Vaqif Bayatlıdan bəy atlı
şeirlər
Hər iki dünyanın
ən eşqli musiqisini
kişi ürəyi, barmaqları yox,
eşqli qadın ayaqları bəstələr
Göyüzü ulduz bitirər,
ulduz da adam gətirər,
yeni qurbanlar yetirər,
rahat olar bütün çiyinlər
son baş vurular vurulmaz
Ayaqla düşünər min illər bəşər,
sevdiklərini də tapdayıb sevər,
sən də tapdalansan, lap aşağı
bax,
hamı düşünəntək ən
ucada yox,
ən aşağıda yaşar ən uca
haqq da,
Anasu da orda, Anatorpaq da
Yenicə ailə – Sevgi Yuvası
qurmuş
Fərid və Qismət bəylərə
təzəcə nişanlanmış böyükçölə,
o şairləri fəth edən
cəsur, gözəl
xanımlarımıza bəy atlı təbriklərlə!
Məndən sonra subay
söz qalmayacaq
Mən şeir yazmayacaqdım,
ancaq çox sözləri
adamlardan daha çox fikirli, qəmli,
yurdsuz- yuvasız, yetim gördüm,
o sözlərin dərdini, qəmini
dağıtmaq,
könlünü almaq istədim ancaq.
Gördüm, çox sözlər,
çox fikirlər
ən çox şeirə çevriləndə,
şeirə dönəndə sevinirlər,
elə görən kimi də onları
göyüzünün sevgi
qatına,söz qatına,
ordan da yuxarı şeir qatına –
sevginin, sözün alov, köz qatına
qanadlandırmaq istədim ancaq.
Hərənin bir eşqi var bu dünyada,
mən tək, tənha, yalqız gəzən
sözləri
təklikdən, tənhalıqdan,
yalqızlıqdan qurtarmaq,
heç sevilməyən sözləri
bir-birinə,
Allaha, hətta şeytana da,
sevdirmək
istədim ancaq,
məndən sonra bu dünyada
sevməyən, sevilməyən, tək, tənha,
yalqız
oğlan, ya qız – bircəcə subay
söz qalmayacaq.
lll
Şeir – təklikdən əzab çəkən
sözlərin ən gözəl
qurtuluşu
Sən ey əbədi şeytanlar,
əbədi mələklər şəhəri
Can tacı eşqlər, diləklər,
acı gerçəklər şəhəri,
qatlanmaz, sınmaz biləklər,
sınan ürəklər şəhəri.
Əsəbi, doğma küləklər,
əsəbi, doğma çiçəklər,
əsəbi, əbədi, amma
doğma tənhalar, təklər,
doğma yalanlar, gerçəklər,
doğma kələklər şəhəri.
Sevişmələr, həyəcanlar,
həm can verər, həm can alar,
səni ancaq sevən anlar,
sən ey əbədi şeytanlar,
əbədi mələklər şəhəri.
lll
Duaların gözləritək
salavatçün açılıb
göyə
ovuclar Allaha baxar
Dağ göy olar, düz dəniz,
Sultan qul olar, şah kəniz,
bu dünyadan daha qəliz
sirrə varılar varılmaz.
Göyüzü ulduz bitirər,
ulduz da adam gətirər,
yeni qurbanlar yetirər,
rahat olar bütün çiyinlər
son baş vurular vurulmaz.
Duaların
gözləritək
salavatçün açılıb
göyə
ovuclar Allaha baxar,
bütün kainat susmuşkən
qəfil kainata düşüb
səs salmasınlar deyə
gözlər göz yaşını
boğar –
Son peyğəmbərini doğar
göylər yorular yorulmaz.
lll
Dünyadan dünyaya keçən anda da
boy sırası gedən qardaş
dağlara
görüş vaxtını ver min il
sonraya
Səni gözləyirsə, göylərdəki
Vaxt,
“Vaxt” – decək
canının əqrəblərinə,
qonşu çəpərini aşıb
keçəntək
qonşu göyü aşan ayağına
bax,
hər iki dünyada səni izləyən
bütün ulduzlara, göylərə,
aya,
dünyadan dünyaya keçən anda da
boy sırası gedən qardaş
dağlara
görüş vaxtını ver min il
sonraya.
Bax, bax, bax, dağ axır, bax, bax, düz
axır,
yer axır, göy axır, sən də, sən
də ax,
bütün kainattək durma bir an da,
ayağın altından sürüşkən,
çılpaq
bir göy daşı kimi Yer qaçanda
da,
son dam örtüyütək Göy
düşəndə də,
lap yetmiş yetişib, yüz aşanda da
özünü özündən qabaqda
gözlə,
bütün ulduzlara, günəşə,
aya,
göylərə görüş ver min il
sonraya.
Ayaqla düşünər min illər bəşər,
sevdiklərini də tapdayıb sevər,
sən də tapdalansan, lap aşağı
bax,
hamı düşünəntək lap
ucada yox,
ən aşağıda yaşar ən uca
haqq da,
Anasu da orda, Anatorpaq da,
sutək, torpaqtək ol, anlarsan belə –
elə sən özünsən əbədiyyət
də,
həyatın həmişə qabaqda hələ.
lll
Tək-tək xanımların ayaq səsləri
tək-tək
tək-tək
çiçəklərin açması səsləritək
Bəs qadın ayaq səsləri nə deyər,
nə istər?
Mən ancaq deyə bilərəm, kişilər
heç bir zaman
qadın ayaqlarının nə dediyini, nə
istədiyini
anlaya bilməyəcəklər
axıracan,
bunu bəzən qadınlar özləri də
dəqiq bilməzlər,
ancaq o dəqiq bilmədiklərini
bütün dəqiqlikləriylə
kişilərdən istərlər.
Qadın ayaq səsləri nə deyər,
nə istər?!
Dünyanı kişilər idarə edər,
kişiləri də qadınlar,
yarımçıq sözdü, dədə,
əslində qadınlar eyni anda kişiləri
də,
dünyanı da idarə edə-edə
özləri də bilmədən həm də,
özlərinin də idarə
olunmalarını istərlər.
Qadın ayaq səsləri nə deyər,
nə istər?
Sevənlər hər şeyi sevdikləriyçün istər,
Hərdən Allahçün da maraqlı
olar
sevdikləriçün daha nə istəyəcək
onlar,
o anlar qadın düşüncəsi,
sevgisi
kişi düşüncəsindən daha
doğma,
daha maraqlı gələr Allaha.
Qadın ayaq səsləri nə deyər,
nə istər?
Bir cavab bütün cavabları üstələr:
Hər iki dünyanın ən eşqli
musiqisini
kişi ürəyi, barmaqları yox,
eşqli qadın ayaqları bəstələr.
lll
Gedin, siz vəfasızlar həddindən
artıq ayıqsınız,
mən min illərin sərxoşlar sərxoşu,
siz min illərin ayıqlar
ayığısınız, şərablar
Bu gün dünyanın canından
bir az da şərab qoxusu gəlir elə
bil,
bütün göyüzü, kainat elə
bil bir az sərxoş,
ancaq sən mənə çox gecikmisən,
şərab qoxusu,
ay alagöz, incəbel badə, sən də
gecikmisən,
siz də, siz də naz-qəmzəli, dilbər,
xanım şərablar,
daha naz-qəmzəylə yoldan
çıxara bilməzsiniz məni,
düzdür, siz bu sərt dünyanı
bir az yumşaldırsınız,
bu yumşalmadan xoşbəxt olanlar da olur,
bəzi anlar onlara siz hətta
hamıdan daha doğma, dost gəlirsiniz,
bütün doğmalardan ayrılmaq zordur,
ancaq badələr tarixi, ayrılıqlar
tarixi deyir:
ən çətini, ən zoru həm də
hamıdan doğma,
hamıdan dost, sədaqətli içkilərdən
ayrılmaqdı.
İnciməyin, badələr, mənim tək
canım yox,
ruhum da çoxdan, sizsiz də sərxoş,
mən indi içəndə sərxoşluqdan
ayılıram ancaq,
sevimli rənglərinizə, sevgiylə
gülümsəmənizə,
naz-qəmzəylə süzülmənizə
də baxıram,
daha yoldan çıxara bilməzsiniz məni,
canım eşqlə dopdolu,
canımda bir qram da boş yer yox,
mən çoxdan dünyanın ən sərxoş
eşqi,
canı eşqlə dolu ən sərxoş
badəsiyəm,
gedin, siz vəfasızlar həddən
artıq ayıqsınız.
Mən min illərin sərxoşlar sərxoşu,
siz min illərin ayıqlar
ayığısınız, şərablar.
lll
Şeir Şərqdən doğar, elə
Günəş də,
Günəşin yanından eşqlə
baxmaq da,
Lap ən ağıllı da, lap ən
axmaq da
Küçədən keçənlər,
yoldan ötənlər
hərəsi bir yandan məni silkələr,
biri ağlamalı, biri gülməli:
– Mən ağac deyiləm, əziz
yurtdaşım,
yerişinə qurban bütün vətənlər,
duruşuna qurban bütün ölkələr,
yürü ağlamalı, yürü
gülməli.
Bilirəm öz qəmin, öz qədəmin
var,
özgə cür vurmağın, özgə
dəmin var,
ölənlərin ölmür, can
qurtarırlar,
hər ölün təbriklik, dirin rəhmətlik,
dirin ağlamalı, dirin gülməli.
Mən yad deyiləm ki, sizlərə
güləm,
həm də həvəsim yox hər
gün döyüləm:
hamıya baş əyib bir-bir deyirəm:
– Mən sizi sevsəm də, sizdən deyiləm,
sürü ağlamalı, sürü
gülməli.
Kim məni tutmaqda, kim haqlamaqda,
kim mənə gülməkdə, kim
ağlamaqda,
ancaq, hamımız bir, birgə axmaqda,
lap ən ağıllı da, lap ən
axmaq da
yarı ağlamalı, yarı gülməli.
lll
Qəhrəmanlıq – Tanrının bir
anlıq qəlbi
və ya çiyninizdən vurulandan daha
gözəl
boyunlar, başlar cücərər
İranda, İraqda, Çində, Suriyada,
Əfqanıstanda, Rusiyada, Moldovada, Bolqarıstanda,
Gürcüstanda ölümsüzlük mübarizəsi
aparan türk bacı-qardaşlarımıza,
qürur tariximizi yazanlara
Bir cana min yol fərman verilər,
min yol dar ağacı qurular,
bir boyun da min yol vurular,
fərman verən dillər yorular,
boyun vuran əllər yorular,
heç yıxılmadan, yerdən göyə
dimdik qalxan başsız bədənlər,
dimdik baxan başlar yorulmaz.
Yorular qısmalar, boğmalar,
sizlərə ağlayan doğmalar,
sizlərə qoşulan nəğmələr,
ancaq sizə dəycək, daha bərkdən
siz deyən nəğmələri deməkdən
çiçək açan dar
ağacları,
sizi döyən dəyənəklər,
sizə dəyən daşlar yorulmaz.
Hökm verənlər də qaçar sizdən,
–
bircəcə anda çiyninizdən
vurulandan daha gözəl
boyunlar, başlar cücərər,
üzlər, gözlər, qaşlar
cücərər,
bu dünyada hamı yorular,
ancaq vətənçün vurulmağa
boy atan boyunlar, başlar,
üzlər, gözlər, qaşlar
yorulmaz.
Dünya ancaq eşqlə yeni olar,
qatılaşar, eşqlə durular,
bir doğma anadan doğulanlar
bir-birin sevməkdən yorular,
ancaq vətən eşqindən doğulan,
doğmalardan da doğma olan,
doğulcaq bayraqlarla qalxan
əsl bacı-qardaşlar yorulmaz,
bütün savaşlar yorular, durar,
siz qalxan savaşlar yorulmaz.
Vaqif Bayatlıdan bəy atlı şeirlər
Ədəbiyyat
Oxunub: 36 dəfə
a - A +
19.11.12
09:52
Hər iki
dünyanın
ən eşqli musiqisini
kişi ürəyi, barmaqları
yox,
eşqli qadın ayaqları bəstələr
Göyüzü ulduz bitirər,
ulduz da adam gətirər,
yeni qurbanlar yetirər,
rahat olar bütün çiyinlər
son baş vurular vurulmaz
Ayaqla düşünər min illər bəşər,
sevdiklərini də tapdayıb sevər,
sən də tapdalansan, lap
aşağı bax,
hamı düşünəntək ən
ucada yox,
ən aşağıda yaşar ən
uca haqq da,
Anasu da orda, Anatorpaq da
Yenicə ailə – Sevgi Yuvası
qurmuş
Fərid və Qismət bəylərə
təzəcə nişanlanmış böyükçölə,
o şairləri fəth edən
cəsur, gözəl xanımlarımıza
bəy atlı təbriklərlə!
Məndən sonra subay
söz qalmayacaq
Mən şeir yazmayacaqdım,
ancaq çox sözləri
adamlardan daha çox fikirli, qəmli,
yurdsuz- yuvasız, yetim gördüm,
o sözlərin dərdini, qəmini
dağıtmaq,
könlünü almaq istədim ancaq.
Gördüm, çox sözlər,
çox fikirlər
ən çox şeirə çevriləndə,
şeirə dönəndə sevinirlər,
elə görən kimi də onları
göyüzünün sevgi
qatına,söz qatına,
ordan da yuxarı şeir qatına –
sevginin, sözün alov, köz
qatına
qanadlandırmaq istədim ancaq.
Hərənin bir eşqi var bu dünyada,
mən tək, tənha, yalqız gəzən
sözləri
təklikdən, tənhalıqdan,
yalqızlıqdan qurtarmaq,
heç sevilməyən sözləri
bir-birinə,
Allaha, hətta şeytana da,
sevdirmək
istədim ancaq,
məndən sonra bu dünyada
sevməyən, sevilməyən, tək,
tənha, yalqız
oğlan, ya qız – bircəcə subay
söz qalmayacaq.
lll
Şeir – təklikdən əzab çəkən
sözlərin ən gözəl
qurtuluşu
Sən ey əbədi şeytanlar,
əbədi mələklər şəhəri
Can tacı eşqlər, diləklər,
acı gerçəklər şəhəri,
qatlanmaz, sınmaz biləklər,
sınan ürəklər şəhəri.
Əsəbi, doğma küləklər,
əsəbi, doğma çiçəklər,
əsəbi, əbədi, amma
doğma tənhalar, təklər,
doğma yalanlar, gerçəklər,
doğma kələklər şəhəri.
Sevişmələr, həyəcanlar,
həm can verər, həm can alar,
səni ancaq sevən anlar,
sən ey əbədi şeytanlar,
əbədi mələklər şəhəri.
lll
Duaların gözləritək
salavatçün açılıb
göyə
ovuclar Allaha baxar
Dağ göy olar, düz dəniz,
Sultan qul olar, şah kəniz,
bu dünyadan daha qəliz
sirrə varılar varılmaz.
Göyüzü ulduz bitirər,
ulduz da adam gətirər,
yeni qurbanlar yetirər,
rahat olar bütün çiyinlər
son baş vurular vurulmaz.
Duaların
gözləritək
salavatçün açılıb
göyə
ovuclar Allaha baxar,
bütün kainat susmuşkən
qəfil kainata düşüb
səs salmasınlar deyə
gözlər göz yaşını
boğar –
Son peyğəmbərini doğar
göylər yorular yorulmaz.
lll
Dünyadan dünyaya keçən anda
da
boy sırası gedən qardaş
dağlara
görüş vaxtını ver min il
sonraya
Səni gözləyirsə, göylərdəki
Vaxt,
“Vaxt” – decək
canının əqrəblərinə,
qonşu çəpərini aşıb
keçəntək
qonşu göyü aşan
ayağına bax,
hər iki dünyada səni izləyən
bütün ulduzlara, göylərə,
aya,
dünyadan dünyaya keçən anda
da
boy sırası gedən qardaş
dağlara
görüş vaxtını ver min il
sonraya.
Bax, bax, bax, dağ axır, bax, bax,
düz axır,
yer axır, göy axır, sən də,
sən də ax,
bütün kainattək durma bir an da,
ayağın altından
sürüşkən, çılpaq
bir göy daşı kimi Yer qaçanda
da,
son dam örtüyütək Göy
düşəndə də,
lap yetmiş yetişib, yüz aşanda
da
özünü özündən qabaqda
gözlə,
bütün ulduzlara, günəşə,
aya,
göylərə görüş ver min
il sonraya.
Ayaqla düşünər min illər bəşər,
sevdiklərini də tapdayıb sevər,
sən də tapdalansan, lap
aşağı bax,
hamı düşünəntək lap
ucada yox,
ən aşağıda yaşar ən
uca haqq da,
Anasu da orda, Anatorpaq da,
sutək, torpaqtək ol, anlarsan belə –
elə sən özünsən əbədiyyət
də,
həyatın həmişə qabaqda hələ.
lll
Tək-tək xanımların ayaq səsləri
tək-tək
tək-tək
çiçəklərin açması səsləritək
Bəs qadın ayaq səsləri nə
deyər, nə istər?
Mən ancaq deyə bilərəm,
kişilər heç bir zaman
qadın ayaqlarının nə dediyini,
nə istədiyini
anlaya bilməyəcəklər
axıracan,
bunu bəzən qadınlar özləri
də dəqiq bilməzlər,
ancaq o dəqiq bilmədiklərini
bütün dəqiqlikləriylə
kişilərdən istərlər.
Qadın ayaq səsləri nə deyər,
nə istər?!
Dünyanı kişilər idarə edər,
kişiləri də qadınlar,
yarımçıq sözdü, dədə,
əslində qadınlar eyni anda
kişiləri də,
dünyanı da idarə edə-edə
özləri də bilmədən həm
də,
özlərinin də idarə
olunmalarını istərlər.
Qadın ayaq səsləri nə deyər,
nə istər?
Sevənlər hər şeyi sevdikləriyçün istər,
Hərdən Allahçün da
maraqlı olar
sevdikləriçün daha nə istəyəcək
onlar,
o anlar qadın düşüncəsi,
sevgisi
kişi düşüncəsindən
daha doğma,
daha maraqlı gələr Allaha.
Qadın ayaq səsləri nə deyər,
nə istər?
Bir cavab bütün cavabları üstələr:
Hər iki dünyanın ən eşqli
musiqisini
kişi ürəyi, barmaqları yox,
eşqli qadın ayaqları bəstələr.
lll
Gedin, siz vəfasızlar həddindən
artıq ayıqsınız,
mən min illərin sərxoşlar sərxoşu,
siz min illərin ayıqlar
ayığısınız, şərablar
Bu gün dünyanın canından
bir az da şərab qoxusu gəlir elə
bil,
bütün göyüzü, kainat elə
bil bir az sərxoş,
ancaq sən mənə çox gecikmisən,
şərab qoxusu,
ay alagöz, incəbel badə, sən də
gecikmisən,
siz də, siz də naz-qəmzəli,
dilbər, xanım şərablar,
daha naz-qəmzəylə yoldan
çıxara bilməzsiniz məni,
düzdür, siz bu sərt
dünyanı bir az yumşaldırsınız,
bu yumşalmadan xoşbəxt olanlar da
olur,
bəzi anlar onlara siz hətta
hamıdan daha doğma, dost gəlirsiniz,
bütün doğmalardan ayrılmaq
zordur,
ancaq badələr tarixi,
ayrılıqlar tarixi deyir:
ən çətini, ən zoru həm də
hamıdan doğma,
hamıdan dost, sədaqətli içkilərdən
ayrılmaqdı.
İnciməyin, badələr, mənim
tək canım yox,
ruhum da çoxdan, sizsiz də sərxoş,
mən indi içəndə sərxoşluqdan
ayılıram ancaq,
sevimli rənglərinizə, sevgiylə
gülümsəmənizə,
naz-qəmzəylə süzülmənizə
də baxıram,
daha yoldan çıxara bilməzsiniz məni,
canım eşqlə dopdolu,
canımda bir qram da boş yer yox,
mən çoxdan dünyanın ən sərxoş
eşqi,
canı eşqlə dolu ən sərxoş
badəsiyəm,
gedin, siz vəfasızlar həddən
artıq ayıqsınız.
Mən min illərin sərxoşlar sərxoşu,
siz min illərin ayıqlar
ayığısınız, şərablar.
lll
Şeir Şərqdən doğar, elə
Günəş də,
Günəşin yanından eşqlə
baxmaq da,
Lap ən ağıllı da, lap ən
axmaq da
Küçədən keçənlər,
yoldan ötənlər
hərəsi bir yandan məni silkələr,
biri ağlamalı, biri gülməli:
– Mən ağac deyiləm, əziz
yurtdaşım,
yerişinə qurban bütün vətənlər,
duruşuna qurban bütün ölkələr,
yürü ağlamalı, yürü
gülməli.
Bilirəm öz qəmin, öz qədəmin
var,
özgə cür vurmağın,
özgə dəmin var,
ölənlərin ölmür, can
qurtarırlar,
hər ölün təbriklik, dirin rəhmətlik,
dirin ağlamalı, dirin gülməli.
Mən yad deyiləm ki, sizlərə
güləm,
həm də həvəsim yox hər
gün döyüləm:
hamıya baş əyib bir-bir deyirəm:
– Mən sizi sevsəm də, sizdən
deyiləm,
sürü ağlamalı, sürü
gülməli.
Kim məni tutmaqda, kim haqlamaqda,
kim mənə gülməkdə, kim
ağlamaqda,
ancaq, hamımız bir, birgə axmaqda,
lap ən ağıllı da, lap ən
axmaq da
yarı ağlamalı, yarı gülməli.
lll
Qəhrəmanlıq – Tanrının bir
anlıq qəlbi
və ya çiyninizdən vurulandan daha
gözəl
boyunlar, başlar cücərər
İranda, İraqda, Çində,
Suriyada, Əfqanıstanda, Rusiyada, Moldovada, Bolqarıstanda,
Gürcüstanda ölümsüzlük mübarizəsi
aparan türk bacı-qardaşlarımıza,
qürur tariximizi yazanlara
Bir cana min yol fərman verilər,
min yol dar ağacı qurular,
bir boyun da min yol vurular,
fərman verən dillər yorular,
boyun vuran əllər yorular,
heç yıxılmadan, yerdən
göyə
dimdik qalxan başsız bədənlər,
dimdik baxan başlar yorulmaz.
Yorular qısmalar, boğmalar,
sizlərə ağlayan doğmalar,
sizlərə qoşulan nəğmələr,
ancaq sizə dəycək, daha bərkdən
siz deyən nəğmələri deməkdən
çiçək açan dar
ağacları,
sizi döyən dəyənəklər,
sizə dəyən daşlar yorulmaz.
Hökm verənlər də qaçar
sizdən, –
bircəcə anda çiyninizdən
vurulandan daha gözəl
boyunlar, başlar cücərər,
üzlər, gözlər, qaşlar
cücərər,
bu dünyada hamı yorular,
ancaq vətənçün vurulmağa
boy atan boyunlar, başlar,
üzlər, gözlər, qaşlar
yorulmaz.
Dünya ancaq eşqlə yeni olar,
qatılaşar, eşqlə durular,
bir doğma anadan doğulanlar
bir-birin sevməkdən yorular,
ancaq vətən eşqindən
doğulan,
doğmalardan da doğma olan,
doğulcaq bayraqlarla qalxan
əsl bacı-qardaşlar yorulmaz,
bütün savaşlar yorular, durar,
siz qalxan savaşlar yorulmaz.
525-ci qəzet.- 2012.-
17 noyabr.- S.26.