Ömür şeiri
I
Bir yorğun torpağam dincə qoyulmuş,
Daha əkilməyim, biçilməyim
yox.
Köhnə qarağacam içi
oyulmuş
Bir də körpülənib keçilməyim
yox.
Bütün körpüləri keçmişəm
daha
Səbr
kasamı da içmişəm daha
Quzey ağacıyam
yanım duman, çən –
Bircə
yarpağıma gün
düşənəcən
Nələr çəkdiyimi özüm
bilmişəm,
O gülən yarpağı
üzüm bilmişəm.
Hanı
o yamacda gün dəyən tərəf?..
Yolda taleyimin yaşıl işığı,
Kolda sarmaşığım dolaşan
kələf –
Mən
o kələfləri aça
bilmədim
Bir namərd
əlindən qaça
bilmədim.
II
Hanı
bu dünyanın dağ tərəfləri
Qızıldöş qayanın tağ tərəfləri
–
Ayağım dəyməmiş bir
daş qalmadı,
Heyf, gücdən düşən
o ayaqlara!
Çayına çiyindaş, daşına
yoldaş
Heyf, ömrümdəki o ortaqlara,
Özüm ola-ola mənim olmayan,
Heyf yaylaqlara,
ulu dağlara.
Havaxan doğrudan havada xandı,
Heyf o xanlara, o sələflərə,
Daha üz çevirməz biz tərəflərə...
III
Pətək də saxlamır
işsiz arını...
Bu külək payızdan
gələn havadı.
Quşlar
da uçurdu balalarını
Mənim
də ürəyim yetim yuvadı
Uçub
məndən gedən
söz qanadlarım –
Görən harda qalır o övladlarım?
Hansı
budaqlarda böyüyür
görən,
Hansı ürəklərdə döyünür
görən?
Görsəm çoxlarını tanımaram
heç.
Daha o uyğular, şirin duyğular,
Sevgidən sorğular mənimki deyil.
Hanı bu dünyanın sevgi tərəfi?
İnsanın insana ərki tərəfi?
IV
Dayan, oturduğum yeri dəyişim –
Hə, bu daş yaxşıdı,
mamırlı, yumşaq
–
Dünyanın işiylə daha
nə işim,
O fincan çayımı gətir balacan!
Daha mən xatirə çözələmirəm,
Köhnə dərdlərimi təzələmirəm.
Bir də izim qalmaz
çaylaq daşında
Sel coşar üstündən,
daş atar məni.
O köhnə dərdlərim
bağrım başında
Sızlaya-sızlaya yaşadar məni.
Əlim
ki, o ələ yetişməyəcək,
Olmuşda daha nə təsəlli
gəzim?
Xatirə
yazmağa, yuxu yozmağa
Heç qulaq asmağa yoxdu həvəsim.
Hanı
cəmiyyətin cəm
tərəfləri,
Yaşayış tapmağa çəm tərəfləri?
V
Günahım gözündə oxunur,
tubu,
Yenə o gözlərdə baxışlanıram.
Mən payız durnası, axşam qürubu
Pənbə buludlarda naxışlanıram.
Uçuram gecənin durna səfində
Üzü görünməyən ay tərəfində
Hanı
dan üzünün ağ tərəfləri,
Dövrünün qızılı cağ tərəfləri?
VI
Bir az saymazyana,
bir az biganə
Hələ ki, canımda
can saxlayıram –
Ruhum uçmaq üçün
dəli-divanə –
Nə bir əlləşirəm,
nə can çəkirəm,
Gümüş türbə, nə
də qızıl cam
üçün
Mən cığır çəkirəm,
ağac əkirəm,
Mən çiçək dərirəm
o dünyam üçün
Buraxdım ömrümü üstdən
aşağı
Tanrıdan gələcək sərəncam
üçün –
Hanı bu dünyanın ruh tərəfləri?
Gəmi tərəfləri, Nuh tərəfləri?
yay, 2012
Buynuz
27 sentyabr
Sənin ad günün üçün
Bilmisən, sən bizdən
qabaq gəlmisən,
Doğma
ocağına qonaq gəlmisən
Tale bir möcüzə baxt verib sənə,
O qədər yalvarıb-yaxarmısan
ki,
Dünyada heç kəsə
verilməyəcək
O dünya sahibi vaxt verib sənə
–
Vallah ruhun deyil, özün
olmusan,
Məni
ev-eşikdən xəbər
almısan –
Sənsiz
əhvalımı pərişan
bilib
Bir də tapşırmısan
məni tanrıma,
Dəftər-kitabımın tozunu silib,
Nəzər yetirmisən pal-paltarıma.
Güzgüdə sənindi vallah
bu nəfəs,
Bu ocaq başında sən durmusan, sən
Yəqin
vaxt sahibi icazə verməz,
Bizi gözləyəsən, bizi
görəsən...
Birdən
tələsmisən, vaxtın
daralıb,
Qapı dəstəyini sıxıb
çıxmısan.
Qapı
bir balaca aralı qalıb
Ətrafa həsrətlə baxıb
çıxmısan.
Vallah, o
gülü də özün dərmisən,
Bir nəzərin
qalıb tut ağacında.
O güldən bir ləçək düşüb
dəhlizə,
Bir gilas yarpağı gedib saçında.
Xiffətin cığırı payızlandırıb
Ahın
bir topacıq otu yandırıb –
Yanır
barmaqlarım,
əlimdə şam var,
Dolub şamdan olan ovcumdu, qalır –
Gəl bu göynərtini dilimdən apar
Bu sənə şirinlik
borcumdu qalır.
Bir gözə dəymədən
gözdən itənim,
Bir gizli baxt ilə
əhdə yetənim!
Durub iki dünya üz-üzə, gəlmə
Bir daha göstərib möcüzə
gəlmə.
Bir yol qovşağında bəlkə görüşdük
–
Mən sizə
gəlirəm, sən
bizə gəlmə.
payız, 2012
Buynuz
Zəriflik
A səkkiz ləçəyim,
zərif çiçəyim!
Bəlkə göydən enib sarı mələyim.
Günəşdən bir parça yanğıdı,
vallah,
İlahi
sarıyan sarğıdı,
vallah
Sinəmə doluşan duyğudu, vallah.
Kobud işlərimi zəifləndirib
Zəriflər könlümü zərifləndirib
–
Bu tavus quşunun lələkləridi
Tanrı bizdən ötrü qanad endirib.
A baxışı kobud o tərəfə bax,
Qoparma könlümdən ləçəklərimi,
Uçurma çiynimdən mələklərimi.
Getdi ağrılarım, keçdi
göynəyim
Qoy bu gül bədənlər olmasın həşəm.
Aşıq Ələsgərdə sarı köynəyim,
Aşıq Qurbanidə zərif bənövşəm.
Zərifdə hiylənin tutumu
yoxdu,
Zərifdə çəyirtkə udumu yoxdu.
Sən allah, çox
sıxma nazik əllərin
Sıxılar barmağı, tökülər
zəri.
Zərifin əlləri tətiyə
getməz,
Zərif budaqların tikanı bitməz.
Dünyamız olsaydı zərif
əlində
Dilimiz oynardı
tərif əlində.
İlahi,
mehrində saxla zərifi,
Bir həzin mehində saxla zərifi,
O büllur şehində saxla zərifi..!
Mənim
də ürəyim açılsın belə,
İşığı könlümə saçılsın
belə.
yay, 2012, Buynuz
Uzun gecələr gəlir
Uzun gecələr gəlir
Tənhalar üçün ağır.
Yaxınlar necə uzaq,
Doğmalar necə fağır.
Uzun gecələr gəlir
Gözdən yuxu qaçıb
dostlar kimi
Dindirməyə bir könül,
Taylar içrə
tayın yox.
Bütün oyunlar bitib,
Baş qatmağa
oyun yox.
Dünyanın zəhri varsa,
İçmişik qurtarmışıq.
Bütün aldanışları
Keçmişik, qurtarmışıq.
Uzun gecələr gəlir –
Atlas olsun, ya ipək,
Daş kimi yorğan-döşək
Söykən daş balışlara...
Yazığım gəldi birdən
Qazıq
oyma daşlara...
Fikirlər oyur könlümü
oyum-oyum
Daha bənövşəm yox
Dərib sinəmə qoyum.
Uzun gecələr gəlir...
Yuxudur çəkilir ərşi-əlayə,
Bu nə mahnıdı belə
Yayılıb səmayə?
– qaytar məni,
qaytar məni!
Mən pəriyəm; mən mələyəm,
Göylər üzü dartar
məni!
dartar məni!
Qaytar məni, qaytar məni –
Gördüyüm qırmızı yuxudu
bəlkə,
Fələyin fırlanan çarxıdı
bəlkə...
Uzun gecələr gəlir,
Ağacların əli çılpaq,
Tutmağa həvəsim yox.
Ovcumu isitməyə
Əvvəlki nəfəsim yox.
Uzun gecələr gəlir,
Xatirələr işarır orda,
burda –
İşıldaquş kimi
Somsoyuq bir şey
Yarı həsrət, yarı giley.
Xoş bir xatirə tutmaq –
Qaranlıqda qara pişik
Tutmaq qədər çətin...
Hardasa işıq düşür
Süzülür bu qara sətin;
Kiminsə yanır çırağı,
Uzaq işığın istisi
yox,
Yaxın
qaranlığın dayağı...
Uzun gecələr gəlir,
Ölməmişik nə əcəb?!
Zəmanəylə sözüm çəp,
Dövrana qarşı asi.
Bezdim bu asilikdən
Gözümün yaşı asi,
Gündüz qısa, səbirsiz
Ömrümün yaşı Asi,
Bezdim bu asilikdən –
Ölçüsü, biçisi yox,
Nə çıxar bu namərd
dövranə qazilikdən?!
Uzun gecələr gəlir,
Ümidimi uçururam sabaha
alatoran havada.
Ümidin də həvəsi yox uçmağa
Bir yarasa qanadında
qayıdıb
Mürgüləyir yuvada.
Suyu çəkilmiş ağaclar beləcə
mürgüləyir.
Daha keçə bilmədiyim cığırı
Hörümçək hörgüləyir.
Uzun gecələr gəlir,
Odu ha göründü, göründü!
Necə xoşdu, Allahım,
Ağ buludlar kimi
Uzun gecələrdən süzülüb
Dan yerini ağartdı ahım!
Tutdu əlimdən, sabahım,
Qalxım bu uzun gecələrdən?!
Musa YAQUB
525-ci qəzet.-
2012.- 1 dekabr.- S.29.