən ki, maşallah tək gəlmirdin: Tahir Məsimov, Teymur Kərimli, arabir Qaley Allahverdiyev s. olmasa boğazından çörək keçmirdi. Ömrümüzün ən səmimi çağları idi, ötən əsrin 70-80-ci illəri.

Biz 1975-ci  ildə Daşkənd səfərində bir-birimizlə daha yaxından tanış olduq. 37 il keçir o vaxtdan. Mən III, sən V kurs tələbəsi idik. Daşkənddə  gözəl anlar   yaşadıq, ikimiz   məruzəmizə görə ən yüksək diplomlar gətirdik ADU-ya. 

Mən, səninkiçik vətəninə” – keçmiş Jdanov (indiki Beyləqan) rayonuna ilk dəfə çox təəssüf ki, ağır bir günündəanının vəfatı günündə  gəldim. Sənin bütün nəsil-nəcabətinin böyük ehtiram   səmimiyyətini gördüm. Sevincli günlərimizdə onsuz da hər şey yaxşi idi. Kədərli günlərində isə mən səni daha yaxşı tanıdım daha çox sevdim. Heç yadımdan çıxmıryay tətili günlərində hər gün görüşüb danışa bilmədiyimiz vaxtlarda Jdanovun Şahsevən kəndindən Qubanın İsnik kəndinə göndərdiyin məktubda (mənim məktubuma cavabda)  Fadayevin Səməd Vurğuna yazdığı sözləri ilə mənə yazırdım: yaxşı ki, dünyada sən  varsan! 

Arxivdə işləmək üçün getdiyin Tatarıstanın paytaxtı qazandan mənə göndərdiyin məktubu isə son zamanlarda çap olunmuş kitablarımdan birinə salmışam. Çünki həmin məktub bizim dostluqla, həyatla, ədəbiyyatla, gələcəklə bağlı müştərək arzularımızın çox mükəmməl bir ifadəsi idi. Bu gün fəxrlə deyə bilərikhəmin arzuların çoxuna qovuşduq burada dostluğumuzun xüsusi rolu oldu. 

Möhtərəm Ədib! Mən sənin üçünAzərbaycanın böyük alimi, ictimai xadimi, qədim türk yurdu Macarıstanda milli-tarixi taleyimizlə bağlı böyük işlərə imza  atmış   cəsarətli şəxsiyyətlə bağlı böyük iftixar hissi keçirirəm.

Biz səninlə Məmməd Arif Məmməd Cəfər kimi  ədəbiyyatşünaslıqda paralel  relslərinmilli nəzəri  fikrimizin bu qoşa relsləri üzərində hərəkət edirik. 

Sənin yazdığın  Mirzə Kazım bəy  (1987), “Ağaoğlular” (1997), “Azərbaycanda erməni zülmü” (1999), “İsa Sultan Şahtaxtinskinin qəribə həyatı  (1999), “Azərbaycan filoloji fikri rus ədəbi mühiti” (2000, rus dilində nəşri 2003-cü il), “Tarixdə iz qoyan şəxsiyyətlər” (2001), “Açıq sözün hikməti” (2002), “Tariximiz-taleyimiz” (2002), “Ədəbiyyatda Nobel mükafatı laureatları” (2009), “Son illərin yazıları” (2009), “Polşada Azərbaycan siyasi mühacirətinin irsi” (2010), “Polşa tatarları Azərbaycanda” (2012, son iki kitab rus dilində qələmə alınıb) digər kitablar Azərbaycanın milli elmi-nəzəri  təfəkkürünün əzəmətli  faktlarıdır. Adlarından da göründüyü kimi bu kitablar Şərqlə Qərbin qovşağında bir Vilayət fütuhatı yaradıb.

Möhtərəm ədib! Sən dünyanın şəxsiyyəti Heydər Əliyev irsinin ədəbiyyatla bağlı əsərlərini – “Ədəbiyyatın yüksək   borcu amalı” (1999)  kitabını nəşr etdirmisən. Heydər Əliyevin ədəbi-nəzəri irsi bizim milli  sərvətimizdir. Bu sənin dövlətçiliyimizə böyük  xidmətindir.

Heç şübhəsiz ki, haqqında inandırıcı bir kitab yazdığın erməni zülmünə qarşı üsyanını, etirazını Budapeştdə bayrağımızı təhqir edən erməni zabitini öldürməklə bildirən Ramil Səfərovun azadlığa çıxması Azərbaycan Prezidenti İlham Əliyevin böyük xidmətidir. Fəqət bu alicənab, humanist missiyada Azərbaycanın  Macarıstandakı fövqəladə səlahiyyətli səfiri kimi sənin danılmaz xidmətlərin var. Prezidentin tapşırığı ilə apardığın danışıqlar, təşkilinə böyük məxfilik şəraitində yüksək peşəkarlıqla nail olduğun  ekstradisiya, bir sözlə, dövlətimizin diplomatiyamızın qüdrətini göstərən bu nəcib, xeyirxah əməl  qədim dostun kimi mənim qəlbimi fərəh  qürurla doldurdu. 

Vilayət! Biz 70-ci illərin sonunda Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna gəlib Azərbaycan tənqidi   ədəbiyyatşünaslığında bir nəsil kimi  formalaşdıq. Biz – Vilayət Quliyev, Kamran Əliyev, Rəhim Əliyev, Vəli Nəbiyev,  Muxtar İmanov, Teymur Kərimov, Arif Məmmədov, Şirindil Alışanov, Nizaməddin Babayev, Rahid Xəlilov, Tahir Məsimov...  Ədəbiyyat İnstitutuna  gəldik Məmməd Cəfər,  Mirzağa Quluzadə, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Qasım Qasımzadə, Qafar Kəndli, Kamran Dadaşoğlu, Məmmədhüseyn  Təhmasib, Yaşar Qarayev, Əkbər Ağayev, Arif Hacıyev kimi görkəmli  alimlər bizi qarşıladı. Təmaslar o qədər asan olmadı biz bu mücadilədə özümüzü təqdim təsdiq edə bildik.

Lunaçarski mənsub olduğu nəsli – 20-ci illərin  tənqidçilərininiftixara layiq imzalar”, Serafimoviç isə  öz nəslinin ədəbiyyata gəlişinidəmir axınadlandırdı. Bizim nəsli isə tənqidçi  müəllimimiz, professor Qulu Xəlilovdekabristləradlandırırdı. Həqiqətən biz 70-80-ci illərin sakit tənqid mühitinə təmiz ab-hava gətirdik. XX əsrin  son  çərəyinin tənqidçilərinisənin mənsub  olduğun nəsli bir daha sadalayıram: Aydın Məmmədov, Kamil Vəliyev, Kamal Abdulla, Nadir Cabbarov, Vilayət Quliyev, Nizaməddin Şəmsizadə, İlham Rəhimli, Məryəm Əlizadə, Arif Əmrahoğlu,  Şirindil Alışanov, Kamran Əliyev,  Muxtar İmanov, İsrafil İsrafilov, Rəhim Əliyev, Tofiq Hüseynov   sonrakı istedadlar. Bu tənqidçiləri həm Yaşar Qarayev məktəbi  adlandırmaq olar.

Möhtərəm Ədib! Sən gözəl bir nəslin, nəcib bir ailənin başçısısan, həyat yoldaşın Şəhla xanım,  oğlun Şamil, qızın Humay da mənə çox doğmadır. Allah  onları xoşbəxt eləsin.

Əzizim  Vilayət, 60 yaşın mübarək! Sən millətin dövlətin qarşısında  alnı açıq, üzü bir ziyalısan, dövlət adamısan, mənim qədim dostumsan, sən bağrıma basır, cansağlığı  arzu edirəm.

 

 

Nizaməddin Şəmsizadə,

Azərbaycan Respublikasının

Dövlət Mükafatı laureatı,

filologiya elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2012.- 15 noyabr.- S.5.