Tofiq Məlikli - 70
Bu gün Moskva Ədəbiyyatçılar
Evinin böyük zalında tanınmış
şərqşünas alim,
türkoloq, Azərbaycan
Yazıçılar Birliyi
Moskva bölməsinin
rəhbəri Tofiq Məliklinin 70 illik yubileyi ilə bağlı təntənəli
gecə təşkil olunub.
Rusiya və Azərbaycan ədəbi- mədəni və ictimai birliklərinin nümayəndələrinin qatıldıgı
təbdir Tofiq Məliklinin həyat və yaradıcılığının
bir qismini öz diliylə anlatdığı filmin nümayişi ilə başlandı. Elə buradan yol alan
gecədə Tofiq Məlikli ürəyindən
qor alıb yanan ”Ocaq” ətrafında, onun keçdiyi ömür yolunun hesabatı dinlənildi. “Qaralamazsız
yaşanan ömür”
kitabında geriyə boylanıb baxanda qaralamadan və qaralanmadan 70 illik bir zamana imza
atan türkoloq alimlə bağlı çıxışlar oldu. Yubileydə ilk təbrik nitqi
ilə Azərbaycanın
Rusiyadakı səfiri
Polad Bülbüloğlu
danışdı. Səfir,
Tofiq Məliklinin
1990-cı illərdə SSRİ imperiyasının törətdiyi
Bakı qətliamına
qarşı Moskvada hər kəsi bir araya toplayaraq
Azərbaycanın haqq
savaşı uğrunda
mübarizəsinə toxunaraq
“Rusiyada diplomatik fəaliyyətə başladığım
gündən yaxından
tanimağa müvəffəq
olduğum Tofiq müəllim haqqında sadəcə bunu demək yetər. Sevinirəm ki, Rusiyada Azərbaycanı
tanıdan, təmsil edən Tofiq Məlikli kimi ziyalı yaşayır.
Keşkə, Azərbaycan
üçün belə
yanan, onu belə sevdirən insanlarımız çox
olaydı”-dedi. Polad Bülbüloglu Tofiq müəllimin davamçıları
olacaq gənclər yetişdirib, ondan örnək alanların sıralanacağına ümidvar
olduğunu əlavə
etdi. O, diplomatik korpusun bütün nümayəndələri adından
və şəxsən
öz adından yubilyara can sağlığı,
üzün ömür
dilədi.
“Hiss verən, his verməyən,
istisiylə isindirən,
tüstüsüylə “Ocağ”ımıza
yad baxan gözləri yaşardan” cəmiyyət sədri haqqında Azərbaycan Yazıçılar Birliyinin
katibi, tanınmış
yazıçı Çingiz
Abdullayev bunları xatırlatdı: “Uzun zaman bizə Allahsız olmağı öyrətdilər, SSRİ-dən
qopanda isə vicdansız olmağı. Allahsız və vicdansızlıqla yaşanan illərdə Tofiq müəllim atılan o daşları topladı”. Tofiq Məlikli şəxsiyyətinə
bu baxış prizmasından baxan yazıcı Azərbaycanın
xalq yazıçılarının
da təbrik dolu ismarıcını ona çatdırdı . Rusiya Yazıçılar
Birliyindən “Moskovskiy
literator” qəzetinin baş redaktoru İvan Qolubniçiy Rusiya-Azərbaycan ədəbiyyatı
vasitəsiylə xalqlarımız
arasında tarixi ədəbi-mədəni əlaqələri
qoruyub saxlamaqda əsl vətənpərvər
kimi çıxış
edən Tofiq müəllimə minnətdarlıqla
onun S. Yesenin adına
“Zolotaya Osen” (“Qızıl Payız”) ordeninə layiq görüldüyünü bildirib,
hədiyyəni təqdim
etdi. Qazaxıstan diasporunun rəhbəri Polad Camalov Tofiq müəllimlə
bağlı fikirlərini
söyləyərək, “məmurlar
açıq sözlü,
cəsarətli adamları
sevməzlər”- dedi.
Bununla ədəbi-elmi və ictimai mühitdə bir əsgər kimi savaşdığına
eyham etdi. O, Tofiq Məlikliyə hədiyyə kimi Qazaxıstanın milli paltarını geydirdi. “Ocaq”
cəmiyyəti idarə
heyətinin üzvləri
adından isə rəhbərlərinə“Tofiq Məliklinin
“nöqsanları” mövzusunda
olan yumoristik şeiri İlham Bədəlbəyli oxudu.
Və yubilyara Azərbaycan kişisinin simvolu olan buxara papaq
hədiyyə edildi. Tofiq Məlikli bu isti münasibətdən gözü yaşararaq “belə bir papaq
arzusunda olduğunu”-da bildirdi. “İndi oldum, sultan” – deyə yumorundan qalmadı.
Bu hədiyyədən sonra Tofiq müəllimin
başındakı papagna
işarə ilə “Dərviş” teatrının
aktrisası olan aparıcı :
“Belə Sultan bəy mənə evlənmək
təklif eləsə,
etiraz etməzdim”-dedi. “Gecənin sultanı”nı
daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin yetkilisi Rizvan Əliyev təbrik edərək Komitə sədri Nazim İbrahimovun təbrikini və nəfis işlənmiş
kiçik xalçanı,
Ümumrusiya Azərbaycanlıları
Konqresinin icraçı
direktoru Mikayıl Hüseynov isə Rusiyanın əməkdar rəssamı Əsgər
Məmmədovun Tofiq Məliklinin yağlı boya ilə işlənmiş
portretini hədiyyə
verdi. Gecə Bakıdan gələn
musiqili qonaqların ifasının hərarətiylə
daha da isindi.
Azərbaycanın əməkdar artisti
Lalə Məmmədovanın,
müğənni Fuad
Dadaşovun, “Xalq ulduzu” musiqi müsabiqəsinin laureatı
Xəyalə Qafarzadənin
ifaları alqışla
qarşılandı. V Ümumrusiya istedadlar və gözəllik müsabiqəsinin laureatı
12 yaşlı Nigar Zakirovanın skripkada Azərbaycan mahnılarını
ifa etməsi, Moskvadakı 157 saylı Azərbaycan məktəbinin
şagirdlərinin Tofiq
Məliklinin şeirlərinindən
hazırladığı kompozisiya,
Moskva Dövlət Linqvistika Universitetinin tələbələrinin doğma
dilimizdə müəllimlərini
şeir və mahnı ifaları ilə təbriki də gecənin yadda qalan anlarından
idi. Gecədə
Moskva hökuməti sosial- siyasət məsələləri üzrə
paytaxt merinin birinici müavini Lyudmila Şvetsovanın, Azərbaycan
Yazıçılar Birliyinin
sədri Anarın təbrik teleqramları oxundu. Yubiley gecəsi Rusiyadakı
Azərbaycan “Dərviş”
teatrının Tofiq Məliklinin şeirləri
əsasında hazırlanmış
kompozisiyası və yubilyarın bu gözəl gecəni təşkil edən, ona unudulmaz anlar
yaşadan hər kəsə minnətdarlığı
ilə başa çatdı.
Tünzalə VƏLİQIZI,
Moskva
525-ci qəzet.- 2012.- 2 oktyabr.- S.7.