Unudulmaz alim
Ədəbiyyatşünas-alim professor Kamran Dadaş oğlu Məmmədovun anadan olmasının 90 illiyinə
Bu fani dünyada onsuz da əzəli
və əbədi yaşayan bir varlıq yoxdur . Əbədilik yalnız ulu
Tanrıya məxsusdur.
Ancaq o insan xoşbəxtdir ki, dünyasını dəyişəndən sonra
xatırlansın, unudulmasın.
Təbii
və özünəməxsus
xarakteri ilə seçilən, bütöv
bir şəxsiyyət
kimi yaddaşlarda yaşayan ədəbiyyatşünas-alim,
professor Kamran Məmmədov
məhz belə insanlardan idi.
XIX əsr Azərbaycan
ədəbiyyatı öz
məhsuldarlığı ilə
başqa ədəbi dövrlərdən xeyli fərqlənir. Azərbaycan ədəbiyyatının inkişafında bu dövr xüsusi bir mərhələ kimi diqqəti cəlb edir. Ədəbiyyatımızın bu dövrünə nəzər salanda tanınmış yazıçı
və şairləri tədqiqata cəlb edən böyük
alimlər göz önünə gəlir. Bunlardan biri də professor Kamran Məmmədov idi. Bu dövrdə
yaşayıb-yaradan bədii
əsərləri ilə
ədəbiyyatımızı zənginləşdirən Q.Zakir,
N.Vəzirov, Ə.Haqverdiyev,
Y.Çəmənzəminli haqqında monumental monoqrafiyalar
məhz Kamran müəllimin qələmindən
çıxıb.
XIX əsrdə yaşamış
sənətkarlarımızın yaradıcılığı barədə
tədqiqat işi aparan dissertantlar həmin dövrün bilicisi və mütəxəssisi kimi mütləq Kamran müəllimlə məsləhətləşər,
ondan istiqamət alardılar.
Kamran müəllim uzun müddət Nizami adına Ədəbiyyat
İnstitutunun “XIX əsr
və XX əsrin əvvəlləri” şöbəsinin
müdiri vəzifəsində
çalışıb. Məhz onun
iştirakı ilə
şöbədə müzakirə
olunan istər dissertasiya və istərsə də hər hansı ədəbi mövzu öz obyektiv təhlili ilə həm şöbə, həm də iclasa dəvət olunan digər əməkdaşların qızğın
polemikasına səbəb
olar, ən nəhayət, sağlam fikir və nəticənin
ortalığa qoyulması
təmin edilərdi.
Kamran müəllim
zəhmətkeş alim
idi. Onun “XIX əsr Azərbaycan
ədəbiyyatında satira”
adlı monoqrafiyası
öz elmliyi, sambalı, dərin təhlil və ümumiləşdirməsi ilə
seçilirdi.
Kamran müəllim
daha çox gənc alimlər və ədəbiyyat həvəskarları ilə
dostluq edər, onlarla həmsöhbət olardı. İşdə fasilə və
tənəffüs zamanı
şahmat oynamağı
xoşlayardı. O, zarafatcıl
və yumor hissi ilə yaşayan, təvazökar,
həddindən ziyadə
sadə insan idi. O, məşhur adamların deyimləri və aforizmlərini toplayaraq “Azərbaycan yazıçılarının həyatından dəqiqələr”
adlı kitab nəşr etdirmişdi.
Kamran müəllimin “Ömrün
izi”, “Yuxusuz illər”, “Dünyamız uşaq gözündə”
adlı bədii əsərləri onun həm də istedadlı yazıçı
olmasını təsdiqləyir.
O, Böyük Vətən müharibəsinin odu-alovu
içərisindən keçmiş,
həyatın sərt
üzü ilə qarşılaşmışdı. O, müharibədə kapitan
hərbi rütbəsinə
qədər yüksələ
bilmişdi. Döyüşlərin birində yaralanaraq,
hətta kontuziya almışdı.
Kamran müəllim təbii adam idi.
O, yalan danşmağı,
təkəbbürü sevməz,
lovğa və boşboğaz adamları yerində oturtmağı bacarırdı.
Nizami adına Ədəbiyyat
İnstitutunda və ümumən akademiyada keçirilən iclaslarda və elmi simpoziumlarda,
hər hansı bir ciddi mövzuda
onun çıxışı
öz qətiliyi və obyektivliyi ilə seçilər, aydın mövqeyi diqqəti cəlb edərdi. Aspirantların işə götürülməsi,
məqalələrinin çap
olunmasında onun xüsusi qayğıkeşliyi
və təşəbbüskarlığı
gənclərdə Kamran
müəllimə qarşı
rəğbət hissi
yaradardı. Kamran müəllim
ona “professor” kimi müraciət edən adamları xoşlamazdı.
Onun üçün ən yüksək ad müəllimlik
idi. O, öz müəllimliyi ilə qürur duyar və hər kəsə onu Kamran müəllim – deyə çağırmağı
tövsiyə edərdi.
Hökumətimiz Kamran müəllimin əməyini layiqincə qiymətləndirib. Ona “Əməkdar elm xadimi” kimi yüksək
ad verilib.
Elə təkcə
bu ad ömrünü
ədəbiyyatşünaslığa həsr etmiş bir alim ömrünün
layiqli qiyməti hesab edilə bilər.
Kamran müəllim
əslən qarabağlı
idi. O, Şuşa şəhərində doğulmuşdu.
Yaxşı ki, o, Şuşanın
ermənilər tərəfindən
işğalını görmədi.
Bu, əlbəttə, Vətənini, torpağını
canından artıq sevən bir alimə pis təsir edərdi.
Təsəllimiz isə odur ki,
Kamran müəllimin övladları onun nəsil şəcərəsini
davam etdirir. Oğlu Nicat
fəlsəfə elmləri
namizədi, qızı
Leyla isə filologiya elmləri namizədidir. Bu onu göstərir ki, Kamran müəllimin
özü kimi övladları da asan işin qulpundan yapışmayaraq tədqiqatla, elmi işlə məşğul
olmağı hər şeydən üstün tutublar.
Artıq bir qərinəyə yaxındır ki, Kamran müəllim əbədiyyətə qovuşub. İndi onun
narahat ruhu bizimlədir. Kamran müəllim
vətənini, doğulduğu
yurdunu hədsiz məhəbbətlə sevirdi.
Onun ruhu o vaxt rahat olacaq
ki, Şuşa
erməni faşistlərindən
tamamilə azad ediləcək.
İnanırıq ki, o gün gələcək, həyat
yoldaşı Dilarə
xanım, oğlu Nicat, qızı Leyla Şuşanı azad görəcək, doğma ata yurdunda vaxtilə atası ilə keçirdiyi unudulmaz günləri xatırlayacaqlar.
Siz işıqlı adam
idiniz, Kamran müəllim, Allah sizə
rəhmət eləsin.
Mən sizi yaxşı və xeyirxah adam
kimi həmişə xatırlayacağam.
Ehtiram Səfərov,
Filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2012.- 29 noyabr.- S.8.