Oralarda kimlər var:
Rövşən Xasayoğlu
RÖVŞƏN XASAYOĞLU
KİMDİR
Rövşən
Xasayoğlu Neftçala rayonunda anadan olmuşdur. Neftçala
şəhər 3 saylı orta məktəbi bitirdikdən sonra
Azərbaycan neft və Kimya institutunun (indiki Azərbaycan
Dövlət Neft Akademiyasının-ADNA) Kimya Texnologiyası
fakültəsinə daxil olmuşdur.Universiteti bitirdikden sonra təyinatla
Neftçala ''Yod-Brom'' zavodunda usta vəzifəsində iki il
çalışmış.Sonra məzun olduğu inistutun
aspiranturasının əyani şöbəsinə daxil
olmuş.Mirəli Alosmanovun rəhbərliyi altında
ADNA-nın magistraturasını bitirdikdən sonra ''Apatit və
fosforit qarışımından
Sadə Superfosfatın istehsalı texnologiyasının
işlenib hazırlanması'' mövzusunda Moskva şəhərində
dissertasiya müdafiə edərək,texnika elmlər namizədi
adını almışdır.Rövşən Quliyev eyni
zamanda tullantı suların təmizlənməsi sahəsində
də araşdırmalar aparmış,respublikanın bir
neçə zavodunda tullantı sularının təmizlənməsində
iştirak etmişdir.Bunun nəticəsi olmalıdır ki,
1992-ci ildə Azərbaycan neft və Kimya institutu ilə
Kentaş firması arasında müqavilə imzalandı və prof. Əliməmməd
Şabanovun başçılığı altında gənc
alim Rövşən Quliyev Kimya
universitetinin bir neçə əməkdaşı ilə
Türkiyədə Kentaş
firmasının tullantı sularının təmizlənməsi
qurğusunun tikilməsi üçün işə
başlamışdır. Firmanın təklifi ilə bu
işlərə rəhbərlik etmiş və daha sonra da
Türkiyədə iş fəaliyyətini davam etdirmişdir.
Hal-hazırda Türkiyədə
Ardahan universitetinin Mühəndislik fakultəsinin dekan
müavini olaraq çalışmaqdadır.40-dan artıq elmi əsərin
müəllifidir ki, bunların da səkkizi Rusiya və Azərbaycan
Cümhuriyyətinin patentidir. Evli olan Rövşən Quliyev
iki qız və bir oğul atasıdır.Həyat
yoldaşı Cavahir xanım Ardahan şəhərindəki
Final dərsanəsində müəllim olaraq işləyir.
Böyük qızı Nigar Ərzurum Atatürk universitetinin
tibb fakultəsini bitirərək Türkiyənin Qaziantep vilayətində
doktor olaraq işləməkdədir.Oğlu Xasay Ankara
universitetinin tibb fakultəsinin 6-cı kursunda,kiçik
qızı Çinarə isə Çanaqqala universitetinin
mühəndislik fakultəsinin bilgisayar mühəndisi
bölümünün son kursunda oxumaqdadır.
-Belə başlayaq Rövşən bəy,deyin
görüm, hansı rüzgar sizi Türkiyəyə
atıb?
-Türkiyəyə getmədən öncə
hər azərbaycanlı türk kimi oranı görmək mənim
üçün bir xəyal idi.Biri mənə orada
çalışacağımı söyləsəydi heç
vaxt inanmazdım.İşləmək bir yana qalsın
Türkiyəyə turist kimi getmək belə hər kəsə
qismət olmurdu.Azərbaycanın müstəqilliyi bir
çox xəyalları gerçəkləşdirdi.Dəmir
pərdənin aramızdan qalxması,iki qardaş xalqın
qovuşmasına səbəb oldu.O ki qaldı, mənim
Türkiyəyə işləməyə getməyim,təsadüfmü
yoxsa alın yazımı onu demək
bir az çətindi.Mən bunun qismət olduğunu
düşünürəm.
-Mənim bildiyimə görə, siz texniki
bir sahənin adamısınız və bu sahədə də
Türkiyə Ardahan universitetində
çalışırsız.Poeziyaya meyliniz nə zaman
başlayıb və nədən şeir yazırsınız?
Sual bir az kobud olsa da, verilə biləcək sualdı.
-Hazırda Ardahan universitetinin mühəndislik
fakultəsinin çevrə mühəndisi bölümündə
müəllim olaraq işləməkdəyəm.Eyni zamanda
fakultənin dekan müavini vəzifəsini icra edirəm.Poeziyaya
gəlincə, hər bir Azəri türkü kimi kiçik
yaşlarımdan şeiri sevmişəm.İlk şeirimi 17
yaşımda yazsam da, uzun müddət şeirlərimi hər
kəsdən gizlətmişəm.Çünki şeirdə
hər bir sözün inci qədər qiymətli olduğunu
düşünmüşəm.7 il öncə rəhmətlik
Osman Sarıvəllinin oğlu, professor Babək Qurbanovun təsadüfən
bir neçə şeirimi oxuması və üç il
öncə “Sərbəst Düşüncə” qəzetində
məqalə yazması, məni ürəkləndirdi və
yazdığım şeirləri çapa verməyə
sövq etdi.
-Türkiyə universitetində işləriniz
necədir?
-Qardaş ölkə universitetində dərs
demək çox məsuliyyətlidi.Çünki Azərbaycanı
təmsil edirsən.İşlərim çox olsa da, zövqlə
çalışıram.Azəri türkü olaraq Türk
Dünyası üçün çalışmaq mənim ən
böyük arzum olub.
-Kitab çap etdirmisinizmi və ya çap
etdirmək arzusundasınızmı.Elmi və bədii
kitabları nəzərdə tuturam?
-İlk şeir kitabımı çap
etdirməyi düşünürən.Amma Sizin bildiyiniz kimi
texniki sahədə çalışmam bu işi bir az
uzadır.
-Sizinlə birlikdə bizim məmləkətdən
çoxmu alim oralarda çalışır?
-Ardahan universitetində məndən
başqa ata-baba torpağımız olan Borçalıdan
professor Şurəddin Məmmədov, dosent Gülnarə
Qocayeva və Axısqa türkü dosent Sevil Piriyeva
çalışmaqdadır.
-Azərbaycanla əlaqəniz
sıxdırmı və kimlərlə yaxınlıq
edirsiniz?
-Uşaqlarım Vətəndən
uzaqlaşmasın deyə hər il yay tətilini Azərbaycanda
keçiririk.Dostlarımla mütamadi olaraq tefelonla və
bilgisayar yazışması yolu ilə əlaqə
saxlayıram.Ardahan universitəsi Qafqaz universitələr
birliyinin başqanlığını yürütdüyü
üçün tez-tez Azərbaycandakı universitələrlə
bir araya gəlirik.
-Azərbaycan ədəbiyatını izləyə
bilirsinizmi?
-İmkanım daxilində izləyirəm.Sizin
yazılarınızı qaçırmamağa
çalışıram.
-Ziyalılarımızın Azərbaycandan
uzaqlarda çalışması məsələsinə necə
baxırsınız?
-Azəbaycan ziyalılarının ölkəmizdə
çalışmasına üstünlük verirəm.Məsələn:
prof Babək Qurbanov kimi ziyalılara Azərbaycanın
böyük ehtiyacı var.Bu ziyalıların sayını
artırmaq olar,mən sadəcə birinin adını çəkdim.Bu
insanlar hər an Azərbaycana dönmək istəyirlər.Sadəcə
onlara şərait yaratmaq lazımdır.
RÖVŞƏN
XASAYOĞLUNUN şeirlərindən
SƏNİN
BÖYÜKLÜYÜN
Təklərə səs verib,tənha
qalmışam
M.Araz
Bu üsyan,bu övkə nədəndir
ustad ?
Niyə gileylisən düz əməlindən?
Bu necə zamanə?- doğrulara yad,
Təklərə səs verən, tək
qalır- nədən ?
Xeyirin azalıb, şərin artdığı,
Zamanda doğrunun yanında oldun.
Vəzifə uğruna dost
satıldığı,
İnsanlar içində yaman yoruldun.
Təklərə hay verib, tənhalaşanda,
Ədalət kimlərin yanında durdu?
Haqsızlıq həddini
aşıb-daşanda,
Nədənsə çoxunun səsi
tutuldu.
Təklərə hay verdin, yaxşı
bitməsin,
Qorudun hər zaman
xeyiri şərdən.
Yaxşılar künclərdə qalıb
itməsin,
Deyib, tək qalanın tutdun əlindən.
Təklərə hay verib, çinara
döndün,
Bir çinar yüzlərcə koldan
kölgəli.
Millətin gözündə
böyüdün hər gün.
Bölünmüş toprağın dərdli
şairi.
Sənin böyüklüyün, sənin
təkliyin,
Çoxu tək kiçilib,
xırdalanmadın.
Sənin tənhalığın-
bölünməzliyin,
Bölünən Vətənin dərdinə
yandın.
BU YERLƏRİN...
Ağ-qaralı dünyamıza göz
açanda,
Ağlım kəsib,torpaq üstə ilk
qaçanda,
Bu yerlərin toprağını boz
görmüşəm.
Şoran torpaq kəlməsini
eşitmişəm.
Bu torpağın bitki növü
olmayıb çox,
İnsanları kasıb olub,gözləri
tox.
Yaz olanda qaranquşlar qonaq gələr,
Qış fəslində bizə həyan
boz sərçələr.
Bu yerlərin tolağayı,turacı var.
Heyvanlardan ən böyüyü,boz
canavar.
Toprağımı bu rəngilə
çox sevmişəm.
Mən sonradan həyatımda öyrənmişəm,
Rəng dəyişir bir-birinə
qarışanda.
Ağa qara qarışarsa,bil ki, o an,
Boz rəng
olar,ağ rəngini dəyişərək.
Ya tərsinə,qaraya ağ qatman gərək.
Qara olub,yoxsa öncə bu torpağlar,
Əhəng qatıb,qara rəngi bozardıblar,
Qutarmaqçün qara gündən
torpaqları,
Biri ona əhəng ilə qatıb
ağı.
Bil ki,qara ağa dönməz heç bir
zaman,
Dünya qədər ağ rəng
qatıb,qarışdırsan.
Ağa bir az qara qarsan,boza dönər,
Qara rəngi artırdıqca,rəng də
sönər.
Ağa qara,ya qaraya ağ qatıldı,
Ağ torpağa, ya qapqara daş
atıldı?…
Uşaqlıqda ayaqyalın gəzmişəm
mən,
Xalça olub,boz torpaqlar üstə
çəmən.
Ayaqlarım yayda qızıb,boz torpaqda,
Qılınc-qılınc
oynamışam,toz-torpaqda.
Nə qədər də, ətrafımı
boz sarısa,
Qızarmışam,yanımda bir yalan olsa.
Bir kimsəyə, quyu qazıb,tor
qurmadım,
Dostu burax,düşməndən də
öc almadım.
Şoranlıqda zor yaşayan bitkilər tək,
Boz rənglərin üzərini örtmək
gərək.
Ağ üzümə ləkə
salıb,boz olmadım,
İki dostun arasında yer almadım.
Ürəyimdən süzülməyən
bir kəlməni,
Dilim desə, qəbim bil ki, qınar məni.
Pulum oldu,ya olmadı pozulmadım,
Düz bildiyim yolla getdim,yol azmadım.
Boz qurtlar tək,öz işimi
gördüm özüm,
Bozarmadı,qaralmadı heç vaxt
üzüm.
El- obamdan, toprağımdan aldım
qüvvət,
Talehimə yazılsa da,acı qürbət,
Bir an olsa,Vətənimdən
ayrılmadım.
Qürbət yerə Vətən deyib
sarılmadım.
Turac kimi haray çəkdib,etdim fəğan,
Sərvətlərim ediləndə talan,
viran.
Yoxsa,gözüm o torpaq tək
bozarardı,
Bir çoxu tək gözüm baxar kor
olardı.
Gördüyündən dərs almayan
çıxarçılar,
Baxar korlar,günü-gündən
çoxalırlar.
Gözlərinin qarasına ağ
qarışıb,
Görən nədən, gözlərindən
xəbəri yox?
İşləri də başlarından
aşıb-daşıb,
Özgə qədər,özlərindən
xəbəri yox?
Üzləri də həm
sürtülüb, həm bozlaşıb,
Görən nədən, üzlərindən
xəbəri yox?
Bu dünyanın şərabına
çox alışıb,
Nə yazıq ki, Allahından xəbəri
yox.
Ardahan 23.04.2012.
SATILANDA YURD
Satılanda ata yurdu su qiymətinə,
Sinəm üstə
çalın-çarpaz bir dağ çəkildi.
Anama bir söz demədim, dəyər xətrinə,
Duyğularım, xəyallarım fəqana
gəldi.
Anam üçün xeyirsizdi bu yurd,bu oba,
Atam öldü köy əskiyə
döndü günümüz.
Çox vaxt anam ağlayaraq girdi sabaha,
Uşaq ikən gülmədi ki, məsum
üzümüz.
Hər insanın bu dünyaya gəlişi
bəlli,
Talehini yazan yazar,yurd bəhanədir.
Kim durdurmuş ona sarı gələn əcəli,
Xeyirli yurd,xeyirsiz yurd bir əfsanədir.
Qurumağa üz tutunca bu yurdun
bağı,
Bir də kimsə qalmayınca,ev-eşik
''ölmüş''
Söküldükcə çəpərləri,olmuş
göz dağı,
Ata yurdun satılması anama
düşmüş,
Tofiq ABDİN
525-ci qəzet.-
2012.- 8 sentyabr.- S.23.