Səhnəyə
dönən auditoriya
Səhnəyə dönən auditoriya
“Bəxt üzüyü”
bədii filmini (1991) təhvil verdikdən sonra 14 ilə yaxın işsiz qaldım.
Bu illər ərzində “Bəxt üzüyü” filmindən gələn şöhrət, eləcə
də televiziya, radio, Kütləvi İnformasiya
Vasitələrinin tez – tez mənə müraciət etməsi, gündəlik qəzet və jurnallarda çıxan müsahibələrim, xarici ölkələrdəki kinofestivallar
və mədəniyyət
günləri
yaradıcı həyatımda
yaranmış “boşluğu”
doldura bilmədi desəm, inanın.
Mən bu illər ərzində
dərk etdim ki, yaradıcı
şəxs
boş – bekar gəzdikcə içində toplanıb qalan enerjini yeri gəldikcə məqsədyönlü paylaşmasa, bu enerji onun
özünə əks
təsir göstərməklə,
həmin şəxsi mənəvi və fiziki bəlalara düçar edə bilər.
On il ərzində
saathesabı müəllimlikdən
– professorluq və kafedra müdirliyinə qədər yüksəlmək!
Bu təkcə mənim
üçün Allah-təala
tərəfindən ayrılan istedadın və həddindən artıq zəhmət, sənətsevərliyin
deyil, həm də insanları duymaq, onlara böyük qayğı –
məhəbbətlə yanaşmaq,
onlara arxa – dayaq durmaq bacarığı,
insanlara qarşı ilahi sevgisi olan
İNSANdan irəli gəlir... Bu xüsusiyyətlər
bizim universitetin rektoru, professor, əməkdar
incəsənət xadimi,
filologiya elmləri doktoru –
Timuçin İlyas
oğlu Əfəndiyevə
məxsusdur. Bu keyfiyyətlər onun insan kimi aliliyindən
xəbər verir.
Başqa cür ola da bilməz. Axı bütün həyatını
nə qədər çətin və dövrə görə mürəkkəb olsa belə, doğma xalqının tarixi keçmişinə, bu gününə yaxşı
bələd olan, onun xoşbəxt gələcəyini görmək
arzusuyla yaşayıb
– yaradan, xalqının
maariflənməsi yolunda
ömrünün sonuna
kimi misilsiz xidmətlər göstərən
bir müdrik Azərbaycan yazıçısının
oğlu- İlyas Əfəndiyevin yadigarıdır
– Timuçin Əfəndiyev...
Bildiyiniz kimi Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
rektoru, hörmətli
Timuçin Əfəndiyev
rəhbər kimi çalışdığı illər ərzində apardığı
məqsədyönlü və
hər dəfə uğur gətirən islahatlar nəticəsində doğma
təhsil ocağımız öz kafedralarının sayını
artırmaqla, ali ixtisasların çoxalmasına,
burada təhsil alan tələbə – məzunların peşəkarlıqlarının yüksəlməsinə,
gələcəkdə mədəniyyət
və incəsənət
sahəsində
adlı-sanlı, dəyərli
sənətkar olmalarına
gətirib çıxarıb.
Hörmətli rektorumuz
Timuçin Əfəndiyevin
dəvətiylə “Musiqili
teatr aktyoru” kafedrasında saathesabı
müəllim kimi fəaliyyətə
başladığım müddətdən
bu günə kimi doğma universitetimizin bütün
professor və müəllim
heyətinə böyük
hörmətlə yanaşmış,
dərs dediyim tələbələrimə atalıq
qayğısı göstərmişəm...
Özüm gənclik
illərimdə iki dəfə bu təhsil ocağından uzaqlaşdırılsam da,
məni gələcəkdə
bu kollektivin doğma üzvü edəcək incəsənətə
arxa çevirməmiş,
məhəbbətini bir
an belə ürəyimdən
çıxarmamışam... Keçən – 2011-ci ildə
təsis olunmuş “ Estrada və musiqili teatr rejissoru ” kafedrasına müdir təyin olundum. Kafedra müdirliyi mənə etibar olunduğu gündən çox
sevdiyim və ömürlük bağlı
olduğum incəsənət dünyası
üçün gələcəyin rejissor kadrlarını hazırlamaq
işində qollarımı
çırmayıb, fəaliyyətə
başladım... Doğma
universitetimizin
90 illiyi qarşısında
çox sevdiyim ali təhsil ocağına öz təmənnasız məhəbbətimi
bildirmək məqsədilə qərar aldım ki, dərs deyəcəyim istəkli tələbələrimin (kafedrada təhsil alan bütün tələbələrə
aiddir) rejissorluq peşəsinə yiyələnmək
yolunda alacaqları ali təhsillə bərabər,
onların həvəs
və marağını
daha da artıra
biləcək
bir “ Yaradıcılıq
emalatxanası ” təşkil
edim. Bu məqsədlə
hörmətli rektorumuz,
professor Timuçin Əfəndiyevin
xeyir-duasını alandan
sonra müdiri olduğum kafedranın auditoriyasında təmirə
başladım... İlk
gördüyüm iş
o oldu ki, “ səhnə ” kimi ayırdığım kvadraturada müəyyən
hündürlüyə nail oldum. Beləliklə auditoriya iki hissəyə bölündü:
səhnə və zal. Zal – həm də
auditoriya rolunu oynayır. Tələbələr
auditoriyada keçdikləri
nəzəri dərsləri
– mühazirələri dinləyir,
səhnədə isə bu nəzəriyyəni praktik
olaraq məşğələyə çevirirlər...
Səhnəyə yaradıcılıq
atmosferi gətirmək
və bununla da tələbələrin
seçdikləri sənətə
maraq və həvəsinin artmasına nail olmaq lazım idi. Odur ki, ilk növbədə ağappaq əhəngli tavanı tündləşdirmək,
qara və ya tünd boz
rəngə çevirmək
qərarına gəldim.
Çöldən auditoriya
və səhnəyə
düşən güclü
günəş işığının qarşısını
almaq məqsədilə pəncərələrin
üst şüşələrini
tünd rəngli plyonka ilə örtdüm, sonra tünd-qalın qara parçadan asma rulonlu jalüz
tipli pərdə düzəltdim ki, lazım gələndə
ətəyindən yığıb,
pəncərə işığının
otağa düşməsinin
qarşısını ala bilək...
Beləliklə, səhnədə və zalda qaranlığı
təmin edə bildim. Əlavə olaraq teatr səhnəsinə
xarakterik olan zil
qaranlığı əldə
etmək üçün
divarları
qara rəngə
boyadım, qara parçalardan paduqa, kulislər və arxa pərdəni də tikdirdim. Indi günəş işığından
əsər- əlamət
yoxdur... indi səhnəni işıqlandırmaq
lazımdır..! Səhnənin işıqlandırılmasının təşkili məsələsi
çox maraqlı oldu. Peşəkar işıq sistemi qurmaq həddindən artıq baha başa gəldiyi üçün
başqa yol tapmaq, projektorları əvəz edəcək bir şey fikirləşmək
lazım idi.
Universitetimizin “ Səda ” Tədris Teatrının əməkdaşı, işıqçı-radist
Bəxtiyar Mustafayevi işə cəlb elədim. Müəyyən məsləhətləşmələrdən
sonra qəti qərara gəldik. “ Dövlətin verdiyi 220 volt işığı
xüsusi qurğuların (adaptor, transfarmator)
hesabına 12 volta çevirmək ”. Elə də etdik... Çox da baha
olmayan, plastik materialdan borular alıb, VAZ – 06 avtomobilinin
“qologen” lampalarını
qara rəngə boyadığımız boruların
içinə yerləşdirdik...
17 ədəd projektora
bənzər
işıq qurğusu hazır olandan sonra, onun 9 – nu səhnədə
“ asma işıq ” , 2
– ni “ yan işıq ” və 6 – nı “ səhnədən
çıxarılma işıq
” kimi zalda yerləşdirdik... Beləliklə, əldə
olunan 17 işıq
qurğusunun
hesabına səhnənin hər küncünü işıqlandıra
bildik (Bu işdə Bəxtiyar Mustafayevin əməyi danılmazdır).
İşıqların idarəedici pultunu isə
müəllimin yazı masasının üstündə
xüsusi düzəldilmiş sandıqçaya yerləşdirdik.
Təhlükəsizliyi tam təmin etmək üçün “ qoruyucu avtomat ” ları da daha güclü
amperajlı etdik... Beləliklə “emalatxana ”mızın
işıq sistemi quruldu...
Səhnə
ilə zalı isə məşhur “ Kapsella
” pərdə – tül firmasına sifariş verdiyim baş pərdə
ilə bir – birindən ayırdım,
pəncərə pərdələrini də
auditoriyanın ümumi rəng çalarlarına
uyğunlaşdırıb, asdım... Yaraşıqlı,
tələbə və
müəllimlərin zövqünü
oxşayan ümumi bir vəziyyət alındı... Divarlara da Azərbaycanın
milli dramaturq, rejissor və aktyorlarının fotoşəkillərini
asdım. Beləliklə, kafedrada yaradıcılıq
mikromühiti yarandı.
İndi
diploma çıxacaq tələbələrin
əksəriyyəti öz
işini elə bizim kafedrada təhvil vermək həvəsinə düşüb.
Artıq
bir neçəsi bu barədə mənə müraciət
ediblər. Kafedramızın müəllim və tələbələrinin çalışmaq,
yaratmaq yolundakı həvəs və təşəbbüslərinin xeyli artdığının
şahidi olduqca, mənim də fərəhimin sərhədləri
genişlənir. Doğma
Universitetimizin 90 – illik
yubileyinə töhfə
etdiyim bu “ emalatxana ” mənə
qürur verir.
Hörmətli rektorumuz – Timuçin
müəllimin mənə
olan böyük inam və etimadı
məni bundan sonra da pedaqoji
fəaliyyətimdə daha
məsuliyyətli, doğma
işimə – sənətimə
qayğı və məhəbbətli olmağa
sövq edir...
Doğma
Universitetimiz – 90 yaşlı
ağsaqqal ali təhsil ocağı, qoynunda yenicə göz açmış 1
yaşlı “ Estrada və
Musiqili teatr rejissoru” kafedrasının
bütün müəllim
heyəti – professor Fikrət Sultanov, dosent Vidadi Həsənov, dosent Hafiz Quliyev, baş müəllim Əliqismət
Lalayev, gənc müəllimlər Vəfa
Bayramova, Pərvanə
Ağayeva və konsertmeyster Yeganə İsazadə səni bu yubiley
münasibəti ilə
səmimi qəlbdən
təbrik edir. Tərkib hissən olan bu gənc kafedra
90 illik adət-ənənələrini
daim yaşadacağına
və sənə həmişə başucalığı
gətirəcəyinə söz
verir...
Ramiz Əzizbəyli,
Xalq artisti, ADMİU-nun Estrada
və Musiqili teatr rejissoru
kafedrasının
müdiri
525-ci qəzet.- 2012.- 15 noyabr.- S.2.