Oralarda kimlər var: Allahverdi Eminov-3Yazar
ALLAHVERDİ EMİNOV KİMDİR
1941-ci ildə Salyan rayonunda doğulub. Dəmiryolçu ailəsində.
Orta məktəbi
1955-ci ildə Lənkəran
şəhərində bitirib.
1959-cu ildə indiki Pedaqoji Universitetin tarix-filologiya fakültəsinə daxil
olub,1964-cü ildə oranı
bitirib,1965-1968 -ci tədris
illərində Salyan rayonu Kərimbəyli kənd orta məktəbində çalışıb.
1968-ci ildə Azərbaycan
ETPİ-nun aspiranturasına girib,1971-ci ildə tamamlayıb.1971-ci ildə
dissertasiya müdafiə
edib, pedaqoji elmlər namizədi adını alıb.Dosentdir.
1974-76-cı
illərdə “ Azərbaycan
məktəbi” jurnalında,1976-84-cü illərdə “Azərbaycan
müəllimi” qəzetində
çalışıb.
2001-2005-ci
illərdə Azərbaycan
Müəllimlər İnstitutunun Salyan filialının
direktoru olub.
Müxtəlif vaxtlarda Ali Təhsil Müəssisələrində
dosent vəzifəsində
çalışıb. Hazırda
Bakı PMİYİ-nin
dosentidir.
Əsərləri : Araşdırmalar: Səməd Vurğunun poetikası, İsmayıl Şıxlının
poetikası.
Mir Cəlalın poetikası,
Musa Yaqubun poetikası, Baba Mahmudovun musiqi fəlsəfəsi,
Roman: “Payıza qədər”
- Yolu-izi hələ də bərbad, gedişi-gəlişi
zülm olan kəndimizdə Qazax rayonundan böyük bir elitanın oluşduğunu bilirik, onlar necə gəlib çıxıblar
ora: məsələn,
mənim və bəlkə də elə Sizin də ibtidai məktəb müəllimimiz
Mahnur müəllimə
və riyaziyyat müəllimimiz Yasəmən
xanım, tarix müəllimi Cəfər
müəllim və mənim unutmuş ola bildiyim neçə-neçə
müəllim və hətta Qırmızıkənd
dəmir yolu stansiyasının rəisi,
Sizin atanız İskəndər kişi
Və üstəlik də onlar artıq
oralarda sahman salıb ailə qurdular və Sizin xalanız Yasəmən müəllimə
Abuzər müəllimlə
böyük bir ailə sahibi oldu. Bu barədə nə bilirsiz?
- Məni keçmişə
apardığınız üçün
Sizə təşəkkür
eləyirəm. Bir kənddən olmağımızın
da belə-belə xatirələri olur. Sualınıza yuxarıda
xeyli cavab verdim. Yolu-izi bərbad olan - şükürlər ki, genplanda Şorsulu kəndinnən Lopatin sovxozuna (keçmiş) qədər yeni asfalt yol salınır,
iş gedir. Bizim camaatın (Eminlilərin) Qırmızıkəndə
gəlməsi atam İsgəndərin təşəbbüsü
ilə oldu. Böyük bir qismi Balakən rayonunda yaşayırdılar,
dayım Məhəmməd
Eminov, Xalam Yasəmən Eminova Sarıbulaq kənd məktəbində direktor
və riyaziyyat müəllimiydi. Deyim ki, böyük tarixçi, millət vəkili, professor Yaqub Mahmudov həmin məktəbdə oxumuşdur,
dayım ona dərs demişdir. Yaqub Mahmudov sonralar bu məlumatı
fəxrlə mənə
çatdırdı və
ilk müəllimi Məhəmməd
Eminova rəhmət dilədi. Bilirsən də, Yasəmən müəllimə Qəzənfər
Quliyevdən sonra Qırmızıkənd kənd
yeddiillik məktəbində
direktor işlədi.
Bu məktəbə müəllim
kimi əmrini almağa getmişdi. Rəhmətlik, Salyan Rayon
(ş) Maarif Şöbəsinin
müdiri Ağamməd
Mirzəyev görür
ki, ali orta
təhsilli cavan bir qız - birbaşa raykomda məsləhətləşib, o gün onun əmrini
verir. Tədris hissə müdiri Abuzər Ağayev idi, onlar bir-birini
xoşlayırlar, ailə
qururlar. Yasəmən
müəllimə ərizə
verib direktorluqdan çıxır, yerini həyat yoldaşına təhvil verir. Mahnur Eminova əmim qızı idi, dayım Hacı Eminovla (Vətən müharibəsi
iştirakçısı idi)
ailə qurur, Qazaxdan gəlir kəndə. İstedadlı
sinif müəllimiydi,
sənə dərs deyib, mən onda V sinifdə idim, Səfəralı Məmmədov dərs demişdi... Atamı başqa dəmir yolu stansiyalarınnan birinə
rəis göndərmək
istəmişlər dəfələrlə.
O, qəti imtina etmişdir: “Bizim ailəni bu kənd çox yaxşı qarşıladı.
İlk aylardan burada dostlarım, tay-tuşlarım var, oturub-dururuq”. Həqiqət
idi: Məmməd Tanrıverdiyev, Qəribağa
Hüseynov, sənin atan Məhərrəm Abdinov, Teymur Məmmədhəsənov (uzun
illər kolxoz sədri işləmişdir
kəndin “Bolşevik”
kolxozunda), Niftulla Nəcəfov (kolxozun baş mühasibi) və unutduğum başqalarını yaxşı
xatırlayıram. Anam
da getməsinə etiraz eləyir... Bizim ailə artıq qaynayıb-qarışmışdı,
qız vermişdik: xalalarım ailə qurmuşdu.Taledir: Valideynlərimin,
qardaşımın, əmim
qızının və
dayımın qəbirləri
Qırmızıkənd qəbristanlığındadır,
orada da sakitlik tapmışlar... Mən sualınızın
motivlərini: “Atamın
yüz yaşı” sənədli povestimdə
vermişəm və nəşr olunmuşdur.
- Yaxşı xatırlatdınız.
Ədəbi yaradıcılığınıza
bələdəm və
1990-cı ildə çox
populyar olan “Payıza qədər” esse-romanınız çıxmışdı.
Sizi bu romana
görə qınayanlar
da tapıldı ki, pedaqoq olasan
bu türdə bir pornoqrafik əsər yazasan. Bu barədə nə deyə bilərsiz? Ümumiyyətlə, yazar
yaradıcılığınız nə yerdədi?
- Mənim bu sahədə
cızma-qaralarımı oxuduğunuz
üçün təşəkkürümü
bildirirəm. Əvvəla,
bu dediyiniz əsər “pornoqrafik” janrda qələmə alınmamışdır: qadın-kişi
münasibətləri gənclərimizə
bəlli olmayan və çox vaxt da bu
zərif, kövrək
münasibətləri sadəlövh
duyan, başqa millətlərlə qanını
qarışdıran məsələlərə
də toxunmuşam. Qadın-kişi aləmində
çox-çox mübhəm
problemlər mövcuddur,
biz yalnız onun bir qisminnən xəbərdarıq. Ümumiyyətlə,
Yaxın Şərqdə
belə mövzulara qadağalar qoyulmuşdu. Mən Sovet dönəmində bu mövzuda ilk olaraq qalın bir kitab yazdım. Əlbəttə, cəsarət
göstərdim, özü
də rəsmi bir vəzifə daşıyırdım. Öyünürəm
ki, Yaxın və Orta Şərqdə
bu mövzuda ilk əsərin müəllifiyəm.
Qaldı qınayanlara:
bunun da bəzi səbəbləri
vardı. Bir qismi yenicə nəşrə başlayan
özəl qəzetlərin
populyarlığı xətrinə
tənqidi məqalələri
çap edirdi. İkinci qismi nadanlar idi, intellektuallıqdan
uzaqda dayananlar idi. Üçüncü
qismi janrdan xəbərsiz idi ki, bu əsər
pornoqrafiya deyil. Dünyada bu janr qadağandır, mən o dərəcədə
xəbərsizdim? Dördüncü
qismi o çaşdırırdı
ki, əsər birinci şəxsin dilinnən danışılır
və müəllifin
başına gələnlərdir;
özü də alimdir, pedaqoqdur, “Maarif” Dövlət Nəşriyyatının baş
redaktorudur və nəhayət, televiziyada “Ziya” verilişinin həmmüəllifidir, həm
də aparıcısıdır.
Beşinci qism tənqidçilər imzaları
görünsün deyə
çap olunurdular. Deyim ki, bu
gedişdə mətbuatda
əsəri qiymətləndirən
oxucular az deyildi... Sonralar, “əsəbləri soyuyannan”
sonra bəzi qəzet redaktorları ilə görüşdüm,
nə desələr yaxşıdır: “Tənqidlə
yanaşı müsbət
məqalələr, anonim
qadın zəngləri
də redaksiyaya daxil olurdu. Amma
tənqidi rəyləri
verirdik ki, Mərkəzi Komitənin qəzəbinə gəlməyək.
Bu rejimin qurumu isə heç bir mənfi reaksiya vermədi.
“Payıza qədər”dən
sonra “Yuxuda dirilən adam” dedektiv romanımı “Gənclik” nəşriyyatı
yüksək tirajla çap elədi: (1991). Tənqid edənlərin üzü gəlmədi bu əsəri tərifləsin.
Əzizim,
beləyik də!
Yaradıcılığıma gəldikdə: elmi-fantastik povestlərim “Sarı çiçək”
adı ilə “Yazıçı” nəşriyyatında
çıxdı. Uşaqlar
üçün “Cırtdan
adamın sərgüzəştləri”
və “Dəniz şəhərində görüş”
dedektiv povestlərimi
“Azərbaycan pioneri” qəzeti (1985-1986) dərc
elədi. Xeyli sayda hekayələrim qəzetlərdə çıxıb.
Son beş ildə “İ.Şıxlının poetikası”,
“İsa Məmmədov
və idarəetmə
psixologiyası”, “Baba Mahmudoğlunun
musiqi fəlsəfəsi”,
“Musa Yaqubun yaradıcılığı”,
“Mir Cəlalın poetikası”
üçcildliyin birinci
cildi, “Oqtay Rzanın yaradıcılığı”,
“Pedaqogika” dərsliyimin
birinci cildi və digərləri işıq üzü görmüşdür. Sizə
gətirdiyim “Seçilmiş
əsərlər”imin birinci
cildinə “Qapalı kitab” romanım daxildir. Xeyli sayda elmi əsərlərim
çıxıb və
çıxmaqdadır. Yazmamaq
olmur. Yeri gələndə ürəyimi
publisist məqalələrlə
boşaldıram. “Madam Sofa və
Qara at” romanımı
tamamlamışam. Allah bəlkə
sponsorunu yetirdi!
- Keçən il 70 yaşınız oldu məncə, çox sakit və mütavazi.
Yetmiş yaş. Nə demək olur bu? İllərin
ötüşü sizi
qorxutmur ki?
- Tofiq Abdin, əzizim,
bir vaxt 60-70 yaşlı ziyalıları,
bizə dərs deyənləri görəndə
içimdə xof yaranırdı, ilahi, görəsən bunlar yaşa təslim olurlarmı, yaş bunların nəyini əllərinnən alır?
Özüm gəldim çatdım yetmişə.
Elə sakitcə gəlmişdimsə, sakitcə
ötüşdü. Məsələnin
sosial tərəfini bəlkə də nəzərdə tutursuz. Bunun rəsmi tərəfləri var. Bir
təhsil adamı, 46 ildən artıq Təhsil Nazirliyi sistemində işləmişəm,
hətta müxtəlif
vəzifələr daşımışam,
xəbərdarsan və
yeganə şəxsəm
ki, pedaqogikanın müxtəlif sahələri,
təhsilin, maarifçi
şəxsiyyətlər haqqında
nəzərə çarpan
kitabların, dərsliklərin,
elmi əsərlərin,
500-dən artıq elmi
məqalənin (qəzet)
müəllifiyəm. Bir
peşəkar pedaqoq olmaqdan əlavə, ədəbiyyatşünasam, nəsr
yazanam, ali məktəb müəllimiyəm
(dosent vəzifəsində)
və sairə. Deməli, mənim doğma sistemim bunu görməliydi. Axı, təhsil funksionerlərilə daima ünsiyyətdə olmuşam,
yaradıcılığımı şifahi olaraq həmişə qiymətləndirmişlər.
Nazirimiz, hörmətli Misir Mərdanovla
tanışlığımızın tarixi 25 ildən
çoxdur. Yəqin mənim yaşımnan xəbərsizdir,
hər halda onun qarşısında bu məsələ
qalxsaydı, reaksiya verərdi. Professor, elmi qiymətləndirən
nazir kimi tanıyıram. Bəlkə də yersizdir, amma yox:
M.Mərdanovun 60 illik yubileyi münasibətilə qəlbimnən
gələn bir oçerk yazıb “Ocaq” qəzetində
çap etdirdim. Maraqlıdır və mənim
üçün gözlənilməz oldu ki, o, bir zənglə
də olsa mənə “sağ ol” demədi. Yəqin
başı qarışıq imiş...
Məni
belə situasiyalar düşündürür, axı mən,
akademik düşüncəli, standart üslublu, döyənək
tematikalı pedaqoq deyiləm. Elmi məqalələrimi də
hissimlə yazıram, ürəyimnən keçirənnən
sonra yazıram... Yazıçılar Birliyinin üzvü kimi
onlara rəsmi demədim. Belə müraciətləri
xoşlamıram, halbuki Birliyin kadrlar şöbəsi var, bəs
onun işi nədir? Mən tənqidçi-ədəbiyyatşünas
kimi Birliyə qəbul olunmuşam. Siz məni hamıdan
yaxşı tanıdığınız üçün
gileylənirəm və buna haqqım çatır müqayisədə:
“Mənəm-mənəm” deyən ədəbiyyatşünaslardan
xeylisi, lap çoxu gəlsin ortaya. Nə yazıblar? Necə
yazıblar? Kim üçün yazıblar? Mən S.Vurğun,
İ.Şıxlı, Mir Cəlal kimi görkəmli ədəbi
şəxsiyyətlərin poetikasını
araşdırıb, sanballı monoqrafiyalar yazmışam.
M.Yaqub, O.Rza haqqında da monoqrafiyalar qələmə
almışam. Dövrü mətbuatda onlarla peşəkar səviyyəli
resenziyalar, tənqidi məqalələr, ön sözlər
yazmışam. Azərbaycan ədəbiyyatşünaslığında
elmi-fantastik janrı ilk dəfə mən tədqiq etmişəm,
kitab buraxdırmışam, onlarla qəzet və jurnal məqaləsinin
müəllifiyəm... Hə, belə, Tofiq Abdin. Sizin mənimlə
səmimi, ürək söhbətin qeyri-təvazökar
danışmaq ehtiyacı doğurdu. Sənin özün də
xaraktercə birbaşa adamsan. Neyləyək? Ab-hava, mühit,
insanlar belə bir laqeydlik səviyyəsinə gəlmişlər.
-Sizin bu zəngin
elm-pedaqoji fəaliyyətinizin, təhsil xidmətlərinizin əvəzini
hansı ödüllərlə, titullarla əvəz etmişlər?
Çaşıb...?
- Bəli,
düzgün, fəhmən “çaşıb”sız. Sovet
vaxtı (1979) “Qabaqcıl maarif xadimi” döş nişanı
veriblər. O çağdan bəri təhsil sisteminə
varlığımla xidmət etmişəm: pedaqoji mətbuatda
(“Azərbaycan məktəbi” jurnalında iki il, “Azərbaycan
müəllimi” qəzetində 8 il məsul vəzifələr
tutmuşam) çalışmışam. Azərbaycan Dövlət
“Maarif” nəşriyyatının baş redaktoru və direktor əvəzi,
Azərbaycan Mİ-nin Salyan filialının direktoru (ilk,
2001-2005) vəzifələrində fəaliyyət göstərmişəm.
Fasiləsiz 25 ildir ali məktəbdə dərs deyirəm.
Lakin ağır da olsa deməliyəm: heç bir rəsmi vəzifəli
funksionerin yadına düşməmişəm, yaxud
düşsəm də bəzi parametrlərim düz gəlməmişdir.
Gəlin, açıq, səmimi danışaq: nə vaxtacan həqiqətləri
gizlətməliyik? Müstəqil və demokratik
respublikayıq və bu dövlətin ədalətli
qanunlarına funksionerlər əməl etməlidir. Durub mən
ölkə prezidentindən gileylənməliyəm?! Allahverdi
Eminovu - həyatının ən şirin, duzlu illərini
qoyan, haradasa sərt, haradasa romantik alimi, yazarı
çalışdığı qurumun rəhbərliyi (əslində
birinci şəxsi) görməlidir və qiymətləndirmək
iradəsinə malik olmalıdır.
Hələ
ki, 70 yaş məni üstələyə bilməmişdir, yəqin
gücü çatmamışdır. Yaddaşım daha da
durulmuşdur, şəxsiyyətim bir xeyli də müdrikləşmişdir,
yaradıcılıq həvəsim ehtirasa
dönmüşdür: hər ildə azı 3 monoqrafiya,
onlarla jurnal məqaləsi yazıram, hekayələr də,
povestlər öz axarında. Bu yetmiş yaş mənim
ürəyimə zərrə də olsa paxıllıq, mərdiməzarlıq,
çörəyə mane olmaq kimi qəbahətlər təlqin
etməmişdir, əksinə, fəzilətlər
oyatmışdır. Allah buyurduğu kimi, 75 yaşında
ümidliyəm ki, mənə olan haqsızlığın əvəzi
çıxılacaqdır - Allah həmin şəxslərə
ömür versin ki, bu yaşda qarşı-qarşıya
oturub, ötən günlərə qayıdaq.
Tofiq Abdin, Sizin də o vaxt 75 yaşınız olacaq, gec də olsa mən əvəzini çıxaram. Əlli yaşınızda məqaləni mən yazmışdım, “Ədəbiyyat qəzeti”ndə çıxmışdı. Ürəyimcə səninlə söhbət eləyərəm. Bu söhbət çap olunar, şübhəsiz. Qabaqcadan minnətdarlığımı bildirirəm.
Şairlər tarixdə qalırlar. Mən də
sənin hesabına tarixləşərəm!
(Son)
Tofiq ABDİN
525-ci qəzet.- 2012.-
13 oktyabr.- S.23.