Ön və arxa
cəbhənin sınanmış əsgəri
Ölkəmizin müstəqilliyi, torpaqlarımızın
müdafiəsi uğrunda
gedən mübarizələr
dövrü Azərbaycan
xalqının azadlıqsevər,
vətənpərvər, qorxmaz
övladlarını bir
araya gətirib ayağa qaldırıb. Vətənin, xalqın səsinə səs verən belə cəsur, fədakar insanlardan biri də Cavid
Rüstəm oğlu Rüstəmovdur. Cavid Rüstəmov
1959-cu ildə Ağcabədi
rayonunun Hüsülü
kəndində anadan olub. O, lap kiçik yaşlarından Hindarxda babasının və nənəsinin yanında yaşayıb. 1975-ci ildə
adıçəkilən kənd
orta məktəbini əla qiymətlərlə
bitirərək Şuşa kənd təsərrüfatı texnikumuna
daxil olub. Qaynar Şuşa
mühiti gənc Cavidin həyatına ciddi təsir göstərib. 1977-ci ildə əsgəri xidmətə çağrılan
C.Rüstəmov Sverdlorsk
vilayətində sovet
ordusu sıralarında
qulluq edib, kiçik komandirlər məktəbini bitirib.
O, 1979-cu ildə hərbi
xidməti başa vurduqdan sonra Şuşada təhsilini davam etdirib, baytarlıq feldşeri ixtisasına yiyələnib.
1980-cı ildə doğma Ağcabədiyə
dönən gənc mütəxəssis rayon meşə-meliorativ
stansiyasında əmək
fəaliyyətinə başlayıb.
Sonralar bir müddət baytarlıq stansiyasında
sahə həkimi vəzifəsində işləyib.
Rayon aqrokimya birliyində
çalışdığı illərdə Cavid özünü bacarıqlı
və təşkilatçı
kadr kimi göstərib. Tezliklə ona
birlik həmkarlar təşkilatının sədri
postu həvalə olunub.
Fəhlələrin hüquqlarını daim cəsarətlə müdafiə
edən Cavid Rüstəmov səmərəli
fəaliyyətinə görə
rayon həmkarlar komitəsi
plenimunun və rəyasət heyətinin üzvü seçilib. 1989-cu ildə
kolxozların ayrılması
ilə əlaqədar
bacarıqlı gənc
Ə.Bünyadov adına kolxoz partiya komitəsinin katibi, daha sonra
isə sədr müavini vəzifələrinə
irəli çəkilib.
Dağlıq Qarabağ hadisələri
başlayanda bir çox Vətən oğulları kimi Cavid Rüstəmov da erməni faşistlərinin hücumlarının
qarşısını alınması
uğrunda mübarizə
meydanına atılıb.
O, 1988-ci il noyabr ayının 5-də
Hindarxda “Qarabağ bizimdir” şüarı altında keçirilən
nümayişə rəhbərlik
edib. Bir vaxtlar Hindarx
kəndində dərzi
işləyən Bahar
nənəsinin tikib hazırladığı üçrəngli
milli bayrağımız
onun təşəbbüsü
ilə keçirilən
nümayiş və mitinqlərdə müntəzəm
dalğalandırılıb. C.Rüstəmovun təşkilatçılığı
ilə 1989-cu ildə yaradılmış 9 nəfərdən
ibarət könüllü
dəstə vertjlyotla
Ağdamdan Şuşaya
gəlib. Cavidin ciddi təkidi ilə o vaxtlar Şuşa rayon partiya komitəsinin birinci katibi işləyən Vaqif Cəfərovun göstərişinə
əsasən sözügedən
dəstə gizli yollarla Kərkicahana göndərilib. Dəstə üzvləri yerli
sakinlərin bilavasitə
köməkliyi sayəsində
Xankəndinə gedən
su kəmərini 5 dəfə partlatmağa müvəffəq olub.
Bu haqda həmin
dövrdə “Vremya” informasiya proqramında məlumat verilib. Vaqif Cəfərov tərəfindən
Cavidgilin göstərdikləri
bu igidliklərlə əlaqədar Ağcabədi
rayon partiya komitəsinə
ünvanlanan minnətdarlıq
məktubu izdiham qarşısında səsləndirilib
və geniş rezonans doğurub. Bunlarla yanaşı, C.Rüstəmov
Bərdə, Tərtər,
Ağcabədi və Ağdam özünümüdafiə
batalyonlarının tərkibində
döyüşlərdə iştirak edib, hərbi hissələrə
yardımlar göstərib.
Özünün dediyinə görə,
1989-cu ilin sonunda və 1990-cı ilin əvvəlində Cavid Hüsülü kənd ağsaqqallarına məktub
göndərərək onlardan
Kərgicahan əhalisinə
yardım göstərilməsini
xahiş edib. Onun müraciətinə
cavab olaraq Hüsülü camaatı
tərəfindən xeyli
miqdarda ət və digər ərzaq məhsulları tədarük olunaraq Kərkicahana göndərilib.
Lakin yardım aparanlar Qala dərəsi adlanan yerdə rus-erməni postlarında saxlanılıb, Xankəndi
komendaturasına aparılmasına
cəhd göstərilib.
SSRİ Ali Sovetinin deputatı Vaqif Cəfərovun səyi ilə dəstə azad edilib və
yardım ünvanına
çatdırılıb. Qeyd olunan dövrdə çətinliklərə baxmayaraq,
Cavidin təşkilatçılığı
ilə cəbhə bölgəsindəki döyüşçülərə
silah-sursat yardımları
da göndərilib.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışı zamanı
“Belarusiyanı partizanlar
xilas etdi” çağırışından ruhlanan Cavid Rüstəmov Ağcabədi
rayon hərbi komissarlığının
dəstəyi ilə özünümüdafiə batalyonu
yaradıb. Sözügedən batalyon müxtəlif müdafiə tədbirlərində
yaxından iştirak edib. Cavid 1994-cü ilin oktyabr
hadisələri zamanı
ümumilli lider Heydər Əliyevin çağırışı ilə Bakı şəhərində təşkil
olunmuş ümümxalq
müşavirəsində iştirak
etmək üçün
rayondan yola düşən heyətin
tərkibinə qatılıb.
Ona çıxış etmək
imkanı yaradılıb.
Lakin prezidentin gəlişi ilə əlaqədar bu çıxış baş tutmayıb. Həmin tədbirdə çəkilmiş
sənədli xronikada
“Heydər-xalq, xalq-Heydər”
şüarının sağ
tərəfində “hörmətli
prezidentimiz ağcabədililər
sizinlədir” şüarı
da öz əksini tapıb. Ölkəmizdə atəşkəs elan olunduqdan sonra dinc quruculuq
işləri geniş
vüsət alıb.
C.Rüstəmov da həmin tədbirlərə fəal
surətdə qoşulub.
O,
1994-cü və 1995-ci illərdə
Təzəkənd, Hüsülü
və Rəncbərlər
kəndlərini əhatə
edən Hüsülü
ərazi icra nümayəndəsi vəzifəsində
çalışıb. Sonrakı dövrdə
isə kənd sovetinin deputatı, bələdiyyə üzvü
kimi Hüsülü və Hindarx kəndlərində, eləcə
də rayonda həyata keçirilən
abadlıq və quruculuq tədbirlərində
fəallıq göstərib.
Cavid Rüstəmov
bu gün keçdiyi mənalı həyat yolundan qürur duyur. Ona görə
ki, bu yorulmaz,
cəsarətli insan harda işləməsindən,
hansı sahədə
fəaliyyət göstərməsindən
asılı olmayaraq həmişə tapşırılan
işin öhdəsindən
layiqincə gəlib, çalışdığı kollektivin, döyüş
yoldaşlarının nüfuz
və hörmətini
qazanıb, rayon əhalisi
arasında sayılıb-seçilib.
Təsadüfi deyildir ki, onun xidmətləri sakinlər tərəfindən
yüksək qiymətləndirilib.
Qəni Cəfərov,
Zakir Mirzəyev, Əcdər Mustafayev, Yavər İsmayılov, Yusif İbrahimov və sair kimi
rayon ağsaqqalları onun
ünvanına həmişə
xoş sözlər söyləyir, razılıqlarını
bildirirlər. Qarabağ
savaşlarının qəhrəmanlarından
biri, keçmiş hərbi polis rəisi Tofiq Cəfərovun dediyi kimi, həm
arxa cəbhənin, həm də ön cəbhənin sınanmış əsgəri
olan Cavid Rüstəmov hər cür hörmətə layiqdir. O, Azərbaycan Xalq Cümhuriyyətinin fədaisi, “Defai” təşkilatı ilə
sıx əlaqəsi olan ulu babası
Rüstəm kişinin
vəsiyyətlərini, arzularını
əməlləri ilə
doğruldub onun yolunu uğurla davam etdirib. Dörd övlad atası, Qarabağ veteranı, Yeni Azərbaycan Partiyasının üzvü,
nüfuzlu ziyalı Cavid Rüstəmov ömrünün müdriklik
dövrünü yaşayır.
O, ulu öndərin layiqli davamçısı,
ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən nəhəng
abadlıq, quruculuq tədbirlərini ürəkdən
bəyənir, dəstəkləyir
və alqışlayır.
C.Rüstəmov möhkəm əmindir ki, Prezidentim İlham Əliyevin siyasəti sayəsində
torpaqlarımız düşmən
tapdağından tezliklə
xilas olunacaq, Dağlıq Qarabağda və digər işğal olunmuş ərazilərimizdə də
üçrəngli bayrağımız
dalğalanacaq. Odur ki, keçmiş döyüşçü Ali Baş
Komandanın hər an əmrini gözləyir.
Yəhya Paşazadə
525-ci qəzet.- 2012.- 28 noyabr.- S.8.