Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasında İKT internetin yeri

 

İnformasiya cəmiyyəti anlayışı XX əsrin 90-cı illərinin ortalarında yaranıb.

Adından göründüyü kimi informasiyalı cəmiyyət ictimai həyatın bütün sahələrində, cəmiyyətin şəxsiyyətin həyat fəaliyyətində informasiyanın rolunun durmadan artırılmasını nəzərdə tutur. İnformasiya dedikdə ümumi mənada insan tərəfindən siqnallar vasitəsilə ötürülən qəbul edildikdən sonra işlənilən istifadə olunan bilik məlumatlar başa düşülür. İnformasiyalı cəmiyyət elə bir mürəkkəb sosial orqanizmdir ki, burada cəmiyyət həyatında informasiyanın rolu sürətlə artır. İnformasiyanın yaranması, toplanması, emalı örtülməsi təkcə bilavasitə istehsalda deyil, habelə siyasi mənəvi həyatda, idarəçilik funksiyalarının yerinə yetirilməsində uğurla tətbiq olunur.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da təhsil sisteminin informasiya cəmiyyətinin tələblərinə uyğunlaşdırılması, təhsilin keyfiyyətinin artırılması, dünya təhsil məkanına inteqrasiyasının təmin edilməsi istiqamətində dövlət proqramları qəbul edilmiş bu proqramlar çərçivəsində bir sıra mühüm əhəmiyyətli işlər görülmüşdür.

Təhsil sahəsində  informasiya-kommunikasiya texnologiyalarının tətbiqi bir  neçə  ildir  ki, uğurla  davam etdirilir.

Bunun üçün  ölkəmizdə  həm  hüquqi  baza, həm    texniki-iqtisadi  əlaqələr yaradılıb. 

Hələ  1999-cu  ildə Heydər Əliyevin 15  iyun tarixli 168  saylı sərəncamı  ilə təsdiq edilmişAzərbaycan Respublikası Təhsil  Sahəsində  İslahat Proqramı”-nda  bu  sahənin dövlət  siyasətində  prioritet olduğu müəyyənləşmiş  həmin proqramda gənc  nəslin informasiya-kommunikasiya texnologiyalarından istifadə vərdişlərinə  yiyələnməsini təmin etmək ən  mühüm vəzifələrdən biri  kimi  qarşıya qoyulmuşdur.

Dünya təcrübəsi göstərir ki, İKT-dən səmərəli istifadə olunması hər bir ölkənin sosialiqtisadi inkişafına müsbət təsir göstərir, yoxsulluğun azaldılmasında səmərəli vasitəyə çevrilir, yeni yerlərinin açılmasına gətirib çıxarır. 2001 – ci ildən etibarən BMT-nin İnkişaf  Proqramı ilə Azərbaycan hökumətinin hazırladığı birgə lahiyə əsasında bu sahədə müəyyən addımlar atılıb.

2002-ci ilin fevralından başlayaraq Azərbaycan hökuməti BMT-nin inkişaf proqramı ilə birgə işlənib hazırlanmışAzərbaycan Respublikasında informasiyonkommunikativ texnologiyaların tətbiqi inkişafı üzrə Milli Srategiyaadlı layihəni yerinə yetirməkdədir. Bu sənəddə ölkəmizdə mütərəqqi kommunikativ texnologiyaların tətbiqinin başlıca istiqamətləri, əsas vəzifələri prioritetləri müəyyənləşdirilib. Bu gün birmənalı şəkildə söyləmək olar ki, respublikamız müasir qloballaşma şəraitində informasiya cəmiyyəti yaratmaq yoluna uğurla qədəm qoyub.

Respublikamızda İKT üzrə milli strategiyanın işlənib hazırlanması qlobal informasiya cəmiyyətinə keçid üçün zəruri mühitin yaradılması istiqamətində atılan mühüm addım hesab edilməlidir. Azərbaycan Respublikasının inkişafı naminə informasiya kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” lahiyəsinin təsdiqi Azərbaycanın artıq informasiya cəmiyyətinin qurulmasına dair mühüm siyasi sənədə malik olduğunu göstərir. Bu lahiyə çərçivəsində yaradılmış işçi qrupları Azərbaycanda İKT-nin inkişaf etdirilməsi prosesinə fəal qoşulub bir çox nailiyyətlər əldə ediblər. Artıq respublikanın rayonlarında İKT üzrə regional mərkəzlər yaradılmağa başlanılıb.

Dünyanın 112 ölkəsindən 374 təşkilatından 621 nəfərin iştirak etdiyi Cenevrə informasiya üzrə dünya sammitində Azərbaycanın yüksək səviyyədə təmsil olunması respublikamızda İKT-nin yaradılmasına, inkişafına müvafiq strukturların qurulmasına böyük əhəmiyyət verildiyini bir daha sübut edir. Prezident İlham Əliyevin sammitdəki proqram xarakterli çıxışı bu sahədə atılan növbəti ciddi addım oldu. Onun  çıxışında səslənənQara qızılı  insan  kapitalına  çevirməkşüarı dillərdə əzbər  oldu. Bu çıxışda səslənən qiymətli fikirlərdən biri inviuasiya-kommunikasiya texnologiyalarını nəinki Azərbaycanda geniş tətbiq etmək, həm onu iqtisadiyyatın bir sektoru kimi inkişaf etdirməkdən ibarət idi.

2004-cü ildə qəbul edilmişAzərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiyakommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” çərçivəsində ölkəmizdə təhsil müəssisələrinin müasir tələblərə uyğun olaraq yenidən qurulması, ümumtəhsil məktəblərinin kompyuterlə digər müasir avadanlıqlarla təminatı, tədris prosesinin elektron vasitələrlə həyata keçirilməsi, müəllimlərin İKT sahəsində biliklərə yiyələnməsi istiqamətində çox mühüm işlər həyata keçirilib. Eyni zamanda “2008-2012-ci  illərdə Azərbaycan Respublikasında Təhsil  Sisteminin İnformasiyalaşdırılması  Üzrə Dövlət Proqramıqəbul  edilib.

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramıçərçivəsində görülmüş işlər, əldə edilmiş nailiyyətlər təhsil sahəsində İKT-nin geniş tətbiq olunduğunu, ümumtəhsil məktəblərində gənc nəslin müasir informasiya texnologiyaları üzrə yüksək biliklərə yiyələndiklərini sübut edir.

Beləliklə tədris-informativ qarşılıqlı əlaqələrin strukturu tədricən dəyişir, informasiya-təhsil mühiti formalaşdıqca öyrədən, öyrənən İKT vasitələri arasında yeni səviyyəli informasiya mübadiləsi imkanları yaranır. Nəticədə şagirdlər informasiya proseslərinə daha fəal cəlb edilir, onların yeni bilik axtarmaq əldə etmək, informasiya resurslarına proseslərinə tənqidi- yaradıcı yanaşmaq, bu əsasda yeni-yeni informasiya resursları yaratmaq, onları həmkarları ilə mübadilə etmək, layihə formasında əməkdaşlıq etmək, forumlara, müzakirələrə qoşulmaq öz rəyini bildirmək imkanı yaranır. Beləliklə, şagirdlər yaradıcı proseslərə cəlb edilir, tədricən yeni təfəkkürlü, innovativ düşüncəli yeni nəslin formalaşmasına imkan yaranır.

İnformasiya cəmiyyətinin formalaşmasına təsir edən əsas amillərdən biri dünya (internet) şəbəkəsidir. Belə ki, yüksək informasiyaya əsaslanan müasir cəmiyyətdə şəxsiyyət hansı coğrafi məkanda yaşamasından asılı olmayaraq internet vasitəsilə istənilən dövlətdən qısa müddət ərzində dolğun səhih informasiya ala bilər. 

İnternet bu gün təkcə informasiya mübadiləsi məkan deyil, həmçinin dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi digər sahələri əhadə edən, yeni dəyərlər yaradan mühitdir.

İnsan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir. İnternet mediasının inkişafı, internetdə fikir söz azadlığı, sosial şəbəkələrin genişlənməsi, hökumətin açıq şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsi qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır.

Azərbaycanda həm İKT-nin həm internetin inkişafına xüsusi diqqət yetirilir, ölkəmizdə ən yeni texnologiya olan 4G artıq tətbiq edilir.

Azərbaycanda internet azadlığı mövcuddur. Ölkəmizdə internet, radio internet-televiziya proqramları, elektron qəzet jurnallar, xarici daxili sosial şəbəkələr geniş yayılıb. Minlərlə bloqqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir.

Bu gün Azərbaycanda internetin yayılması 65% təşkil edir. 30% –i genişzolaqlıdır.

Azərbaycanda mobil rabitə abunəçilərinin sayı 100 sakinə 110 mobil telefon hesablanıb. Ölkənin bütün ərazisi mobil rabitə internetlə əhatə olunub. Azərbaycanda Facebook istifadəçilərinin sayı bir milyona çatıb. Bu göstəricilərə görə ölkəmiz Asiyada Avropada aparıcı ölkələrdən biridir.

Beynəlxalq ABŞ təcrübəsinə əsaslanaraq həyata keçirilənElektron hökumətquruculuğu istiqamətində bir çox işlər, həyata keçirilib ki, bu da ölkəmizdə şəffaflığın təmin olunmasına asan xidmətə zəmin yaradıb.

Azərbaycan 9 ildə informasiya kommunikasiya texnologiyaları sahəsində böyük uğurlar əldə etdi. 2012-ci il noyabrın 6-da BakıdaBakü Tel-2012  XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya informasiya texnologiyaları sərgisi VII internet idarəçilik Forumu keçirildi. Bakü – Tel – 2012” sərgisində dünyanın 23 ölkəsindən 160 şirkət iştirak etmişdi.

Bu sərgidə Azəbaycan üçün deyil, həm bütövlükdə Xəzəryanı region üçün yenilik sayılan maraqlı proqramların İKT üzrə məhsul xidmətlərin təqdimat mərasimləri keçirildi. Sərginin iştirakçıları ücün portativ mobil analoq radiostansiyalar, smartfonlar, telefonlar, planşet komputerlər, telekommunikasiya sistemləri üçün müasir test ölçü avadanlığı, habelə texnoloji yeniliklər bir sıra məhsullar da nümayiş etdirildi. 2013-2015-ci illəri əhatə edən genişzolaqlı internet layihəsi xüsusi maraq doğurdu.

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture Prezident İlham Əliyevin Beynəlxalq Telekommunikasiya İttifaqının 2004-cü il Cenevre Sammitində iştirakını o vaxtlar dövlət başçısınınqara qızılı insan kapitalına çevirəcəyəmsözlərini xatırlatdı bildirdi ki, həmin fikir bu gün artıq reallığa çevrilib.

İnanırıq ki, “Baku – Tel – 2012 ” sərgisi həm VII internet idarəcilik Forumu Azərbaycanda informaiya cəmiyyətinin formalaşmasına daha böyük təkan verəcək.

 

 

Quliyeva Ulduz

 

525-ci qəzet.- 2012.- 29 noyabr.- S.2.