" Ramil Səfərovun Azərbaycana qaytarılması beynəlxalq hüquq normaları çərçivəsində həll edilib”

 

Azərbaycan Respublikasının Prezident Administrasiyasının Xarici əlaqələr  şöbəsinin müdiri Novruz Məmmədovun newtimes.az saytına müsahibəsi

 

Novruz müəllim, Ramil Səfərovun Azərbaycana qaytarılması ilə bağlı fikirlərinizi bizimlə bölüşməyinizi xahiş edirik.

Macarıstan hökumətinin bu addımı əsl dostluq, əməkdaşlıq addımı, ədalətli, humanist addımdır mövcud beynəlxalq hüquq normalarına uyğundur. Macarıstan hökuməti dünyada Avropada gedən prosesləri görür, təhlil edir nəticə çıxarır. Azərbaycan silahlı qüvvələrinin zabiti Ramil SəfərovMəhkum olunmuş şəxslərin verilməsi haqqındaStrasburq Konvensiyasına uyğun olaraq Azərbaycan tərəfinə təhvil verilib. Bu konvensiyaya əsasən tərəflərin birinin ərazisində məhkum olunmuş şəxs konvensiyanın müddəalarına uyğun olaraq digər dövlətə verilə bilər. Yenə Konvensiyaya uyğun olaraq hökmün icrası qəbul edən dövlətin qanunvericiliyi ilə tənzimlənir bu dövlət bütün zəruri qərarları qəbul etməkdə səlahiyyətlidir. 

Ramil Səfərov kimdirəraziləri işğal olunmuş bir ölkənin vətəndaşı zabitizabitin isə əsas vəzifəsi torpaqları qorumaqdır. Hadisələr zamanı ermənilər uşaq vaxtı onun gözləri qarşısında iki ən yaxın qohumunu öldürüblər, sonra isə digər yaxınlarını qətlə yetiriblər. Ramil Səfərov yeniyetmə ikən qaçqın düşüb, evini, ocağını, ata yurdunu, hər nəyi vardı tərk etməli olub. Nəhayət, həbsdə olan zaman anası da bu dərdə dözə bilməyib, dünyasını dəyişib. Macarıstanda NATO çərçivəsində keçirilən təlimlər zamanı 2 ay yarım ərzində bunları yaxşı bilən erməni onu özündən çıxarıb affekt vəziyyətinə gətirmək üçün hər şeyi etmişdi. Sanki bu vaxta qədər ermənilərin etdikləri azmış, üstəlik o, Ramil Səfərovun üzünə xalqını, torpağını, bayrağını təhqir etməkdən belə çəkinməmişdir, ona qarşı psixoloji təxribat metodundan istifadə etmişdir.

Ramil Səfərov 8 il həbsdə qaldı, az vaxt deyil. Ramin Səfərov sağlam düşüncəli, istedadlı bir azərbaycanlıdır. Savadlı, vicdanlı, şərəfini, namusunu qorumağı bacaran bir gəncdir. Ermənistanın Azərbaycana təcavüzü, ərazilərimizin işğalı 25 yaşını təzəcə adlamış bu gənci hər şeydən məhrum etmişdi. Buna dözmək çox çətindir. Buna heç kim dözə bilmir.  Bununla belə Ramil Səfərov həbsdə olan zaman özünün nümunəvi davranışı ilə seçildi. Bir neçə kitab yazdı, macar dilini ədəbiyyatını öyrəndi, bir neçə kitabı ana dilinə tərcümə etdi. İki ölkənin əlaqələrinin inkişafına töhfə verdi.  O, Breyvik kimi Hitlerin ideologiyasının əsaslandırılmasına 2000 səhifəlik manifest yazmadı. Breyvik 77 adam öldürdü, ona 21 il həbs cəzası verildi. Qətlə yetirilənlərin hər biri üçün cəmi 3 ay həbs cəzası verildi. Amma Breyviklə bağlı heç bir ölkədən narazılıq bəyanatı gəlmədi. Dro, Qaregin Njde, Misaq Torlakyan kimilərin rəhbərliyi altında Vermaxt tərkibində erməni legionlarının 11 batalyonda konslagerlərdə xidmətləri indi qəhrəmanlıq hesab edilir.  Azərbaycanın Xocalı şəhərində 700-ə yaxın uşaq, qadın, qocanı qətlə yetirərək soyqırım törədənlər bunu etiraf edənlərlə bağlı bu gün heç bir mövqe bildirilməmişdir. Bütün bunlar beynəlxalq birliyi, dünya ictimaiyyətini düşündürməli, narahat etməlidir. üçün belədir? Təəssüf ki, bu suala hələlik qaneedici cavab almaq mümkün deyil. 

Novruz müəllim, Ramil Səfərovun əfv edilməsi ilə bağlı beynəlxalq aləmdə səslənən reaksiyalarla bağlı deyə bilərsiniz?

Macarıstan hökuməti bu addımı məhz Avropa dəyərlərini, ədalət humanizm prinsiplərini nəzərə alaraq atıb. Bizə qarşı indiyədək mövcud qərəzli mövqe təəssüf ki, yenə davam edir. Bu, başadüşülən deyil. Azərbaycan Prezidenti məhz Avropa dəyərləri əsasında, ədalət humanizm prinsiplərinə sadiq qalaraq bu addımı atıb. Təəssüf ki, Ermənistanla Azərbaycan arasında baş verən bütün məsələlərdə Qərb heç bir şeyi nəzərə almadan həmişə Ermənistanın tərəfində mövqe tutur. Artıq bu mövqe o dərəcədə qərəzli formada müşahidə olunur ki, hətta Qərbin bir çox nümayəndələri, rəsmiləri, deputatları, jurnalistlər, QHT nümayəndələri, strateji araşdırma mərkəzlərinin nümayəndələri digərləri qeyri-rəsmi söhbətlərdə bunu bizə açıq etiraf edir, təəccübləndiklərini təəssüfləndiklərini qeyd edirlər.  Regional gərginliyin azalmasına barışığa gəldikdə, bunları Azərbaycanın 20 ildən artıq işğal altında qalan torpaqlarının azad olunması, erməni silahlı qüvvələrinin hərbi təcavüzünə son qoyulması təmin edə bilər. Zabit Ramil Səfərovu ağır təhqirlər psixoloji təxribat nəticəsində cinayətə sürükləmək isə regionda gərginliyi artıran faktordur. Bir məsələni xüsusi qeyd etməyi vacib hesab edirəm. Bu hadisə Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlərin predmetidir bütün beynəlxalq hüquq normaları çərçivəsində həll edilib. Ona görə Azərbaycanın heç bir dövlətə bununla bağlı izahat vermək fikri olmamışdır olmayacaq. 

 

 

525-ci qəzet.- 2012.- 4 sentyabr.- S.4.