Təhsilin idarə olunması: mühüm yeniliklər, səmərəli nəticələr

 

 Müasir dövrdə menecment, başqa sözlə fəaliyyətin təşkili və idarə olunması müstəsna əhəmiyyət kəsb edən amillərdən biridir. Səmərəli idarəetmə isə planlaşdırma, təşkil etmə, rəhbərlik və nəzarət funksiyalarının necə yerinə yetirilməsindən daha çox asılıdır.

Son illərdə ölkəmizdə təhsilin idarəolunması sahəsində bir sıra əhəmiyyətli addımlar atılıb, nazirliyin mərkəzi aparatının idarəetmə potensialı xeyli gücləndirilib. Bununla əlaqədar dünyanın 50-dək ölkəsində təhsilin idarəolunması təcrübəsi öyrənilib, beynəlxalq məsləhətçilərin iştirakı ilə geniş təhlil olunub, müvafiq struktur dəyişiklikləri ilə bağlı tədbirlər planı hazırlanıb.

Təhsil naziri Misir Mərdanov deyib ki, son 5 ildə Nazirliyin mərkəzi aparatının strukturunda əhəmiyyətli dəyişikliklər edilib, bir sıra yeni şöbələr və sektorlar yaradılıb. Nəticədə 1999-cu ildən başlayaraq Dünya Bankının yaxından dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində Strateji təhlil və planlaşdırma, Monitorinq və qiymətləndirmə, Təhsilin idarəolunmasının məlumat sistemləri, Akkreditasiya şöbələri, Təhsil sənədlərinin tanınması, Məktəbəqədər təhsil, Əlavə təhsil sektorları yaradılıb. Bu yeni strukturların yaradılması müvafiq sahələrdə təhsil siyasəti və strategiyasının daha məqsədyönlü hazırlanması və çevik həyata keçirilməsinə zəmin yaradıb:

Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi təhsil siyasəti və strategiyasını müəyyənləşdirir, prioritetləri nəzərə almaqla inkişaf proqramları hazırlayır, təhsil sistemi ilə bağlı məlumatları təhlil edirmüvafiq təkliflər hazırlayır, təhsil sistemində strateji planlaşdırmanı və hesabatverməni həyata keçirir, vahid inkişaf strategiyasının və kadr siyasətinin formalaşdırılmasında iştirak edir, təhsili idarəetmə orqanları və təhsil müəssisələri tərəfindən mövcud qanunvericiliyin yerinə yetirilməsinə təşkilati-metodik rəhbərliyi həyata keçirir. Monitorinq və qiymətləndirmə şöbəsi dəqiq qiymətləndirmə standartları əsasında hazırlanmış beynəlxalq (ölkədə təhsilin səviyyəsinin müxtəlif aspektlərdə ölçülməsi və digər ölkələrlə müqayisəli təhlilinə imkan verən və beynəlxalq təşkilatlar tərəfindən aparılan qiymətləndirmə), milli (təhsildə proqnozlaşdırma və perspektivləri, təhsil siyasətini müəyyənləşdirmək üçün təhsilin vəziyyəti haqqında müvafiq məlumat toplamaq, öyrənilməsi və müzakirəsi tələb olunan problemləri və təhsilin inkişafının prioritet istiqamətlərini təyin etmək məqsədilə 4-5 ildən bir təhsilin bir pilləsindən digərinə keçid zamanı aparılan qiymətləndirmə) və məktəbdaxili (diaqnostik, formativ, summativ) qiymətləndirmə sisteminin ümumtəhsil məktəblərində həyata keçirilməsi, müasir qiymətləndirmə metodlarından istifadə edilərək şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi, qiymətləndirmə nəticələrinin təhlili, təhsil müəssisələrinin fəaliyyətinin monitorinqi, təhsilin bütün pillələri və səviyyələrində keyfiyyətin idarəedilməsi və digər bu kimi funksiyaları yerinə yetirir.

Müvafiq sahələrin funksiyaları sırasına təhsil sistemində yeni idarəetmə modelinin, hesabatvermə, qərarçıxarma sisteminin yaradılması və tətbiqi işinin həyata keçirilməsi, əks-mərkəzləşdirməyə əsaslanan yeni idarəetmə mexanizminə keçilməsinin, kadrların idarə olunmasının prioritetlərinin müəyyən edilməsi və müvafiq strategiyanın hazırlanması, eyni zamanda, təhsil sistemində kadr siyasətinin formalaşdırılmasında iştirak etmək, kadrlara ehtiyacın müəyyənləşdirilməsi məqsədilə təhlillərin həyata keçirilməsi, mövcud ehtiyacları  nəzərə almaqla peşə-ixtisas təhsili sahəsində təhlillərin aparılması, ölkənin sosial-iqtisadi inkişaf perspektivlərini və əmək bazarının tələblərinə uyğun olaraq tələbə qəbulunun planlaşdırılması üçün proqnozların hazırlanması məsələləri daxildir”.

M.Mərdanovun dediyinə görə, təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsi təhsil sistemində bütün pillələr və səviyyələr üzrə məlumat bazasını formalaşdırır və daim yeniləşməsini təmin edir, müvafiq hesabatlar hazırlayır, təhsil müəssisələrinə TİMS-lə bağlı təşkilati-pedaqoji və metodik köməklik göstərilməsini, təhsilin inkişafı sahəsində proqnozlaşdırmanın aparılmasını, milli təhsil resurslarının formalaşdırılmasını və inkişaf etdirilməsini təmin edir. Akkreditasiya şöbəsi təhsil prosesinin təşkilinin, təhsil infrastrukturununmaddi-texniki bazanın, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının qəbul olunmuş dövlət standartlarına uyğunluğunu müəyyən etmək məqsədilə təhsil müəssisələrini akkreditə edironun statusunun müəyyən edilməsi üzrə, eləcə də yeni yaradılan təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verilməsi ilə bağlı təhlillər aparır və təkliflər hazırlayır: “Məlumdur ki, idarəetmənin səmərəli təşkili bir sıra şərtlərdən asılıdır, əsas şərt isə, əlbəttə, etibarlı məlumatların olmasıdır. Etiraf etmək lazımdır ki, əvvəllər nazirlik belə məlumatlara malik deyildi, yaxud da əldə olunan məlumatlar subyektiv yoxlamalar əsasında formalaşmış mülahizələrə əsaslanırdı. Hazırda isə Təhsil Nazirliyində çevik idarəetmə sistemi yaradılmışdır. Belə ki, idarəetmə üçün zəruri olan məlumatlar, əsasən, iki mənbədən daxil olur. İlk növbədə, təhsilin idarəolunmasının məlumat sistemləri bazasından. Qeyd etmək lazımdır ki, müasir İKT avadanlığının köməyi ilə təhsil tariximizdə ilk dəfə olaraq yaradılmış bu bazada 4500-dən çox ümumtəhsil məktəbi, 1,4 milyon şagird, 170 min müəllim haqqında ətraflı məlumatlar toplanmışdır. Bu məlumat bazası təhlillərin aparılmasına, çevik qərarların qəbul edilməsinə geniş imkan yaratmışdır. Hazırda digər təhsil pillələri üzrə məlumatlar da həmin bazada toplanmaqdadır. Nəzərdə tutulur ki, yaxın gələcəkdə baza interaktiv olsunonlayn rejimdə daim yeniləşdirilə bilsin. Digər məlumat mənbəyi isə monitorinq və qiymətləndirmə nəticəsində əldə olunur. Milli və beynəlxalq qiymətləndirmənin, IX və XI siniflərdə mərkəzləşdirilmiş yoxlama və buraxılış imtahanlarının nəticələri nəinki şagirdlərin nailiyyətləri, eləcə də fənlərin tədrisi, təlim strategiyalarının tətbiqi, müəllimlərin fəaliyyəti, kurikulumun, dərsliklərin səviyyəsi barədə etibarlı mənbə rolunu oynamaqla bilavasitə keyfiyyətin idarə olunmasına zəmin yaradır.

Bunlarla yanaşı, nazirliyin nəzdində Əsaslı tikinti, Təhsilin informasiyalaşdırılması, De-institutlaşdırma və uşaq müdafiə sistemi idarələrinin yaradılması ölkə səviyyəsində adıçəkilən istiqamətlərdə proqramların daha səmərəli idarəolunması imkanlarını genişləndirmişdir”.

Təhsil naziri deyir ki, təhlil göstərir ki, təxminən 10 il bundan əvvəl nazirliyin strukturu, fəaliyyətinin təşkili və təhsil sisteminin idarəolunması ilə bu günkü idarəetmə sistemi arasında ciddi dəyişikliklər baş vermişdir. Bu dəyişiklikləri belə ümumiləşdirmək olar. Nazirliyin strukturu əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş, strateji təhlil və planlaşdırma, monitorinq və qiymətləndirmə, məlumat sistemləri, akkreditasiya, əlavə təhsil kimi vacib sahələrlə bağlı funksional strukturlar yaradılmışdır. Belə strukturların yaradılması təhsil sahəsində aparılan islahatların səmərə və keyfiyyətinə əsaslı təsir göstərməklə yanaşı, vahid təhsil siyasətinin işlənməsi və həyata keçirilməsinə öz töhfəsini vermişdir. Nazirliyin Mərkəzi aparatında kadr tərkibinin keyfiyyətcə yeniləşdirilməsi istiqamətində ciddi addımlar atılmış, Dövlət Qulluğu Məsələri Komissiyası tərəfindən böyük rəqabət şəraitində keçirilən müsabiqə nəticəsində nazirliyə gənc, perspektivlixarici dilləri bilən mütəxəssislər işə götürülmüşdür.Nazirliyin Mərkəzi aparatında çalışan əməkdaşların 90 faizi ölkədə və xaricdə təşkil olunan treninqlərdə, seminarlarda, stajkeçmə tədbirlərində iştirak etmiş, xaricdə magistratura təhsili almış və öz bacarıqlarını təkmilləşdirmişdir. Nazirlik tərəfindən strateji təhlillər əsasında 20-dək dövlət proqramı hazırlanmış, ölkə Prezidenti və Hökumət tərəfindən təsdiq edilmiş və həyata keçirilməkdədir. Proqramlarla idarəetmə Təhsil Nazirliyinin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir etmiş, yeni yanaşmaların tətbiqinə şərait yaratmışdır. Tarixən Təhsil Nazirliyi heç bir proqram reallaşdırmadığı halda, qısa müddət ərzində təhlillərin aparılması, proqramların hazırlanması və həyata keçirilməsi sahəsində zəngin təcrübə toplanmış, bu təcrübə sonradan ölkəmizin digər dövlət strukturları, nazirlikləri üçün nümunə rolunu oynamışdır. Əvvəllər Təhsil Nazirliyinin fəaliyyəti, əsasən yuxarı təşkilatlardan daxil olan direktiv sənədlərin icrası, yoxlama xarakterli tədbirlərin həyata keçirilməsi, vətəndaşların müraciətlərinə baxılması məsələləri ilə məhdudlaşırdısa, hazırda bu qurumun fəaliyyəti daha çox təhsil sektorunun bütün sahələri üzrə vahid dövlət siyasətinin həyata keçirilməsi, məqsədli proqramların hazırlanması və reallaşdırılması, keyfiyyətə nəzarətin müasir modellərinin tətbiqi, davamlı inkişafinsan kapitalının formalaşdırılması və digər bu kimi əhəmiyyətli məsələlərə yönəlmişdir: “Əvvəllər Təhsil Nazirliyi yalnız birbaşa onun tabeliyində olan müəssisələr üçün nəzərdə tutulan maliyyəni idarə edirdisə, hazırda bütün ölkəni əhatə edən irimiqyaslı investisiya layihələrini, dövlət proqramlarını, əvvəlkindən yüz dəfələrlə artıq maliyyə vəsaitini idarə edir ki, bu da Nazirlik üçün tamamilə yeni funksiyalar, təcrübə və məsuliyyət deməkdir. Əvvəlki dövrlərdə nazirliyin fəaliyyətində əsas yerlərdən birini tutan yoxlamalar əvəzinə, keyfiyyətə nəzarətin müasir mexanizmi olan monitorinq sistemi tətbiq edilməyə başlanmışdır. Monitorinq müasir idarəetmə sistemində ən mühüm sahələrdən biridir. Təhsil sahəsində monitorinqin məqsədi təlimin məzmununun təkmilləşdirilməsi, təhsil alanlara nəyin və necə, hansı təlim metodlarından istifadə etməklə öyrədilməsinin müəyyənləşdirilməsi, dövlət standartlarının mənimsənilməsi səviyyəsinin aşkara çıxarılması, nəticələrin qiymətləndirilməsi və onlara uyğun olaraq müvafiq tədbirlərin həyata keçirilməsindən ibarətdir. Monitorinq vasitəsilə təhsil müəssisəsinin fəaliyyətinin səmərəlilik səviyyəsi aşkar olunur və qiymətləndirilir. Bu zaman müəssisənin fəaliyyətinin faktiki nəticələri və onların son məqsədlərə uyğunluğu təhlil olunur. Ənənəvi təcrübədə son nəticələrin qarşıya qoyulmuş məqsədlərə buya digər dərəcədə uyğun gəlməməsi praktik təhsil işçiləri tərəfindən heç də həmişə nəzərə alınmır. Həmin səbəbdən də monitorinqin vəzifəsi məhz fəaliyyət prosesində yol verilmiş kənaraçıxmaların dərəcəsini, istiqamətini və səbəbini düzgün müəyyənləşdirməkdən ibarətdir.

İdarəetmənin hər bir funksiyası monitorinqin əsas təhlil obyekti kimi çıxış edir, yəni monitorinq fəaliyyətin məqsədlərinə, planlaşdırılmasına, təşkilinə və icrasına, habelə kommunikasiyakorreksiya proseslərinə sirayət edir. Başqa sözlə, monitorinq məqsədlərin və planların həyata keçirilməsinin qiymətləndirilməsi vasitəsidir. Monitorinqin vəzifələrindən biri də məqsəd və planlaşdırma arasındakı fərqi azaltmaqdan ibarətdir.

Bu baxımdan, müasir dövrdə aşağıda göstərilən istiqamətlərdə monitorinqin keçirilməsi xüsusi əhəmiyyət daşıyır: “təhsil alan - təhsil verən” sistemində, “təhsil müəssisəsi - müəllim” sistemində, “təhsili idarəetmə orqanı - təhsil müəssisəsi” sistemində və sair.

Düşünürəm ki, gələcəkdə monitorinqlərin aparılmasında tamlıq, relevantlıq, adekvatlıq, obyektivlik, dəqiqlik, fasiləsizlik, sadəlik, anlaşıqlılıq, müntəzəmlik prinsiplərinə xüsusi diqqət yetirilməli, müvafiq şöbənin fəaliyyət dairəsi genişləndirilməli, kadr potensialı gücləndirilməlidir. İnkişaf etmiş ölkələrin təcrübəsində monitorinqin aşağıdakı növləri mövcuddur: təhsil məqsədlərinin miqyası üzrə (strateji, taktiki, operativ); təlimin mərhələləri üzrə (başlanğıc, yaxud qəbulolunma dövrü üzrə, təhsilalma, yaxud aralıq dövrü üzrə, çıxış, yaxud yekunlaşma dövrü üzrə); vaxt şəraiti üzrə (retrospektiv, xəbərdaredici yaxud qabaqlayıcı, cari yaxud planauyğun); təkrarlanma şəraiti üzrə (birdəfəlik, dövri, müntəzəm); müşahidə obyektinin əhatəliliyi üzrə (lokal, seçmə, kompleks); təşkilati formalar üzrə (fərdi, qrup, frontal); obyekt-subyekt münasibətlərinin forması üzrə (xarici, yaxud sosial, qarşılıqlı nəzarət, daxili, yaxud özünüqiymətləndirmə); istifadə edilən vasitələr üzrə (standartlaşdırılmış, qeyri-standartsair.). Keyfiyyətin idarə olunması təhsil prosesinin nəticələrinin mərhələlərlə müşahidə edilməsi (monitorinqi), bununla da hər bir mərhələdə qarşıya qoyulmuş vəzifələrin optimal yerinə yetirilməsi səviyyəsinin aşkarlanması vasitəsilə həyata keçirilir. Bu baxımdan təhsilin keyfiyyətinin monitorinqi təhsilin keyfiyyətinin idarə olunması ilə nəticələnir, çünki hər iki proses respublika, rayon və təhsil müəssisəsi səviyyələrində sistemli və müntəzəm şəkildə müvafiq məlumatların toplanmasını nəzərdə tutur”.

M.Mərdanovun sözlərinə əsasən, müasir idarəetmə şəraitində keyfiyyət mədəniyyətinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Keyfiyyət mədəniyyəti o deməkdir ki, təhsilin keyfiyyətinə həlledici qiymət istehlakçı tərəfindən verilir. Təhsil sistemində istehlakçı şəxsində ilk növbədə təhsilalanlar və onların valideynləri, işəgötürənlər, həmçinin dövlətin özü çıxış edir. Təcrübə göstərir ki, təhsilin istehsal sahəsi kimi deyil, xidmət kimi qəbul olunması ona münasibətdə əsaslı dönüş yaradır və səmərəsini xeyli artırır. Belə olan halda xidmətin keyfiyyətinə verilən tələblər həm onu göstərən, həm də ondan istifadə edən tərəfindən müəyyən olunur.

Strateji planlaşdırma təhsilin keyfiyyətinin idarə olunması sistemində ən başlıca tələblərdən biridir. Xüsusi vurğulamaq istərdim ki, ölkəmizdə ilk dəfə olaraq strateji planlaşdırma təhsil sistemində həyata keçirilməyə başlanmışdır. Beynəlxalq ekspertlərin iştirakı ilə ilk dəfə olaraq 2004-2006-cı illəri əhatə edən üç illik strateji plan hazırlanmış və həyata keçirilmişdir. Sonradan 2007-2009-cu və 2010-2012-ci illəri əhatə edən strateji planlar hazırlanmışdır. Strateji planlaşdırma ənənəvi planlaşdırmadan bir sıra üstünlükləri ilə fərqlənir. Belə ki, ənənəvi planlaşdırma tədbirləri, onların icra vaxtı və icraya məsul şəxsləri əhatə edir. Əksər hallarda müəyyənləşdirilən tədbirlər abstrakt xarakter daşıyır, onların icra vəziyyətinin yoxlanılması mümkün olmur, beləliklə tədbirlər ildən ilə planlarda təkrarlanır. Strateji planda isə hər bir tədbir ötən ilin hesabatlarının və nəticələrinin təhlili əsasında müəyyənləşdirilir, hər bir tədbirin icasını yoxlamaq üçün dəqiq indikatorlar işlənir, əvvəlcədən gözlənilən nəticələr dəqiqləşdirilir. Belə planlaşdırma hesabatverməni və icraya nəzarəti də xeyli asanlaşdırır. Onu da qeyd edim ki, hər ildə iki dəfə strateji planın icra vəziyyəti barədə hesabatlar hazırlanır, plan təhlil edilir, lazımi korreksiyalar olunur. Bununla yanaşı, planlaşdırılmış məqsədlərə nail olma səviyyəsi müntəzəm ölçülür, onların nəticələrinin qiymətləndirilməsinə diqqət yetirilir: “Təhsilin keyfiyyətinin planlaşdırılması təhsil müəssisələrinin fəaliyyətinin ümumi planlaşdırılmasında xüsusi əhəmiyyət kəsb edir. Hazırda təhsil müəssisələrinin fəaliyyətinin perspektiv planlaşdırılmasında əsas nöqsanlar ondan ibarətdir ki, gələcəkdə əldə olunacaq nəticələrə verilən tələblər perspektiv nöqteyi-nəzərindən deyil, bugünkü mövqedən müəyyənləşdirilir və bu səbəbdən planlarda arzu olunan nəticələr öz dəqiq əksini tapmır. Həmin planlarda tədbirlərin uzlaşdırılması və əlaqələndirilməsinə ciddi əhəmiyyət verilmir, onlar əlaqəsiz, əsasən müstəqil tədbirlər kimi nəzərdə tutulur. Bu da onunla bağlıdır ki, mövcud təhsil müəssisəsinin başlıca məqsədi uzun müddətdən bəri yuxarıdan dəqiq müəyyənləşdirilmiş qaydalara uyğun fəaliyyət göstərmək və həmin sahədə funksiyalarını sabit şəkildə həyata keçirməkdir. Müasir təhsilin innovasiya mühitində idarə olunmasında ən vacib məsələ təhsil müəssisəsinin funksional rejimdən inkişafinkişafetdirici rejimə keçirilməsidir.

Təhsil müəssisəsinin inkişafı - onun məqsədlərinin, idarəetmə sisteminin, pedaqoji prosesin məzmunu, təlim metodları və üsullarının qanunauyğun, məqsədyönlü, idarə olunan şəkildə, bir qayda olaraq təkamül yolu ilə pozitiv dəyişilməsi deməkdir. Nəticə etibarı ilə həmin dəyişikliklər təhsilalanların təlimində, tərbiyəsində və inkişafında keyfiyyətcə yeni nailiyyətlərin əldə olunmasına gətirib çıxarır. Habelə bu proses əvvəlki keyfiyyət vəziyyətindən innovasiyaların tətbiqi yolu ilə yeni keyfiyyət vəziyyətinə keçidi şərtləndirir.

Təhsil sistemində idarəetmə sahəsində fəaliyyət göstərənlər təhsilin keyfiyyətinin idarə olunması prosesinin liderləri olmalıdırlar. Belə ki, təlimatlandırma və nəzərdə tutulan, planlaşdırılan tədbirlərin mərhələlər üzrə səmərəli həyata keçirilməsi məhz onlardan asılıdır. Bu o deməkdir ki, dünən “mənə tapşırıldığı kimisxemi üzrə düşünən rəhbər bu gün mütərəqqi ideyaların təşəbbüskarına çevrilməlidir. Onu da qeyd etmək vacibdir ki, lider dedikdə yalnız təhsil orqanının, təhsil müəssisəsinin rəhbərliyi nəzərdə tutulmur. Keyfiyyətin idarə olunması sistemi ənənəvi idarəetməni və iyerarxiyalar funksiyasını kökündən dəyişir. Bu zaman nəinki idarəedənlərin, eyni zamanda müəllimlərin rolu xeyli artır və təşəbbüskarlıq, yaradıcılıq üçün onlara geniş imkanlar açılır. Müəllimlər qərarların qəbul olunmasında iştirak edirbu sahədə böyük məsuliyyət daşıyırlar. Onlara daha çox fəaliyyət hüquqları və müstəqillik verilir, habelə innovasiyaları həyata keçirən yaradıcı qrupların işinə rəhbərlik etmək üçün buna qabil müəllimlər cəlb olunurlar.

Düşünürəm ki, təhsil sahəsində fəaliyyət göstərən liderin əsas funksiyalarına aşağıdakılar daxil olmalıdır. Mmüəssisədə təhsil keyfiyyətinin gözlənilən ümumi səviyyəsini proqnozlaşdırmaq, keyfiyyətin yüksəlməsi prosesinin həyata keçirilməsinə görə məsuliyyət daşımaq, keyfiyyətlə bağlı görülən işlər barədə müntəzəm məlumat vermək, təhsil xidmətlərindən istifadə edənlərin tələbatlarını nəzərə almaq, müəssisə əməkdaşlarının ixtisasının artırılması prosesinə rəhbərlik etmək, innovasiyaların tətbiqinə rəhbərlik etmək, təşkilati strukturlar arasında vəzifə funksiyalarının maksimum dərəcədə dəqiq bölüşdürülməsini təmin etmək. Səmərəli fəaliyyət göstərən komanda yaratmaq, müşahidə etməyə və proseslərin nəticələrinin qiymətləndirilməsinə imkan verən daxili monitorinq mexanizmi yaratmaq və onları inkişaf etdirmək.

Təqdirəlayiq haldır ki, hazırda bir sıra təhsil müəssisələri inkişaf planlarının hazırlanmasına daha çox üstünlük verir. İnkişaf planlarında müəyyən müddət ərzində (3-5 il) təhsil müəssisəsinin əsas hədəfləri, bu hədəflərə nail olmanın yolları və gözlənilən nəticələr müəyyənləşdirilir. Bu təcrübə isə fəaliyyətin strateji planlaşdırılmasına zəmin yaradır. Düşünürəm ki, təhsil orqanları və təhsil müəssisələri səviyyəsində strateji planlaşdırmanın tətbiqi hazırda qarşıda duran əsas vəzifələrdəndir.

Təhsil müəssisələrinin innovasiya rejiminə keçirilməsi, təhsilin keyfiyyətinin idarə olunması sisteminin tətbiqi müəssisənin idarəolunmasına yeni yanaşmanı aktuallaşdırır. Bu gün dərindən dərk olunmalıdır ki, müəllimlər və təhsil prosesinin digər iştirakçıları daha öz funksiyalarına şəxsi nöqteyi-nəzərdən yanaşmamalı (“mən və mənim ixtisasım”, “mən və mənim uşağım”, “mən və mənim sinfim” və sair), öz rollarını birgə məsuliyyət və əməkdaşlıq kimi (“bizbizim müəssisə”) qəbul etməlidirlər”.

M.Mərdanov vurğulayıb ki, müəssisənin idarə olunmasında birgə fəaliyyət, orada təhsilin təşkili məhz təhsil prosesinin müxtəlif iştirakçılarını öz tərkibində birləşdirən vahid “təhsil komandası” şəklində həyata keçirilməlidir. Təhsil komandası xarici mühitə, təhsil ictimaiyyətinə (ailə, təhsili idarəetmə orqanları, icra hakimiyyəti orqanları, biznes aləmi və sair) açıq olmalıdır. Problemə belə yanaşmanın bir üstünlüyü də ondadır ki, təhsil komandasının hər bir üzvü, hər bir şəxs ümumi işin xeyrinə öz bacardığını sərf edir: “Təhsil müəssisəsinin keyfiyyətli fəaliyyəti, tədris prosesi səmərəliliyinin məqbul və qanedici olması bir sıra vacib amillərdən asılıdır. Bunlara aşağıdakıları daxil etmək olar: Təhsil müəssisəsinin vəzifələrinin dəqiq müəyyənləşdirilməsi, təhsilalanların öz vaxtlarını maksimum dərəcədə konkret təlim məsələlərinin həllinə sərf etməsi, idarəetmənin vahid və əlaqəli şəkildə təşkili, müəllimlərin daim təkmilləşdirilməsi, onların komanda şəklində işləməsi, müəssisə daxilində qayda-qanunun hökm sürməsi, valideynlər və ictimaiyyətlə sıx qarşılıqlı əlaqənin yaradılması və sair.

Beləliklə, təhsil müəssisəsinin keyfiyyətinin qiymətləndirilməsində bir-biri ilə qarşılıqlı əlaqədə olan üç amil mühüm rol oynayır: müəllim, təhsil müəssisəsi, müəssisənin əhatəsi. Eyni zamanda fəaliyyətin qiymətləndirilməsində bir sıra meyarlara istinad edilir: təhsilalanların və məzunların göstəriciləri, təhsil verən - təhsil alan münasibətləri; təhsil verən-təhsil alan nisbəti; müəssisənin mövcud maliyyə mənbələri; ictimai mühit; sosial-iqtisadi kontekstsair. Təhsil məssisəsinin qiymətləndirilməsi həm daxili qiymətləndirməni (özünüqiymətləndirmə), həm də xarici qiymətləndirməni özündə cəmləşdirməlidir. Ümumtəhsil məktəblərində keyfiyyətin qiymətləndirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən keyfiyyət standartları hazırlanmışdır. Bu standartlar ölçülə bilən göstəricilər nəzərə alınmaqla aşağıdakı 5 əsas fəaliyyət sahəsi üzrə qruplaşdırılmışdır:

 

I.Məktəbin idarə olunması.

II.Pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi.

III.Təlim-tərbiyə prosesinin təşkili və idarə olunması.

IV.Şagird şəxsiyyətinin formalaşdırılması.

V.Məktəbin valideynlər və ictimaiyyətlə birgə fəaliyyəti”.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2012.- 25 oktyabr.- S.14-15.