Uğur tariximizdə
dönüş nöqtəsi
“Bizi gələcəkdə
də qələbələr gözləyir. Azərbaycan qələbəyə
layiqdir. Azərbaycan güclü dövlətdir”.
İlham Əliyev,
Azərbaycan Respublikasının prezidenti
Müstəqillik dövründə
davamlı uğurlar tariximizə yazılıb. Onlar dövlətçiliyimizn möhkəmləndirlməsi
ilə yanaşı bizi başlıca olaraq bir məqsədə-ümummilli
problemin, Dağlıq Qarabağ
münaqişəsin həllinə və qələbəyə hər gün, hər il daha
çox yaxınlaşdırmağa xidmət edib. Ötən
20 ildə qələbəyə nə qədər
yaxın olduğumuzu hər dəfə götür-qoy edirdik.
Nə qədər yaxın olduğumuza dair hərənin fikri
fərqli ola bilərdi. Amma avqustun 31-i hamıda yekdil qənaət
yarandı: Qələbə çox yaxındadır.
Azərbaycan
Milli Ordusunun zabiti Ramil Səfərovun
Macarıstandan vətənə gətirilməsi sözün əsil
mənasında ani olaraq
dünya siyasətinin və kütləvi informasiya vasitələrinin gündəmini məşğul
etdi. Təkcə ona görə yox ki, Ermənistanın siyasi
gündəminə zəlzələ
ilə müqayisə ediləcək
çaxnaşma düşdü, ölkə matəmə qərq oldu. Fövqəladə toplantılar
çağırıldı, Macarıstanla diplomatik əlaqələr donduruldu
və başqa ölkələrin səfirliklərinə hədə-qorxu
gəlməyə başladı. Hadisələr hələlik
ildırım sürəti ilə bir-birini əvəzləyir,
bəyanatlar səslənir.
Bir neçə
güdür ki, Azərbaycan vətəndaşları sevincini, Ermənistan da öz nəsibini-
böyük məğlubiyyətin çox yaxında
olduğunun acısını yaşayır.
Liderin iradəsi, xalqın qələbəsi
Baş
verənlərin dəyəri və dərslərini dərk etmək
hələlik çətindir, lakin çox vacibdir.
İşğal tarixində ilk dəfə duyduğumuz
sevinc o qədər
böyükdür ki, mətbuatda haqlı olaraq müqayisə
edildiyi kimi onun bizim
üçün Qarabağda qələbənin simvolu boyda əhəmiyyəti var. Bu iki-üç gündə yerli
mediada səslənən fikirlərdə demək olar ki, hamı həmrəydir. Xalq
iqtidar-müxalifətə bölünmədən Ramil Səfərovu
Azərbaycana qaytaran Ali Baş Komandanın, prezident İlham Əliyevin
siyasətinin təntənəsini etiraf və təqdir edir,
ona minnətdarlıq etməyi vətəndaş borcu hesab
edir.
Qarabağ
uğrunda ədalət savaşının və əzminin,
milli gücün bu günlərdə
görünməmiş dərəcədə yüksəlməsi
də yerli mediada gündəmin
əsas mövzusunu təşkil edir. Bu hadisənin
işıqlandırılmasında iqtidarlı-müxalifətli
mətbuatın vahid mövqedən çıxış etməsi
ərazi bütövlüyümüzün bərpasına
indiyə kimi bu qədər aşkar olmayan nikbinlik və əminlik yaradır.
Azərbaycan xalqını yenilməz edən,
ayrı-ayrı vətəndaşların əzmini milli
gücə çevrildiyi
günlərdə bir şeyi unutmamalıyıq:
duyduğumuz fəxarətin, bu
böyük anı bizə yaşadan qələbə siyasətinin
qədrini, dəyərini nə qədərə aydın dərk
etsək, belə
günlərimiz bir o qədər davamlı və dönməz
olacaq. Məhz buna görə bəzi
məqamlar üzərində dayanmaq istərdik.
Ramil Səfərovun
Azərbaycana qaytarılması qlobal gündəmi məşğul
etməsi öz-özlüyündə bu hadisənin miqyas və
mahiyyətini, əhəmiyyətini
bariz şəkildə
nümayiş etdirir. Ramil Səfərovun Azərbaycana
qaytarılması haqq işimiz uğrunda mübarizənin- ən
müasir tariximizin dönüş nöqtəsi oldu. Artıq
ərazi bütövlüyümüzün təminatı
üçün mövcud olan status- kvo dəyişdi. Dövlətin, xüsusilə də
müharibə gedən ölkədə hər bir uğur sərkərdənin,
Ali Baş Komandanın xidmətidir.
Ramili məhbəsdən azad edərək
vətənə qaytaran, ədaləti təmin edən Ali
Baş Komandan İlham Əliyev
bununla müstəqillik dövründə haqsız cəlb olunduğumuz müharibədə, “nə
sülh, nə müharibə” vəziyyətinin sonsuz
olmadığını sübut edən dönüş
nöqtəsini yaratdı. Artıq Ermənistanın
sonsuza qədər sülh danışıqları adı
altında gizlənərək status-kvonu dondurmaq ümidləri puça
çıxdı. Qarabağın azadlığı
uğrunda mübarizədə qəfil qələbənin
onları hər an haqlaya biləcəyinin nə qədər
real olduğunu aşkar etdilər. 20 ildir ki, Sərkisyanın
miflərinə inanan ermənilərin gözləri
açıldı.
Avqustun
31-də məlum oldu ki, bundan
sonra heç nə əvvəlki kimi olmayacaq-inamımız
da, gücümüz də. Qələbələr isə daha
möhtəşəm olacaq. Çünki “Biz” kəlməsi
düşüncələrə hakimdir. Şübhələr
inama çevrilir, nikbinliyimiz açıb-daşır.
Ramilin
azadlığı simvolik olaraq Qarabağın
azadlığı, qayıdışı isə Qarabağa
qayıdış kimi qəbul edildi.
Müstəqilliyin ilk 20 illik mərhələsini
adladığımız məqamda bu
ən parlaq hadisə olmaqla
yanaşı, eyni zamanda, qələbələr tarixini yaradan çoxsaylı amilləri,
ən başlıcası isə- “ lider və siyasət”
faktorunu bir daha dərin təhlil
etməyi zəruri edir. Yalnız bu halda məlum olur ki, qələbələr
estafeti birbaşa müstəqillik
haqda bəyannamədən “öz-özünə” yaranan, fərmanla verilən status olmayıb, lider-xalq vəhdətinin,
mürəkkəb və fədakar milli quruculuq proseslərin nəticəsidir. Bu Azərbaycanı müstəqil
edən və onu inkişafın liderinə çevirən qələbələr
estafetinin dönüş nöqtəsi, 20 ildə aparılan siyasətin, “Yalnız
qalbiyyət!” prinsipinin növbəti bəhrəsidir. Bəzi yazılarda Ramil Səfərovun vətənə
dönüşünü təmin edən böyük fəaliyyətin sanki təsadüf
olduğu, “prezidentin bu şəxsi missiyasının da yerinə
düşməsi, yaxud, seçkilər ərəfəsində
etimad və dəstəyi qazanmağa hesablandığı”
kimi məqamlar səslənir və təəssüf
doğurur. Görünür dövlət
başçımızın “Siyasət vədlər vermək
deyil, konkret işlər görmək, nəticələr deməkdir”
qənaətinin mahiyyətini hamımızın sonadək dərk
etməsi üçün onu dərin təhlil etməliyik.
Prezidentin
missiyasından danışanlar bilməlidir ki, latın dilində "missiya" sözünün hərfi
mənası "vəzifə" və "səlahiyyət"
deməkdir. Ali BAŞ Komandan, dövlət
başçısı öz səlahiyyətini qibtə ediləcək
dərəcədə uğurla yerinə yetirdi. Bu qələbənin labüdlüyü, “yerinə
düşməsi” isə min dəfə
ölçülüb - biçilən, proseslərin
gedişini 100 dəfələrlə öncədən görə
bilən, 2003-cü ildən üzü bəri zamanı və
qazanılan bütün potensialı, ideya və resursları
Azərbaycanın ərazi bütövlüyünün
təminatına yönəldən siyasi lider faktoru ilə
bağlıdır. Bəzən fərqində olmasaq da, Azərbaycanda
qələbələr ənənəyə çevrilib. Bundan əvvəl, çox uzağa getmədən
ilk dəfə əldə edilən neçə qələbə-Azərbaycanın
“Avroviziya” mahnı müsabiqəsində qalib gəlməsi,
BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv
seçilməsi Prezident İlham Əliyevin milli qalibiyyətə xidmət edən siyasətinin bəhrələridir.
Hələ bu
ildə xalq-lider birliyinin yenilməz olduğunu göstərən
daha bir ilki də xatırlayaq. Xocalı faciəsinin
20 illiyi ilə bağlı dünya miqyasında keçirilən
anım tədbirində, ilk dəfə keçirilən ümumxalq yürüşündə
dövlət başçısı İlham Əliyevin xalqın önündə yürüşə qatılanda
dünyaya Qarabağ
mesajını vermişdi. Bu Dağlıq Qarabağ
probleminin ağırlığını, status-kvnun dəyişməz
olmadığını dünyaya
çatdırmağın yollarından
biri idi. Bu o demək idi ki, Azərbaycan xalqı ümummilli məsələlərdə
2003-cü ildəki kimi sıx birləşməyi
bacarır. Təkcə
Ramilin vətənə döndüyü gün dörd qələbə
xəbəri eşitdik. İlk dəfə Azərbaycan
klubunun- “Neftçi”nin avrokubok oyunlarında qrup mərhələsinə
vəsiqə qazanması , Türkiyədə
qadınlarımızın ermənilər üzərində
çaldığı möhtəşəm zəfər
, London paralimpiadasında qızıl medalla nəticələnən
qələbələr və Raminin
azad edilməsi xəbəri.
Avqustun 31-də
eyni zamanda, aramızda sayları cüzi də olsa, qələbəyə
sevinməyənlərin, mənəviyyatı ermənilərlə
eyni olanların da olduğunu bəlli
etdi. Azərbaycan demokratik ölkədir və baş verən
proseslərə hər kəs öz fikrini söyləməkdə
sərbəstdir. Dünyanın
şərh etdiyi hadisəyə müxtəlif
baxış bucaqlarından baxmaq olar. Yalnız bir istisna olmaqla
- milli əxlaqın fövqündə heç bir
baxış ola bilməz. Müxtəlif fikirləri olmaq,
insanlıq duyğusundan məhrum olmaq deyil. Hər bir
xalqın tarixində olduğu kimi, hər bir insanın da həyatında
milli əxlaqın sınaqdan çıxdığı
günlər olur. Bu fikirlər
qonşu Türkiyədə də sayları cüzi
olan, yalnız erməni mətbuatına isnad edənlərə
də aiddir.
Ramil
Səfərovun Azərbaycana qaytarılması ədaləti təmin
edən, istər daxili, istərsə də xarici siyasətin
bütün sahələrində
dövlətimizin nüfuz və əhəmiyyətinin
konkret göstəricisidir, Azərbaycanın diplomatik qələbəsidir,
Azərbaycanın siyasi qələbəsidir, iqtisadi qələbəsidir, Sıralarında Ramil Səfərovun
da daxil olduğu Milli Ordumuzun daha da güclənməsidir, Azərbaycanın gələcəyini təmin edən ədalətli qələbədir. Bu qayıdış Azərbaycan dövlətinin, siyasətinin,
dilomatiyasının, beynəlxalq hüququn və ədalətin
gücünü göstərən gün kimi tarixə
yazıldı. Bu dönüş nöqtəsindən yeni
tariz başlayır.
Müharibələr necədirsə, qələbələr də elə
olur
Qələbələrin də növləri var.
İşğalçı müharibələrdə qələbələrin
müvəqqəti və faciəvi sonluğu olur. Bütün işğalların
sonunun necə olduğunu bir daha yada salınmalıdır. Qələbə
yalnız ədalətin missiyasıdır, işğalın
adı tamam başqadır. Ramilin Azərbaycana
qaytarılması isə ədalət etalonuna inam yaratdı.
Ramil Səfərovun
qaytarılması beynəlxalq hüququn qələbəsidir. Azərbaycan
xalqının son illərdə ilk dəfə beynəlxalq hüquqa inamı
artdı, xalqımız onun
işlədiyinə əmin oldu. Bu illər ərzində
Azərbaycan təkcə müharibə, torpaqlarımızın
işğalı, qaçqınların vəziyyəti kimi çətinliklərdən
daha ağır olanı- Xocalı cəlladlarının işğalçı ölkənin
siyasi rəhbərliyində yüksək vəzifələrlə
özlərini müdafiə etməsi, dünyanın
buna aşkar qiymət verməməsidir. Azərbaycan xalqı
illərdir ki, ümumbəşəri
dəyərlər, ideallar və normalar anlayışına
şübhə edir və ikili standartlarla üz-üzədir.
20 ildən çodur ki, münaqişədə cəllad və
qurbanların kim olduğunu ayırd etməkdə “çətinlik
çəkən” beynəlxalq hüququa inam itmişdi.
Artıq düşünmək olar ki, deməli BMT-nin qətnamələrinə
də beləcə riayət edilə, işğalçı
torpaqlarımızdan çıxarıla, ədalətli
müharibə qələbə ilə başa çata bilər.
Bu illərdə
ədalətli qələbə ümidinin mənəvi-psoxoloji
legitimliyi həmişə Azərbaycan tərəfində
olub. Xalq üşün ədalətli qələbənin
mənasını heç nə əvəz edə bilməz. Çünki işğala məruz
qalan ölkə ədalətli müharibə aparır. 20
ildir ki, Ermənistan qələbə çalması ilə
öyünür və 20 ildə bircə nailiyəti yoxdur ki,
öyünsün. Qalib ölkədə dünyaya əlini
açıb dilənmək, hər il minlərlə vətəndaşın
ölkədən çıxıb getməsi
mümkündürmü? 20 ildir ki, Sərkisyan qələbə
mifi ilə xalqını aldadır. Bundan daha
acınacaqı nə ola bilər.Ədalətli müharibənin
qələbəsi sonsuz və təntənəli olur.Qələbə
hüquqi, mənəvi-etik, bəraətə malik
olmalıdır. İşğalı qələbə hesab edənlərin
aqibəti tarixdən məlumdur. Erməni xalqı
işğalçı Sərkisyan qələbə kimi qələmə
verdiyi miflərə inanmır. Ondan hesab sormalıdır.
Beynəlxalq reaksiya
Ermənistan mətbuatı
və rəsmiləri “ABŞ Prezidenti Barak Obama Azərbaycan zabiti Ramil Səfərovun
əfv edilməsi faktına görə “dərin
narahatlığını” bildirib.”-xəbərini təkrar
etməkdən yorulmur. “Narahat olanların” nəzərinə.
Prezident Obamanın Nobel sülh mükafatının təqdimat
mərasimində nitqini yada
salırıq. Onun nitqi tamamlə
“ədalətli müharibə” mövzusuna həsr
edilmişdi."Ədalətli müharibə vecsiz sülhdən
yaxşıdır".(B.Obama:)" (http://www.whitehouse.gov/
the-press-office/remarks-president-acceptance-nobel- peace-prize)
B.Obamanın çıxışı “müharibə
müdafiə deməkdir” qənaəti üzərində
qurulmuşdu. Ədalətli müharibə sitat: “öz
dövlətimi qorumaq və müdafiə etmək”( «to protect and defend my nation») deməkdir. “Biz acı həqiqəti etiraf etməliyik:
nə qədər ki, yaşayırıq münaqişələri
həyatımızdan yox edə bilməyəcəyik. Elə məqamlar olacaq ki, dövlətlər təklikdə
yaxud birlikdə qüvvə tətbiqinin nəinki zəruri
olduğunu, hətta mənəvi-əxlaqi baxımdan doğru
oduğu qənaətinə gələcəklər.” “Ədalətli müharibə isə yalnız öz
ərazisində düşmənə müqavimət göstərildiyi
müdafiə edildiyi müharibədir”.
Hazırkı geosiyasi vəziyyətdə
Ermənistanın işğalçı müharibəsi ədalətli
sayıla bilərmi? Bu Obama kimi “narahat
olanların” da, ermənilərin bütün iddialarıa
cavabdır. Onlar ədalətsizdirlər və
işğalçıdırlar. Ola bilər
ki, ABŞ yerləşdiyi coğrafiyada dəfələrlə
işğala məruz qalmağın nə olduğu təsəvvür
edilmir. Baxmayaraq ki, İrak ABŞ-a
hücum etməmişdi, bununla belə həmin müharibəni
amerikalılar ədalətli hesab edirlər. Deməli, ədalətli müharibə
sənin öz
torpaqlarında müdafiə olunduğun , təcavüzə
qarşı durduğun müharibədir. Deməli
sənin torpaqlarına təcavüz edən
işğalçıdır. Biz
haqlıyıq cənablar. Azərbaycan
işğala qarşı torpaqlarını azad etmək
hüququna malikdir, lakin 20 ildir ki, sivil və beynəlxalq
hüquq qaydalarına əməl edərək sülh yolunu
üstün tutub. B.Obama, sitat“Ədalətli müharibə sülhdən
yaxşıdır. Çünki sülh təkcə aşkar
görünən münaqişənin
olmaması demək deyil, (Peace is not merely the absence of visible
conflict. )ədalətli sülh (Only a just
peace)-ədalətli müharibə nəticəsində
qazanılır. Azərbaycan bu gün atəşkəs
rejimindədir, lakin ədalətli sülh yoxdur. Artıq ermənilərin
yalanları gün işığına çıxır.
Bunu digər ABŞ prezidenti Avraam Linkolnun dediyi sözlər
sübut edilib: “Həmişə bir nəfəri aldatmaq olar,
müəyyən müddətə hamını da aldatmaq
olar, lakin həmişə hamını aldatmaq mümkün
deyil”. Bəli Ermənistan 20 ildir ki,
hamını və öz xalqını aldatmaq siyasəti
iflasa uğrayıb. Erməni xalqı münaqişənin,
Sərkisyanın iqtidarda qalması üçün
uydurduğu ədalət mifinin girovuna çevirib. Dağlıq Qarabağ Avropaya qlobal layihələrə
ən qısa körpü və minimal investisiya potensialına
malik olduğu halda acınacaqlı gündədir. Sərkisyan 20 il əvvəl “qalib” idi, bu gün onun
qatil siması aşkara çıxır və gec-tez cani kimi
cəzasını çəkəcək".
“Sərkisyan-sonun
başlanğıcı", yaxud, Gümrüdəki “Sarkozi”
adlı uşağın axırı nə olacaq?"
Uduzulmuş partiyanı oynamağa dəyməz. Fransanın
keçmiş prezidenti N.Sarkozinin seçici səsini
qazanmağa hesablanan uydurma “soyqırımı inkar” qanunu qəbul
etdirmək təşəbbüsündən vəcdə gələn
ermənilər Gümrüdə dünyaya gələn
uşağa “Sarkozi” adını qoydular. Uzun
müddət də keçmədi ki, beynəlxalq ictimaiyyətin
və fransız xalqının etirazı ilə qanun
konstitusiya məhkəməsi tərəfindən ləğv
edildi. Bir məsələ naməlum qaldı: görəsən“Sarkozi”
adlı uşağın taleyi necə olacaq? Dövləti
qalibiyyətə aparan da, süquta sürükləyən də
lider siyasətidir. 30-cu illərdə Hitlerin özünü məhvə
aparan siyasətin alman xalqını faciəyə
apardı. İnanırıq
ki, erməni xalqı sentyabrın 5-də ğzündə
qüvvə tapacaq və bundan sonra Sərkisyan mifinin
dumanından ayılacaq, onun məhvə
aparan siyasətinə yox deyəcək. Digər
tərfədən, dünya siyasəti şahmat taxtasına bənzədilir.
Burada piyadalar kimi əckərlər, hətta generallar da deyil, müstəqil
siyasət yürüdə bilməyən “prezidentlər,
baş nazirlər” çıxış edir. Bu “piyadalar” kimlərin əlində
oyuncaq olduqlarını bilmirlər. Ermənistan
kimi. . Erməni
xalqı bunu nə qədər tez anlasa o qədər
yaxşı olacaq.20 illik atəşkəs dövrü bunun
üüçn kifayət idi. Artıq gec ola bilər.
“Erməni olmaq” və
“macar olmaq”
Bayraq təhqir etməkdə peşəkar
olduqlarını ermənilər Macarıstan səfirliyinə
hücum edərkən sübut etdilər. Macarıstanın beynəlxalq
hüquq prinsplərinə tam uyğun şəkildə Ramil Səfərovu ekstradisiya etməsini
maddi amillərlə izah edənlərin gerçək mənəviyyatı
göz önündədir. Erməni xislətinə
xalqımız çox yaxşı bələddir. Macar
xalqı, macar milli xarakteri barədə ən qısa şkildə
nə demək olar ? “Macar dühası”
adlı məşhur
kitabda bu ölkənin məşhur
intellektualları, alimlər, yazıçılar “macar olmaq nə
deməkdir?” sualına cavab verir, milli xarakterini izah edrilər.
Kitabın çox məşhur olması onunla izah edilir ki, məhz
müasir qlobal dəyişikliklər dövründə “Macar olmaq nə
deməkdir?” sualına cavab verilir. (Âåíãåðñêèé ãåíèé. Âåíãðû, êàê îíè âèäÿò ñåáÿ, Âåíãðèþ, ñâîå
ìåñòî â èñòîðèè è ñîâðåìåííîì ìèðå.–Ì.: Ëîãîñ, 2011.–420
ñ.) Macarıstanın postmodern nəsrinin görkəmli
nümayəndəsi Peter Esterxazi yazır: “Biz qədim
reflekslərdən azadıq və asılı deyilik.”
P.Esterxazi macarları tarixi
“inciklik kompleksindən”, düşmən
axtarışından, günahları kiminsə üstünə
yazmaqdan, özünü təcrid etməkdən, əyalət
təkəbbürlülüyündən, “kiçik ölkənin
“Böyük millət”olmaq iddiaları və illüziyasından”
uzaq olmasını qeyd edir və bu cür olmağa səsləyir.
Digər müəllif,
macar etnoqrafı öz xalqının əsas xüsusiyyətlərindən
birini burada müxtəlif xalqların birgəyaşayışı
və tolerantlığını macar olmağın
meyarlarından biri kimi qeyd edir. O, tarixi
yaddaşlarda ən mühüm yer tutan Müqəddəs
İştvanın oğluna ünvanladığı məşhur öyüdünü
misal gətirir” “Bir dildə danışan, müxtəlif
xalqların adət və ənənələri
kimi zənginliyi olmayan ölkə zəif olur və süquta
uğraya bilər”. Tarixçi alimin fikri bu baxımdan
çox səciyyəvidir: “Bu gün macar olmaq nə deməkdir?
O böyüklük iddiasını adlaya bildiyi
üçün yenidən başını məğrur və
dik tuta bilmişdir.” Bir vaxtlar böyük Avstrya-Macarıstan
imperiyasının başında duran bir xalq iddia və təkəbbürdən
azad olmaq, inkişaf etmək üçün yeniləşməlidir.
Ermənistanda əhalisinin
etnik tərkibini:99,9 % ermənilər təşkil edir,
aralarında 0,1 faiz olsa belə başqa mədəniyyət təmsilçisi
yoxdur. Dünyanın hər tərəfinə səpələnsələr
də başqa xalqlarla
yaşamaq ənənəsindən,
dözümlülükdən məhrumdurlar.Yəqin buna
görədir ki, Sərkisyan ağlının tutulması məqamənda
fövqəladə iclasda dedi: “Ramilin azad olmasına
dözə bilmərəm, Ermənistan respublikası buna
dözə bilməz və erməni xalqı bunu
bağışlamaz.” Ermənilər artıq ABŞ-ın hələ
1980-cı ildə terrorçu təşkilat kimi
tanıdığı “ASALA”nı (Armenian Secret Army for the
Liberation of Armenia ) bu işdə yardıma
da çağırmışlar.
Ermənistan xalqının
seçim etməsi hələ gec deyil
Ermənistana tarix çox az
vaxt verib. Sərkisyanın şəxsi “qələbəsi”Ermənistan
dövlətinin tarixi məğlubiyyətinin, faciəsinin
başlanğıcını qoyub və bu beynəlxaq ictimaiyyət artıq
erməni siyasətinin əsas məqsədini anlamağa
başlamasından qaynaqlanır.
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi
bütövlüyü əsasında həllinin həm
hüquqi, həm də siyasi baxımdan yeganə yol olduğu
dünya birliyi tərəfindən qəbul edilmiş fikirdir.
Buna görə də
qarşıda Ermənistanı işğal edilən
əraziləri tərk etməyə məcbur etmək
üçün beynəlxaq təşkilatlar həmrəylik
nümayiş etdirməlidir. Bu perspektiv
münaqişənin həllini isə öz hakimiyyətini
itirmək üçün ən böyük təhlükə
hesab edən Ermənistan iqtidarının cinayətkar siyasəti
nəticəsində bu ölkənin düşdüyü vəziyyət
artıq onu heç bir şərt irəli sürə bilməyəcək
duruma salıb. Ermənistan ötən müddətdə
işğalçı ölkə adına
daha birini - iflas edən və gələcəkdən məhrum
ölkə imicini əlavə etdi.
Ermənistanın seçim etmək
imkanlarının dairəsi sürətlə daralır.
Beynəlxalq siyasi məkanda layiqli yerini tutan Azərbaycan həm
qonşularla, həm də dünya birliyi ilə inteqrasiya
proseslərinin ən ardıcıl tərəfdarı
olduğunu artıq sübut edib.
Bu o deməkdir ki, Azərbaycanın xarici siyasəti yeni keyfiyyət mərhələsinə
keçid alır. Düşünülmüş
siyasət nəticəsində iqtisadi gücün siyasi
gücə çevrilməsi prosesi ardıcıl davam edir.
Xocalı canisinin erməni xalqına
başçılıq etməsinə "izahat istəməyənlər"
indi bunun nə olduğunu
başa düşəcəklər.
Hətta,erməni
diplomatiyasının, ümumiyyətlə, olmadığını-Ermənistan
parlamentini üzvünün sözləri doğru əks etdirir: “Artıq
baş verənlərdən sonra reaksiya verməyin bir quruş
da əhəmiyyəti yoxdur. Ermənistanın
xaricdəki diplomatik korpusları Ermənistandan gələn vəzifəli
şəxsləri gəzdirən sürücülərdir”.
(N.Zoqrabyan) Bir məşhur deyimdə olduğu kimi: “vətəni
dəyişə bilməzsiniz cənablar, onda mövzunu (yalan
və uydurmanı-R.A.)- dəyişin.
(Jeyms Joys). Yaxud Mark Tven yazirdi: “Əgər görsəniz ki,
çoxluğun tərəfində deyilsiniz deməli artıq
başa düşməlisiz: Dəyişmək
vaxtıdır.” Nə etmək olar. (Errare
humanum est - İnsan səhv edən məxluqdur.”)
Bu gün erməni xalqı arasında “bu hakimiyyəti dəyişək,
onda hər şey həllini tapacaq” deyənlər çoxdur.
2 sentyabr qondarma “Arsax”ın,
21 sentyabr Ermənistanın müstəqillik günləri
düşünmək məqamıdır və hələ
ümid var. Erməni xalqı
Ermənistanın başında oturan canilərdən və hərbi
cinayətkarlardan azad olmasa heç zaman müstəqil
olmayacaq. Ermənistan Milli Məclisi
sentyabrın 5-də növbədənkənar iclas keçirəcək.
Ümidvarıq ki, sentyabrın 5-də erməni xalqı Sərkisyanın
süquta aparan siyasətinə yox deyəcək! Azərbaycanın 20 ildə
topladığı əvəzsiz təcrübə və
xalqımızın potensialının cəmlənməsindən irəli
gələn qələbələr davam edəcək. nəticələr möhtəşəm
olacaq.Dünya birliyinin müstəqil siyasi subyekti kimi Azərbaycan
dövləti öz xarici siyasətini Sərkisyan kimi öz hərbi
cinayətlərini ört-basdır etmək üçün
deyil, milli maraqlar, beynəlxalq hüquq normaları, kimi dəyişməyən
prinsiplərə əsaslanaraq həyata keçirir. Bu siyasət dahisi, Ümummilli Lider
Heydər Əliyevin heç bir zaman məğlubiyyətin nə olduğunu bilməyən qalibiyyət geninin yaşarı
olduğunun, dövlət başçısının öz
missiyasına mütləq inamı və xalqın ona olan böyük
etimadının bəhrəsidir. Bu siyasət
bizi hələ çox qələbələrə aparacaq.
Rəbiyyət
ASLANOVA,
Milli Məclisin
İnsan hüquqları
Komitəsinin sədri,
fəlsəfə elmləri doktoru,
professor
525-ci qəzet.- 2012.- 4 sentyabr.- S.4