Aldanmış ulduzlar

 

“Ulduz” jurnalının 2012-ci il iyul sayı və ümumən gənc ədəbi ulduzlar haqqında qeydlər...

 

O qədər də təvazökar olmayan bir etirafla başlamaq istəyirəm - avqustun 18-də “Qafqazinfo” saytında yayınlanan və “Ulduz” curnalının gənc yazar Aysel Əlizadənin redaktorluğu ilə çıxan 7-cı sayına həsr olunan “Vəxsey, ədəbi gənclik bumu?” adlı yazımın bu qədər geniş rezonansa səbəb olacağını gözləmirdim. Mən özümün sadəcə növbəti köşə yazımı yazmışdım. Amma görünür ki, adamlar kimi yazıalrın da taleyi var və bu tale müəllifin özünün də iradəsindən asılı deyil. Facebookda çoxsaylı paylaşmalar və rəylər, müxtəlif saytlarda cavab yazıları, “Azadlıq” radiosunun “Oxu zalı”nda iki həftədən bəri davam edən ardıcıl polemika... Mənim sıradan saydığım köşə yazımın taleyi belə oldu.

Birbaşa və yaxud dolayısı ilə “Vəxsey, ədəbi gənclik bumu?”ya cavab kimi meydana çıxan bu yazılar bir müəllif olaraq mənim üçün iki həqiqəti üzə çıxardı: birincisi, yazımın başlıca ideyası gənclərin bəziləri tərəfindən düzgün anlaşılmayıb; ikincisi, bəzi “həmkarlarım”  bu anlaşılmazlıqdan sui-istifadə etməyə cəhd edirlər. Odur ki, nə qədər arzu etməsəm də, yenidən bu mövzuya qayıtmaq, bəzi məsələlərə köşə yazısından daha geniş miqyasda münasibət sərgiləmək (və başladığım bir işi yekunlaşdırmaq) qərarına gəldim...

 

lll

 

“Şəxsey, budu?”.

“Qaynana” filmində keçmişin rəmzi olan Cənnət qarı ultramüasir gəlini Afətin üzünə qapını ilk dəfə açanda deyir bu sözləri.

“Yaxşı tutaq ki, lap elə deyir, bəs, M.Şamxalovun 1962-ci ildə istedadla yazdığı, recissor H.Seyidovun isə 1975-ci ildə daha böyük istedadla ekranlaşdırdığı  bu məşhur ailə-məişət komediyasının “Ulduz” curnalının A.Əlizadənin redaktorluğu ilə çıxan sayına nə dəxli var?”, - deyə soruşa bilərsiniz. Amma söhbətə qaynananın tipik bakılı koloriti ilə dediyi sözlərlə başlamağımız da, bakılılar demişkən, bica deyil. Niyə? Gəlin bunun üçün dərgini vərəqləyək, filmoqrafik dillə desək, yəni görək Aysel xanımın çemodanından nə çıxacaq?!

Ondan başlayaq ki, “Ulduz”un gənc ulduzlara etibar olunması kiminsə şıltağı, fərdi istəyinin nəticəsi olmayıb, məqsədyönlü gəncləşmə tələbinin zəruri nəticəsidir. Romantik pafosu bir yana qoysaq, Hüseyn Cavid demişkən, “Lazımsa cəhalətlə güləşmək, bir çarə var ancaq, yeniləşmək!” Bəli, gənc cəmiyyətimizdə ədəbiyyat da gəncləşməlidir və özünüifadə üçün yaşıl qələmlərə meydan verilməlidir. “Demirsiniz ki, biz yeni ruhun, yeni fikrin daşıyıcılarıyıq, amma qocalar bizə meydan vermir? Buyurun, bu meydan, bu da siz, di qabiliyyətinizi göstərin”. AYB sədarəti və “Ulduz” curnalı rəhbərliyinin son illər müəyyən fasilələrlə dərginin bir neçə sayını cavanların öhdəsinə buraxmaq kimi eksperimentə getməsi gənclərin yaradıcılıq enercisini daha dərindən üzə çıxarmaq və gənclik dərgisi olan “Ulduz”un gələcək kadr potensialını dəqiqləşdirməklə yanaşı, həm də gənclər-qocalar müstəvisində sözügedən qarşıdurma enercisini tənzimləmək məqsədindən doğur. Həm də nəzərə alın ki, qarşıdan Azərbaycan Yazıçılar Birliyinin zəruri kadr islahatları vəd edən növbəti qurultayı gəlir.

Aysel xanımın bu işi dərginin gənc yazarların redaktorluğu ilə çıxan üçüncü sayıdır. Elementar məntiq də, Darvinin təkamül nəzəriyyəsi də tələb edir ki, hər say özündən öncəkindən fərqli və əlbəttə ki, daha təkmil olsun. Ayselin təşkilatçılıq qabiliyyəti və zövqünə inanan birisi kimi, şəxsən mən bu saydan çox şeylər gözləyirdim. Eyni dərəcədə güvəndiyim gənc yazarlar Qismət və Cavid Zeynallının redaktorluğu ilə nəşr olunan əvvəlki iki saydan da gözlədiyim, amma təəssüf ki, görmədiyim bir çox şeyləri... Atalar üçəcən deməyibmi? İki dəfə dirəyə dəyib qayıdan top axır ki, qapıdan keçməli deyildimi? Təəssüf ki, dərginin əvvəlki iki sayı ilə müqayisədə hər hansı ciddi fərq (və irəliləyişdən!) birmənalı danışmağa imkan verməyən bu say da, yumşaq desək, ümidlərimizi doğrultmadı. Və hətta top qapıdan bu dəfə ümumən yan keçdi... Uurnal Darvinin təkamül nəzəriyyəsi yox, induistlərin tənəzzül ideyasını təsdiq etdi.

2004-cü ildən bəri “Ulduz”a baş redaktorluq edən E.Hüseynbəyli və onun komandası özlərindən öncəkilərdən ən azı bir məsələdə fərqlənə bildilər - curnalın az qala 67-ci ildən qalan cildini dəyişdilər. Hərdən çaşıb gənclik yaşları ilə çoxdan vidalaşmış messenat H. Mirələmov və “seks-simvol” N. Atəşini üz qabığına çıxarmalarına baxmayaraq, “Ulduz”un müəllif tərkibində radikal gəncləşmə prosesi getdi, gələcəyinə dair ümidlər doğuran imzalar debütlərini elədilər, oxucu diqqətini az-çox çəkən yeni rubrikalar açıldı. Nəticədə curnalın çağdaşlığa uyğun daha sərbəst, daha demokratik imici formalaşdı. Bəs, Qismət, Cavid və Aysel gələcək “baş redaktor” olaraq E.Hüseynbəylidən nədə fərqləndilər, jurnal probdan necə keçdilər? Onları bu rola çəkmək olarmı?

  Yeri gəlmişkən bir haşiyə çıxım. Prosesin bilavasitə şahidi olduğumdan yaxşı bilirəm ki, jurnalın gənclər tərəfindən buraxılan saylarına “Ulduz”un rəhbərliyi sözün ciddi mənasında heç bir müdaxilə etməyib və potensial redaktor qabiliyyətlərini tam üzə çıxara bilsinlər deyə gənclər sərbəst buraxılıblar. Odur ki, “Kulis.az” saytına yazdığı “Ulduz” tamaşası” məqaləsində gənc yazar Mirmehdi Ağaoğlunun”...Gənclərə... curnalı verib onların başının üstündə dayanaraq “bunu eləmə, onu elə” deməklə keyfiyyətli curnal çıxarmaq çətin məsələdi...” ittihamı əsassız səslənir, özü də kifayət qədər əsassız... Bu, ya Mirmehdinin prosesdən ümumən xəbərsiz olduğunu, ya yanlış informasiyalar əsasında münasibət sərgilədiyini, ya da gənc dostlarını nəyin bahasına olursa-olsun dəstəkləmək istədiyini göstərir.

 

lll

 

Əvvəl curnalın üzü, sonra içi! Aysel xanım ənənənin əksinə olaraq, müəlliflərin şəkillərini jurnalın içi yox, üz qabığına qoyur və fərqinə varmır ki, bunlar nizamilər, füzulilər, natəvanlar deyil, yəni oxucu kütləsinin hələ tanımadığı bu şəxslərin şəkillərinin altında adlarını da qeyd etmək lazımdır. Bu dizayn “yeniliyinin” nəticəsi isə o olur ki, oxucu hansı şəklin hansı imzaya məxsus olduğunu sadəcə olaraq müəyyən edə bilmir.

Bəzi müəlliflərin şəkli hansısa mülahizələrlə üz qabığına çıxarılmadığı halda, bəzilərinin şəkli yenə də hansısa mülahizələrlə iki dəfə nümayiş etdirilir. Şəkillərin əksərən tutqunluğu onların sifətini görməyə imkan vermir. Nəticədə curnal gənc imzalarla oxucunun vizual tanışlığı vəzifəsini yerinə yetirə bilmir. Gənc qələmdaşlarını oxuculara tanıtmaq və sevdirmək istədiyinə şübhə etmədiyimiz Aysel xanım əvvəlcə gözün görüb, sonra könlün sevdiyini nədənsə unudur.

Uurnalın arxa qapağında dörd aydan artıq İranda həbsdə olan gənc şairlər Şəhriyar Hacızadə və Fərid Hüseynin şəkilləri qoyulub. Və onların bu kədərli, mağmın durumu “Arşın mal alan” filminin finalında faytonun arxasına oturdulan Vəliylə Tellini xatırladır. Halbuki məhbus şairləri üz qapağına çıxarmaqla Aysel xanım bir gülləylə iki hədəfə vura bilərdi: birincisi, bu, gənc şairlərin İran hökuməti tərəfindən haqsız saxlanılmasına qarşı etirazın “Ulduz” versiyası olardı; ikincisi, dörd aydan bəri ekran, efir, mətbuat və internet saytlarının əsl ulduzuna çevrilən bu gənclərin şəkli köşklərin yanından keçən hər kəsin diqqətini “Ulduz”a cəlb edər, jurnalın uğurlu satışının qarantına çevrilə bilərdi.

Nəsə, şans qaçırılıb və gəlin bu məsələdə Aysel xanımın xətrinə dəyməyək! Onsuz da  jurnalın sözügedən sayına məsul redaktor olması ilə bağlı titul səhifəsində məlumat verməməklə Elçin Hüseynbəyli onun xətrinə dəyibdir. Və Elçindən bunun səbəbini soruşduqda, bu məsələ ilə baş redaktorun müavini Qulu Ağsəsin məşğul olduğunu bildirdi. İstər Elçin olsun, istərsə də, Qulu, bu, bir məsələni dəyişmir. Uurnalın titul səhifəsində yaxşı-pis, fərqi yoxdur, zəhməti keçən gəncə bir imzalıq yeri qıymır, sonra da öz yerini bizə verməməkdə özümüzdən qocaları qınayırıq. Demək, biz də el üçün yox, özümüz üçün ağlayırıq! Demək, biz də vicdanımızdan daha çox  nəfsimizn quluyuq! Biz sözlə, biz də qocalırıq, bəyəfəndilər, qocalırıq!..

İstər mövzu, istərsə də curnalın baryeri barədə bu qədər, keçək interyerə. Yenə də bədii redaktor Ədalət Həsənin 60-cı illəri yada salan romantik qrafikaları, hərdən də internetdən götürülən və özəl cəlbediciliyi ilə seçilməyən illüstrasiyalar. Necə deyərlər, vəssəlam, dizayn tamam! Aysel xanımın naşir fantaziyası, redaktor təxəyyülü bura qədərmiş!

Məncə, curnalın təkcə redaktor və müəllifləri yox, rəssamı da gənc imza olmalı və onun dizayn tərtibatı gəncliyin daimi axtarışlardan usanmayan, yenilikçi, üsyankar, narahat ruhunun vizual ifadəsinə çevrilməliydi. Kəsəsi, Aysel xanım öz yaşıdlarının yaradıcılığına gəncin gözüylə yox, qocanın eynəyi ilə baxıb.

 

lll

Mənim isə curnalda dərc olunan materiallara tənqidi baxış etməkdə eynəyə-filana ehtiyacım olmadı. Necə deyərlər, fakt göz qabağındadır. Ən çox narazılıq doğuran müəlliflərin bir çoxu üçün səciyyəvi olan kübar görünmək xatirinə kübarlıq cəhdi, saxta aristokratizm, snobist əda, avropasentrist ovqatdır. Bunu görmək üçün Günel Xəzəlin oricinal əsərdən daha çox tərcüməni xatırladan, hekayədən daha çox roman rezyümesini yada salan, əhvalatçılığın hekayəçiliyi üstələdiyi “Berta” hekayəsi və Yeganə Cansailin nə tematikası, üslubu, nə də ideyası ilə seçilməyən “Uezebel” hekayələrinin eləcə sərlövhəsinə baxmaq kifayətdir. Bu məsələdə öz qələmdaşlarından geri qalmayan Nərmin Hüseynzadənin isə lirik qəhrəmanının rəqibəsinin adı məhz Eliziyadır:

 

Eyni şəhərdə iki ayrı

hücrədə yaşamaq

əslində

yaşaya bilməmək,

səni sevən o qadını,

Eliziyanı xatırladır mənən (orfoqrafik xəta bizim deyil - Ə.C.) tez-tez...

 

Eliziya məsələsini hələlik bir kənara qoyaq. Bəs, yaxşı, burda poeziya nədən ibarətdir? “Bu, hələ sadəcə girişdir, hələ şairə qızımızın ilhamı relsə düşməyib”, -  xəyalı ilə şeiri oxumaqda davam edirik:

 

Unuda bildimi görən, payız üzünü?

Unutdumu şabalıd qonuru gözünü?

... əllərini...

Bilirmi görən, burda, bu buzxanada

Səni necə qaynar sevdiyimi?

Gəlişin nə möhtəşəmdi...

Eliziyanı tərk edişin yəni...

 

Yox, mən daha bu “şeiri” oxumağa davam etməyəcəm. Çünki mənim işim şeir oxuyub zövq almaqdır, az qala hər misranın özündən sonra bir sual doğurduğu kalambur kələfini çözmək, tapmaca labirintində eşələnmək  deyil: burda kimin unutqanlığından söz gedir, Eliziyanın, yoxsa payızın? Payız burda mübtədadır, yoxsa “üz” sözünün bədii təyini? Bilinmir. Və dilin ən adi qrammatik qaydalarının belə gözlənilmədiyi bir yazını poeziya adıyla təqdim etmək nə dərəcədə doğrudur? Üstəlik də onu “seçmə” mətn adıyla tiraclamaq lap ağını çıxarmaq deyilmi?

Qoy, Nərmin xanım axırıncını çıxmaq şərtilə yerdə qalan suallarımıza cavab axtarmağında olsun, Publika.az saytının əməkdaşı Cəlil Cavanşirin suallarına cavablarında “Mən düşünmürəm ki, jurnal pis çıxıb. Ola bilsin ki, texniki qüsurlar var, amma curnaldakı mətnlər haqqında yüksək fikirdəyəm. Biz seçmə və yaxşı mətnləri çap etmişik”, deyən Aysel xanım bu iddiasının həqiqətə nə dərəcədə uyğun olub-olmaması, yəni sonuncu sualımız barədə düşünsün, biz isə bədii mətn və həyat, bədii əsərin aktuallığı məsələlərinə qayıdaq.

Axı bu gənc xanımlar bertaları, cezebelləri, eliziyaları harda gördülər ki, hətta onlardan hekayələr, şeirlər də yazdılar? Doğrudanmı, sosial-siyasi, mənəvi-əxlaqi, iqtisadi, hərbi problemlərlə qaynayıb-daşan Azərbaycan həyatı gənc yazarlarımıza heç bir mövzu vermir? Bütün bunları qoyub Avropa bürgerlərinin həyatını söz konusuna çevirmək öz ölkəsinin uşaqları məhrumiyyət içində olan millət vəkili Qənirə Paşayevanın (və onun bu “xeyriyyəçi” aksiyasının arxasında duran qüvvələrin!) Afrikanın aclıq çəkən uşaqlarına qayğı göstərməsi qədər qəribə (və hətta əcaib!) deyilmi?

Eşidirsinizmi, anoloji məntiq nə deyir? Avropadan yazmırsınız, lap nədən yazırsınızsa, yazın, nə çabalarda bulunursunuzsa, bulunun, lap göyə çıxın, amma yenə öz siyasətçilərinizin yazarı, öz qənirələrinizin güneli, bir sözlə, öz halal-hümbət xalqınızın qızlarısınız, gözəl balalarım. “Avropalıların fikirləri isə birmənalı şəkildə ancaq avropalılara aid ola bilər!” Bunu artıq mən demirəm, Axundov deyir. Özü də təkcə Azərbaycan yox, bütün Yaxın və Orta Şərq mədəniyyətini Avropa məcrasına yönəldən və Avropanı, ruslar demişkən, “naskvoz” görən Axundov...

Bəs, əsas problem nədədir? Adı keçən gənc yazarlar yaradıcı adam üçün vacib bir şeydən - həyati bilgidən məhrumdurlar. “Noxud üstündə yatan şahzadə qız” filminin özünə nişanlı axtaran qəhrəmanına bənzəyən bu yazarlar fərqində deyillər ki, əsər yazmaq üçün sərhədləri aşmaq, uzaq-uzaq  ölkələrə üz tutmaq lazım deyil. Axtardıqları eləcə onların bircə addımlığında, gözlərinin qabağındadır, hər gün darvazalarından keçib həyətlərinə, evlərinə daxil olur, “məni yazın”, - deyir. Sadəcə, həyata baxmaq lazımdır. Hər şey də elə bu “sadəcə”nin başındadır - sadəcə istedadın. İstedad hamının baxdığına baxmaq, amma heç kəsin görmədiyini görmək deməkdir. Oricinal fikir deyil, amma dəqiqliyinə söz ola bilməz.

Avropa “həyatını” bədii araşdırma predmetinə çevirmələri, ən azı öz qəhrəmanlarını “yevropeyski” adlarla işarələmələri isə göstərir ki, gənc yazarlarımız hələ ədəbiyyatın kitab mərhələsindədir. U.P.Sartr “Söz” romanında yazıçı ömrünü iki hissəyə bölür: yazmaq və oxumaq! Sair təsnifatı ilə yanaşsaq, gənclərimizin bir çoxu həyat yox, kitab mərhələsində, yazıçı yox, oxucu dönəmindədir. Bundan başqa, qrafik baxımdan Azərbaycan türkcəsində yazsalar da, onların daxili ünsiyyəti, semiotik dili firəngcədir. Bu, əslində, heç firəngcə də yox, nə Azərbaycan, nə də Firəngistana dəxli olmayan mutant bir şey, ədədiyyat oyunudur. Məsələn, G.Xəzəlin yazısı mənə kimsə bir nəfərin oxuduğu roman, yaxud baxdığı filmi solğun improvizələrlə nağıllamasını xatırlatdı.

Amma Günel xanım kor-koranə pərəstiş etdiyi Avropa ədəbiyyatı tarixinə azacıq bələd olsaydı, fərqinə varardı ki, onun yazdığı nağıllama üslubunda avropalılar Bokkaçço, Bendetto, Çintio, Servantes, ən uzağı Mopassan kimi novellistlərin dövründə yazırdılar. Və elə Mopassanın vaxtındaca ədəbiyyatda həyatilik, təbiilik, naturalizm uğrunda mübarizə aparan, 30-a yaxın roman müəllifi olan Emil Zolya yaşayırdı...

Adları keçən novellistlərin əksər əsərlərində zaman intervalı geniş götürüldüyündən bir romanlıq mətləb üç-dörd səhifəyə sığışdırılır, bu da mətni bir-birini sürətlə əvəz edən “maraqlı” hadisələr zəncirinə, yəni nağıla çevirirdi. Hadisənin marşrutu cızılır, müəyyən bir ideya, yaxud xüsusiyyəti əks etdirən sxematik, biryönlü, monoton obrazlar yaradılır və sonda didaktik ideya hasil olunurdu. Eynilə öz hekayəsinin sonunda “Qisas - başqasından gördüyün pislikləri öz həyatına daşımaqdır” deyən Günelin hekayəsində olduğu kimi. Bəyəm, yazıçılar bir yana, Adəmdən Xatəməcən bütün peyğəmbərlər bu fikri min illər boyu deməyibmi? Bəs, Günelin oricinallığı burda nədən ibarət oldu ki?

Amma... Bokkaçço dönəmində nəsr düşüncəsinin gücü hələ hadisə və zahiri portretdən çıxıb insanın daxili aləminə enməyə, onun psixoloci portretini yaratmağa yetərli deyildi. Odur ki, Renessans dövrü novellistlərini qınamaq absurd olardı. Onlar nəsrin folklordan hələ tam ayrılmadığı bir dönəmin yazarlarıydı. Və bütün dühasına baxmayaraq, insan zamandan gücsüzdür. Renessans sözün çağdaş mənasında nəsr yox, folklorla nəsrin qarışığından ibarət keçid zamanıydı. Hətta əsrləri yarıb keçən parlaq dühasına baxmayaraq, “Don Kİxot” müəllifi də nəsr texnikası baxımından öz əsrinin əsiri olaraq qalırdı.

“Berta” hekayəsi göstərir ki, Günel xanım da yazıçı ömrünün hələki nəsrə qədərki dönəmini -  “intibah dövrünü” yaşamaqdadır. Amma “Berta”nın müəllifi Renessans dövrü yox, XXI əsrin gəncidir, modern və postmodern nəsr təcrübələrindən keçmiş bir əsrin... Günelin və onun yaşıdlarının əvəzinə bəşəriyyət 5-6 əsr yaşayıbdır. Bu mənada o Servantesdən 5-6, Mopassandan isə iki əsr “qocadır”. Çağdaş dünya nəsr təfəkkürü bir anın içində əbədiyyəti verə biləcək mürəkkəb, gəlişmiş nəsr texnologiyalarına malikdir.

Və təəssüf ki, Günel xanım da, onun əksər yaşıdları da bütün bu texnologiyalarla yazılmış mətnlərə bələd oxucular qarşısına çıxdıqlarını unudurlar. Ki, “Berta”nı, uzağa getməyəcəm, İsa Muğannanın, Sabir Əhmədlinin, Əkrəm Əylislinin, Anarın, Yusif Səmədoğlunun, Elçinin, Mövlud Süleymanlının, Afaq Məsudun, Azər Abdullanın, Məmməd Orucun, Kamal Abdullanın... oxucuları oxuyacaqlar. Unudur və elə bu nöqtədə də uduzurlar... Bəsit görünürlər. Öz qəhrəmanlarını Avropa xanımları arasından  seçmək isə uzaqbaşı naşı makiyac təsiri bağışlayır.

Rus yazıçılarının həyatı ilə bağlı materialları və Avropa yazıçıları ilə bağlı internetdən götürülmüş lətifələri dərc etdirən Ayxan Ayvazın ağlına da gəlmir ki, hər gün üz-üzə gəldiyimiz yazıçıların, tutaq ki, Murad Köhnəqalanın, Əlisəmid Kürün, Seyran Səxavətin və s. həyatı və lətifələri oxucular üçün qat-qat maraqlı ola bilərdi! Uurnal sözün həqiqi mənasında oxunar, əldən-ələ gəzər, dildən-dilə düşərdi.

Ruslan Mollayev Kiplinqdən yazır və fərqinə varmır ki, sadəcə Vikipediyaya daxil olmaqla Kiplinq haqqında N sayda məlumat əldə etmək olar. Hətta Kiplinqin “ən gənc nobelçi” olması da, məncə, gənclik dərgisinin məhz iyul sayında ona belə geniş yer ayırmağa ciddi əsas vermir! Uurnal ədəbi prosesin əksidir və prosessuallıq səciyyəsi daşımalıdır. Yəni konkret desək, “Ulduz”un iyul sayında yüzlər, minlərlə Avropa yazıçısından məhz bu ayla müəyyən ilgisi olan müəllif haqqında yazının dərci daha məntiqi olardı. Təqvimi vərəqləmək naşir, yaxud redaktor işinin ən elementar prinsipidir. Təəssüf ki, Aysel xanımın bunu biləcək qədər redaktor təcrübəsi olmadığı kimi, bunu duyacaq fəhmi də yoxdur.

Müəlliflərdən biri öz avropasentrizmində hətta bir addım da qabağa atıb özünü Romeo imzası ilə təqdim edir... Bu, artıq sadəcə qəhrəmanlarını yox, birbaşa özünü avropalı ilə adekvatlaşdırmaq demək deyilmi?

 

lll

 

Milli ədəbi köklərə bağlı yazılar da xüsusi maraq doğurmur. Cavid Zeynallının “Bu gün sevməsələr də...” yazısında böyük ədəbiyyatşünas M.Rəfiliyə ağısı çağırılmış bayatı təsiri bağışlayır. Halbuki Cavidin daha oricinal bir yazıyla görünməyə kifayət qədər potensialı varıydı. Çünki söhbət təqaüd almaq üçün AYB-yə daxil olan, Gənc Ədiblər Məktəbi üzvlüyünə girən sıravi söz möhtəkirindən, ədəbiyyat alverçisindən yox, özündən on yaş aşağı və on yaş yuxarı nəsr iddiasında olanların əksərindən seçilən ciddi imzadan gedir. Ciddi imzaya qarşı tələb də ciddi olmalıdır və hesab edirəm ki, əzizimiz Cavid mənim bu qınağımdakı səmimiyyətə şübhə etməyəcək.

Burda növbəti haşiyəmi çıxmalı olacam. Cavid məni qınayır ki, guya gənclərin yaradıcılığına dünya ədəbiyyatı səviyyəsindən yanaşır, “planka”nı çox yüksək götürürəm. Və guya, tutaq ki, Günelin hekayəsinə tənqidi münasibətim də burdan qaynaqlanır. Ən nəhayət, üçüncü dəfə bu sözü işlətməli olacam, guya “Berta” uğurlu hekayə imiş...

Mən eyni münasibəti “Oxu zalı”nın “Ulduz”la bağlı açdığı müzakirəyə qoşulan gənc yazar Nahidin “Borxesin də, Freydin də... lap elə Mopassanın da...” adlı yazısında da gördüm. Özü də Caviddən fərqli olaraq, dünya ədəbiyyatı və elmi korifeylərini söyməyə qədər gedib çıxan radikal formada... Gəlin, sözü gənclərin vur “igidinə” verək, görək Nahid öz allı-güllü yazısında mənə müraciətlə nə yazır: “...siz tənqidi, ancaq Borxeslə, Freydlə, Mopassanla eyniləşdirməkdə görürsünüz. ...Belə Borxesin də zatının ağzını... belə Freydin də!”. Sənin valideynlərinin, müəllimlərinin, səni bir “şəxsiyyət” kimi formalaşdırıb üzə çıxaran toplumun... zəhmətinə hayıf! “Qaynana” filmindən improvizəmizi təkrarlamaq burda artıq yüzdə yüz yerinə düşmürmü? “Şəxsey, ədəbi gənclik bumu?”

Əvvəla, “tənqidi Borxeslə...” eyniləşdirmək nə deməkdir? Bəlkə, Nahid ədəbiyyatı eyniləşdirməkdən danışır?

İkincisi, dava əgər istedad davasıdırsa, eyniləşdirmədən söz gedə bilməz, çünki hər istedad təkrarsızdır və dünyada iki eyni yarpaq, iki eyni qum dənəsi belə yoxdur, nəinki istedad. Məncə, doğrudan da istedadı olan adamın özünü nəinki kiminləsə eyniləşdirməsi, hətta kiməsə oxşatması belə yolverilməzdir.

Üçüncüsü, söyüş söymək artıq qarşı tərəfin haqlı, sənin haqsız (və həm də aciz!) olduğunu göstərir. Loru leksikon, qeyri-elitarlıq, söz azadlığı - day, bu qədər?! Və bunu həvəslə dərc edən “Azadlıqradiosu” saytının bizə gətirdiyi  Avropa dəyərləri, demokratiya budur? Mən bu dəfə artıq Nəsibə Zeynalovanın Cənnəti yox, onun ən istedadlı varisi Afaq Bəşirqızının Söylüsündən sitat çəkəcəm: “Eqologiya budu?”

Dördüncüsü, Borxes səviyyəsində mətni çağdaş Azərbaycan yazarları arasında olsa-olsa K.Abdulladan gözləmək olar, daha ilk qələm məşqlərini edən cavanlardan yox. Gücünüzü yaxşı bildiyimdən mən sizdən heç vaxt Borxes səviyyəsində mətn gözləməmişəm və özümü ədəbi mühit təmsilçiləri arasında ən dəqiq ölçü hisiinə malik bir adam sayıram, istər təqdir, istər təhlil, istərsə də tənqidlərimdə.

Beşincisi, sizdən ancaq adını eşitdiyiniz Borxes yox, öz yaşıdınız Cavidin “Qırmızı güllü don” hekayəsi səviyyəsində mətn gözləmək olar. Mən ki, “Ulduz”un AYB-də keçirilən müzakirəsi zamanı bu hekayə ilə bağlı təqdiredici fikirlərimi gizlətməmişəm. İndi belə çıxır ki, Cavidi Borxes səviyyəsində bir yazar sayıram?

Haşiyə içində daha bir haşiyə edəcəm. Nahidin yaşıdları olan nəsr iiddialıları arasında dünya ədəbi-bədii fikrinə çıxışı olan yeganə imza kimi vur-tut Elxan Qaraqanın adını çəkmək olar. Amma qlobal düşüncəsinə baxmayaraq onun da istedadı və yazı təcrübəsi qarşısına qoyduğu məqsədi yüksək bədii səviyyədə realizə etməyə hələki yetərli deyil. Məsələn, bu günlərdə mən onun sonuncu (üçüncü) romanını - “Mələk”i oxudum. Yüz otuz səhifəlik romanın çox şeylər vəd edən və parlaq, yaddaqalan boyalarla işlənən təxminən ilk əlli səhifəsindən sonra “A” romanını yada salan ənənəvi Elxan publisitikası başlayır. Rep stilində sadalama intonasiyası, İsveç masasını yada salan sosial mozaika... Final P.Züskindin “Parfümer”ini xatırladır. Dil çoxsaylı qüsurlarla “zəngindir” və s... Axı A-dan sonra, B, sonra V və s. gəlməli deyilmi? Nə qədər eyni yerdə təpik döymək olar?

On doqquz yaşlı Elxanın “A” romanı onun şəksiz uğuru idi. Bəzi səhnələrinin parlaqlığına  görə “A”-dan müqayisəolunmaz dərəcədə üstünlüyünə baxmayaraq, “Mələk” isə çətin ki, iyirmi beş yaşlı Elxanın uğuru kimi qarşılansın. Niyə, görəsən, bu gənc yerində sayır? Çünki bir çox yaşıdları kimi onun da müvəffəqiyyətdən başı gicəlləndi. Çünki bütün gücünü ədəbiyyata qoymur, gəncliyə məxsus məsuliyyətsizliklə enercisini fərqli yerlərə parçalayır, intervyülərində “eyni vaxtda iyirmi qızla yatmaqdan danışır” və s. Bir sözlə, taleyin onun çiyninə qoyduğu yükün məsuliyyətini ya duymur, ya da çəkmək istəmir. Gənc ulduzun son romanı barədə fikirlərimizin davamını onun haqqında yazacağımız növbəti yazımıza saxlayıb, əsas mövzumuza - “Ulduz”a qayıdaq.

 

 

(ardı gələn şənbə sayımızda)

 

Əsəd Cahangir

 

525-ci qəzet.- 2012.- 8 sentyabr.- S.20-21.