Akademik Milli Dram Teatrında daha bir premyera Brextin
“Kuraj və uşaqları”
tamaşaçılara təqdim olundu
Dünən Akademik Milli
Dram Teatrında Bertolt
Brextin əsəri əsasında hazırlanmış
“Kuraj və uşaqları” tamaşasının
premyerası keçirildi.
525.az-ın
məlumatına görə,
dünya teatr tarixində epik teatr nəzəriyyəsinin
banisi kimi tanınan B.Brextin məşhur əsərinə
Akademik Milli Dram Teatrının səhnəsində
Xalq Artisti, “Qızıl dərviş”
mükafatı laureatı
Rafiq Əliyev quruluş verib. Yazıçı-tərcüməçi Yaşarın dilimizə
çevirdiyi pyesin səhnə redaksiyasının
müəllifi Əməkdar
İncəsənət Xadimi,
Dövlət mükafatı
laureatı Ramiz Fətəliyevdir. Tamaşanın quruluşçu rəssamı
Ülviyyə Zərbəliyeva,
bəstəkarı Əməkdar
İncəsənət Xadimi
Aydın Əzimov, mahnı mətnlərinin müəllifi Mahir Qarayevdir.
Səhnə əsərində əsas
obraz olan – Kuraj rolunu Xalq
artisti Bəsti Cəfərova ifa edir. Digər rollarda
Əməkdar artistlər
Pərviz Bağırov
(Feldfebel), Abbas Qəhrəmanov (Aşpaz),
Kazım Həsənquliyev
(Komandan, Qoca polkovnik), Elşən Rüstəmov (Alay keşişi),
Sevinc Əliyeva (Kəndli qadın, kənd sakini), aktyorlar İlahə Həsənova (Katrin), Mətləb Abdullayev (Eylif), Vüsal Mustafayev (İsveçrəli),
Elnar Qarayev (Gizir, Mirzə) Rəşad Bəxtiyarov (İntendant, Kəndli), Şəhla Əliqızı
(İvetta Rotye), Əlvida Cəfərov (II
Feldfebel, Əsgər),
Elnur Qədirov (Gənc kəndli), Ramin Şıxəliyev (Sarıqlı adam, Əsgər), Əlləz
Əhmədov, Şəmsəddin
Quliyev, Amil Babayev (Əsgərlər)
çıxış edirlər.
Günel
525-ci qəzet.-
2012.- 15 noyabr.- S.7.