Oralarda kimlər var: Ömər Özbay-2

 

“BİZƏ PATETİK ŞEİRLƏR LAZIM İDİ OTURUB YAZDIM”

 

70-ci illərdə “İslami bir dövlət” qurma idealını daşıyan gənclərin dilindən düşməyən şeirlərin şairi olub Ömər Özbay. “Mitinqlərdə, yığıncaqlarda, panel və konfranslarda iştirakçıların coşğusu şeirlə təmin edilərdi. O 'yüksək səsli şeir' bizə lazım idi. Mən bu ehtiyacı ödəməyə çalışırdım. O günlər geridə qaldı; yəni, mənim şeirim vəzifəsini tamamladı” - deyir.

Ömər Özbay, 70-ci illərin gənclərinin yaddaşında olan şeirləri yazan şair. Üstünə düşən vəzifəsini boynuna götürən, ancaq geridə dayanmağı seçən bir adam. Ehtiyac olduğu üçün şeir yazmağa başladım, deyir amma ondakı şairliyi hər kəs qəbul edir. Şeirini bilənlər çox arzu etsə də, “şeirlərim vəzifəsini tamamladı” deyərək nəşr etməyi düşünməyən Özbay, özü və yaxın yoldaşları üçün şeir yazmağa davam edir. Baş naziri  anladan “Bir Liderin Doğuşu” kitabını Hüseyn Besli ilə birlikdə hazırlayan Özbay, KİTABI OLMAYAN ŞAİR ya da ictimaiyyətdəki ləqəbiylə “The Şair” olaraq tanınır.

 

Emeti Saruxandan uyğulama  

 

MƏCBUR QALDIĞIM ÜÇÜN ODTU-nu QAZANDIM.

 

Gəncliyinizdə dini həyatdan uzaq bir dövr olmuş. Nələr yaşadız?

Atam imam idi. 5 yaşında namaza başladım. Yenə onun himayəsiylə ibtidai məktəb son sinifdə hafizliyə başladım. İbtidai məktəbdən sonra Quran kursuna davam etdim və bir il sonra İmam Natiqə getdim. İmam Natiq lisesinin 4-cü sinfindəykən atam öldü. Öldüyündə atam 33, mən 16 yaşındaydım. Anam və biz 5 qardaş ortada qalmışdıq. O qədər çarəsizdik ki, qardaşlarımın övladlıq verilməsi gündəmə gəldi. Fitrə və zəkatlarla keçinirdik. Ankaranın ən bərbad səmtlərindən birində otururduq . Anam gənc idi. İki bacımla birlikdə namusları mənə əmanət idi. Əvvəl bıçaq və falçata istifadə etməni öyrəndim. Ardından məşhur Qızıl Əlcək Boks Klubuna yazıldım. Boks macəram üç il davam etdi. Altı ay  da taekvando kurslarına qatıldım. Dolanışıq vəziyyətimizdə də nisbi bir rahatlama təmin etmişdim. Döyüş idmanlarından əldə etdiyim qabiliyyətimi ehtiyac sahiblərinə kirayəyə götürərək üç-beş qəpik də olsa evin haqqını çıxarmağa başlamışdım. Boksçuluq təcrübəmin ilk bir neçə ayını geridə buraxdığım andan etibarən əlim pul görməyə başlamışdı. Bu səbəbdən davam etdim. Qərarımı vermiş, yolumu çəkmişdim. Sizin “dini həyatdan uzaqlaşma” deyə təsvir etdiyiniz dövrüm tam da bu illərə təsadüf edir. Qısaca bu şərtlərdə hələ özünlü qala bilmənin imkanlarını da nəzərə alın və düşünün.

Universiteti necə qazandınız?

Əsgərliyə çağırdılar.Canıma vəl-vələ düşdü.Universitetə girə bilsəm vəziyyəti qurtaracaqdım. O illərdə yalnız Ərzurum Atatürk Universiteti və ODTU-ti İmam Natiq məzunlarını alırdı.Məktəbi bitirdiyim 2 il olmuşdu. Qaldı ki, mən diploma beyindən çox, bilək gücümlə layiq olmuşdum. Lise kitablarını yığdım. İmtahana 23 gün vardı. 67-ci olaraq ODTU-nin  sosioloji bölümünü qazandım, amma sevinə bilmədim. Çünki yoldaşlarımı inandıra bilmədim ki, universiteti öz biliyimlə qazanmışam.Qazancımın yaxşı olduğunu bildikləri üçün, sualları satın aldığımı düşünürdülər. Çox çətin inandırdım elə bir şey olmadığına.O sıralar təkrar namaza başlamışdım. Peşəmlə və işimlə vidalaşmaq vəziyyətindəydim. İçim yana-yana vidalaşdım köhnə həyatımla və böyük bir ehtirasla oxumağa başladım.

 

KİTABA EMBARQO TƏTBİQ OLUNDU

 

Baş nazirlə nə vaxt tanış oldunuz?

2010-cu ildə tanış olduq. “Bir Liderin Doğuşu” adlı bioqrafiyasını yazmağa başladığımızda, kitab vəsiləsiylə yəni.

Niyə daha əvvəl tanış olmadınız?

Qismət olmadı. Özü bələdiyyə başçısıykən çalışdığım iş yeri o ətrafda idi. Məsləhətçilərinin bir çoxu yoldaşım olduğu üçün tez-tez bələdiyyəyə gedirdim. Lakin tanış olmamız üçün bir vəsilə olmurdu. Demək ki, tanış ola bilmədik. Daha əvvəl Ankarada yaşayırdım, Tayyib bəyin adını İstanbula daşındıqdan sonra, xüsusilə də 1994-cü il  seçkilərində eşitməyə başladım. O tarixdən sonra da həmişə yaxınında oldum, lakin dediyim kimi tanış olma imkanım olmadı. Mən işbaz deyiləm,bir az utancağam, ayrıca önə çıxmağı heç bir zaman seçmədim həyatım boyunca. Bir addım geridə olmaq, bəzən taleyin yönünü  yavaşlatsa da nəticəni dəyişdirmir.

Kitab fikri necə ortaya çıxdı?

2004-cü ildə Həsən Camal bir televiziya kanalında baş nazirə “Mən dəyişdim və bunun kitabını yazdım. Siz Milli Görüş köynəyini çıxardınız, dəyişdiniz. Bunu yazmağı düşünürsünüzmü?”- deyə soruşur. O daMənim kitab yazmağa vaxtım olacağını sanmıram. Yoldaşlar ehtimalla bu boşluğu doldurar”- deyir. Proqramdan sonra baş nazir Hüseyn BəsliyəMesajımı götürdünmü?”- deyə soruşur. Bəsli götürdüm” -deyir. 5 il sonra Qızılcahamamda düşərgədəykən, Hüseyn bəyə “5 il əvvəl bir kitab sifarişi vermişdim. etdin?”- deyə soruşur beləcə kitab məsələsi  yenidən gündəmə gəlir.

Siz necə daxil oldunuz yazarlar komandasına?

Hüseyn Bəslidən gəldi bu təklif.Əməkdaşlıq edərək başa çatdıra biləcəyimizi söylədim çox keçmədən işə başladıq.Bir gün Hüseyni Dolmabaxçadakı ofisinə buraxmışdım. Baş nazir, “İki adam daxil olmusunuz, o biri yoldaş harada?”- deyə soruşduqda Hüseyn bəy mənimlə birlikdə gəldiyini söyləmiş. Çağırdılar bu vəsiləylə tanış olmuş olduq.

Kitab necə hazırlandı?

Bir az maraqlı oldu. Hüseyn BəsliBeynimdə hər şey hazırdır, bircə başlamaq qalır. Başladıq işə. 6 ay reportaj etdik. Lakin aradan vaxt keçdiyi üçün danışılanları başqa qaynaqlardan doğrultmaq məcburiyyətindəydik. İzah edilənlərin çoxu yazacağımız bioqrafiyayla əlaqəsi olmayan şeylər idi. Söhbət etdiyimiz insanların çoxu özünü gözə soxurdu.Qısacası çətin bir müddət idi. Hörmətli baş nazirlə iki dəfə oturub danışa bildik. Ailəsindən kimsəylə danışa bilmədik.

Kitabla əlaqədar nələr oldu?

Kitab gizli bir embarqoya məruz qaldı. 3-5 min ədəd satıb sonra satışdan qaldırdılar. Daha çox Anadoluda kiçik kitabçılarda satıldı. Bu vəziyyətdə belə ilin ən çox satılan kitablarından biri oldu.

Baş nazir hər hansı bir şey söylədimi?

Bir yoldaşım da eyni sualı yönəltmişdi mənə.Bir şey demədi”- dedim. Yaxşı kitaba maraq göstərdimi?”-  təkrar  soruşdu. “İş avtomobilinin baqajında kitab saxlanıldığını dostlarına imzalayıb hədiyyə etdiyini eşitdim” - dedim. “Aydın oldu, ustad” - dedi. Kitabı çox bəyənmiş. Bəyənməsəydi, 'uşaqlar əlinizə sağlıq, çox gözəl olmuş' deyər hadisəni bağlayardı”- dedi.

 

BAŞ NAZİR DƏYİŞMƏDİ,

ŞÖHRƏTİ GENİŞLƏDİ.

 

Bu hər zaman mübahisə edilməli mövzudur. Kitab üçün etdiyiniz araşdırmalardan sonra gördünüz? Tayyib bəy dəyişmişmi?

Xeyr, dəyişməmiş. Davamlı özünü inkişaf etdirmiş. 1989-cu ildə  Bəyoğlu bələdiyyə başçılığına namizədliyiylə başlayan irəliləyiş 1994-cü ildə  İstanbul Böyükşəhər Bələdiyyə Başçılığı seçkisini qazanmasını təmin edən daha böyük bir inkişafa yol açdı.Başçılığı dövründə etdiyi hər biri bir əvvəlkini misliylə aşan işlər, yenə bu dövrdə çıxdığı xarici səfərlər, xarici dövlət adamlarıyla etdiyi görüşmələr, onu bir üst mərhələyə  hazırlamış. Tayyib Ərdoğan dəyişmiş olsaydı AK Partiya olardı, bu günki Türkiyəni görərdik. Üst-üstə seçkiləri qazanmasının altındakı sirr dəyişməmiş olmasıdır. Amma inkişafdadır.İş forması da elədir. Bir müddət içində bir şeyləri qavrayaraq, hər kəsin anlamasını təmin edərək bir sıra yenilikləri gətirir. Vuraq,yıxaq, ələ keçərək kimi bir  rəftarı yox. Cəmiyyətdəki dəyişməyi təkamülləşmə şəklində görür hər atdığı addımın doğru qəbul edilməsini təmin edərək, hər yeniliyin mənimsənməsini, həzm edilməsini, fərqinə varılmasını gözlədikdən sonra bir sonrakı addımı atır. Məsələn, çadra mövzusunda da heç bir zaman inadçı olmadı. Çünki bunun ictimai bir konsensusla olmasını istəyirdi.

 

 

Ömər Özbay şeirlərindən

 

Qürbətdə həsrət

 

Səndən ayrı günlər keçmir

Bacarmıram yarım sənsiz olmayır

İçimdəsən gözüm görmək istəyir

Heç olmasa yuxuma gəl sevgilim.

 

Səndən ayrı həyatım dönməz oldu

Gözümdən axan yaş dayanmaz oldu

Qəlbim yanıb eşqinlə sönməz oldu

Heç olmasa yuxuma gəl sevgilim.

 

Bu günlər bitəcək mən yol gözlədim

Eşqimizi ürəyimdə gizlədim

Bilsən ki mən səni necə özlədim

Heç olmasa yuxuma gəl sevgilim.

Artıq dözəmmirəm durub gəl mənə

Dağ idim,əriyib bitdim mən yenə

Ayrılıq ox kimi batdı sinəmə

Heç olmasa yuxuma gəl sevgilim.

 

 

Solan Sevda Çiçəyi

 

Sevmək dəmək bilmirsən ki

Sevdiyin üçün can vermək...

Sevdinmi sevdiyinlə bərabər olmaq

'Səni səvirəm'deyirsən, amma

Sevmənin olduğunu bilmirsən!

Sevildiyinin fərqində deyilsən

Sevdim mən səni, amma

Sevilməyə dəyməzmişsən.

Sevgim səndə yox olub getdi

Sevgim sənlə qara torpaqlara girdi

Sevmirəm artıq bir kimsəni

Sevmirəm artıq yalan şeyləri

Sevmək yalan,sevilmək

Sən inşallah sevərsən bir gün

Sevərsən anlarsan məni

Səni sevərkən düşdüyüm halları

Sevmək deməkmiş ...

bir gün anlarsan.

 

Sən inşallah səvərsən

Sən mənim kimi yanarsan

Səni mən çox sevdim.

Sevgimi bir gün anlarsan...

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2012.- 1 sentyabr.- S.23.