Şair Salam Sarvan
üçün “allah kəssin” düşüncələrindən…
Mən ən az özümü
itirdim
bu həyat
dediyiniz “nədir”sədə,
özümə
bir az qalmış unutdum
dostumu,
anamı,
bir də
çörək pulunu...
kişilər
alınlarından,
bunu bir dəfə
demişdim.
hamıya
yadlaşmaqmış
səndən
sonrası,
içib
göyə ulamaqmış,
köçüb
getməkmiş birdəfəlik
bütün
adamlardan,
daha
uçulmağa
məhkum
kərpic
divar ömrüdü mənimki...
daha
vağzala
gecikmiş qatar
fiti qədər
ünvansızdı
darıxmağım
da...
sən məndə
üzməyi öyrənəndə
mən səndə
çoxdan boğulmuşdum...
indi
islanmış
küçük qədərəm
bu yer
üzündə...
bilmirəm
sən
kimi
gözləyirsən
hələ
də...
lll
Xərçəng
göz yaşı boyda
nöqtə
qoydu
ömrünün
sonuna...
“1956-da
doğulub.
Orta təhsilli
evdar qadın olub.
2011-də
dəyişib dünyasını...”
yazdım
“karakol”da.
həyatın
üç cümləyə sığdı, anam,
ömür
bunca qısaymış yəni...
sən məni
dilsizliyimdə anlardın,
mənsə,
heç
bir dildə anlamadım gedişini.
sən
demə,
bizi atama
tapşırdın, atamı allaha, özünü...
təkcə
özünü tapşırmağa
kimsən
olmadı...
bu
dünyayla vidalaşmaqdan çox,
ölümlə
salamlaşmağa bənzəyirdi,
lütfən...
qollarını
çiynindəki
mələklərin
yanına
qaldırmağın
təslim
olmağın idi xəstəliyə.
ağrıdan
xəfifcə
yumulmuş əllərini açmağın
tanrıdan
ömür dilənmək deyildi,
əlini
üzməyin işarəsiydi
hamıdan...
bizi
sevgimiz dustaq eləyir,
nifrətimizsə
qoymur azad olaq!
insan bu
aralıqda keçirir günlərini.
sən bu
aralıqdan qaçdın, anam...
bacım
ayaqlarını
qucub yalvarırmış,
“getmə!..”
bağırırmış,
“qal!..”
düzü,
mən uzaqlardaydım
o zaman.
bacımın
səsindən çox,
ölümünün
susqunluğu dəldi
qulağımı
ən əvvəl...
göz
yaşı boyda nöqtə qoydu
ömrünün
sonuna, xərçəng...
mənsə...
Lütfən...
lll
Kəsib
tullayasan qollarını da,
yetim
saxlayasan qucaqlarını...
biryolluq
hamıdan küsüb gedəsən,
bir it
qucaqlaya ayaqlarını...
ay
ağac, yazıqsan – qış ağacısan,
bu bekar
torpağın boş ağacısan,
bilsəydim
anamın baş ağacısan,
o vaxt
sındırmazdım budaqlarını...
öləsən,
qəbrinlə boyun düz gələ,
yasına
unutduğun 5-3 qız gələ,
bir
gün uzaqlardan bir payız gələ,
deyə
ki, qaytarın yarpaqlarımı!..
lll
Elə
unudasan unudanda da,
özün
də yadınnan çıxasan elə.
qoyasan
özünü qapı ağzında,
durub pəncərədən
baxasan elə...
bir
şeir yazasan həmin qadına,
yanasan bir
gilə kibrit oduna,
atasan
özünü qatar altına,
o qız
da şeirini oxuyub gülə...
qısılıb
qalmışam quş kölgəsinə,
nə
yaxşı qovuşdun bir özgəsinə.
mən
qurban gedərəm körpə səsinə,
ey təki
səadət xəbərin gələ...
lll
nə
vaxtsa bir gün
bədənimi
doğrayıb
göndərəcəm sənə...
sağ
qolumu boynuna salıb
dizinin üstə qoyarsan başımı...
ayaqlarımda gözün olsun,
arxamca düşüb axtarmasınlar məni...
barmaqlarımı yanaşı düzərsən –
18 eləyəcək mütləq.
tətikçi barmaqlarım
mənsiz qalacaq, əlbət...
öz əllərimlə
məni güllələməyəsən deyə,
nə
vaxtsa, bir gün
qatilim
olmayım deyə,
dənizə
atacam barmaqlarımı...
bədənimi
doğrayıb
göndərəcəm
sənə,
yorğun
dizlərimə döyüb
rahatca
ağlayarsan
nə
vaxtsa,
bir
gün, bir gün, lap yaxınlarda...
mütləq
ağlayarsan..
Şəhriyar del Gerani
525-ci qəzet.- 2012.- 1 dekabr.- S.30