ADMİU – da
Mirzə Fətəli Axundzadə fenomeni
araşdırıldı
Əvvəlcə Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
“Sənətşünaslıq” fakultəsində təşkil
olunmuş elmi konfransda fakultə dekanı, filologiya üzrə
fəlsəfə doktoru Vəfa Əliyev dahi dramaturq M. F.
Axundzadənin 200 illik yubileyi münasibəti ilə sərəncam
imzalamış ölkə Prezidenti İlham Əliyevə
universitetin rəhbərliyi, müəllim və tələbə
heyəti adından təşəkkür və
sayğılarını bildirdi. Auditoriyaların birində
baş tutan elmi konfrans həm də tələbələrə
dərs keçmək üçün nəzərdə
tutulmuşdu.
Amma fakultənin aparıcı müəllimlərindən
Məryəm Əlizadənin, Aydın Talıbzadənin, Məsməxanım
Qubadova və Atababa
Hacıbabayevin məruzə və
çıxışlarının dinləyiciləri tələbələrlə
yanaşı həm də konfransa dəvət
olunmuş müəllim heyəti idi. Konfransda edəcəyi çıxışlara məsuliyyətlə
hazırlaşan məruzəçilərin bu
unikal şəxsiyyət, böyük
dramaturq, filosof barədə
söylədikləri elmi fikirlər, onun milli
dramaturgiyamızın bünövrəsi sayılan 6 pyesi haqqında gəldikləri elmi nəticələr,
çıxışlararası yaranan
qızğın polemikalar məclis
iştirakçıları tərəfindən böyük maraqla
qarşılandı. Sənətşünaslıq doktoru, professor Məryəm
Əlizadənin “M. F. Axundzadənin “sehr”
poetikası”na verdiyi elmi
dəyər, sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent Aydın
Talıbzadənin orijinal fikirlərlə
zəngin “M. F. Axundzadə fenomeni”nə münasibəti, dramaturqun yaradıcılığna siyasi – ictimai aspektdən yanaşan sənətşünaslıq
üzrə fəlsəfə doktoru Məsməxanım
Qubadovanın çıxışı və Əməkdar mədəniyyət
işçisi Atababa
Hacıbabayevin M. F. Axunzadənin maarifçi
kimi titanik fəaliyyətinə
verdiyi yüksək qiymət ayrı –
ayrılıqda ciddi elmi
araşdırmalar kimi qəbul edildi.
İNTİQAM
525-ci qəzet.- 2012.- 24 oktyabr.- S.7.