Görkəmli alim Qəzənfər Paşayevin 75 yaşı Yazıçılar Birliyində qeyd olunub

 

525.az-ın məlumatına görə, tədbirin aparıcısı, AYB-nin katibi Arif Əmrahoğlu mərasimi açaraq yubilyarın həyat yaradıcılığına nəzər salıb: “Biz bu gün bura Qəzənfər Paşayevin işığına yığışmışıq. Mən işıq sözünü təsadüfən işlətmədim. O, öz yüksək mənəviyyatı, gülər üzü, çoxşaxəli yaradıcılığı ilə həqiqətən işıqlı adamdır. Qəzənfər Paşayev təkcə Azərbaycan elmində deyil, bütün dünyada kərkükşünaslığın banisidir. Onun 30-dan artıq kitabının 21-i Kərkükə həsr edilib. Qəzənfər Paşayevin əsərləri həm dəyərlilik, həm faydalılıq baxımından yüksək əhəmiyyət kəsb edir”.

Tədbirdə çıxış edən AYB-nin sədri, Xalq yazıçısı Anar mərasimin belə qələbəlik olmasından məmnunluğunu ifadə edib: “Sevinirəm ki, bu gün burada belə qələbəlikdir. Bu, cəmiyyətin, mədəni ictimaiyyətin Qəzənfər Paşayevin yaradıcılığına olan ehtiramının, məhəbbətinin göstəricisdir. Hələ 500 yüz il əvvəl Azərbaycanın İraqdakı səfiri missiyasını dahi şairimiz Füzuli həyata keçirib. Əminliklə qeyd edirəm ki, bu gün o missiyanı Qəzənfər Paşayev layiqincə davam etdirir”. Yubilyarı rəhbərlik etdiyi qurum adından təbrik edən xalq yazıçısı xoş arzularını dilə gətirib.

Necə yaşayasan, yüzü haqlayasan  kəlamı məhz Qəzənfər Paşayevin ömür yoluna aiddir. Onun bu cür şərəfli şəkildə yüzü haqlayacağına inanıram”. Bu fikirləri mərasimdə Xalq şairi, AYB-nin katibi Fikrət Qoca səsləndirib.

Professor  Tofiq Hacıyev çıxışında yubilyarın yaradıcılıq yolundan söz açıb: “Professor Qəzənfər Paşayev kərkükşünaslığa məhzKərkük dialektinin fonetikasıəsəri ilə başlayıb. Gələcəkdə Azərbaycanda quracağı böyük kərkükşünaslıq binasının təməlini bununla qoyub. Qəzənfər Paşayevin elmi fəaliyyətinin zirvəsi isə onunİraq-Türkman folkloruadlı monumental əsəridir. Professor Qəzənfər Paşayevin monoqrafiyaları tərtib etdiyi kitabların sayı 40-dan artıqdır. Onun tədqiq etdiyi materiallar, folklor nümunələri dialektoloji mətnlər əsasında bu nəticəyə gəlinir ki, müasir Azərbaycan türkcəsi ilə müqayisədə İraq türkmanlarının dilindəki fərqləri iki yerə ayırmaq olar. Bunların bir qismi Azərbaycan türkcəsinin başlanğıcındakı oğuzcanın faktlarıdır ki, bizdə zaman-zaman arxaikləşmiş, təcrid olunmuş mühitdə ada vəziyətində olduğu üçün orada qorunub saxlanıb”. T. Hacıyev həmkarına daha uzun ömür arzulayaraq ona yaradıcılıq uğurları diləyib.

Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı çıxışında yubilyarı yaxın dost, gözəl insan, əsl vətəndaş, əqidəli ziyalı kimi səciyyələndirib: “Qəzənfər Paşayevin çoxcəhətli fəaliyyətinin ən dəyərli nəticələrindən biri yurdun unudulmuş bir parçasını Azərbaycanın tarixi, mədəni, mənəvi, dil folklor xəritəsinin içərisinə qaytarılması olub. O, etnik sərhədlərimizin Urmiyanın cənubundan deyil, Mosuldan, Ərbildən, Kərkükdən keçdiyini sübut edib. Məncə, təkcə bu işi onun bir ömür boyu üzüağ, başıuca gəzməyə kifayət edər. Üst-üstə altı il İraqda yaşamış alim qardaşımızın əsas sənəti mütərcimlik olsa da o, fürsətdən yararlanaraq həm Azərbaycan dilinin Kərkük dialektini araşdırıb, həm İraq- türkman folklorunu toplayaraq bütün incəlikləri öyrənib”. Yubilyarı ensiklopedik bilik sahibi kimi xarakterizə edən millət vəkili çıxışında alim Yaşar Qarayevin fikrini səsləndirib: “Unudulmaz dostumuz, böyük alim Yaşar Qarayevin öz həmkarı haqqında dedikləri  heç vaxt köhnəlməyəcək aforizm kimi səslənir: “Qəzənfər müəllim bir daha sübut edir ki, mənəvi dəyərə sərvətə, milli qeyrətə savaba, tamahsız xeyrə sərf olunan ömür səhhət heç vaxt tükənmir”. Xalq şairi professorla dostluğunun tarixçəsindən danışaraq ona uzun ömür, gələcəkdə məhsuldar yaradıcılıq yolu arzulayıb.

AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov yubilyarı təbrik edərək onu Azərbaycan elmi-ictimai mühitində xüsusi mövqeyi, nüfuzu olan ziyalı kimi səciyyələndirib: “Yalnız onu qeyd etmək kifayətdir ki, İraq türkmanları deyəndə həm birinci, həm ikinci, həm üçüncü Qəzənfər Paşayev yada düşür. Ancaq görkəmli alimin maraq dairəsi kərkükşünaslıqla məhdudlaşmır. Onun dil, ədəbiyyat, ölkəşünaslıq sahələrindəki araşdırmaları, tərcümələri, eləcə geniş elmi-ictimai fəaliyyəti Azərbaycan cəmiyyətinə yaxşı məlumdur. Mənə elə gəlir ki, Qəzənfər PaşayevinAltı il Dəclə-Fərat sahillərindəəsəri müəllifinə şöhrət gətirən ilk əsər olmaqla qalmır, onun bütün yaradıcılığı üçün bir növ göstərici-proqram funksiyasını daşıyır. Dünya mədəniyyətinin tanıdılmasında, Azərbaycan mədəniyyətinin dünyada təbliğində Qəzənfər Paşayevin həqiqətən özünəməxsus xidmətləri vardır ki, bundan cəmiyyətimiz yaxşı xəbərdardır. Arzu edirəm ki, Qəzənfər müəllim elə bu cür məhsuldar yaradıcılıqla yüzü haqlasın”.

Mərasimdə çıxış edən millət vəkili Qənirə Paşayeva əmisini hər zaman özünə örnək saydığını dilə gətirib: “Mən bu gün burada millət vəkili kimi yox, onun qardaşı qızı kimi danışmaq istəyirəm. Qəzənfər Paşayev təkcə mənim üçün deyil, bütün nəslimizin, düşünürəm ki, eləcə bütün ölkə gəncliyinə örnək olası ömür yaşayıb. O çox səmimi insandır. Yaradılanı Yaradana görə sevmək həmişə onun devizi olub. O, öz qüsursuz əxlaqı ilə həmişə bizə əsl ziyalı örnəyidir. Qəzənfər Paşayev hamıya, dəyərli olan hər kəsə qiymət verməyi bacaran şəxsiyyətdir. Dəyərli ziyalı mütləq digər dəyərlilərə dəyər verəndir. O həmişə bizim üçün gerçək bir ziyalı obrazını təcəssüm edir. Əmimə bundan sonra da sağlam yaradıcı bir ömür arzulayıram

Professor Vaqif Arzumanlı yubilyarın imzasının təkcə Azərbaycanda deyil, İraqda, Türkiyədə, İranda da kifayət qədər tanındığını qeyd edib: “ Bakıda ilk dəfə İraq-türkman kitabxnası yaradan, hansı mövzuda yazırsa yazsın, hər zaman kərkük-türkman folkloruna sadiq qalan Qəzənfər Paşayevi haqlı olaraq Azərbaycan kərkükşünaslığının banisi hesab edirlər”.

Tədbirdə çıxış edən millət vəkilləri Jalə Əliyeva, Aqil Abbas, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalı, filologiya elmləri doktoru İmamverdi Həmidov, Asif Rüstəmli, şair İlyas Tapdıq, Qurban Bayramov, Oqtay Rza, İraq səfirinin müşaviri Casin Məhəmməd, iraqlı qonaq Əsəd Ərbil yubilyar haqqında ürək sözlərini ifadə edərək ona gələcək yaradıcılığında da uğurlar arzulayıblar.

Sonda yubilyar söz alaraq, mərasimdəki qonaqlara minnətdarlığını bildirib, ona səmimi arzularını ünvanlayan hər kəsə təşəkkür edib. Mərasimdə Qəzənfər Paşayevin yubileyinə həsr edilmişÖmrün əbədiləşən illərikitabının təqdimatı da keçirilib. Arəstə Paşayevanın tərtib etdiyi kitabın redaktoru Sabir Rüstəmxanlı, rəyçiləri akademiklər Vasim Məmmədəliyev İsa Həbibbəyli, eləcə yazıçı Nahid Hacızadədir.

Nəşrdə görkəmli qələm adamlarının professorun çoxşaxəli yaradıcılığına həsr edilən məqalələri yer alıb.  

 

 

Sevinc MÜRVƏTQIZI 

 

525-ci qəzet.- 2012.- 20 noyabr.- S.7.