Tanınmış pedaqoq
Surxay Qurbanovun 100 illik yubileyi qeyd edilmişdir
Oktyabrın 16-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Əməkdar Müəllim, İkinci Dünya müharibəsinin
iştirakçısı, tanınmış pedaqoq və hüquqşünas
Surxay Qurbanovun anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir
Bakı, 16 oktyabr (AzərTAc). Oktyabrın 16-da Rəşid
Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Əməkdar Müəllim,
İkinci Dünya müharibəsinin iştirakçısı,
tanınmış pedaqoq
və hüquqşünas
Surxay Qurbanovun anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
AzərTAc xəbər
verir ki, tədbirdə yazıçı-publisist
Mustafa Çəmənli, akademik
Ədilə Namazova və digərləri çıxış edərək
Surxay Qurbanovun keçdiyi mənalı və zəngin ömür yolundan, elmi-pedaqoji fəaliyyəti
və yüksək insani keyfiyyətlərindən
söhbət açmışlar.
Bildirilmişdir ki, Ağdamın
Seyidli kəndində anadan olmuş S.Qurbanov burada 3 nömrəli orta məktəbi bitirmişdir. O, müəllimlik kursunu bitirərək pedaqoji fəaliyyətə başlamışdır.
Müxtəlif illərdə
Ağcabədi və Ağdamın müxtəlif
kəndlərində müəllim
kimi çalışan
Surxay Qurbanov Azərbaycanın “Əməkdar
Müəllimi”, “Qabaqcıl
maarif xadimi” fəxri adlarına layiq görülmüşdür.
Qeyd olunmuşdur ki,
S.Qurbanov Böyük Vətən müharibəsinin
iştirakçısı olmuş,
şərəfli döyüş
yolu keçmişdir. O, “Qırmızı ulduz”, “Birinci dərəcəli Vətən müharibəsi”
ordenləri, “İgidliyə
görə” və digər medallarla təltif edilmişdir.
Surxay Qurbanov müharibədən
qayıtdıqdan sonra
Ümumittifaq Hüquq
İnstitutunu bitirmiş,
müxtəlif illərdə
hüquq mühafizə
orqanlarında rəhbər
vəzifələrdə çalışmışdır. 1954-cü ildən ömrünün sonunadək
Ağdam şəhərindəki
3 nömrəli orta məktəbdə direktor işləmişdir.
Mərasimdə tanınmış pedaqoqun
doğulduğu Ağdam
şəhəri haqqında
və S.Qurbanovun müəllimlik fəaliyyətini
əks etdirən videogörüntülər nümayiş
etdirilmişdir.
Tədbir çərçivəsində, həmçinin yazıçı
Mustafa Çəmənlinin Surxay Qurbanovun xatirəsinə həsr etdiyi “Yaddaşlarda yaşamaq haqqı” kitabının təqdimatı
olmuşdur.
Yubiley gecəsi respublikanın
tanınmış incəsənət
ustalarının ifasında
konsert proqramı ilə davam etdirilmişdir.
Günel
525-ci qəzet.- 2012.- 18 oktyabr.- S.7.