“Carçıfilm”in “Döngələr”i

 

Ötən həftə İctimai Televiziyanın ekranındaCarçıfilmYaradıcılıq Birliyində istehsal olunan  Döngələradlı 15 seriyalı  bədii- televiziya filmi nümayiş etdirildi. Serialı izləyəndən sonra   bu qənaətə gəldin ki,   millətlərin mübarizə   tərəqqi yolu asan olmur. Bu mənada tarix Azərbaycan xalqını həmişə daha çox sınaqlara məruz qoyub. Ötən  əsrdə  80-ci illərin sonu, 90-cı illərin əvvəlləri  çox qaynar, ziddiyyətli təlatümlü bir  dövr olub. İnsanların yaşadığı  gərginlik  bəzən onları çaş-baş salıb, yaxşını pisdən ayırmağa, düzgün yol tapmağa, doğru qərar verməyə mane olub. Zamanın özünü olduğu kimi təhlil etmək , nəinki o vaxt, indinin  özündə belə o qədər asan deyil.  Bu mənada ssenari müəllifləri İsmayıl Ömərovla Rafiq Səməndərin  bu tarixlə bağlı mövzuya müraciət etmələri  həm özünə inamdan , həm böyük cəsarətdən xəbər verir.

Döngələradlı teleserialın İctimai Televiziyanın ekranında hamımızı o dövrün  həqiqətlərinə  qovuşdurması, əgər belə demək mümkünsə, bir millət kimi özümüzü özümüzlə üz-üzə, göz-gözə qoyması  çox gərəkli bir addım idi. Tamaşaçılar arasında o dövrü yaşayanlar, bu barədə təsəvvürü olmayanlardan daha çoxdur.  Amma bütün nəsillərin nümayəndələri serialı  diqqətlə  izlədilər.  Özünə kənardan baxmaq, özünü daha yaxşı görmək, tanımaq üçün. Serialdakı obrazların prototiplərini  hərə öz yaşadığı ərazidə  tapırdı. Çünki bu serialda  bir məkanın, konkret insanların deyil, bir ölkənin bir millətin  taleyini əks etdirmək nəzərdə tutulmuşdu.  Hadisələrin cərəyan etdiyi dövrdə Məhəmməd müəllimin , Əlişin , Saranın da, Nelyanın    digərlərinin o qədər  oxşrları var idi ki... Çünki ziddiyyətlər müxtəlif olsa da,  onları doğuran səbəblər eyni idi. Siyasətdə , iqtisadiyyatda da, mənəviyyatda da böhran yaranmışdı.  Cəmiyyətin bütün təbəqələri bu böhrandan əziyyət çəkirdi.  

Dövlətin milli teleserialların çəkilməsinə  dəstəyindən sonra İctimai Televiziyada peşəkar səviyyədə  hazırlanmış 15 seriyalıDöngələr  filmi   yaxın keçmişimizin həmin səhifələrinə  sözün əsil mənasında işıq sala bildi.

Teleserialda əksini tapan dövr  bütün çalarları ilə  ekrana gətirilmişdi. “Döngələr”  hər bir obraz zamanın burulğanına məruz qalır. Bir ailənin içində hərə öz yolunu, əqidəsini seçir, bəzən bir-birinə düşmən kəsilir, kimi təsir altına düşür, kimi başqalarını öz təsiri altına salır, amma hamı bu təlatümdən əziyyət çəkir. Tamaşaçı kimi bəzi  məqamlarla razılaşmaq, barışmaq istəmirsən, amma daim bu qənaətə gəlməli olursan ki, bu, bizim yaşadığımız  reallıqdır. Reallıqda isə hər şey heç həmiçə ürəkaçan ya alışdığımız ölçü-biçilərə uyğun olmur. Süjet xəttində  məmnunluqdan çox   ağrı var, itki var. Amma  bütün bunların içində  insanların qəlbində əsarətdən qurtulmaq,  istiqlala qovuşmaq, qəlblərdən çıxmaq  istəyi güclüdür. . bu, daha çox Elçin, Əzizə,Gülçin,Etibar kimi  gənclərin simasında, əməllərində özünü göstərir. Raykom katibinin     oğlu hamı kimi Vətən təəssübü çəkir, cəbhəyə gedir. Əzizə  öz düşüncəsi sədaqəti ilə təkcə  başqalarını deyil, sevdiyi oğlanın ailəsinə düşmən kəsilən  ata-anasını da inandırmağı bacarır, qədər maneə ilə qarşılaşsa da, əqidəsindən dönmür.

Film böyük yaradıcı heyətin məhsuludur. Hiss olunur ki, rejissor Cavid Təvəkkül bu heyəti uğurla seçib onların fəaliyyəti arasında  gözəl harmoniya yarada bilib. Onun özünəməxsus üslubu, zamanın mənzərəsini vermək üçün  bütün detallardan yerli-yerində istifadə etmək bacarığı  ilk baxışdan diqqəti cəlb edir.

Ən müasir kinotexnikanın köməyi ilə, istər operator, istərsə   rəssam işi tamaşaçı zövqünü oxşamaq onun tələbinə cavab vermək üçün dəqiq hesablanıb. Aktyorlardan Eldəniz Rəsulov, Abbas Qəhrəmanov, Qurban İsmayılov, Pərvanə Qurbanova, Ramil Zeynalov,  Nəsibə Eldarova,  Rasim  Cəfərov, Fərhad Səmimi   başqaları bütün psixoloji məqamları ustalıqla canlandırmağa nail olublar. Xəzər Televiziyasının aparıcısı Saibə Nəzərova  yeni sima kimi  film üçün bizcə, yaxşı tapıntıdır.

Döngələr”in bir hissəsiBelorusfilm”lə birlikdə çəkilib.  Rusiyada kadrları , yerli aktryorların seriala cəlb olunması, o dövrdə millətlərarası münasibətlərin mənzərəsi teleserialın təsir gücünü daha da artırır.

Serialın Türkiyədə çəkilmiş hissələri həm məkan seçimi, həm yerli ab-havanın ekrana gətirilməsi baxımından yüksək qiymətləndirilməlidir.

Kino təkcə personajları, hadisələri ilə deyil, həm musiqisi ilə yadda qalır. Bu mənada belə hesab edirəm ki, bəstəkar Ayaz Qənbərli serialın ruhuna zamanın  ovqatına uyğun musiqi yaza bilib.   Bu filmdə hay-küy, süni pafos yoxdur, həyatın özü gərginlikləri var. Musiqi bütün  bunları uğurla tamamlayır.

Döngələrİctimai televiziyanın  fəaliyyətə  başladığı ilk illərdən  önəm verdiyi film siyasətinin yeni, daha sanballı mərhələsidir.Teleserial  efirə getdiyi ilk gündə  ona  bir tarixçi kimi xeyir-dua verənlərdən biri mən idim. Çox sevinirəm ki, bu serial  tamaşaçıların İctimai Televiziyaya olan etimadını daha da möhkəmləndirdi.  Teleserialın “Kim bilir qarşıda bizi  daha neçə-neçə döngələr gözləyircümləsi ilə bitməsi  tamaşaçıları onun hələ bitmədiyinə, gələcəkdə davam edəcəyinə kökləyir. İnanırıq ki, İctimai TeleviziyanınCarçıfilmYaradıcılıq Birliyi   bu məsuliyyəti daşımağa  yüksək səviyyədə doğrultmağa hazırdır gələcəkdə     bunu yeni, həm keyfiyyətli  filmlər hazırlamaqla  sübut edə biləcək.  

 

 

Kərim Şükürov,

Tarix elmləri doktoru,

professor 

 

525-ci qəzet.- 2012.- 29 noyabr.- S.5.