Firəngiz Əlizadənin
əsərləri Venesiyada ifa olunub
Azərbaycan
Bəstəkarlar İttifaqının sədri, bəstəkar
Firəngiz Əlizadənin əsərləri Venesiyada
46-cı dəfə keçirilən “Asiago-2012” musiqi
festivalında səsləndirilib.
525.az-ın
məlumatına görə, bəstəkarın əsərləri
“Composer-in-residence” (əsərlərinə üstünlük
verilən bəstəkar) statusuna layiq görülüb. Bundan
başqa, Norveçin Oslo, Tronheym və Stavanger şəhərlərində
də bəstəkarın əsərləri ifa edilib.
F.Əlizadə
Asiago şəhərinin meriyasında keçirilən mətbuat
konfransında jurnalistlərin çoxsaylı suallarına
cavab verib. Festivalın prezidenti Roberto Brattsale vurğulayıb
ki, F.Əlizadə İtaliyada ilk dəfə 1976-cı ildə
çıxış edib. Həmin vaxt o, Rossininin vətəni
Pezaro şəhərində özünün Alban Berqin xatirəsinə
“fortepiano üçün sonatasını” məharətlə
səsləndirib. F.Əlizadənin musiqisi İtaliyada, məşhur
Roma ansamblı “Alter Ego”nun ifasında dəfələrlə
dinləyicilərə təqdim edilib. Sonralar o, violonçel
ifaçısı Elizabet Vilsonun rəhbərlik etdiyi “Xenia”
instrumental kvarteti ilə birlikdə Turin, Milan və Florensiyada
qastrol səfərlərində olub.
GÜNEL
525-ci qəzet.- 2012.- 4 sentyabr.- S.7.