Oralarda kimlər
var: Orxan Aras
ORXAN ARAS A-dan Z-yə
(2)
Müsahibədə
yazarın üslubuna toxunulmayıb,sadəcə
bəzi sözlər bizim türkcəyə
uyğunlaşdırılıb
ÜVERTURA
Bu fikirdə bir yanlışım olursa, məni
bağışlasınlar: məncə dünya ədəbiyyatının
çox böyük bir bölümünü QÜRBƏT VƏ
YA BİZİMCƏ MÜHACİR ƏDƏBİYYAT deyə
bir abhava, bir moral,bir ovqat yaşamaqdadır və hətta
türk şeirində və türk ədəbiyyatında
QÜRBƏTÇİLƏR deyə bir yaradıcı qurum,
cərəyan da olmuşdur.Təbii
ki, QÜRBƏT anlamında bir həqiqi ağrılı
qürbət və bir də ədəbi
yaradıcıların içində yaratdığı bir
QÜRBƏT anlayşı var.Məsələn : poetik desək
Salyandan Bakıya gələn hər bir yaradıcı da, bəzən
Bakını özünə qürbət kimi görə bilər.Amma
bu qürbət təbii ki, nə Türk ədəbiYyatındakı
QÜRBƏTÇİLƏRİN qürbətidir, nə də
əsl anlamda desək, Qarsdan baş götürüb Almaniyaya
gedən bir yazarın və bir insanın qürbət halinə
oxşar. İkincilər daha dərin və daha
acıvericidir.Bu anlamda Orxan Aras daha acı, iki qat bir qürbət
içindədir: Orxan Aras “dədə yurdum Azərbaycandır”
- deyir, Qarsa yerləşsələr də, bir zamanlar oranı da qürbət kimi
görüb və o qürbətdən daha dərin olan bir
qürbətə Almaniyaya üz tutub,yüzlərlə, minlərlə
türk qürbətçisindən fərqli olan və bəlkə
də onlardan biri olaraq tamam başqa bir dadda həyat yaşayır .Almaniyada
da Azəraycan sevdasından əl çəkmir və bu dərdin
ucbatından da iki kitab yazır həmin mövzuda : AZƏRBAYCAN
DAVAMIZ və QARABAĞ MÜBARİZƏMİZ.Təbii ki,
indicə oxuyacağınız sorğuda bəlkə də Azərbaycan
teması ilə bərabər, iki qürbət çəkən
bir insanın dərdli ürəyinin səsini eşitmək və
bu ağrını daşıyan ürəyin tabına
dözməyin zorluluğu var.
-Sizi Almaniyaya hansı rüzgarlar atdı?
-Abi, bildiyiniz kimi
1970-ci və 1980-ci illərdə Türkiyənin başında
böyük bir anarşi bəlası vardı.Sovyetlər Əfqanıstanı
işğal etmişdi və Türkiyə də işğal
edilə bilir kimi bir
düşüncə mövcutdu bizdə.Əslində
Türkiyə Natonun üzvüydü, amma içəridən
inqilab olub- Türkiyə Natodan çıxarılırsa
Sovyetlərin işğalına uğrar deyə bir qorxu
vardı.Bütün insanlar ülküçü və
kommunist olaraq ikiyə bölünmüşdü.İndi sizə
kommunist deyincə güləcəksiniz və çox normal
qarşılayacaqsınız.Sizdə hər kəs kommunist
partiyasına üzv olmaq üçün dəridən-qabıqdan
çıxırdı.Bizdə isə kommunistlik
psixologiyası bambaşqaydı.Mənə görə o zaman
bir kommunist , Türkiyəmizi əlimizdən almaq istəyən
bir rusdu.Hətta belə bir şüar hayqırırdıq:
Mao deyil, Alpaslan
Moskov deyil Türkistan!
İnsanlar bir-birlərini
öldürürdülər.Tam beşmin gənç
öldü.Hamımızın gözünü qan
bürümüşdü.Həm Amerika, həm Rusiya
Türkiyəyi qarışdırırdı.Təbliğat
çox güclüydü.Məsəla biz, sizin burda
ayaqlarınızda zəncir olduğunu
düşünürdük. O illərdə
Z.Xanlarova Türkiyəyə gəlmişdi.Biz gənclər
hamımız bir ağızdan Azərimə Hürriyət,
deyə bağırırdıq.Xanlarova çıxdı və
belə dedi: Əzizim, bizdə azatlıqdır.Bunları mən
“Azərbaycan Davamız” kitabımda və “Son Cənnət”
romanımda da yazdım.
Sonra hər kəs bir-birini öldürməyə
başlayınca 1980-ci ilində
Türk ordusu hər şeyi öz əlinə
aldı.Minlərcə gənc tutuldu, işgəncə
gördülər, yüzlərcəsi öldü, edam edildilər.Və
mənim kimi minlərcəsi də
yurd dışına getdilər.Cem Qaraca, Zülfü
Livaneli,Yücəl Feyzioğlu kimi
səntəçilər də yurtdışına
qaçdılar.Ölkədə tam bir faşizm
yaşanırdı.17 yaşında bir gəncin yaşı
uyğun gəlmir deyə yaşını məhkəmə
qararıyla böyüdüb edam etdilər.Əsgəri
inqilabdan öncəki vəziyyət, qardaş qavğası,
ölkənin iqtisadi durumu pisdi.Amma əsgərlər
iqtidarı ələ alınca durum daha da pisləşdi.Hər
yerdə basqı və zülm vardı.Suçlu-suçsuz
baxılmır,hər kəsə zülm olunurdu.Mərhum
Möhsin Yazıçıoğlu xatirələrində həbslərdə
necə işgəncələr
edildiyini anladmış.İnsan bunları oxuduqca inanmır.Belə
bir zülüm mənim kimi 30
min gənci yurtdışına atdı.
Mən vətənimə ancaq dörd il
sonra dönə bildim.Turqut Özal əvf çıxardı
və çox insan döndü.Mən ordaykən məktəbə
başladım,işlərimi qurdum və geriyə dönə
bilmədim.Amma o həsrət, o ayrılıq mənə 8
kitab və yüzlərcə məqalə yazdırdı. Yəni
qürbətin yararı da oldu.Bir yabançı dil öyrəndim,
həyata olan baxışlarım dəyişti.Başqa millətləri
tanıdım.İrqçi duyğularım yox oldu.Ölkəm,
insanlarımız, elim,akrabalarım, dostlarım daima
yuxularıma girdi.Bir dəqiqə belə doğma yerləri
unutmadım.Yazılarımda daima oralardan bəhsetdim.Halbuki
oralardan 13 yaşımda çıxmışdım.Amma o məhəbbət,
o şəfqət , o can, qurban sözü məni həmişə
oralara bağlı tutdu.Atam, anam çox əziyyətlər çəkdilər.İçimdə
sızlayan ən dərin yaralardan biri atamın bir
sözüydü. O ölmədən öncə mənə : oğul oturub bir , doya- doya
danışa bilmədik! Bu söz nə zaman
ağlıma gəlsə gözlərim dolar. İndi bu
sözləri söylərkən də gözlərimə
yaş hücum etdi.Bu sözü bir şeir halində onun məzar
daşına yazdırdım;
Babamdı,adı Latif,
doğumu otuz yeddi
Baxamadıq onunla göz gözə
doya-doya
Adam kimi yaşadı, röya nədir
bilmədi
Ey yolcu, əsirgəmə mərhumdan bir
Fatiha!
Mövlanə, “itirdiklərinizi başqa
bir şəkildə təkrar bulursunuz”- demiş.Mən
babamı ( atamı) onun ruhuna layiq bir insan olmaya, and içərək
tapmaya çalışıram.Babam kimi insanlar gördükcə içim
rahatlayır, onu rəhmətlə
yad edirəm.O oxuma-yazması olmayan insan mənim
üçün böyük bir məktəb oldu.Cəsarəti,
insanlığı, məmləkəti, yurdu sevməyi, mərhəməti,
mərdliyi, namusu ondan öyrəndim. “Son Cənnət”
romanımda ondan ayrılış bölümü var.Onlar eynən
yaşanmışdır və o bölümü mən oturub
bir nəfəsə yazmışdım. Çünki hər
şey, hər kəlmə, hər nəfəs alıb-vermə
beynimə işləmişdi.Mənə Hz.Əlinin iki önəmli
sözünü öyrətmişdi.Birisi, oğlum
özünə rəva görmədiyin bir şeyi
başqasına rəva görmə! İkincisi
də, oğlum, hər yerdə, hər zaman, əlinə, bəlinə,
dilinə sahib ol, demişdi. Şükürlər
olsun mən buna hər zaman əməl etdim.Bu mənim bir
andım oldu.
-At üstü söhbətlərimizdə
çox gözəl işlər gördüyünüzü
dediniz.Bəlkə bu söhbəti tarixləşdirək.
-Gördüyümüz işlərin
gözəl vəya yaxşı olub-olmadığına təbii
ki, tarix qarar verəcəq.1990-ci ildə Almaniyada
arkadaşlarla Azərbaycan Türkləri Federasyonunu qurduq. Bu təşkilat
bütün Avropada çox sürətli bir şəkildə təşkilatlandı
və fəaliyyətə başladı. Bu təşkilatlanma
Azərbaycan üçün ilk diaspora fəaliyyətiydi və
siz burda mitinqlərdə necə həyəcanlıydısanız
bizdə orada eləcə həyəcanlıydıq. 20
Yanvardan 13 gün sonra 3 martda Kölndə sonra da Brükseldə
ilk mitinqləri elədik və mitinqlərə minlərcə
insan qatıldı.Peşpəşə mitinqlər
hazırladıq, kitablar, məqalələr yazdıq. On minlərcə almanca, ingilizcə bildirilər
dağıtdıq.
1991-ci ildə İstanbulda
çıxan ilk kitabımın adı “Qarabağın
Gözyaşları”dır. Yenə 1993-ci
ildə yayınlanan “Azərbaycan Davamız” kitabım Avropada
gördüyümüz o işləri anladır.Bunları
lovğalanmaq üçün demirəm.Vətənə
borcumuzdu, elədik.Vətən üçün gərəkirsə
ölünməyəcəksə yaşamanın anlamı nədir
ki?
ORXAN ARAS MONOLOQU:
(Əvvəli ötən sayımızda)
Anadolu tarix boyu, başdan-başa,
göçlərin, ayrılıqların, savaşların
arenası olmuşdur! Belə bir coğrafiyada
dünyaya gəlmiş bir insanın duyğulu olmaması,
sevgiyə, ayrılığa, acıya ağlamaması
mümkünmü? Heç bir xalqın
türküləri bizimkilər qədər yanğılı
deyil. Heç bir ağıt ( ağı)
bizim ağılar qədər bir bıçaq kimi ürəyi
doğramaz. Analarımız həmişə ya bir oğlan, ya
bir qardaş, ya da bir ər ayrılığıyla
qovrulmuşlar.Türkistandan gələn atalarımız
dinclik,rahatlıq bilmədən həmişə
köçhaköçdə olmuşlar! Evlərində isə,
gözləri yaşlı, ürəyli analarımız… Bu üzdən iddia edirəm ki, ən duyğulu, ən
sadiq, ən içdən, ən səmimi insanlar bizim
insanlarımızdır. Əlim hər qələmə
uzandığında, uzaqdakı min bir nağılla dolu
ölkəmi, başına bəyaz bir örtü
salmış və ürəyi sevgiylə dolu anamı,
diyardan-diyara gedən dostlarımı düşünürəm.
Bu nədənlə sətirlərimə hüzün və
ayrılığın dadı keçmiş,kölgəsi
düşər!
Köç kültürü, yəni
iki kültür arasındakı sintez, məncə
ağır-ağır yaranmağa başladı. Yeni
quşaq (nəsil) həm türk kültüründən, həm
də alman kültüründən bir şeylər öyrənmişlər.Gələcəklə
bağlı heç də qaramsar ( bədbin) deyiləm!
Bünövrəsi olmayan bir vəziyyət olmasına
baxmayaraq, Almaniyadakı yerimiz gün keçdikcə daha da
möhkəmlənir.Bütün pisliklərə,yuxarıdan aşağı baxmalara,xor baxmalara
baxmayaraq türk gəncləri birlik və qaynaşmaya daha
çox meyillidirlər.Məncə təhsil bir çox
zorluqların öhdəsindən gələcəkdir. Ailələrə düşən vəzifə,
uşaqları üçün sağlam bir bünövrə
yaramaqdır.Bu da mədəniyyəti zorlamaqla deyil, sevdirici və
özümləşdirici metodlarla uşaqlara bunun
yollarını göstərməkdir.
Burada yaşayan türklər
üçün bir kültür həyatından söz edə
bilirik. Bu bəllidir.Fərqlər,
diqqətli bir baxışla görülə bilməkdədir.
Toplumun hər qismində yüksələn
insanlarımız diqqəti çəkməkdədir.
(Hər iki hissə
davam edəcək)
Tofiq ABDİN
525-ci qəzet.- 2012.- 25 oktyabr.- S.23.