Hüseyn Cavid yaradıcılığında
qadın problemi
Sosial mədəni
düşüncədə qadın problemləri bütün dövrlərdə
mövcüd olmuş,
cəmiyyətin həyatında
çox mühim əhəmiyyət kəsb
etmişdir. Həmin problemlər XIX və
XX əsrlərdə Azərbaycan
ziyalılarının, yazıçı
və şairlərin
marağını çəkmiş
və onlar qadın azadlığı
uğrunda ardıcıl
mübarizə aparmışlar.
Belə yaradıcı insanlardan biri də Azərbaycanın
dahi şairi və mütəffəkiri
Hüseyn Caviddir.
H.Cavidin yaradıcılığında qadın problemi, ailədə və cəmiyyətdə qadına
münasibət, qadının
yeri və rolu məsələsi də mühüm yer tutur. Demək olar ki, Cavidin
elə bir əsəri yoxdur ki, orada qadınla
bağlı bu və ya digər
məsələyə toxunulmasın.
İyirmi iki pyes və yüzlərlə poema və şeirlərin
yaradıcısı olan
H.Cavidin əsərlərinin
bir çoxu qadın adı ilə adlandırılmışdır.
(“Afət”, “Maral”,
“Şeyda”, “Şəhla”
və s.).
Sənətkar “Şərq qadını” şeirində qadınının
cəmiyyətdə durumunu
heç də ürək açan olmadığını dilə
gətirir. Şeirin elə girişində bu qadını belə təqdim edilir: “Mən nə idim? Şərqin
əzilmiş qadını!
(Biraz sükut...) Mən nə idim? Uf, onu heç
sormayınız! Varlığım bir quru heç”.
“Varlığı heç
olan” bu qadın gözəldir. Cəmiyyət
həyatında yeri məhdud olsa da, seksual obyekt
olaraq diqqət mərkəzində durur:
“Vardı bir çox tapınanlar da mana, Çünki
pək dilbər idim”-deyir.
Qadının doğulduğu gündən
elə tarixin, zəmanənin əsiri olduğunu bildirən şair qeyd edir ki, qadın
elə anadan olandan gün görmür, hər zaman əzab, əziyyətlərə dözməli
olur. Özü istəmədən məcbur onu çirkləndirə bilərlər.
Keçmişin ən qaba, ən vicdansız
Kirli dırnaqları
qəhr etdi məni.
Görmədim gün işığı;
Doğduğum gündən — əvət
— tarixin
Paslı zəncirləri inlətdi
məni.
Cavid feodal əxlaqının, şəriət
qanunlarının köhnəlmiş
adət və ənənələrin möhkəm
kök saldığı
cəmiyyətdə, öz
acı həyatını
yaşayan və bu ümidsiz həyatdan xilas yolunu yalnız ölümdə axtaran zavallı qadınları yaddan çıxarmır,
onları mülkədar
dini əxlaqının
qurbanları sayır. Bu qadın obrazları vasitəsilə Cavid, qadına vəhşi münasibətin məişətdə
və cəmiyyətdə
nə qədər dərin kök saldığını göstərir,
buna öz nifrətini və etirazını bildirir.
Hər tərəfdən qara bir mövhumat
Pərdələr çəkdi həmən
gözlərimə...
Etdi qanunilə din istehza
Mənim öksüzcə qırıq
sözlərimə.
Lakin şeirin sonunda şair o qaranlıq günlərin arxada qaldığını şərq
qadınının azadlığına
nail olduğunu bildirir,
İmdi
lakin o tikənlərdən
uzaq
Gülərək, oynayaraq,
Yaşamaq zövqünü duymaqdayım
ancaq, ancaq...
Yox, mən artıq sürünən heç
deyilim,
Parçalanmış da qaranlıqdan hörülmüş kəfənim.
Qeyd etmək
lazımdır ki, Hüseyn Cavidin qadın məsələsinə
münasibəti, onun qadın haqqında görüşləri həmişə
eyni olmamışdır
və onlar zaman keçdikcə müəyyən dəyişikliklərə
uğramışlar. Yaradıcılığının ilk dövrlərində qadını əsasən
zəif, gücsüz,
alçaldılan, təhqir
olunan bir məxluq kimi göstərən Cavid, yaradıcılığının sonrakı dövrlərində,
qadını öz hüquqları uğrunda mübarizəyə qadir olan bir insan
kimi səciyyələndirir.
Məsələn, yaradıcılığının
ilk dövrünə aid olan,
“Bir qızın fəryadı”, “Vərəmli
qız” və s. əsərlərində, şair
qadını yazıq,
bədbəxt, fiziki və mənəvi əzab və iztirablar altında inləyən bir məxluq kimi təsvir edir. Lakin müəyyən vaxt keçdikdən sonra Cavidin bu məsələyə
münasibəti müəyyənləşir
və konkret şəkil alır.
Məşhur “Qadın” şeirində
o artıq qadının
acı taleyini təsvir etməklə, ona mərhəmət hissi ifadə etməklə, onun iniltilərini eşitməklə
kifayətlənmir, onun
cəmiyyətdə və
ailədə rolu məsələsini ön
plana çəkir, diqqəti bu məsələyə yönəldir.
Qadın
onun nəzərində
yeni nəslin tərbiyəçisi, insanlığın
anasıdır. O yalnız
öz övladlarının
deyil, bütün millətin anasıdır.
Bunu isə
“Qadın! ey
möhtərəm ənisi
bəşər!
Sənsiz öksüz qalırdı
çinsi bəşər”.
Cavid eyni zamanda qadının təhsil almasını, onun savadlı olması istəyir. Bunu “Qız məktəbində”
adlı şeirində
qələmə alan sənətkar həmçinin qadınları
sadə olmağa çağırır. Onları qızıl,
bəzəkdən xilas
olmağa, savadlı olmağa səsləyir.
Qadının sərvətinin onun
mənəvi təmizliyi
olduğunu bildirir.
– Quzum, yavrum! Adın nədir?
– Gülbahar.
– Peki, sənin anan, baban varmı?
– Var.
– Nasıl, zənginmidir baban?
– Evet, zəngin, bəyzadə...
– Öyle ise, geydiyin geyim neyçin böyle sade?
Bununla yanaşı,
Cavid insanları bir-birini sevməyə çağırır. O, bildirir
ki, Allahı sevməklə yanaşı,
onun yaratdıqlarını,
bəndələrini də
sevməlisən.
– Çox doğrusöz...
Bu dünyada sənin ən çox sevdiyin
Kimdir, quzum, söylərmisən?
— Ən çox sevdiyim ilkin
O Allah ki, yeri-göyü,
insanları xəlq eylər.
— Sonra kimlər?
— Sonra onun göndərdiyi
elçilər.
— Başqa sevdiklərin nasıl, yoxmu?
— Var...
— Kimdir onlar?
Anam, babam, müəlliməm, birdə bütün insanlar...
Burada H.Cavidin
qəlbini iftixarla dolduran Azərbaycan qızlarının oxuması
və gələcək
anaların cəmiyyətdə
öz layiqli yerlərini tutacağına
bəslədiyi inamdır.
Əsədova Sevinc
525-ci qəzet.- 2012.- 29 noyabr.- S.5.