BDU-da Hüseyn
Cavidə həsr olunmuş tədbir keçirilib
Bu gün Bakı
Dövlət Universitetində
(BDU) böyük şair
və dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyinə həsr olunmuş respublika elmi konfransı keçirilib.
525.az-ın
xəbərinə görə,
konfransda çıxış
edən BDU-nun rektoru
Abel Məhərrəmov bildirib
ki, Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını
yüksəklərə qaldıran
böyük şəxsiyyətlərdən
biridir: “Cavidin yaratdığı əsərlər
Azərbaycan xalqının
milli sərvətidir.
Azərbaycan iqtisadiyyatı çox
yüksək sürətlə
inkişaf etsə də, biz millət olaraq hələ çox yetişməliyik.
Bu baxımdan Cavid irsi çox
gözəl bir mənbədir. Çünki Hüseyn Cavid XX əsrdə Azərbaycan xalqının milli yetişkənliyinin əsasını
qoyan şəxsiyyətlərdən
biridir”.
Rektor deyib ki, H.Cavidin
adının əbədiləşdirilməsində,
onun cənazəsinin Azərbaycana qaytarılmasında
Heydər Əliyevin əvəzsiz xidmətləri
var: “Məhz Cavidin anadan olmasının 100 illiyi ərəfəsində, 1982-ci ildə
onun cənazəsinin Azərbaycana qaytarılması
üçün böyük
komissiya yaradıldı.
H.Əliyevin rəhbərliyi ilə
Cavidin nəşi Azərbaycana gətirildi.
Daim həqiqət, ədalət
və səadət axtarmaq yollarında çırpınan romantik
qəhrəmanlarının bir çoxu kimi H.Cavid özü
də mürəkkəb
və iztirablı bir həyat yaşayıb. O, Azərbaycan
dramaturgiyasına həyati
konfliktlər, böyük
xarakterik obrazlar gətirib. Cavid Azərbaycan dramaturgiyasında
romantizm cərəyanının
ən parlaq nümayəndəsi olub”.
Günel
525-ci qəzet.- 2012.- 29 noyabr.- S.2.