Rəbiyyət Aslanova: “Azərbaycanda dini etiqad azadlığı var, azadlığın “dinə çevrilməsi” isə başqa şeydir

 

Avropa Şurası Venesiya Komissiyasının Azərbaycanın “Dini etiqad azadlığı haqqında” qanuna verdiyi rəyə dövlət rəsmiləri, müvafiq strukturlar, o cümlədən Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri kimi biz də öz münasibətimizi bildirmişik.

Eyni zamanda, məsələ dini etiqad və hisslər kimi olduqca həssas sahədən  getdiyi üçün  ictimai rəydə yanış yönləndirmə cəhdlərini nəzərə alaraq münasibətimizi  bir qədər geniş aspektdən izah etməyə ehtiyac duyuruq”.

Bunu Gün.Az-a açıqlamasında Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri, professor  Rəbiyyət Aslanova söyləyib.

Komitə sədrinin dediyinə görə , dini etiqad azadlığı ilə bağlı qanunlar dünyəvi dövlətlərin təcrübəsidir.

O, qeyd edib ki, dünyəvi  dövlət həm sivilizasiyanın, həm də Azərbaycan xalqının ən mühüm nailiyyətidir, eyni zamanda,  dünyəvi dövlət dindən ayrılma nəticəsində yaranan dövlətdir.

R.Aslanovanın sözlərinə görə,  dövlət-din münasibətlərinin konstitusion  əsaslarla tənzimlənməsi dünyəviliyi təmin edən əsas məsələlərdən biridir:

“Müasir dövrdə mədəniyyətlərin, dinlərin və sivilizasiyaların dialoqu, insan hüquqlarının, dini-etiqad azadlığının təminatı ümumi məqsədlər sırasında dünyəviliyi ən mütərəqqi  imperativ kimi irəli sürür. Belə dövlətin dinlə münasibətləri dedikdə, vətəndaşların vicdan və din azadlığının təmin edilməsinə, onların dini-əxlaqi ehtiyaclarının ödənilməsi üçün lazımi şəraitlərin yaradılmasına və dini qurumların, ibadət təcrübəsi çərçivəsindən çıxan və bu səbəbdən ictimai fəaliyyətə çevrilən fəaliyyətlərinin tənzimlənməsinə yönəldilmiş hüquqi aktlar, eləcə də təşkilati və əməli tədbirlər sistemi nəzərdə tutulur.

Hazırkı dövrdə  bütün Avropa dövlətləri, eləcə də, bir sıra Cənub-Şərqi Asiya dövlətləri dünyəvi dövlətlərdirlər. Reallıq belədir ki, Şərq-müsəlman ölkələrinin böyük bir qismndə dünyəvi dövlət meyarları müxtəlifdir. Buna görə də Şərqdə dünyəvi dövlətçilik problemi özü ayrıca bir tədqiqatın mövzusudur. Qürur doğurucu məqamdır ki, Azərbaycan bu məkanda-müsəlman Şərqində dünyəvi dövlət quran ilk respublika olmuşdur. Şərq məkanında Türkiyə və bir sıra MDB ölkələri də rəsmi dünyəvi dövlətlər sırasındadır”.

Komitə sədri bildirib ki, Azərbaycan  dünyəvi dövlət olduğu üçün burada dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan cəmiyyətin birgəyaşayışı və tolerantlığın təmin edilməsinə təhdid yarada biləcəyi təqdirdə mütərəqqi dəyişikliklər edilir.

R.Aslanovanın bildirdiyinə görə, dünyəvi dövlətçilik və tolerantlıq mühitinin təmin edilməsi Azərbaycan xalqının müstəqilliyini təmin edən ən vacib sərvətlərdəndir:

“Məhdudiyyətlərdən danışılır, bəlkə də çoxları da bilmir ki, “məhdudiyyət” Avropa   Konvensiyasında tətbiq edilən   hüquqi termindir.Dini etiqad azadlığının məhdulaşdırıla biləcəyi məqamlar konkret olaraq Avropa Konvensiyasında vurğulanıb və qanuna edilən mütərəqqi dəyişikliklər yalnız bu məqsədlə edilir və ediləcək. 20-ci srə qədər Avropada nə  dini etiqad azadlığı sözü, nə də problemi dilə belə gətirilə bilməzdi. Çünki rəsmi bəyan edilən dinlər var idi və söhbət bununla da bitirdi.

Yalnız  2-ci dünya müharibəsinni fəlakətli səbəb və nəticələri bu məsələyə diqqəti yönəltməyə vadar etdir.Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbulu Həmin Venesiya Komissiyasının təmsil etdiyi Avropa Şurası 1949-cu ildə yarandı və 1950-cu ildə Avropa İnsan Hüquqları Konvensiyasını qəbul edib”.

Komitə sədri deyib ki,  dini etiqad azadlğına həmin Konvensiyanın 9-cu bəndi həsr edilib, o cümlədən,  bu bəndin ikinci hissəsində dini etiqad azadlığının məhdulaşdırıla biləcəyi məqamlar ilk dəfə əksini tapıb ki, həmin məqamlar da bunlardan ibarətdir:

“Məhdudiyyətlər ancaq qanunla müəyyən edildiyi halda; demokratik cəmiyyətdə ictimai sabitlik və asayişin təmin olunması maarqlarına xidmət etdiyi halda; cəmiyyətin  sağlamlıq və mənəviyatının qorunmasına yönəldiyi halda; yaxud da, başqa insanlarının hüquq və azadlıqlarının  qorunmasının zəruri olduğu halda tətbiq edilir.   Beləliklə də, hər bir dövlət bu sadalanan maraqlar çərçiəsində mədudiyyətləri tətbiq edə bilər və onların sırası genişlənə bilməz.

Konvensiyaya görə, dini etiqad azadlığının əsas istiqaməti   tolerantlıığın və ictimai konsensusun təminatı kimi başa düşülməsi, yəni,  bir qismin hüquqlarının başğalarının hüquqlarını pozulması hesabına reallaşmasına yol verməməkdir. Konvensiyanın 6-cı maddəsində onu imzalayan dövlətlərin “mədəniyyətlərarası dialoq və dözümlülük ruhunu təşviq etməsi” vurğulanır. Azərbaycan bu Konvensiyaya  qoşulub və  Qanuna dəyişiklik və  əlavələrdən söz düşəndə söhbət məhz yalnız bundan gedir”.

R.Aslanovanın eyni zamanda qeyd etdiyinə görə,  mədəniyyətlərarası dialoqun təşviqində isə Azərbaycanın gördüyü işlərlə müqayisə ediləcək ikinci bir təcrübə demək olar ki, yoxdur:

İradlara baxsaq orada “icazəsiz dini fəaliyyətin qarşısını almaq üçün cərimələr, dini qruplardan toplantı keçirmək üçün hökumətdən icazə almaq tələb olunması” və sairəni görərik. Dünyanın hansı dünyəvi ölkəsində bundan fərqli hallar varmı?  İstərdim ki, cəmiyyətimiz bir daha Venesiya Komissiyasının Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanunda məhdudiyyət adlandırdığı və verdiyi əsas tövsiyələrə nəzər salsın və bu barədə aydın təsəvvürləri olsun.

Onlar belədir, yəni, vətəndaşlığı olmayan şəxslərin və xarici vətəndaşların dini təbliğat aparmasına qadağanı aradan qaldırmaq; dini baxışları səbəbindən hərbi xidmət keçməkdən imtina edən şəxslərə alternativ mülki xidmət keçmək imkanı yaratmaq; dini icmalara daha çox muxtariyyət hüququ tanımaq; dini icmaların dövlət qeydiyyatında alınması sistemində islahatlar aparmaq, dövlət qeydiyyatı üçün lazım olan sənəd və məlumatların dəqiqləşdirilməsi; dini icmanın ləğv edilməsini tənzimləyən qaydalara dəyişikliklər etmək, ləğv olunmaq və digər sanksiyalarla üzləşən dini icmaların apelyasiya vermək hüququnu təmin etmək;

İslam dininə aid ayin və mərasimlər yalnız Azərbaycanda təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilə bilər” maddəsini çıxarmaq; vətəndaşı xarici dövlətə dini təhsil almağa göndərmək üçün müvafiq icra hakimiyyəti orqanından razılıq almaq tələbini ləğv etmək”.

Millət vəkili daha sonra bildirib ki, Venesiya Komissiyasınnı rəyində  iradlardan birialternativ hərbi xidmətlə bağlıdır:

“Gəlin məsələnin kökünə baxaq. Avropa Şurası 2000-ci ildə əsas hüquqlar haqqında Xartiya qəbul edib.Bu sənədin 10-cu maddəsi dini etiqad azadlğının təminatını əks etdirir. Maddənin 2-ci bəndində novasiya əlavə edilərək ilk dəfə “milli qanunvericiliklərə uyğunlaşdırılmış şəkildə,  dini etiqad əsasında hərbi xidmətdən imtina etmək hüququ” ifadəsini tapıb. Yəni, cəmi 10 il əvvəl bir əlavə edilibo zaman artıq 10 ildən çox idi ki, Azərbaycan işğalçı müharibəyə məruz qalmışdı.

Necə deyərlər, şərhə ehtiyac yoxdur. Amma hər halda bu əlavədə milli qanunvericiliklərə uyğun şəkildə ifadəsinin vurğlanması da əhəmiyyətli sayılmalıdır. Bu baxımdan, Azərbaycan müharibə şəraitində yaşayan dövlət kimi öz mövqeyini milli praktikadan çıxış edərək bildirir. Azərbaycan müharibə vəziyyətində yaşayır. İşğal altında olan torpaqlarımızda minlərlə məscidlər və dini inanc yerlərimiz.

Şuşadakı “Gövhərağa” məscidi darmadağın edilib. Bu azmış kimi ölkəmizdəki tolerantlıq mühitindən sui-istifadə edərək, dini etiqad adı ilə Azərbaycan dövlətçiliyinə qarşı təxribat, konstitusion əsaslara qəsd cəhdlərinin qarşısını ala biləcək əlavə və dəyişiklikləri dini etiqad azadlığınnı məhdudlaşdırılması  kimi qələmə vermək subyektvlik və qərəzdir.

Bu qədər həssas və mürəkkəb  bir sahədə Venetsiya Komissiyasınınrəyində tələb edilən  “mükəmməllik” anlayışına dünyada hansı dövlətdə rast gəlinir?

Gəlin fikir verək. Venesiya Komissiyasının rəyi  “Azərbaycanda din haqqında qanunvericilik mükəmməl deyil” adlanır.  Mükəməllik “idealsözü ilə sinonimdir və məgər Avropada, yaxud, dünyanın hansısa ölkəsində  ideal və mükəmməl olan hansısa  qanunona riayət praktikası mövcuddurmu?

Əgər belə olsaydı, nə üçün dini etiqad azadlığı institut 21-ci  əsrin ən mübahisəli və mürəkkəb  sahəsi adlanırdı?

Əgər mükəmməllik varsa o zaman   sual olunur: hansı ölkələrdə dini durum bu anlayışla təsvir edilə bilər. Azərbaycanda insanların dini hisslərini təhqir edən müqəddəs kitabların yandırılması, din peyğəmbərlərinin təhqir edilməsi və karukaruralarının çəkilməsi, sivilizasiyalar arası münasibətləri qanlı toqquşmalara sürükləyən filmlər çəkilməsi kimi misallar, dözümsüzlüyün. islamofobiyanın “Breyvik nümunəsi” yoxdur”.

Komitə sədrinin həmçinin vurğuladığına görə, seçkilərdə səs toplamaq istəyən siyasi partiyalar Avropadakı kimi öz təbliğatlarını islamofobiya üzərində qurmurlar, Azərbaycanda dini konfessiyalara qarşı ayrı-seçkilik dalğasının yayılması yoxdur:

“Hansı mükəmməllikdən söz gedə bilər ki, bu gün Avropada İslamın mahiyyətindən tamamilə təhrif edilərək  tanıdılması, “vəhşi müsəlman” obrazının yaradılması yönündə fəaliyyət görünməmiş hədə çatıb. Təsadüi deyil ki, nəhayət  beynəlxalq təşkilatlar Avropadakı vəziyyət haqqında , Avropada müsəlmanlara qarşı diskriminasiyaya aid   faktların yer aldığı hesabatlar hazırlayırlar. Əvvəllər isə bu hesabatlar ümumiyyətlə olmayıb.

Sual olunur, neçə yüz ilin demokratik cəmiyyətlərində bu durum pisləşməkdə davam edirsə, Azərbaycan haqda deyilənlərin heç bir əsası yoxdur. Azərbaycan isə  dünyada dini dözümlülüyün təminatına nümunə olan ölkədir və burada tarix boyu heç vaxt dini zəmində qarşıdurma baş verməyib. Tədqiqat və  sorğular göstərir ki, avropalıların yalnız 10-2- faizi dini ibadət və ayinlərə, dəyərlərə ciddi əməl edirlər. Azərbaycan isə öz dini-mənəvi köklərinə olduqca bağlı olan bir ölkədir. Burada hətta 70 illik sovet dönəmində belə xalq öz dini dəyərlərini qoruyub, yaşadıb.

Daha yaxşı olardı ki, Venesiya Komissiyasi bir Avropa qurumu olaraq dünyəvi adlanan dövlətlərində bu meyllərin kökünün və gələcək nəticələrinin nə olacağına dair rəyini versin. Dini qanunvericiliyi dəyərləndirərkən adekvat ifadələr işlətsin. Təşkilat rəyində “ideal, mükəmməl” sözlərini tətbiq edir   həm də  yazır ki, “qanun qarışıq terminologiya ilə zəngindir ki, bu da müddəaların dolayı təfsirinə imkan verir”. Qanunvericiliyin dəyərləndirilməsində adekvat terminlərdən istifadə edilmədiyi halda bu bizə tövsiyə ediılir. Yenə də şərhə ehtiyac yoxdur.

Venesiya Komissiyasının rəyini alqışlayanlara, onunla həmrəy olan bəzi  mövqelərə, hay küy qoparmalara gəldikdə  isə xatırlatmaq istərdik ki, Azərbaycan hüquqi islahatlara, qanunvericilik  proseslərinə milli reallıqdan çıxış edərək, həm yaradıcı, həm də tənqidi yanaşır.  Həmin insanlarEurovision” müsabiqəsi keçiriləndə də hay-küy qoparanlardır.

İndi isə Venesiya Komissiyası ilə eyni cür düşünənlərə çevriliblər. Azərbaycan qanuncericiliyində təqliddən söhbət getmir. Belə olsaydı eynicinsli nikahlar, cini azlıqlar haqda qanunlar da gündəmə gələ bilərdi. Bunu unutmaq lazım deyil. Azərbaycan dünya hüquq məkanına  tarixi mənəvi dəyərlərini, sivilizasion irsini qoruyaraq inteqrasiya edir. Əks təqdirdə cəmiyyət  ifrat liberalizm, mənəvi-əxlaqi relyativizmdediyimiz “azadlıq dini” fenomenləri ilə üzləşə bilər”.

 

 

Həmzəoğlu Kamil

 

525-ci qəzet.- 2012.- 23 oktyabr.- S.4.