Xəzinə-adam 

 

(Ramiz Abutalıbovun 75-ci doğum gününə)

 

Heç bilmirəm haçan tanış olduq, bir gördüm ki, ən çox sevdiyim, ünsiyyətindən doymadığım insanlardan biridir. Görüşdən-görüşə doğmalaşdıq, əzizləşdik. Bu gün dostu olmağımla fəxr etdiyim, qürur duyduğum 2-3 KİŞİdən biri odur - RAMİZ ABUTALIBOV!

İlk görüşümüzü xatırlamıram, ancaq bilirəm ki, onun lap yaxın qohumu, Azərbaycanın azadlıq mücadiləsi tarixinə adını şərəflə yazmış, Zaqafqaziya Seymi sədrinin Azərbaycan Milli Şurası sədrinin müavini, Azərbaycan Cümhuriyyəti (1918-1920) Parlamentinin üzvü olmuş Mirhidayət Seyidzadə (2 aprel 1883/1887, Ordubad-23.2.1919, Ordubad) ilə bağlıydı.

Mənim uzun illərdən bəri araşdırdığım iki başlıca mövzu var: 1) Azərbaycan Cümhuriyyətinin (1918-1920) Parlamenti onun üzvləri, 2) Azərbaycan Cümhuriyyəti hökumətinin 1920-nin yanvarında Türkiyə Avropaya ali təhsil almağa göndərdiyi tələbələrin (“100 tələbə”nin) həyatı. Hər iki mövzunu Azərbaycanda ondan yaxşı bilən ikinci kişi yoxdur. Elə şeylər var ki, onlar mənə yaxşı bəllidir, çünki arxivlərdə çox olmuşam. Buna görə söhbətimiz həmişə yaxşı alınır, onun dedikləri mənə, mənim dediklərim ona faydalı olur. Tez-tez sənəd, fotoalış-verişindəbulunuruq.

Doğrudur, mən arxivlərdə çalışmağa üstünlük verirəm, ancaq Ramiz bəyin buna elə ehtiyacı yoxdur, çünki onun özü ən etibarlı arxivdir, ən qiymətli sənədlər xəzinəsidir. Mənim günlərcə, aylarca çalışıb əldə edə bildiyim bilgilərin əksəriyyəti çoxdan Ramiz bəyin yaddaşındadır. Bu gün əzabla axtardığım insanların çoxunun ya özüylə, ya da övladlarıyla şəxsən görüşüb, onların öz ağzından həqiqətləri eşidib, öz əlləriylə verdiyi sənədlərin əslini toplayıb, onları göz bəbəyi kimi qoruyub Vətənə gətirərək doğma xalqının malı edib. Böyük bir araşdırıcılar kollektivi onun Fransadan toplayaraq Azərbaycana qaytardığı yarım ton ağırlığında tarixi sənədlərdən yaranmış arxivi (təəssüf ki, bu sənədlər bir neçə arxivə səpələnib) on illərcə araşdırsa yenə azlıq edər. Millətimizin tarixinin ən ağrı-acılı dönəmini - Azərbaycan siyasi mühacirətinin tarixini Ramiz Abutalıbovun arxivi olmadan öyrənmək, sadəcə, mümkün deyil.

Bu gün Türkiyədə Yavuz Akpınar, Ömər Özcan, Moskvada Salavat İshakov, Qriqori Mamulia, Azərbaycanda Cəmil Həsənli, Aydın Balayev, Eldar İsmayılov kimi bir çox nüfuzlu araşdırıcılar Ramiz bəyin arxivindən yararlanmaqla milli azadlıq müstəqillik mübarizəmizin tarixini əks etdirən ən dəyərli əsərlər ortaya qoyurlar.

Bura çatanda özümü heç cür saxlaya bilmir, oxşar bir hadisəni yada salmaq istəyirəm. Gürcüstanda Yevfimi Semyonoviç Takayşvili (1863-1953) adlı görkəmli bir alim olub. Tarixçi, filoloq, arxeoloq ictimai xadimdi. Vaxtilə Əlimərdan bəy Topçubaşovla birgə Peterburq Universitetində oxuyub. O, bütün Gürcüstanı gəzərək tarixi-memarlıq abidələrini öyrənib, arxeoloji qazıntılar aparıb, qədim gürcü əlyazmalarını toplayıb başqa faydalı işlər görüb. O,  Gürcüstan Demokratik Respublikası Müəssislər Məclisinin üzvü olub sovet hakimiyyəti qurulunca Gürcüstanın milli sərvətlərini dənizlə Batumdan Fransaya aparıb, mühacirətdə onları qoruyub zənginləşdirib. 1944-ün dekabrında Stalin general Şarl de Qoll'la danışıqlar apararaq ondan şəxsən xahiş edib ki, Gürcüstanın sərvəti özünə qaytarılsın. 1945-in aprelində Takayşvili həmin kolleksiyanın üstündə vətənə qayıdıb. Gürcüstan dövləti onun gürcü xalqının tarix mədəniyyəti qarşısında xidmətlərini layiqincə qiymətləndirib - Gürcüstana dönüncə o, Tiflis Universitetinin professoru, 1946-da Gürcüstan Akademiyasının həqiqi üzvü seçilib.

Mənim fikrimcə, Ramiz Abutalıbovun xidmətləri Takayşvilininkindən heç geri qalmır. Geri qalan bircə şeydir - layiqincə qiymətləndirmə! Çoxlarını professor etmiş edəcək Ramiz bəyə akademik demirik, fəxri professor adı vermək, ona ləyaqətli minnətdarlıq etmək Azərbaycan üçün o qədər çətin məsələdirmi? Yəni gürcülər qədər alicənab deyilikmi?!.

 

lll

 

Ramiz Abutalıb oğlu Abutalıbov kommunist partiyasının Stalinin başçılığı altında törətdiyi qanlı faciələrin ən şiddətli çağında - 1937-ci il oktyabr ayının 27-də Ordubadda ziyalı ailəsində anadan olub. Bu vaxt Böyük Salman Mümtazın həbsindən cəmi 18 gün keçirdi...

İncə yumoru, şən zarafatı olan Ramiz bəylə bağlı bir lətifə. Naxçıvanın yetirdiyi məşhur bir şəxsin adını çəkərəksən onun yerlisisəndeyirlər, etiraz edir: “Yox, biz haradan yerli olduq? O Naxçıvandandır, mənsə Ordubaddan”. Bu dəfə deyirlər ki, prezident Elçibəylə yerli olmağına sözün? Qayıdır ki, onunla da yerli deyiləm: mən Ordubadın özündənəm, o isə kəndindən.

Zarafat bir yana, Ramiz bəy Naxçıvandan, Ordubaddan olsa da cılız yerliçiliyə həmişə nifrət bəsləyib, Azərbaycanın ləyaqətli oğullarını bölgə fərqi duymadan axtarıb tapıb, onların həyatını öyrənib.   

Ali məktəbi bitirdikdən sonra bir çox yerlərdə işləyib. Nəhayət, 1980-1984-cü illərdə Azərbaycan KP MK-da Xarici Ölkələrlə Əlaqələr şöbəsinin rəisi, Azərbaycan SSR Ali Sovetinin Xarici İşlər üzrə Komissiyasının sədri vəzifələrində çalışıb.

1971-1979, eləcə 1985-1993-cü illərdə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm Mədəniyyət üzrə katibliyinin - YUNESKO-nun əməkdaşı olub. 1993-2004-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri olub.

1990-ci ildə Böyük Britaniyada nəşr olunmuş “Kim kimdir?” (“Who is Who?”) ensiklopediyasına düşən 259 sovet diplomatı arasında yeganə azərbaycanlı Ramiz Abutalıbov idi.

Burayadək saydıqlarım onun əsasən Fransada yaşamış mühacir soydaşlarımızın irsini toplamaq sahəsində gördüyü işlərlə bağlıydı. Ancaq onun xidmətləri təkcə bununla məhdudlaşmır. 

Ramiz bəy 2000-2003-cü illərdə İçərişəhərin muğam sənətinin Ümumdünya İrsi siyahısına salınması, Əlimərdan bəy Topçubaşova xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması Əkbər ağa Şeyxülislamovun məzarının bərpa edilməsinin əsas təşəbbüsçü təşkilatçılarından biri olub.

1989-1992-ci illərdə Fransada Dağlıq Qarabağ münaqişəsinə dair nəşr edilmiş dörd kitabın tərtibçisi müəllifi odur.

Unutmamalıyıq ki, 1990-ın qanlı yanvarından sonra bütün dünya Azərbaycanı təqsirkar saydığı bir vaxtda Fransanın Kütləvi İnformasiya Vasitələrində, xüsusən televiziyada Azərbaycan həqiqətlərinin çatdırılmasında, Banin Rüstəm İbrahimbəyov kimi məşhur yazıçıların çıxışlarının təşkilində R.Abutalıbovun müstəsna xidməti olub.

Sonrakı illərdə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində inkişafında xidmətlərinə görə Fransa prezidenti Jak Şirak 1998-ci ildə onu öz ölkəsinin ən yüksək mükafatı olanFəxri Legion” ordeniylə təltif edıb.

Son illər Moskvada yaşayan Ramiz bəy orada öz imzasıyla bir neçə kitab nəşr etdirib. Ancaq onun təşəbbüsü yaxından iştirakıyla Azərbaycan tarixi mədəniyyəti haqqında nəşr edilən kitabların sayı 14-ə çatıb.

Ramiz Abutalıbov haqqında çox yazılıb. Ancaq bu yazılanlar hələ çox azdır. O, haqqında cild-cild əsərlər yazılmağa ulu şəxsiyyətdir. Həyatının bu ən mənalı çağında ona Allahdan möhkəm can sağlığı yarımçıq qalmış dəyərli işlərinin hamısını başa çatdırmaq üçün güc verməsini, ürəyindəki bütün arzularının gerçəkləşməsini diləyirəm!

 

 

Ədalət TAHİRZADƏ

 

525-ci qəzet.- 2012.- 25 oktyabr.- S.28.