Azərbaycan mühacirət mətbuatının
tanınmış xadimi – Məmməd Sadiq Aran
Tanınmış mühacir və mətbuat xadimi olan Məmməd Sadiq Aran 1895-ci ilin dekabr ayında
Zəngəzur qəzasının
Sisyan bölgəsində
Rud-bazarçay kəndində
doğulmuşdur. İlk təhsilini evdə almış, fars
və ərəb dillərini öyrənmişdir.
Elə həmin illərdə də “Qurani-Kərim”i oxuyub mənimsəmişdir.
Sonra Naxçıvan gimnaziyasını
bitirmiş və imtahan verib Bakı
Yüksək Pedaqoji İnstitutuna daxil olmuşdur. Türkiyəyə getdikdən sonra
İstanbul Universitetinin
Ədəbiyyat fakultəsində
təhsil almış,
müxtəlif məktəblərdə
müəllimlik etmişdir.
Ərəb, fars və rus dillərini
yaxşı bilən M.S.Aran musiqi ilə də məşğul olmuşdur.
Bir sözlə klassik
Azərbaycan musiqisini mükəmməl
öyrənmişdir. Yaradıcılığa erkən başlayan
M.S.Aran ilk şerlərini
“Açıq söz”
və “Fyuzat” jurnallarında dərc etdirir. Təqib və məhdudiyyətlər
qarşısında 1914-cü ildə İrana qaçır, Marağada ibtidai məktəb yaradır. 1917-ci ildə isə Gorusa gəlir və orada da
məktəb açır.
M.S.Aran 1917-ci ildən
başlayaraq Azərbaycanın
milli istiqlalını
qazanması uğrunda
mücadilə etmişdir. Bolşeviklər
Azərbaycanı tamamilə
işğal etdikdən
sonra o, Bakıdakı
dostları ilə birlikdə gizli qurtuluş təşkilatını
qurmuş və İstanbuldakı Milli Azərbaycan Təşkilatı
ilə əlaqə yaratmaq üçün Türkiyəyə getmiş , sonra yenidən Azərbaycana qayıtmışdır.
Sonradan o, “Çeka”
dəstələri tərəfindən
Tiflisdə tutulub həbsə alınmışdır. Sonradan fürsət
tapıb həbsxanadan
qaçmağa müvəffəq
olan M.S.Aran 1923-cü ilin sonunda İrana,
buradan isə Türkiyəyə mühacirət
etmişdir. Əvvəlcə Trabzonda müəllimlik etmiş, sonra da İstanbula gələrək, Azərbaycan
istiqlal davasına, nəşriyyat sahəsindəki
fəaliyyətlərlə yanaşı, sosial və iqtisadi sahələrə də dəstək vermişdir.
İstanbulda olduğu
15 il ərzində
Azərbaycan Milli Mərkəzində də
fəallıq göstərmişdir.
M.S.Aran daha sonra Finlandiyaya getmişdir. Orada İdil-Ural türklərinin
uşaqlarını oxutmaq
üçün bir məktəb açaraq müəllim və idarəçi vəzifəsində
çalışmışdır. Eyni zamanda türkcə və fincə “Yeni Turan” adlı
bir qəzet də təsis etmişdir. Finlandiyadan İstanbula
döndükdən sonra
mətbu fəaliyyətini
davam etdirən Aran İkinci Dünya müharibəsindən
sonra “Millət”, sonra da “Cümhuriyyət” qəzetlərinin müxbiri
olaraq İranda işləmişdir.
1941-ci ildə yenidən
İstanbula köçən
M.S.Aranın 1942-ci ildə
“İran türkləri”
adlı kitabı çapdan çıxmışdır. Az sonra müəllif “Türkün
altun kitabı” adlı ikinci əsərini nəşr etdirmişdir. M.S.Aran pedaqoji siyasi
fəaliyyətlə yanaşı
bədii yaradıcılıqla
da məşğul olmuşdur. Onun “Qara köynək”, “Gənclərə nəsihət”
“Millətlərin haqqı
və məhkum türklərin davası” adlı nəsr əsərləri, “Qaçaq
Nəbi”, “Top səsləri”
kimi pyesləri, çoxlu şeirləri vardır. Əsərlərinin əksəriyyəti 1952-ci ildə çap olunmuş “Ərkənəgon
yolları” adlı kitabında toplanmışdır.
Türkiyədə çap olunan “Azəri-Türk”, “Yaşıl
yarpaq”, “Türk yolu” və Ergenekan
yolu” kimi dərgilərdə də
imkanı daxilində çıxış etmişdir.
Türk Kültürü Araşdırma
İnstitutunun qurulmasında
onun böyük zəhməti olmuşdur.
Məmməd Sadiq Aran 1972-ci ildə mühacirətdə,
İstanbulda vəfat etmişdir.
Məmməd Sadiq Aranın Türkiyə mətbuatında
yazıları
Qeyd edək
ki, Türkiyədə
yayımlanan digər mətbuat orqanlarında da Məmməd Sadiq Aranın məqalələri çap
edilib. Bu yazılar
sırasında M. S. Aranın
“Azəri Türk Şairləri” yazısı
daha çox diqqəti çəkir.
Bu məqalədə o, Şah
İsmayıl Xətai,
Şükuhi, Qövsi,
Məhəmməd Bakir
Xalxali və müasir Azəri Türk ədəbiyyatından
Hüseyn Cavid, Əhməd Cavad və Almas İldırımın
şeirlərindən də
nümunələr verərək
təhlil edir.
M.S.Aranın “Ulus” qəzetində də yazılarına rast gəlmək mümkündür. Bu qəzetdə
o, əsasən İranla
bağlı yazılarını
“İran məktubları”
başlığı ilə
dərc etdirmişdir.
Məmməd Sadiq Aranın bu yazıları “Ulus” qəzetinin 1938-ci ilin 23 aprel və
1941-ci ilin 18 iyun saylarında çap edilib.
Onun “Azərbaycanda
Qadın Türk Şairləri” yazısı
“Çağlayan” məcmuəsinin
1942-ci ilin 26 aprel sayında nəşr edilib. Bu yazısında o, əsasən Xurşud Banu Xanım Natəvan haqqında oxuculara məlumat verir.
M.S.Aranın 1942-ci ilin 5 martında
“Bozqurd” məcmuəsində
çap edilən “Məfkurə-Ülkü” məqaləsi
və həmin məcmuənin 26 martında
nəşr edilən
“Ərgənəkon bayramı”
yazısı da əhəmiyyətinə görə
maraqlıdır.
1946-cı
ilin 6 dekabrından Türkiyədə nəşrə
başlayan “Şərq
Yolu” qəzetində də onun “Məmməd
Sadiq Aran” və “S.Azər” imzaları ilə məqalələrinə,
“Sənan” imzası ilə şeirlərinə
rast gəlinir.
Onun bu qəzetdə Məmməd Sadiq Aran imzası ilə çap edilən yazıları aşağıdakılardır:
1. Millətlərin haqqı və məhkum Türklərin davası.
“Şərq Yolu” qəzeti, il
1, sayı 1, 6 dekabr
1946.
2. Bədbəxt Azərbaycan
məsələsi. “Şərq
Yolu” qəzeti, il 1, sayı
2, 13 dekabr 1946.
3. Qızıl samata. “Şərq Yolu” qəzeti, il
1, sayı 3, 21 dekabr
1946.
4. Qızıl vəhşət.
“Şərq Yolu” qəzeti, sayı 4, 28 dekabr 1946-cı il.
5. Kommunist həyəcanlarına
cavab. “Şərq Yolu” qəzeti, il 1, sayı
4, 28 dekabr.
1946-cı
il.
6. Məhkum
Türklərin durumu. “Şərq
Yolu” qəzeti, sayı 5, 4 yanvar 1947-ci il.
7. Biz nə istəyirik? “Şərq Yolu”
qəzeti, sayı 6,
11 yanvar 1947.
8. Məhkum Türklərin
iztirabları. “Şərq
Yolu” qəzeti, sayı 7, 18 yanvar 1947.
9. Kamalimizin istismarı. “Şərq Yolu”
qəzeti, sayı 7,
18 yanvar 1947.
10. Sovet
Rusiyasının Türkiyə
dostluğu. “Şərq
Yolu” qəzeti, sayı 9, 1 fevral 1947.
11. Burjua kommunistlər. “Şərq
Yolu” qəzeti, sayı 10, 8 fevral 1947.
12. Vəhşət
xəbərləri. “Şərq Yolu” qəzeti, sayı 11, 15 fevral 1947.
“S.Azər” imzası ilə nəşr edilən yazıları
1. 26 il öncə.
“Şərq Yolu”
qəzeti, sayı 6,
11 yanvar 1947.
2. Tarixdən səhnələr:
Azərbaycan-İran qovğası.
“Şərq Yolu”
qəzeti, sayı 7,
18 yanvar 1947.
3. Dədə Qorqud. “Şərq Yolu”
qəzeti, sayı 7,
18 yanvar 1947.
“Sənan” imzası ilə nəşr edilən şeirləri
1. Boğazkəsən qalası.
“Şərq Yolu” qəzeti, il
1, sayı 1, 6 dekabr
1946.
2. Boğazda mehtap. “Şərq Yolu”
qəzeti, say 2, 1946.
3. Yaxınlaşma, yağı!
“Şərq Yolu”
qəzeti, sayı 3,
1946.
4. Ey əsir ellərdə
yaşayan Türklər.
“Şərq Yolu”
qəzeti, sayı 5, 4
yanvar 1947.
5. Bəkləyəcəyəm. “Şərq Yolu” qəzeti, sayı 6, 11 yanvar 1947.
6. Ülkü Yolçusu. “Şərq Yolu”
qəzeti, sayı 7,
18 yanvar 1947.
7. Tufan olacaq. “Şərq Yolu” qəzeti, sayı 7, 18 yanvar 1947.
8. İntiqam. “Şərq
Yolu” qəzeti, sayı 10, 8 fevral 1947.
Məmməd Sadiq Aranın nəşr etdiyi “Yaşıl Yarpaq” jurnalı
Bu jurnal 1928-ci ilin
16 iyununda İstanbulda
nəşr edilib. 8 səhifə həcmində
yayınlanan bu jurnal uzunmüddətli olmayıb. Jurnalın son sayı 1928-ci ilin sentyabr ayının
1-də çıxıb.
Jurnalın baş redaktoru Məmməd Sadıq Aran olub. Sonrakı saylarda
isə onun “Ərdoğan” və “Sisyanlı” imzaları ilə yazılarına rast gəlmək mümkündür.
“Yaşıl Yarpaq” jurnalı fəaliyyət proqramının birinci sayında nəşr etdiyi “Yolumuz” adlı yazıda belə ifadə edib: “Yaşıl Yarpaq əsarət zənciri altında qalmaq bədbəxtliyinə
düşən Azərbaycanda
illərdən bəri
davam edən faciəyə seyrçi qalan dünyaya onun dərdlərini eşitdirmək üçün
fəaliyyətə başlayır.
Bu ümidini bir
az da olsa
reallaşdıra bilərsə,
özünü xoşbəxt
sayacaq”.
Jurnalın Azərbaycan istiqlalı mübarizəsindəki əsas
yeri Azərbaycanın
rus istiqlalı altında olduğunu vurğulamaq və geniş ictimaiyyətə
çatdırmaq idi.
Jurnalın 1928-ci ilin 16 iyunda nəşr edilən “On il geridə” məqaləsində isə
oxuyuruq: “Yüz milyonluq bir rus
kütləsinə qarşı
dörd milyonluq türk Azərbaycan bütün məhrumiyyətinə
rəğmən, qəsb
olunan haqqını müdafiə edə bilmiş və əsrin bütün şəraitini nəzərə
alıb milli – mədəni ilk Türk Cümhuriyyətini təsis
etmək şərəfini
qazanıb”.
“Yaşıl Yarpaq”
jurnalında Azərbaycan
Türklərinin özlərinəməxsus
bir kültürləri,
bir ədəbiyyatı
olduğunu əks etdirən yazılarla yanaşı, xalqımıza
düşmən mövqedə
dayanan ermənilər
haqqında da məlumatlar verilib.
Məmməd Sadiq Aran bu
jurnalı nəşr
etməklə Azərbaycana
necə bağlı olduğunu bir daha sübuta yetirirdi. Bu dövrdə o, “Ərdoğan”, “Sisyanlı”,
“Sənan Azər”, “Sənan” kimi imzalarla çıxış
edib.
Nəsiman YAQUBLU
525-ci qəzet.- 2012.- 28 noyabr.- S.6.