İstedadlı və Yaradıcı Gənclərin
II Respublika Toplantısında kino, teatr, ədəbiyyat
məsələləri müzakirə edilib
Ötən gün Gənclər
və İdman Nazirliyinin təşkilatçılığı,
Mədəniyyət və
Turizm, Təhsil nazirliklərinin və Milli Elmlər Akademiyasının dəstəyi
ilə İstedadlı
və Yaradıcı Gənclərin II Respublika
Toplantısı çərçivəsində
kino, teatr, ədəbiyyat istiqamətləri
üzrə növbəti
plenar iclas keçirilib.
525.az-ın
məlumatına görə,
tədbirin aparıcısı,
“İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
mətbuat xidmətinin
rəhbəri Rahib Azəri çıxışında
son dövrlərdə Azərbaycan
mədəniyyətində, incəsənətində, ədəbiyyatında
gedən inkişaf proseslərindən söz
açıb. Aparıcı nitqində dünyasını
dəyişmiş görəkmli
sənətkarları yad
edib, onların yaradıcılığının məziyyətlərindən danışıb.
Hazırda ustad sələflərinin
yolunu davam etdirən istedadlı gənclərdən, onların
gələcəkdə Azərbaycan
ədəbiyyatına, mədəniyyətinə
böyük töhfələr
verəcəyinə əminliyini
ifadə edib.
Mədəniyyət və turizm nazirini müavini Ədalət Vəliyev təmsil etdiyi rəsmi qurum adından tədbir iştirakçılarını salamlayıb, əksəriyyətini
gənclərin təşkil
etdiyi bu dialoqda iştirakından məmnunluğunu bildirib. Nazir müavini son dövrlərdə
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən gənc
istedadlarla bağlı
xeyli iş görüldüyünü diqqətə
çatdırıb.
Mədəniyyət və İncəsənət Universitetinin
prorektoru Rafiq Sadıqov təmsil etdiyi ali
məktəbin son zamanlarda
daha da inkişaf
etməsindən danışıb.
Prorektor universitetin Bolonya təhsil sisteminə qoşulduğunu,
30-dan artın ölkənin
nüfuzlu ali
məktəbləri ilə
əməkdaşlıq etdiyini
deyib. R.Sadıqov universitetdə tələbələr
üçün maksimum
şərait yaradıldığını
bildirib: « Universitetimizdə
hər baxımdan müasirləşmə prosesi
gedir. İstedadlı gənclərin, tələbələrin
peşəkar kimi yetişməsi istiqamətində
universitet rəhbərliyi
əlindən gələni
əsirgəmir. Çünki
bilirik ki, bizim universitetin məzunlarının missiyası
gələcəkdə Azərbaycanın
mədəniyyətini, incəsənətini
inkişaf etdirmək,
dünyada təbliğ
etməkdir. Bu da bizim məsuliyyətimizi artırır».
Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxışına məşhur
yazıçı Cek
Londonun sözləri ilə başlayıb: « Cek London deyirdi ki, dünyada yaradıcılıq ləzzətindən
üstün ləzzət
yoxdur». Bu baxımdan yaradıcı insanlar həmişə cəmiyyətimizdə
də xüsusi hörmətlə qarşılanırlar.
Sevimli şairimiz Ramiz Rövşən də elə bu məntiqə əsaslanaraq şairləri
xüsusi bir insan növü adlandırır». AYB katibi
çıxışında toplantının təşkilatçıların
minnətdarlığını bildirərək Mədəniyyət
və Turizm Nazirliyinin istedadlı gənclərlə bağlı
həyata keçirdiyi
işlərdən söz
açıb: «Keçən
dövr ərzində
Mədəniyyət və
Turizm Nazirliyinin Yazıçılar
birliyi ilə birgə Gənc Ədiblər Məktəbinin
təsis olunmasını,
iki il uğurla
fəaliyyət göstərməsini
misal göstərə
bilərəm. Burada iştirak edən 50 nəfər istedadlı yaradıcı gəncə
fəaliyyətin sonunda
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin imzası ilə diplomlar təqdim olunub. Məktəbin əksər nümayəndələri
Prezident təqaüdü
alıblar.Bütün bunlar
yaradıcı gənclərə
dövlətin qayğısının
nəticəsidir». R.Məcid
sonda tədbirdə iştirak edən gənlərə gələcəkdə
insan hisslərinin dərinliyinə qədər
işləyən əsərlər
yaratmağı arzulayıb.
Kİnematoqrafçılar İttifaqının
sədri, Xalq artisti Şəfiqə
Məmmədova toplantıdan
iştirakından məmnunluğunu
ifadə edib. Rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi 5 ay ərzində
bir sıra işlər gördüyünü,
gələcəkdə də
maraqlı layihələr
həyata keçirməyi
planlaşdırdığını söyləyib: «Biz bütün
istedadlı gəncləri
işbirliyinə dəvət
edirik. Düşünürəm ki, bu gün milli kinomuzda ssenari problemi mövcuddur.
Buna görə də
35 yaşadək olan gənclər arasında ssenari
müsabiqəsi elan etmişik. Qran-prini qazanan laureatın
sasenarisi əsasında
film çəkiləcək». 35 ildir ki, ali məktəblərdə
dərs dediyini bildirən Xalq artisti məzunları ilə fəxr etdiyini deyib: «Dərs dediyim bu illər ərzində
çoxlu məzunlarım
olub. Onların arasından çoxlu
sayda xalq artistləri, əməkdar
artistlər yetişib.
Onlarla fəxr edirəm».
Şoumen
Murad Dadaşov son dövrlərdə yaradıcılq
studiyalarının, prodakşnların,
prodüserlərin istedadlı,
yeni ideyalarlı zəngin gəncləri
axtardığını, işə
cəlb etmək arzusunda olduqlarını deyib. M. Dadaşov çıxışında son illərdə muğamın
çox inkişaf etdiyini, estrada
sahəsində isə
inkişafın olmadığını,
yeni nəfəsə ehtiyac duyulduğunu vurğulayıb.
Teatr Xadimləri
İttifaqının sədri
Azər Paşa Nemət gənclər üçün belə görüşlərin vacibliyini
vurğulayıb.
Plenar iclasda mövzu ilə bağlı diskussiyalar aparılıb, suallar cavablandırılıb.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2012.- 29 noyabr.- S.7.