“Ədəbi Nobel Antologiyası” Nobel ailəsi üzvlərinin iştirakı ilə təqdim olundu  

 

 Dünən Nobel qardaşlarının Bakıdakı Ev-muzeyi “Villa Petrolea”daƏdəbi Nobel antologiyasıictimaiyyətə təqdim olunub.

525.az-ın məlumatına görə, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutuİctimai Birliyinin təşkil etdiyi təqdimat mərasimində Nobel ailəsinin üzvləri, millət vəkilləri, tanınmış ziyalılar, Qazaxıstan Belorusun Azərbaycandakı səfirləri, Almaniya səfirliyinin nümayəndələri, ədəbi ictimaiyyətin KİV-in təmsilçiləri iştirak edirdi.

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutuİctimai Birliyinin təşəbbüsü dəstəyi ilə çap olunmuş antologiyanın təqdimatında, Birliyin sədri, millət vəkili, adıkeçən nəşrinön sözmüəllifi dr. Qənirə Paşayeva açılış nitqi ilə çıxış edib. O, Azərbaycan rəhbərliyinin Nobel irsinə daim yüksək dəyər verdiyini qeyd edərək, ictimai təsisatların, ziyalıların gördüyü işlərin bu dəyərdən ilham alınaraq həyata keçirildiyini deyib. O, Nobel ailəsi üzvlərinin təqdimatda iştirakı faktını xüsusi ilə vurğulayaraq, onların hər zaman Azərbaycana, Azərbaycanın da onlara doğma olduğunu qeyd edib.

İki il öncə “Villa Petrolea”da “Nobel mükafatlı qadınlarkitabının təqdimat mərasiminin keçirildiyini xatırladan xanım Paşayeva, bu gün Nobel adlı, Nobel ünvanlı daha bir önəmli nəşrin təqdimatının keçirilməsini məmnunluq doğuran hal kimi izah edib. O, sanballı nəşrin hazırlanmasında əməyi olan şəxslərin, tərcüməçilərin, xüsusi ilə tərtibçi tərcüməçi Nəriman Əbdülrəhmanlının işini yüksək qiymətləndirib.

İki məqamın üzərində dayanan millət vəkili deyib:

- Söhbət dünyanın ən böyük mükafatından gedir, hansı ki, o mükafatın formalaşmasında Azərbaycanın payı, adı, iştirakı var;

- Ən önəmlisi, Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş dünyaca ünlü 67 nasirin əsərlərindən örnəklər bir arada təqdim olunur. Əsl ədəbiyyat həmişə birgəyaşayışı, barışı, bizim sözlə desəm, “xoşgörü”nü təbliğ edir.

Xanım millət vəkili qeyd edib ki, “Ədəbi Nobel antologiyasıhər bir Azərbaycanlının evində, ən azı hər bir oxucumuzun əli çatan kitabxanada olmalıdır. Kitabın ilk 500 nüsxəsi pulsuz olaraq kitabxanalara, universitetlərə, mədəniyyət ocaqlarına, elm müəssisələrinə paylanacaq. Hazırda antologiyanın daha böyük tirajla çapı gedir yeni tiraj satışa çıxarılacaq ki, daha çox insan bu kitabı əldə edə bilsin. Qoy, bizim gənclər dünya ədəbiyyat təsərrüfatında baş verən hadisələrlə, tendensiyalarla yaxından tanış ola bilsinlər“.

Çıxışının sonunda Qustav Nobel, Piter Nobel Fillip Nobelə təqdimata qatıldıqları üçün bir daha təşəkkür edərək, onların Bakıda hələ neçə-neçə Nobel ünvanlı tədbirə gələcəyinə, neçə Nobel kitabının təq¬dimatında iştirak edəcəyinə nəhayət Nobel mükafatının Azərbaycana gələcəyinə inamını, arzusunu ifadə edib.

Təqdimatda çıxış edən “Nobel irsiFondunun prezidenti, akademik Toğrul Bağırov, Nobel irsi ilə bağlı konfransda iştirak üçün Avropadan 50 qonağın iki gündür Bakıda olduğunu bu təqdimatın da bugünlərə təsadüf etməsinin, Nobel ailəsinin iştirakı ilə keçirilməsinin diqqətəlayiq hadisə olduğunu deyib.

Təqdimatda iştirak edən  Qustav Nobel, Piter Nobel Fillip Nobel Nobel ailəsi adından millət vəkili Qənirə Paşayevaya, kitabın hazırlan¬masında təqdimatında əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər. Onlar Azərbaycanda gördüklərini qonaqpərvərlik doğmalıqdan, Nobel irsinə həssas münasibətdən çox məmnun olduqlarını deyiblər. 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, təqdimat gününü gözəl gün adlandıraraq, Nobellərin onların nəvə-nəticələrinin Bakıya bağlı olduğunu qeyd edib:

Ədəbiyyatı hamı seçir: xalq da, qurumlar da, insanlar da... Xalqın seçimi öz yerində, ancaq elə bilirəm Nobel mükafatını seçən qurumun alternativi yoxduronlar ən yaxşıları seçirlər, səhv etmirlər. Əgər yeganə səhv varsa, o da Nobel mükafatını alanlar arasında bugünədək bir Azərbaycanlının olmamasıdır. Əlbəttə, bunu zarafatla deyirəm, amma Azərbaycanda bu mükafatı almağa layiq insanlar, xüsusi ilə ədəbiyyatçılar var“.

Sözünə davam edən natiq, antologiyanı dəyərləndirərək, xüsusi ilə şəhid şair Ülvi Bünyadzadənin tərcüməsinin kitaba salınmasından təsirləndiyini vurğulayıb.

Sonra kitabın tərtibçisi, yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı, AYB katibi Rəşad Məcid, millət vəkili Asim Mollazadə, tarixçi alim, millət vəkili Musa Qasımlı, xalq şairi Nəriman Hə¬sənzadə, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələk¬bərov, Qazaxıstan səfiri Serik Pirimetov, professor-doktor Qəzənfər Paşayev, yazıçı-dramaturq Firuz Mustafa çıxış edib. Çıxışlarda antologiyanın məziyyətləri, Nobellərin Azərbaycanla maddiyatdan mənə-viyyata keçən bağlılığı, ümumən Nobel irsi, sosial xidmət anlayışının Azərbaycanda Nobel təcrübəsi, millət vəkili Qənirə Paşayevanın, akademik Toğrul Bağırovun Nobel mükafatı, bu mükafatın Azərbaycanda populyar¬laşması, məlumat bazasının zən¬ginləşməsi, Nobel irsinin qorunması, Nobellərin Azərbaycanla mə¬nəvi bağlarının daha da güclənməsi yönündə gördükləri ardıcıl işləri dəyərləndiriblər. Bütün bu iş¬lərin Azərbaycan dövləti, şəxsən dövlət başçısının beynəlxalq humanitar əlaqələrə, mədəniyyətlər sivilizasiyalararası münasibətlərə verdiyi yüksək önəmdən qaynaqlandığı vurğulanıb. 

Qeyd edək ki, layihənin rəhbəri ön sözün müəllifi milllət vəkili dr. Qənirə Paşayeva olanƏdəbi Nobel antologiyası”nda dünyanın ən nüfuzlu ədəbi mükafatı olan Nobel mükafatının təsis edilməsindən keçən 110 il ərzində bu şərəfə layiq görülmüş nasirlərin yaradıcılığı təqdim olunub. Antologiyada müəlliflərin həyat yaradıcılığı haqqında yığcam bilgilər yer alır.

Əhatə miqyasına ədəbi örnəklərin seçiminə görə nadir olanƏdəbi Nobel” Azərbaycan ədəbiyyatını da dünya ədəbiyyatı ailəsinin üzvü kimi hiss etməyə imkan verəcək nəşrlərdəndir.

Antologiyaya daxil edilmiş əsərlər ingilis, rus, ərəb, alman, ispan başqa dillərdən çevrilib, bir bölümü isə Türkiyə türkcəsindən uyğunlaşdırılıb. Henrix Senkeviçdən (1905) Mario Varqas Lyosaya (2010) qədər “Nobel” almış 67 ünlü yazıçının yaradıcılığından örnəklər, Xalq Yazıçısı Elçinin, mərhum Natiq Səfərovun, Vilayət Hacıyevin, Fərhad Əliyevin, prof.Cəlil Nağıyevin, Nəriman Əbdülrəhmanlının, Mahir Qarayevin, Azad Yaşarın, Ramiz Abbaslının, Aslan Quliyevin, Nərgiz Cabbarlının, Akif Əliyevin, Həmzəli İlyasın, şəhid şair Ülvi Bünyadzadənin, Svetlana Quliyevann, Ülkər Nəsibbəylinin, Günel Ramazanqızının çevrisində Azərbaycan oxucusuna çatdırılır. Gələcəkdə antologiyanın ikincipoeziya örnəkləri toplanmış cildinin nəşri nəzərdə tutulub.

 

 

525-ci qəzet.- 2012.- 25 oktyabr.- S.32.