Gender bərabərliyi – qadın
hüquqları və onların qorunması
QEYRİ-HÖKUMƏT
TƏŞKİLATLARI “CEDAW ƏMƏLDƏ” ADLI LAYİHƏ
HƏYATA KEÇİRİR
Cəmiyyətdə
qadın hüquqları və onların qorunması aktual məsələ
olaraq qalmaqdadır. Bu vasitə ilə cəmiyyətdə
qadın zorakılığı əleyhinə maarifləndici
missiyanı üzərinə götürən Rasional
İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) və
D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətindən
ibarət Koalisiya Counterpart İnternational təşkilatının
Qadın İştirakçılığı Proqramı
çərçivəsində “CEDAW ƏMƏLDƏ”
adlı layihəsini həyata keçirir. Layihə
ABŞ-ın İnkişaf Agentliyi və Norveç Xarici
İşlər Nazirliyi tərəfindən maliyyələşir
və Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi tərəfindən dəstəklənir.
Layihənin
əsas məqsədi Azərbaycanda gender bərabərliyi və
qadın hüquqları sahəsində vəziyyətin
yaxşılaşdırılmasına istiqamətlənən
BMT-nin Qadınlara Qarşı Ayrı-Seçkiliyin
bütün Formalarının Ləğv Edilməsi
Haqqında Konvensiyasına (CEDAW) dair İctimai Maarifləndirmə
Kampaniyasının keçirilməsidir. 2013-cü ilin
ortasına qədər davam edəcək İctimai Maarifləndirmə
Kampaniyasına sosial çarxların çəkilişi,
jurnalistlərin və qadın QHT-ləri üçün təlimlərin
keçirilməsi, TV proqramlarının hazırlanması,
media müsabiqəsinin təşkili və digər təşəbbüslər
daxildir.
“Gender-Əsaslı
Zorakılığa Qarşı 16 Günlük Fəallıq
Kampaniyası 1991-ci ildə ilk dəfə Qadınların
Liderliyi Mərkəzinin dəstəyi ilə təşkil
olunmuş beynəlxalq kampaniyadır. 25 noyabr – Qadınlara
Qarşı Zorakılığla Mübarizə üzrə
Beynəlxalq Gün və 10 dekabr – Beynəlxalq İnsan
Hüquqları Günü tarixləri qadınlara
qarşı zorakılığın insan hüquqları ilə
əlaqəsini vurğulamaq üçün seçilib.
Hər
il olduğu kimi 2012-ci ildə də Rasional İnkişaf
uğrunda Qadınlar Cəmiyyəti 16 günlük
kampaniyanın təşkil olunmasında yaxından iştirak
edir və çoxsaylı təşəbbüslər həyata
keçirir.
Dünən
keçirilən mətbuat konfransı da məhz həmin
kampaniyanın başlanğıcına və bu müddət ərzində
iştirak imkanlarına həsr edilib.
Rasional
İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri
Şəhla İsmayıl layihənin həyata keçirildiyi
8 ay əzrində görülən işlər haqqında ətraflı
məlumat verib. O, “CEDAW ƏMƏLDƏ” layihəsinin əsas
hədəf qruplarından biri də KİV nümayəndələrinin
olmasını qeyd edərək, kampaniyada iştirak
imkanlarından danışıb və jurnalistlər
üçün müsabiqəni açıq elan edib.
Tədbirdə
daha sonra Counterpart İnternational təşkilatının
vitse-prezidenti Sibel Berzeq və ABŞ Beynəlxalq
İnkişaf Agentliyi Qadın
İştirakçılığı Proqramı, Counterpart
İnternational Azərbaycan layihə rəhbəri İlqar
Ağasiyev çıxış edərək proqram və
layihə barədə ümumi məlumat verib,
iştirakçılara uğurlar arzulayıblar.
Keçən
il ərzində 4280 gender əsaslı zorakılıqla
bağlı cinayət hadisəsinin baş verdiyini deyən
İlqar Ağasiyev görülən müxtəlif maarifləndici
tədbirlərin nəticəsi olaraq bu ilə 820 gender əsaslı
zorakılıqla bağlı cinayət hadisələrinin
sayı azalıb. Təbii ki, bunun da yalnız statistik rəsmi
göstəricilər olduğunu qeyd etmək lazımdır.
Ceyhun ABASOV
525-ci qəzet.- 2012.- 27 noyabr.- S.4.