Açıq cəmiyyət,
plüralizm və mətbuat
FİLOLOGİYA
ÜZRƏ FƏLSƏFƏ DOKTORU, “TƏFƏKKÜR”
UNİVERSİTETİNİN PROFESSORU TOFİQ YUSİFOVLA
SÖHBƏT
Demokratiya və aşkarlığın mühüm vasitəsi kimi kütləvi informasiya vasitələrində fikir, söz və məlumat azadlığının kifayət qədər işıqlandırılması həmişə cəmiyyətin maraq dairəsindədir. Plüralizm, açıq cəmiyyətinin formalaşmasında mətbuatın rolu, Azərbaycan mətbuatının hazırkı problemləri, inkişaf meylləri və perspektivləri, publisistikamızın hazırkı durumu ilə bağlı suallarımızı tanınmış jurnalist, filologiya üzrə fəlsəfə doktoru, “Təfəkkür” Universitetinin jurnalistika kafedrasının professoru Tofiq Yusifova ünvanladıq. T.Yusifov söhbətə bu yaxınlarda Mətbuat Şurasında ictimaiyyətə təqdim olunan, daha sonra isə Ali Media Mükafatına layiq görülmüş “Açıq cəmiyyət və mətbuat” kitabı haqqında oxucularımızı məlumatlandırmaqla körpü saldı.
– Bu kitabın ərsəyə gəlməsinin maraqlı tarixçəsi var. Onu dəyərləndirmək üçün yaxın tarixə ekskursiya etmək gərəkdir. Ölkəmiz müstəqillik qazandıqdan sonra-1991-ci ildən istər kütləvi informasiya vasitələrində, istərsə də siyasi kuluarlarda demokratiyadan bəhs olunur, geniş diskussiya və debatlar gedirdi. Uzun illər boyu istər nəzəri, istərsə də praktiki olaraq çalışdığım media sahəsinə münasibətim birmənalı idi: demokratiyanın ən real,aktual, optimal və güclü daşıyıcısı məhz kütləvi informasiya vasitələridir. Mənim üçün maraqlı, qəribə və bir az da ağrılı məqam ondan ibarət idi ki, bunu sanki heç kəs görmürdü və ya görməməzliyə vururdu. Əslində bütövlükdə kütləvi informasiya vasitələri haqqında birmənalı olmayan rəy mövcud idi. Bütün bu düşüncələrimi Azərbaycan jurnalistlərinin ağsaqqalı, professor Şirməmməd Hüseynovla məsləhətləşərək açıq, vətəndaş cəmiyyəti cəmiyyət, demokratik proseslər və mətbuat mövzusunda araşdırma aparmaq istədiyimi dedim. Dedi ki, yazılmamış, işlənməmiş, həm də çox maraqlı, böyük və çətin mövzudur, bu mövzunu araşdırmaq pis olmazdı. Şirməmməd müəllimin etibarı mənim üçün çox böyük önəm daşıyırdı. Onda o, “Təfəkkür” Universitetinin jurnalistika kafedrasının müdiri idi. Bu söhbət təxminən 2002-ci ildə olub. Bu söhbətdən sonra mən mövzu ilə bağlı materiallar toplamağa başladım. Azərbaycan mətbuatında, elmi dairələrində açıq cəmiyyət və mətbuat, onların qarşılıqlı əlaqələri ilə bağlı demək olar ki, heç bir material yox idi. Onda çox ciddi mənbə, məxəz çatışmazlığı ilə üzləşdik. Dissertasiya mövzusu kimi dünya ölkələrinin təcrübəsinə müraciət edərək, onların bu fakta yanaşma prinsipləri əsasında yazılan tədqiqatları, araşdırmaları təhlil elədik. Maraqlı bir fakt deyim: o vaxt Açıq Cəmiyyət İnstitutu-Soros Fonduna sırf publisistik mənbə köməyi ilə bağlı müraciət etdim. Onlar mənə təxminən bir vərəqlik informasiya verdilər. Bundan da ümumiyyətlə istifadə etmək mümkün deyildi, çünki məlumat yalnız qrant ayrılan mövzularla bağlı idi və elmi araşdırmaya heç bir dəxli yox idi. AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərovun rəhbərliyi ilə elmi araşdırmalara başladıq. Araşdırmanı 2009-cu ildə bitirməyimizə baxmayaraq əlavələr, düzəlişlər 2012-ci ilə qədər davam elədi. Həmin kitab bizim təxminən 10 il ərzində apardığımız, 1991-2004-cü illəri əhatə edən araşdırmaların, tədqiqatların nəticəsidir.
– Müəllif kimi necə düşünürsünüz, mövzunu tam əhatə eləmisinizmi, yoxsa hələ gələcəkdə mövzunu davam elətdirmək fikriniz var?
– Bu kitabda açıq cəmiyyətin formalaşmasında vətəndaş cəmiyyətinin elementləri əsasında mətbuatın rolunu araşdırılıb. Açıq cəmiyyət vətəndaş cəmiyyətinin ən yüksək formasıdır və təbii ki, onların qarşılıqlı vəhdəti və vətəndaş cəmiyyətinin mahiyyəti haqqında daha geniş araşdırmalara ehtiyac var. Yenə təkrar edirəm, bizdə açıq cəmiyyətlə bağlı, demək olar ki, mənbə, məxəz, istinad nöqteyi nəzərindən elmi heç bir şey yoxdur, demək olar, yox səviyyəsindədir. Başqa sözlə deyilsə, vətəndaş cəmiyyətinin praktik mövcudluğu onun nəzəri kontekstindən çox-çox uzağa gedib. Kitabın müzakirəsi zamanı mənə belə bir fikir ünvanladılar. Mən bunu gözləyirdim: “Axı Azərbaycanda açıq cəmiyyətin formalaşmasının elementləri o qədər də güclü deyil!” Cavab verdim ki, bu, sizin rəyinizdir. Açıq cəmiyyət özündə çoxpartiyalılığı, konstitusionalizmi, azad mətbuatı və vətəndaş cəmiyyətini ehtiva edir. Bunlar açıq cəmiyyətin tərkib hissələridir. Vətəndaş cəmiyyətinin tərkib hissələri isə siyasi partiyalar, azad mətbuat, özəl sektor və qeyri-hökumət təşkilatlarıdır. “Opponent”ə təklif etdim ki, 1991-ci ildən 2004-cü ilə qədərki dövrü siyasi, hüquqi, tarixi, hətta fəlsəfi aspekdən nəzərdən keçirək. Deyirsiniz ki, açıq cəmiyyətin elementləri özünü göstərmir. Açıq cəmiyyət quruculuğunun elementi kimi 1992-ci ildə Azərbaycanda ilk dəfə olaraq “KİV haqqında” Azərbayan Respublikası qanunu qəbul edildi. Düzdür, həmin dövrdə- 1992-ci ildə KİV-də hərbi senzura, 1993-cü ildə siyasi senzura tətbiq edildi. Son məqamları birmənalı olaraq qəbul edərək həmin dövrdəki hakimiyyətin günahı kimi dəyərləndirmək düzgün deyil. Həmin dövrdə Qarabağ müharibəsi gedirdi, ölkədəki hərbi-siyasi şərait bunu tələb edirdi və istənilən kütləvi informasiya vasitəsi – sovet imperializminin buxovundan yeni qurtulmuş Azərbaycan mətbuatı konkret olaraq istənilən sərbəst mövzuda yazılar dərc eləyə bilərdi. Müharibə şəraiti olan bir ölkədə adıçəkilən senzuraların tətbiqi hökmən zəruri idi. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, 1994-cü ildə atəşkəs haqqında müqavilə imzalanandan sonra ölkənin demokratikləşdiriməsi istiqamətində yeni quruculuq prosesləri başlandı. 1995-ci ildə Konstitusiyamız qəbul olundu, parlament seçkiləri keçirildi. 1998-ci ildə senzura birmənalı şəkildə ləğv olundu. 1996, 1999, 2000-ci illərdə KİV haqqında qanuna bir sıra əlavə və dəyişikliklər edildi. Və təxminən 2000-ci ildə Azərbaycanda 3000-dən artıq QHT var idi. Bunun özü vətəndaş cəmiyyəti quruculuğunun ən böyük şərtlərindəndir. Və bu dövr ərzində 2004-cü ilə qədər olan müddət ərzində Azərbaycanda kütləvi informasiya vasitələrinin hüquqi bazasının möhkəmləndirilməsi məqsədilə 11 fərman və sərəncam verilib. Müəlliflik hüququ, dövlət sirri, nəşriyyat işinin təşkili haqqında və sair. Bunlar hamısı mətbuatın inkişafına xidmət edən amillərdir. Ona görə də bizim iradəmizdən asılı olmayaraq müstəqilliyimizin ilk illərindən Azərbaycanda açıq cəmiyyət, vətəndaş cəmiyyəti quruculuğu prosesi təşəkkül tapmağa, formalaşmağa üz tutmuşdu.
Bu proses
Azərbaycan müstəqillik qazandıqdan dərhal sonra reallaşdığı üçün
kortəbii də ola bilərdi,
planlaşdırılmamış da ola bilərdi, amma praktik olaraq açıq cəmiyyətinin
ünsürləri açıq-aşkar göz
önündə idi. Biz
kitabda çoxlu faktlarla sübut etməyə
çalışmışıq ki, vətəndaş
cəmiyyəti quruculuğunun ən
başlıca vasitəsi, vəsiləsi və
daşıyıcısı kütləvi informasiya
vasitələri olub. Bu nədən irəli gəlir?
İllər keçdikcə, zaman dəyişdikcə
kütləvi informasiya vasitələrinin
rolu, funksiyası və fəaliyyət
istiqamətləri birmənalı olaraq dəyişir.
Ötən əsrin ortalarında olan vəziyyətə
diqqət yetirsək, yəni sovet dönəmində
bizim informasiya aldığımız
mənbələr qəzetlər, jurnallar
və televiziya sadəcə mətbuat kimi dəyərləndirilirdi. XX əsrin
ortalarından yapon alimi Xayasi informasiyalı
cəmiyyət terminini
işlətdi. İnformasiyalı cəmiyyət termini siyasi və sosial tədavülə girəndən sonra sanki kütləvi informasiya vasitələrinin
fəaliyyət prinsipləri
müəyyən qədər
dəyişməyə başladı.
Ötən əsrin 90-cı illərinin əvvəllərində-
cəmi-cümlətanı bir neçə onillik sonra mətbuat
artıq bütün dünyadakı tendensiyaya uyğun olaraq kütləvi informasiya vasitələri adlanmağa
başladı. Bu dövrdən sonra KİV-lərin inkişafı elə bir vüsət
aldı ki, hal-hazırda biz özümüz
də hiss eləmədən,
fərqinə varmadan yaxşı mənada onun əsirinə çevrilmişik. Bu gün deyirlər ki, ən bahalı
əmtəə neft, yaxud qızıl deyil, informasiyadır.
İnformasiya kimin əlindədirsə,
güclü odur, dünyaya da sahiblik edən odur. Bu gün
dünyada soyuq müharibə, qaynar döyüşlər yalan
söhbətdir, informasiya
savaşı gedir.
İnformasiyaya sahib olan tərəf
dünyaya öz iradəsini diqtə edir. 2003-cü ildə Amerikanın İraqa hücumu reallaşdı. Həmişə
demokratiyanın mövcudluğundan,
zəruriliyindən danışan
ABŞ bütün KİV-lərə
döyüş bölgəsindən
məlumat verməsini
qadağan elədi: təkcə CNN bu məlumatları yaymaq hüququna malik idi.. Bu tendensiyaya
fikir verin. İllər keçib, dünyada baş verən ABŞ-ın və yaxud da
Qərbin qoşulduğu
bütün proseslərin
içərisində informasiya
monopoliyası var. Bu gün
dünya hadisələrini
işıqlandıran əsas
kütləvi informasiya
vasitələri bunlardır:
CNN, BBC, “Reughters”, bir də “Əl-Cəzirə”.
Son vaxtlar buraya
“Euronews” da əlavə edilib. Bu beşindən başqa
siz dünyada siyasi, iqtisadi, sosial prosesləri işıqlandıran başqa
kanal görə bilməzsiniz. Və ərəb
baharında əsas rolu onlar oynadılar.
Qərb
KİV-in, medianın təsir
etmək gücünü
ilk olaraq anladı və bunu real həyatda tətbiq etdi. Yəmən, Misir, Liviya və
Suriyada əslində tamam fərqli proseslər gedir.
– Belə çıxır ki, biz oradakı proseslərlə bağlı
əsl həqiqətlərdən
bixəbərik...
(Ardı var)
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2012.- 4 sentyabr.- S.6.