"DOLU" filmi mübarizə əzmi, qələbəyə inam hissi yaradır

  

Bu gün «Nizami» Kino Mərkəzində «Azərbaycanfilm» kinostudiyasının istehsalı olan «Dolu» bədii filminin ictimaiyyət üçün təqdimatı keçirilib.

525.az-ın məlumatına görə, filmin rejissoru Elxan cəfərov, ssenari müəllifi Aqil Abbas, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəzərov, bəstəkarı Polad Bülbüloğludur.

Filmdə Məmməd Səfa-Komandir, Gülzar Qurbanova-Pələngin anası, Şamil Süleymanov-müəllim, Rza Rzayev-Drakon, Elvin Əhmədov-Pələng,  Fuad Poladovkatib, Fərhad İsrafilov - milis rəisi, Mayak Kərimov - həbsxana rəisi başqaları rollarda çıxış edib.

Film Qarabağ müharibəsində heç nəyə baxmayaraq Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir. Uğurlu ekran əsəri kimi rejissor finalda tamaşaçıda qələbəyə inam hissini aşılaya bilib.

Filmin təqdimatından sonra rejissor ssenari müəllifi mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Filmin çəkilişləri Bakı, İsmayıllı, Ağdam, Şəmkir, Sumqayıt Ağcabədidə aparılıb.

Sonda Mədəniyyət Turizm Nazirliyinin əsas dəstəyi ilə ərsəyə gələn filmin müəllifləri Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə nazirliklərinə, Daxili Qoşunları Komandanlığına, eləcə İsmayıllı, Ağdam, Şəmkir, Sumqayıt Ağcabədi icra hakimiyyətilərinə çəkilişlərdə göstərdikləri köməyə görə minnətdarlıqlarını bildiriblər.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2012.- 6 sentyabr.- S.7.