Oralarda kimlər var:Cavad Zeynal-2
ORALARDA KİMLƏR VAR:
CAVAD ZEYNAL–2
Yazar,dramaturq və alim Aslan Qəhrəmanlı şair Cavad Zeynalın “AXŞAM QƏRİBLİYİ” kitabına yazdığı ÖN SÖZDƏ qeyd eləyir :”Qarşımda hələ
çap olunmamış
bir kitabın kompüterdə yığılmış
variantı var. “Axşam
qəribliyi” adlandırılan
bu kitabı gözdən keçirirəm,
yadıma müəllifin
– şair və nasir Cavad Zeynalın
“Yazıçı” nəşriyyatında
işlədiyi vaxtlar,
bir də şair Qabilin eyni adlı şeiri düşür:
“Gedirsən, deyirsən öz-özünə sən:
Bu səbəbsiz olan qüssəni unut!
Lakin heç qoyarmı qəlbin ola
şən
Axşam qəribliyi, bir də ki, sükut?!”
...Cavad Zeynalın
son zamanlar məhsuldar
işləməsi bəzilərini
təəccübləndirsə də, mən buna çox təbii baxıram. Çünki yaradıcılıq məsələsi
həddindən artıq
mürəkkəb məsələdir.
Hər gün müəyyən saatlarda yazanlar da var, aylarla
mövzunu beynində saf-çürük edib birnəfəsə yazanlar
da. Cavad Zeynal ikincilərə
aiddir. Onun mətbuatda çıxan
şeirlərinin, hekayələrinin
çox böyük hissəsini oxumuşam və bəzən fikirlərimi müəllifə
bildirmişəm. Nəhayət, haqqında danışdığım
kitabın əlyazmasını
(yəni kompüterdə
yığılmış variantını)
görəndə tənqidi
qeydlərimi söyləməyi
xahiş elədi.
Düzünü deyim ki, kitab xoşuma gəldi. Buraya müəllifin həm şeirlərinin, həm də nəsr əsərlərinin bir hissəsi daxil edilib.Yaradıcılığa şeirlə
başlamış Cavad
Zeynal sonradan nəsrə keçsə
də, çox az dəyişib, yenə gəncliyində olduğu kimi emosionaldır, dəymədüşərdir,
tez inciyəndir və bir az
da... bədbindir.Bilmirəm
Cavad özünü şair hesab edir, yoxsa nasir?
Bunu mən ondan heç soruşmamışam.
Çünki onun cavabı
nə olur-olsun, lap qalın-qalın romanlar yazsa belə, o şairdir”.
– Keçən həftəki
sualımızın cavabı
yarımçıq qaldığı
üçün həmin
sualı oxuculara bir də xatırladıram : Vaxtilə yaxşı vəzifələrdə olmusuz,
yəni yazıçılıq
sahəsində deyirəm,
məsul nəşriyyatlarda,
məsul işlərdə
çalışmısız, redaktor işləmisiz, nə kimi şeylər
qalıb o illərdən
yadınızda?
...Müəllifə teleqram vurdum. Gəldi. Əvvəlcə hazır hekayələri
oxudu. Çox razı qaldı.
Qalan yazılarının
ələ gəlmədiyini
bildirdikdə barıt
çəlləyi kimi
partladı: “Ağzının
sarısı hələ
getməyib, mənə
cik-cik öyrədəcək...”. Qalxdım.
– Səni öyrətmək
fikrim də yoxdu heç. Çünki sən bundan
məhrumsan. – dedim
və əlyazmasını
da qoltuğuna verdim. – Get, hara gedirsən!
– Ordan çıxandan sonra güman ki, hər şeyin
bitdiyini hesab elədiniz.Bəs sonra nə oldu?
–Sonra məni Əliağa Kürçaylı
çağırdı (baş
redaktor idi). Getdim. Əlyazması ilə bağlı
fikrimi soruşdu.
Çox sərt fikirdə olduğumu dedim və əlyazmasından
birini götürüb
nümunə üçün
oxudum. Yazıda personajlar fırıldaq
mollalar idi. Hamısı
bir-birinə iyrənc
oyunlarından, alçaqlıqlarından
danışırdılar. Hətta biri İmamzadə qəbrində eşşək
sümükləri basdırıldığını
bəyan edirdi. Əlyazmanın bu yerində Əliağa müəllim məni dayandırdı və qəzəbini özündən
razı professorun üstünə tökdü:
– Yığışdır bu
zibilini burdan... Bugünkü sərçə dediyin bu adama
cavab ver görüm, nə cavab verəcəksən?
Tərk elə otağı xahiş eləyirəm!
Professor suyu süzülə-süzülə
otağı tərk etdi.
–Yəqin ki, professor da əlini əlinin
üstünə qoyub
oturmadı?
Bir aydan sonra Əjdər
müəllim məni
otağına çağırdı:
– Səndən şikayət
ərizəsi gəlib,
Mərkəzi Komitədən,
Kamran Bağırovun adına yazılıb.
Üstünə blankda nəsə
yazılmış ərizəni
mənə uzatdı:
– Apar, müəllifə cavab yaz!
Baxdım. Əlyazmasını rədd etdiyim professordan idi. Gülmək
məni tutdu.
– Məndən şikayət
eləyənə mən
nə yazım?
– Adə, get nə
yazırsan yaz də!
Mən çıxdım.Mənfi rəyimi
yazıb əlyazmasının
üstünə qoydum
və katibəyə verib bərk-bərk tapşırdım:
– Apar sal poçta,
qəbzi də mütləq saxla.
Bundan sonra səs çıxmadı.
–Daha kimlərlə maraqlı
“ macəralarınız” olub?
–Sabir Əhmədovun (Sabir Əhmədli) “Toğana” romanını çapa yazıb mətbəəyə göndərmişdim.
Üç gün sonra
məni Qlavlitə çağırdılar. Baş senzor məni yaxşı qarşıladı.
Bunu salam-sabaha, aramızdakı
xətir-hörmətə yozdum.
Sonra mətləbə keçdi
və çapa imzaladığım korrekturanın
səhifələrini açıb
qeydlərini bir-bir mənə göstərdi.
Əlavə də etdi ki, bəs Qlavlit
konstitusiyada yoxdu, bunları biz ixtisar edə bilmərik, redaktor kimi gərək
bu ixtisarları sən eləyəsən.
Qırağından qırmızı xətt çəkilmiş
səhifələrə baxdım.
Heyrət məni götürdü.
Bunlar romanın elə yerləri idi ki, ixtisar etsəydim
roman tamam zay olurdu.
Etiraz elədim: Mən bunları ixtisar edədimsə, elə redaktə vaxtı edərdim də, ta çapa
imzalayandan sonra yox ki!
Senzor da geri çəkilmədi:– Dedim bizim
ixtiyarımız yoxdu,
biz belə şeyləri
redaktorun əli ilə elətdiririk həmişə.
– Yox, qardaş! Buna əlim gəlməz.
Bu namərdlikdi.
Senzor qıpqırmızı
oldu.
– Başın ağrıyar,
işdən çıxardarlar
səni belə şeylərin üstündə.
Mən qəti dedim:
– Namərd yaşamaqdansa yaşamamaq yaxşıdı.
Bacarırsınız özünüz
eləyin!
Çıxdım. Bilirdim ki, heç
nə eləyə bilməyəcəklər. Göygöl qonaqlığı, stadiondakı
təhqir böyük
rezonans doğurmuşdu
və hələ də dillərdə gəzirdi.
–Bilirsən Cavad bəy ,
mən sizin xatirələrinizə ona
görə bu qədər hövsələ
ilə qulaq asıram ki,sizdən başqa kimsə bunları bilmir və bunlar heyif ola bilər.
Təşəkkür edirəm. İki gün “Yazıçı”
nəşriyyatının rəhbərliyi
ilə Mətbuat Üzrə Xüsusi Dövlət İdarəsi
rəhbərliyi arasında
telefon danışıqları
getdi. Nə nəşriyyat, nə
də xüsusi idarə geri çəkilmədi.Üçüncü günü məni yenə Mərkəzi Komitəyə çağırdılar.
Yenə Teymur müəllim, yenə də mən. Gedəndə nə isə
üəryim sakit idi. Elə bil ənşər-mənşərə
getmirdim. Sadəcə
bir az
Teymur müəllimin zəhmindən çəkinirdim.
Teymur müəllim məni qapıda görəndə eynəyinin
altından mənə
diqqətlə baxdı:
– Hə, yenə sənsən? – dedi. – Gəl, gəl.
Onun səsindəki
yumşaqlıqdan toxtadım. Tamam sərbəstləşdim
və olan-qalan gərginliyim də çəkildi. İrəli yeridim.
Əlinin işarəsiylə stul göstərdi. Əyləşdim.Çapa imzaladığım romanın korrekturasını
qarşısına çəkdi
və qırmızı
xətli səhifələrdən
bir neçəsinə
göz gəzdirdi.
Sonra səhifələri
örtdü və qəflətən soruşdu:
– Tanışsan bu qeydlərlə?
– Bəli!
– Onda nədir bunlar belə?
– Bunlar aləmə aşkar olanların bədii əksi! Burda heç bir dövlət sirri yoxdu. Təsvirdəki hadisələri dağda
çobanlar da bilir.
Teymur müəllimin
gözlərindən bir
gülüş qığılcımı
keçdi. Bundan ürəkləndim və
özümü daha da toparladım:
– Teymur müəllim, söz sizindi!.. Ancaq bu ixtisarları
aparsaq, roman romanlıqdan
çıxacaq və
bu da cəmiyyətdə
böyük əks-səda
doğuracaq. Bəlkə roman özü heç özü bu sədanı doğurmayacaq.
Yoxsa bundan sonra “Amerikanın
səsi”, “Azadlıq” radiosu Soljeinitsini buraxıb Azərbaycanda Sabir Əhmədovdan danışacaq, məndən
danışacaq.Teymur müəllimin
düşüncəli baxışları
üzümdə qaldı.
Bir xeyli fikirləşdi və əlini telefona apardı. Mən ürəyimi yedim. Beynimdən keçən yalnız bu oldu: “Daha hər
şey bitdi!”.
Gözlədiyimin əksinə oldu. Teymur müəllim Mətbuat Üzrə Xüsusi Dövlət İdarəsinin
rəisi Cahangir İldırımzadə ilə
danışdı: “Sabir
Əhmədovun romanındakı
qeydlərə baxdım,
burda elə bir ciddi şey
yoxdu, dərinə getməyə dəyməz.
Verin getsin!”.
Sabir Əhmədovla bir də on beş
ildən sonra küçədə rastlaşdım.
Dağdan-arandan sonra birdən gülə-gülə
qayıtdı ki:
– Deyirlər o vaxt partizanlıq eləmisən?
Nədən danışdığını əvvəlcə bilmədim. Özü
izahat verdi:
– “Toğana”nı xilas elədiyini deyirəm də. Böyük mərdlik göstərmisən
o vaxt. Bəs mənə niyə
bildirməmişdin?
Mən də güldüm.
– Nəyə bildirməliydim
ki? Bildirsəydim nə olasıydı?
İşimin adı budu də...
– Yox... – Sabir müəllim bir az xəyallandı.
– Hər adam
belə eləmir... İndi hamı ağız güdür, milçəyini
qoruyur. Sən doğurdan da böyük iş görmüsən, qorxmamısan...Tofiq Abdin, nə
gözəl ki,siz məni dilləndirdiniz? Bunlar neçə illərdi
yığılıb ürəyimdə
qalmışdı. Redaktor səriştəsi,
redaktor yanğısı,
redaktor mövqeyi əsərlərdə mütləq
özünü göstərməlidir.
Əks halda, kitablar ya qüsurlu, ya da çox
zəif çıxar.
(Davam edəcək)
525-ci qəzet.- 2012.- 24 noyabr.- S.23.