Hamının şairi

 

Vaqif Bəhmənli imzası geniş oxucu təbəqəsi ziyalılar arasında geniş tanınır. Mən Vaqif  Bəhmənli yaradıcılığının vurğunlarındanam. Bu günə kimi onun bütün yazılarını oxumuş, gündəliyimdə qeydlər aparmış, şeirlərini, mətbuatda çıxan publisistik yazılarını saxlamışam.

Şeir Vaqif  Bəhmənlinin canına, beyninə, qanına hopmuş bir hissiyyatdır, varlıqdır. Vaqif onsuz, bir an belə yaşaya bilmir. O, həmişə axtarır, düşünür, şeir vasitəsilə yeni fikir söyləmək istəyir.

Bu yaxınlarda Vaqif  Bəhmənlinin nəfis tərtibatda 1000 tirajlaHamışeirlər kitabı çapdan çıxıb. Bu kitabda da Vaqif  Bəhmənli sübut etdi ki,  o, həqiqətən hamının  şairidir. Vaqif  Hamıkitabında ilk olaraq yazır:

 

Yaxşı ki, hamıdan uca Allah var!

Yaxşı ki, hamıdan uca hamı var...

Allah izin verməsəydi bu kitab necə yaranardı?

Lap yaransa belə, hamı olmasaydı,

Bu kitab kimə gərək idi?”

 

Allahın varlığı, Allahın duası ona inam Vaqif  Bəhmənli dünyasına hopub. Ona görə o, “yaxşı ki, hamıdan uca Allah var!” deyir. 

Hamıkitabını oxuyarkən belə qənaətə gəldim ki, bu kitabı çox diqqətli oxumaq lazımdı.  Çünki kitabınYaxşı ki,  hamıdan uca Allah var!”la başlaması mənim çox diqqətli olmağıma çağırış idi. YəniHamıkitabını diqqətlə, araşdıra-araşdıra oxumaq lazım idi mən belə etdim. 

“O”, “Mən”, “Sən”, “Biz”, “Onlar”, “Hamı”, “Söz”, “Nöqtə”. Bu sözlər altında diqqəti çəkən şeirlərin hər biri özünəməxsus məna daşıyır. Vaqif  Bəhmənli kitabında Azərbaycan poeziyasına bir yenilik gətirib, yeni söz deyib. Bəli, əlbəttə ki, söz şeirin canıdır, onun yaraşığıdır. Amma söz  yerində  deyiləndə gözəlliyi artır, mənası da.  ŞairSözşeirindəki kimi:

 

Bir qələm olaydı, bir təmiz kağız,

Bir həyəcan dolu ürəyim

 

Qarğı çitəmədən baxanda o qız

Tapaydı bir keçid yolu ürəyim

 

 Belə yaxşıdırşeirində insanlıqdan, onun xarakterindən, düşüncəsindən, həyata münasibətdən geniş bəhs olunur:

Vaqif Bəhmənli poetik sözün təsirinə inanır elə bu inamdır onun yaradıcılığına güc, əzəmət şöhrət gətirən. Bu inam onu əsl  söz sahibi edir, şairin sənət dünyasında çıraq yandırır. Vaqif sadə dildə yazır. Vaqif  üçün Vətən hava, su deməkdir. Onsuz insan ömrü bir qara qəpiyə dəyməz.  Vaqifi narahat edən əsas məsələ Qarabağ dərdidir. O, vətənin xalqının yolunda hər şeyə hazırdı. “Qarabağqəzəlində şair yazır:

 

Nəhs gəlib tale zəri, ah kimiyəm bir gəzəri

Qara yeldən üşüyür isti yatağım, Qarabağ!

                        

Sancılar bəd nəzərə, kafəri al qan eləyər

Şər dili dibdən üzər şanlı bıçağım, Qarabağ. 

 

Cənnətin ortasına taydı çırağın, Qarabağ.

Sənə qismətdi niyə indi bu çağın, Qarabağ?!”

 

Əslən Qarabağlı olan Vaqif  Bəhmənli Vətəninin çətin günlərində doğma yurdu qarış-qarış gəzdi, ona arxa oldu, sözünü dedi, döyüş bölgələrinə getdi, hərbiçilərlə yan-yana durdu, onlarla bir yerdə yuxusuz gecələr keçirdi. Qarabağ dərdi daima Vaqifi düşündürür. Ona görə Vaqif  Qarabağşeirində

 

Vaqifin bağrı sənə bağlıydı, min bağlar ilə

Qocaman bir xalısan, mən saçağam, Qarabağ!”

 

deyir.  Qocaman bir xalısan, mən saçağam, Qarabağ!” bütövlükdə Qarabağa verilən ən yüksək qiymətdir. Azərbaycanı Qarabağsız təsəvvür etmək olmaz. Bura  Yer kürəsinin ən füsunkar torpağı, cənnət məkanıdır.

Dünyada hər şey zamana bağlıdır, zaman elə qüdrətlidir ki, qaynar qum səhralarını gülüstana döndərir, əlvan gülləri, çiçəkləri isə yandırıb külə döndərir. Bəli zaman qüdrətlidir: Di gəl ki, zamanın kürəyini yerə vuran  qüdrət var. Bu, poeziyadır. Bədii sözün qüdrətidir. Belə bir qüdrət Vaqif  Bəhmənlinin yenicə çapdan çıxmışHamışeirlər toplusudur. 

Şairin sözün əsl mənasında məni, mənliyi var. Onun üçün mənlik hər şeydən üstündür.

Anadan olduğum andan sevirəm

Dünyada hər var, candan sevirəm” – deməklə şair təlqin edir ki, nəyi sevirsənsə sev,  ancaq ürəkdən sev.

Vaqif müəllimi tanıyanlar bilir ki, o, həyatı, insan varlığını, dünyada yaxşı  varsa hamısını sevir. Vaqif  müəllimlə söhbət etdikdə onun sadəliyi, səmimiyyətinə valeh olub düşünürsən ki, Allahım, yaxşı dünyada Vaqif  Bəhmənli kimi şəxsiyyətlər var.

Geniş oxucu auditoriyasına malik poeziyası olan Vaqif  Bəhmənli həyatda necədirsə, ictimai mühitdə elədir. Heç vaxt şöhrət arxasınca getməyən Vaqifin həm poeziyasının, həm şəxsiyyətinin mayası haqq ilə yoğrulub. Haqq  onun üz tutduğu qiblədir. Haqdan üzülənin izi qalmaz” – deyən şairin ədəbiyyatda oxucu ürəyində ona görə izi var ki, o, yaradıcılıqda həyatda seçdiyi meyarlara həmişə sadiq qalıb.

Vaqif müəllimHəkimşeirində əslində şairlə həkimin eyni məqsədə qulluq etdiyini açıqlayır. Həkimin obyekti insandır, şairin . Həkim insanı cismən sağaldır, şair isə ruhən.

Müəllif misralarında şairlərisöz loğmanıadlandırır. Vaqif  Bəhmənli yazırsa yazsın, ürəyinin hisslərini, gördüklərini, yaşadığı illəri, hadisələri, zamanın gərdişini yazır. Vaqif Bəhmənli yazırsa yazsın, o yazını bir dəfə yox, bir neçə dəfə oxuyursan.. Hər oxuduqca da onun qələminə rəğbətin, hörmətin artır.        Vaqif müəllim üçün İnsan ən ali varlıqdır. olursansa, hansı vəzifənin tutursansa tut, sən ən ali İnsan olmalısan. İnsandan, insanlıqdan böyük vəzifə yoxdur.

O, yazırsa yazsın insan ləyaqətini hər şeydən üstün tutur, onu bilik arxasınca gedib boş mənasız işlərdən çəkindir. Vaqif  Bəhmənli göstərir ki, İnsan yenilməz əyilməz bir qüvvədir.

Bütövlükdə Vaqifin şeirləri məna etibarı ilə həyatidir, yaddaqalandır, insanları düşünməyə vadar etməyə qadirdi. Şair müraciət etdiyi, axtarıb tapdığı mövzunu yüz ölçüb, bir biçir. Əgər hardasa Vaqif  Bəhmənli imzası varsa, deməli, orada maraqlı əsər, şeir var, onu oxumağa dəyər.

Vaqif Bəhmənlinin xarakterik xüsusiyyətlərindən biri onun təbii, sadə, təmiz təmənnasız dostluğudur. Onun bu istedadından da öyrənməli, götürməli çox cəhətlər var.

Hamışeirlər toplusu Vaqif  Bəhmənlinin zirvədə duranHamısıdır. Artıq bu kitab mənim stolüstü kitabımdır.

Vaqif müəllim yazır ki, “Mən hamı üçün yazıram... Hamı susur... Axı niyə hamı susur? Axı mən hamı üçün yazıram...?”  Doğrudan da Vaqif müəllim hamı üçün yazır. Vaqif Bəhmənli imzası olan bütün şeirləri hamı oxuyur mənəvi zövq alır. Vaqif  Bəhmənli şair kimi böyük ürək sahibidir. Onun uğurlarının açarı da elə burdadır.

 

 

Əyyub MƏMMƏDOV,

Tibb elmləri  üzrə fəlsəfə doktoru. 

Respublikanın əməkdar həkimi

 

525-ci qəzet.- 2012.- 10 oktyabr.- S.7.