Azərbaycan təhsili yeni tədris ili ərəfəsində

 

MİSİR MƏRDANOV: “ÖTƏN DÖVRDƏ TƏHSİLİN MƏZMUNUNUN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ MÜHÜM İŞLƏR HƏYATA KEÇİRİLİB”

 

“2011-2012-ci tədris ilində mək təblərin infrastrukturunun müasirləşdirilməsi istiqamətində çox ciddi işlər görülüb. Belə ki, 43588 yerlik 162 yeni məktəb binası inşa edilib, 21 məktəb üçün 5104 yerlik əlavə korpuslar tikilib, 103 məktəb əsaslı təmir olunub. O cümlədən Təhsil Nazirliyi tərəfindən dövlət büdcəsində əsaslı vəsait qoyuluşu hesabına 16640 yerlik 45 yeni məktəb inşa olunub, 3 məktəb üçün 960 yerlik əlavə korpus tikilib, 15 məktəb əsaslı təmir olunub. Şəhər və rayon icra hakimiyyətləri tərəfindən isə Dövlət Proqramı hesabına 19656 yerlik 93 yeni məktəb binası, 13 məktəb üçün 3820 yerlik əlavə korpus inşa olunub, 84 məktəb əsaslı təmir edilib. Fövqəladə Hallar Nazirliyi tərəfindən 6792 yerlik 22 yeni məktəb binası və 1 məktəb üçün 60 yerlik əlavə korpus tikilib. Məcburi köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 500 yerlik 2 yeni məktəb buinası inşa olunub, 1 məktəb isə əsaslı təmir edilib. Yerli xərclər hesabına 3 məktəb əsaslı təmir edili, Dövlət Neft Şirkəti tərəfindən 1 məktəb üçün 160 yerlik əlavə korpus tikilib, ABŞ-ın Kant Port təşkilatı tərəfindən 2 məktəb üçün 80 yerlik əlavə korpus inşa olunub. Hər il olduğu kimi bu il də dövlət büdcəsindən təhsilə ayrılan ümumi xərclərin miqdarı artırılıb. 2011-ci ildə bu rəqəm 1.268.528.881 manat idisə 2012-ci ildə  1.511.537.213 manat təşkil edib. Dövlət büdcəsindən təhsilə ayrılan investisiya xərcləri isə 2011-ci ildə 273,2 milyon manat təşkil edirdisə 2012-ci ildə bu rəqəm 420,9 milyon manata çatdırılıb”. Bu məlumatları 2011-2012-ci tədris ilində həyata keçirilən tədbirləri dəyərləndirərkən təhsil naziri Misir Mərdanov açıqlayıb. Nazir bildirib ki, təhsil infrastrukturunun yeniləşdirilməsi üzrə işləri davam etdirilir, məqsəd bütün ümumtəhsil məktəblərinin beşgünlük tədris həftəsinə və birnövbəli iş reciminə keçməsini təmin etməkdir. Ümumi təhsil müəssisələrinin mövcud şəbəkəsinin optimallaşdırılması ilə bağlı rasionallaşdırma tədbirlərinin hazırlanıb həyata keçirilməsi, xüsusi istedada malik uşaq və gənclər üçün təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi və müvafiq inkişaf mərkəzlərinin təşkili, ümumi təhsil müəssisələrində inkluziv təhsilin tətbiqi üzrə zəruri şəraitin yaradılması həyata keçirilməsi nəzərdə tutulan məsələlərdəndir.

 

AZƏRBAYCANDA I SİNFƏ GEDƏCƏK ŞAGİRDLƏRİN SAYI 4 FAİZ ARTIB

 

Təhsil nazirinin dediyinə görə, 2012-2013-cü tədris ilində Azərbaycanda ümumi təhsil məktəblərinin I sinfinə qəbul olunacaq şagirdlərin sayı ötən tədris ilinə nisbətən 5046 nəfər (4,02 faiz) çox olacaq. 2012-2013-cü tədris ilində 130454 şagirdin I sinfə qəbul olunacağı proqnozlaşdırılır. 2011-2012-ci dərs ilində I sinif şagirdlərinin sayı 125408 nəfər olub. Bu göstərici, 2010-2011-ci tədris ilində  120032 nəfər təşkil edib. Yeni tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I sinfinə 36102 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində bu göstərici 35509 nəfər olub.

 

BÜTÜN NÖVDƏN OLAN ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN TƏDRİS PLANLARI HAZIRLANARAQ TƏSDİQ OLUNUB

 

M.Mərdanovun sözlərinə görə, ötən dövrdə təhsilin məzmunun təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilib. İbtidai təhsil səviyyəsində (I-IV siniflərdə) yeni fənn proqramlarının (kurikulumlarının) tətbiqi uğurla aparılıb. Ümumtəhsil məktəblərinin V siniflərində yeni təhsil proqramlarının (kurikulumların) tətbiqi ilə əlaqədar bütün hazırlıq işləri görülüb. Kurikulumların tətbiqi ilə bağlı yerlərdə təhsil işçilərinə peşəkar səviyyəli metodik köməkliyin təmin olunmasına xidmət edən təlimçilər qruplarının formalaşdırılması işi davam etdirilib, 150 nəfərdən artıq təlimçi hazırlanıb. 6 müəssisədə (Akademik Zərifə Əliyeva adına lisey, 6 nömrəli lisey, Bakı Avropa Liseyi, fizika-riyaziyyat və informatika təmayüllü lisey, “Elitar” gimnaziya, “XXI əsr” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi) tam orta təhsilin təmayülləşmə əsasında təşkili üzrə pilot layihənin reallaşdırılmasına başlanıb və 2012-2013-cü dərs ilində davam etdiriləcək. Bakı şəhəri 6 nömrəli məktəbdə Beynəlxalq Bakalavriat (İB) Proqramının tətbiqinə başlanıb. Bütün növdən olan ümumi təhsil müəssisələrinin tədris planları hazırlanıb təsdiq olunub. 20 məktəbdə ingilis dilinin, 50 məktəbdə rus dilinin intensiv tədrisi layihəsi həyata keçirilmişdir və cari dərs ilində davam etdiriləcək. Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş məktəblilərin ümumrespublika inşa müsabiqəsi keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə müsabiqənin qalibləri Avroviziya musiqi yarışmasına biletlə mükafatlandırılıb. Sayca 5-ci dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri keçirilib, 100 ən yaxşı müəllim və 50 ən yaxşı məktəb ölkə prezidentinin sərəncamına əsasən mükafatlandırılıb. Ümumilikdə isə mükafatlandırılan müəllimlərin sayı 500-ə, məktəblərin sayı 250-yə çatıb. İstedadlı uşaq və gənclərlə, eləcə də istedadlı gənc müəllimlərlə iş sahəsində tədbirlər həyata keçirilib: “İbtidai siniflərdə aparılmış milli qiymətləndirmənin nəticələrinin təhlili və təhsil proqramlarının (kurikulumların) təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması, V siniflərdə yeni təhsil proqramlarının tətbiqini nəzərə alaraq məktəblərə və müəllimlərə metodik xidmətin təşkili nəzərdə tutulub. Həmçinin 2013-2014-cü dərs ilində VI siniflərdə yeni təhsil proqramlarının tətbiqi ilə əlaqədar müvafiq hazırlıq işlərinin görülməsi, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili istiqamətində tədbirlərin davam etdirilməsi də planlaşdırılır”.

 

300 MƏKTƏBİN IV SİNİFLƏRİNDƏ MİLLİ QİYMƏTLƏNDİRMƏ APARILIB

 

Şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində görülən işlərdən söz açan nazir bildirib ki, ölkənin 300 məktəbinin IV siniflərində fənn kurikulumlarını qiymətləndirmək məqsədilə milli qiymətləndirmə aparılıb. Tədqiqatda 9205 nəfər şagird, 300 nəfər məktəb direktoru, 503 nəfər müəllim, 8974 nəfər valideyn iştirak edib. Nəticələr təhlil olunub və yaxın vaxtlarda elan ediləcək. PİRLS 2011 və TİMSS 2011 beynəlxalq qiymətləndirmə tədqiqatlarının ilkin təhlilləri iştirakçı ölkələrə göndərilib. PİRLS 2011 Proqramında Azərbaycan 53 iştirakçı ölkə arasında oxu üzrə 37-ci yerdə qərarlaşmışdır. TİMSS 2011 Proqramında isə 60 iştirakçı ölkə arasında riyaziyyat üzrə 36-cı, təbiət elmləri üzrə 41-ci yeri bölüşdürür. Hər iki Proqram üzrə beynəlxalq hesabatlar cari ilin dekabrında elan ediləcəkdir. PİRLS 2011 və TİMSS 2011 Ensiklopediyası üçün ölkəmizin ümumi təhsil sistemi üzrə məlumatlar Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyasının Məlumatların İdarə Edilməsi Mərkəzinə (İEA DPC) təqdim edilib. Yeni dərs ilindən Bakı Dövlət və Azərbaycan Dövlət Pedaqoci Universitetlərinin magistratura səviyyəsində “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisası üzrə kadr hazırlığına başlanacaq.

2011-2012-ci tədris ilində akkreditasiya keçirilməsi və lisenziya verilməsi nəzərdə tutulan 57 müəssisədə 16008 təhsilalan əhatə olunmaqla qiymətləndirmə aparılmış, nəticələr təhlil edilib. 2011-2012-ci dərs ilinin yekunlarına görə 118 şagird qızıl, 20 şagird gümüş medala layiq görülüb.

 

194 ADDA 4.018.990 NÜSXƏ DƏRSLİK VƏ METODİK VƏSAİT ÇAP EDİLİB

 

M.Mərdanov vurğulayıb ki, 2012-2013-cü dərs ilinə ümumtəhsil məktəbləri üçün 194 adda 4.018.990 nüsxə dərslik və metodik vəsait çap edilərək məktəblərə çatdırılıb. Onlardan 32 adda I siniflər üçün, 48 adda V siniflər üçün dərslik və müəllim üçün vəsaitlərdir. Yeni fənn kurikulumları əsasında II və VI siniflər üçün dərsliklər və müəllimlər üçün vəsaitlərin hazırlanması və nəşrinin təmin edilməsi, 500 məktəbdə kitabxanaların modernləşdirilməsi işinin davam etdirilməsi nəzərdə tutulub. 

 

48 UŞAQ BİOLOUİ AİLƏLƏRİNİN HİMAYƏSİNƏ, 8 NƏFƏR İSƏ ÖVLADLIĞA VERİLİB

 

Təhsil nazirinin sözlərinə əsasən, “Himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə modelin işlənib hazırlanması” layihəsi çərçivəsində Təhsil Nazirliyi tərəfindən daim müəssisədə yaşayan 10 nəfər qız üçün ailə əsaslı kiçik qrup evi tikilib. Dövlət uşaq müəssisələrində qiymətləndirmə aparılıb və himayədar ailələrə veriləcək 50 nəfər uşaq seçilib. Himayədar ailə olmaq istəyən şəxslərə təlimlərin keçirilməsi üçün Xəzər rayonunda Ailə Təlim və Məsləhət Mərkəzi istifadəyə verilib və Ailə Təlim Proqramının Azərbaycanda tətbiqinə başlanıb. Dövlət Proqramının Tədbirlər Planı və dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plana uyğun olaraq Nazirlər Kabinetinin qərarı ilə kar uşaqlar üçün iki xüsusi internat məktəbi birləşdirilib, onların bazasında  Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi yaradılıb və beləliklə, Təhsil Nazirliyinin tabeliyindəki dövlət uşaq müəssisələrinin sayı 38-ə enib: “Cari ilin əvvəlindən bu günədək 48 uşaq bioloci ailələrinin himayəsinə, 8 nəfər isə övladlığa verilib. Uşaqların ailələrə verilməsi ilə bağlı müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair 10 adda normativ-hüquqi sənədlər hazırlanmış və təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib. Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərində təlim-tərbiyə alan şagirdlərin keyfiyyətli təhsil imkanlarının yaradılması və təhsil hüquqlarının təmin edilməsi məqsədi ilə yeni nəsil dərsliklər, əyani  təlim vəsaitləri hazırlanıb nəşr edilmiş və müəssisələrə paylanıb. Dövlət uşaq müəssisələri ilə Təhsil Nazirliyi arasında elektron idarəetmə sisteminin yaradılmasının birinci mərhələsi başa çatıb.

Nazir deyir ki, “Elektron məktəb” layihəsinə cəlb olunan təhsil müəssislərinin sayı 40-a çatdırılıb. “Bir şagird - bir kompyuter” layihəsi çərçivəsində 2000 nəfər şagirdə netbuk verilb. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Distant Təhsil Mərkəzi yaradılıb və müəllim, şagird, valideynlərin təhsil prosesinə cəlb olunması üçün www.mesafedenmekteb.edu.az təhsil portalı istifadəyə verilib.

Azərbaycan Təhsil Şəbəkəsinə əlavə olaraq 500 təhsil müəssisəsi qoşulub, onların sayı 1200-ə çatdırılıb.

1300 nəfər pedaqoci heyət İKT-nin tədrisdə tətbiqi sahəsində təlimlərdən keçirilib. Dövlət Proqramı çərçivəsində təlimlərdən keçən pedaqoci heyətin ümumi sayı 76 980 nəfərə çatıb: “İnternetə qoşulan ümumtəhsil məktəblərinin sayının 2500-ə çatdırılması, mərhələlərlə bütün ümumtəhsil məktəblərinin İnternetlə təmin edilməsi, ümumtəhsil məktəblərinin hər bir sinif otağının noutbuk, proyektor və elektron lövhə ilə təmin edilməsi işinin mərhələlərlə davam etdirilməsi nəzərdə tutulub”.

 

ŞAHMAT FƏNNİNİN TƏDRİS OLUNDUĞU MƏKTƏBLƏRİN SAYI ARTIRILIR

 

M.Mərdanov qeyd edib ki, hazırda ölkədə 375 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. 226537 şagird maraq və qabiliyyətlərinə uyğun olaraq həmin təhsil müəssisələrindəki müxtəlif dərnəklərə cəlb olunub. Nazirliyin tabeliyində olan idman məktəblərinin yetirmələri respublika birincilik və çempionatlarında ümumilikdə 315 qızıl, 235 gümüş, 1121 bürünc olmaqla ümumilikdə 1671 medal qazanıblar. İdman məktəblərinin yetirmələri Milli yığma komandaların tərkibində Avropa, dünya birinciliklərində və beynəlxalq turnirlərdə 62 qızıl, 47 gümüş, 92 bürünc medal qazanıblar. İlin əvvəlindən hər şəhər və rayonda bir ümumtəhsil məktəbində şahmat fənninin tədrisinə başlanılıb. Cari dərs ilində 379 məktəbin II sinfində, 75 məktəbin III sinfində tədris ediləcəkdir. Bunun üçün müvafiq proqram, dərs vəsaiti, o cümlədən elektron tədris resursları hazırlanıb məktəblərə çatdırılıb.

 

STİMULLAŞDIRICI TƏDBİRLƏR NƏTİCƏSİNDƏ UCQAR KƏND MƏKTƏBLƏRİNƏ 800  NƏFƏR MÜƏLLİM CƏLB OLUNUB 

 

Nazir bildirib ki, müəllimlərin işə qəbulu mexanizm beynəlxalq təcrübə nəzərə alınmaqla daha da təkmilləşdirilmiş, elektron ərizə, elektron imtahan, elektron yerləşdirmə, elektron əlavə yerləşdirmə, müasir hesabatvermə tətbiq edilməklə prosesə təsir və müdaxilə imkanları tam aradan qaldırılıb. Elektron vasitələr tətbiq edilməklə həyata keçirilən müasir mexanizm əsasında elan edilmiş vakant yerlərə 16 mindən çox elektron ərizə daxil olub. Müsabiqənin yekunlarına əsasən 2500-dən çox müəllim ölkənin ümumtəhsil məktəblərində vakant yerlərə işə qəbul edilib. İşə qəbul edilən müəllimlərin 90 faizindən çoxu gənc mütəxəssislər olub. Ucqar kənd məktəblərinə işə qəbul edilmiş 800 nəfər müəllimə stimullaşdırıcı tədbirlər tətbiq edilib: “Ucqar kənd məktəblərinin pedaqoci kadrlarla təminatı üçün nəzərdə tutulmuş maddi stimullaşdırma tədbirlərinin gücləndirilməsi, əmək haqqına əlavələrin artırılması, ölkənin ucqar kənd məktəblərində pedaqoci kadrlara olan ehtiyacın tam aradan qaldırılması üçün yaxın ixtisaslar üzrə məqsədli yenidənhazırlanma tədbirlərinin həyata keçirilməsi planlaşdırılır. Həmçinin pedaqoci kadrların işə qəbulu sahəsində tətbiq edilmiş yeni mexanizmin beynəlxalq təcrübəyə uyğun daha da təkmilləşdirilməsi, mərkəzləşdirilmiş müsabiqənin regionlar üzrə keçirilməsi, müəllimlərin işə qəbulu müsabiqəsinin daha səmərəli keçirilməsini təmin etmək məqsədilə müasir avadanlıqlarla təchiz edilmiş İmtahan və Təlim Mərkəzinin yaradılması nəzərdə tutulub”.

 

SON 3 İLDƏ 30 NƏFƏRLİK MÜHƏNDİS-PEDAQOQ HEYƏTİ TÜRKİYƏDƏ TƏCRÜBƏ KEÇİB

 

M.Mərdanovun söylədiyinə görə, ölkədə 107 ilk peşə-ixtisas təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə 28587 şagird təhsil alır, 4062 nəfər rəhbər və mühəndis-pedaqoci heyət, 1453 istehsalat təlimi ustası çalışır. Nazirlər Kabinetinin qərarı ilə Sumqayıt şəhəri 2 və 4 nömrəli peşə liseylərinin bazasında  10 nömrəli Peşə Liseyi yaradılıb. 2011-2012-ci dərs ilinə ilk peşə-ixtisas təhsili müəssisələrinə ümumilikdə 16895 nəfər qəbul planı müəyyən edilib. “Texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”,  “Bakı şəhər kənd və qəsəbələrinin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində ümumilikdə 12 ilk peşə-ixtisas təhsili müəssisəsi əsaslı təmir edilmiş və 2 yeni təhsil müəssisəsi tikilib istifadəyə verilib. 2011-cu ildə ilk peşə-ixtisas təhsili müəssisələrindən 12637 nəfər məzun olub. Onlardan 4678 nəfəri işlə təmin olunub, 3834 nəfəri həqiqi hərbi xidmətə çağırılıb, 375 nəfəri təhsillərinin davam etdirib. Məzunların məşğulluğu 70.3 faiz təşkil edib. Nazirlər Kabinetinin qərarı ilə “İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı” təsdiq edilib. Türkiyənin Milli Təhsil Nazirliyi ilə birlikdə həyata keçirilən “Sənaye avtomatlaşdırma Texnologiyaları Sahəsində Müəllim Tədrisi” layihəsi çərçivəsində 9 nəfər, İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRİC) təşəbbüsü ilə 7 nəfər mühəndis-pedaqoci heyəti 2011-ci ildə Türkiyədə ixtisasartırma kurslarında olublar. Ümumilikdə son 3 ildə 30 nəfər mühəndis-pedaqoci heyət Türkiyədə təcrübə keçib. Avropa Komissiyası ilə birlikdə “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı” layihəsinə başlanıb, Almaniya Hökuməti əsas tərəfdaş ölkə kimi seçilmişdir. İki il üçün nəzərdə tutulan Layihənin büdcəsi 1,2 milyon avro təşkil edir.

 

BAKALAVR HAZIRLIĞI APARILAN 148 İXTİSAS ÜZRƏ YENİ NƏSİL TƏHSİL PROQRAMLARI HAZIRLANIR

 

Təhsil naziri vurğulayıb ki, ölkədə 52 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin təhsil müəssisələrində 143146 tələbə təhsil alır. O cümlədən magistratura səviyyəsində 4225 tələbə təhsil alır. Professor-müəllim heyətinin sayı 14650 nəfərdir.  Hazırda 59 orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir. Həmin kolleclərdə təhsil alan tələbələrin sayı 54456 nəfərdir. Professor-müəllim heyətinin sayı 6536 nəfər təşkil edir. “Təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması və təhsilalanların biliyinin yenidən qiymətləndirilməsi Qaydaları” hazırlanaraq təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” hazırlanaraq təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib. Ali təhsil pilləsinin dövlət standartına uyğun olaraq “Magistratura səviyyəsinin ixtisas üzrə təhsil proqramının strukturu” hazırlanaraq təsdiq edilib, bu struktura uyğun 145 ixtisas üzrə təhsil proqramları hazırlanması işi başa çatdırılıb. Ali təhsil pilləsinin dövlət standartına uyğun olaraq “Bakalavriat səviyyəsinin ixtisas üzrə təhsil proqramının strukturu” təsdiq olunub, buna müvafiq olaraq bakalavr hazırlığı aparılan 148 ixtisas üzrə yeni nəsil təhsil proqramları hazırlanmaqdadır.

Təhsil pillələri üzrə Milli İxtisas Çərçivəsi sənədi hazırlanaraq təsdiq üçün təqdim olunub. “Ali təhsil və cəmiyyət” curnalı təsis edilib.

2011-2012-ci tədris ilindən ali təhsil müəssisələrində rezidentura təhsili üzrə kadr hazırlığına başlanılıb.

Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə əlaqədar tədbirlər həyata keçirilib. “Orta ixtisas təhsili müəssisələrində tədrisin kredit sistemi ilə təşkili Qaydaları” hazırlanaraq təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub. Orta ixtisas təhsili müəssisələrinin şəbəkəsi təkmilləşdirilib, bir sıra şöbələrin fəaliyyəti dayandırılıb.

 

HAZIRDA 23 ÖLKƏNİN 200-DƏK UNİVERSİTETİNDƏ 825 NƏFƏR AZƏRBAYCANLI TƏHSİL ALIR

 

M.Mərdanovun dediyinə görə, qüvvədə olan ikitərəfli razılaşmalar və xarici ölkələrin Azərbaycan vətəndaşlarına ayırdığı təqaüdlər çərçivəsində azərbaycanlı gənclərin dövlət xətti ilə dünyanın ayrı-ayrı ölkələrində təhsil almağa göndərilməsi davam etdirilib. Göndərilən tələbə kontingentinin sayına görə Türkiyə və Rusiyanın ali məktəblərində oxuyan vətəndaşlarımızın sayı üstünlük təşkil edir. Bu günədək 2000-ə yaxın Azərbaycanlı gənc dövlət xətti ilə bu ölkələrə təhsil almağa göndərilib. Hazırda Azərbaycanın universitetlərində 5590 nəfər əcnəbi tələbə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alır.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2011-2012-ci tədris ilində 421 nəfər təhsil almaq hüququ qazanıb ki, ümumilikdə bu tələbələrin sayı 1204 nəfərə çatdırılıb. Hazırda 23 ölkənin 200-dək universitetində 825 nəfər təhsil almaqdadır. Bu tələbələrin böyük əksəriyyəti tibb, mühəndislik, iqtisadiyyat və idarəetmə, informasiya və kommunikasiya texnologiyaları sahəsində təhsil alır.

Proqram çərçivəsində təhsil alan 322 nəfər təhsilini başa çatdırıb. Ümumilikdə isə Proqram, digər mənbələr və şəxsi təşəbbüslər hesabına hazırda 10 mindən çox azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində təhsil alır.

 Təhsil Nazirliyi ilə Çinin Təhsil Nazirliyi təhsil sahəsində əməkdaşlıq haqqında Saziş və Azərbaycan Hökuməti ilə Tacikistan Hökuməti arasında təhsil, elmi dərəcələr və elmi adlar barədə sənədlərin qarşılıqlı tanınması və ekvivalentliliyi haqqında saziş imzalanıb. Təhsil Nazirliyi Avropa Şurası, Avropa İttifaqı, YUNESKO, İSESKO və sair beynəlxalq təşkilatların təhsil sahəsində proqram və layihələrində yaxından iştirak edib. Avropa İttifaqının Tempus, Erasmus-Mundus, Uean Monnet, TAİEX, Tvinninq və Siqma proqramları çərçivəsində əməkdaşlıq edilib. 2012-ci ildə Azərbaycanın ali təhsil müəssisələri (BDU, ATU, Qafqaz Universiteti, NDU, ADNA, AzTU, LDU, Xəzər Universiteti,) Avropa İttifaqının  təhsil layihələrindən iştirakçısı olduqları 5 Tempus layihəsinin qalibi olub ki, nəticədə Azərbaycanın iştirak etdiyi Tempus layihələrinin sayı 32-yə çatdırılıb. Eyni zamanda Azərbaycan universitetləri Avropa İttifaqının  2 Erasmus-Mundus layihəsində iştirak edir: “Xaricdə təhsil üzrə Dövlət Proqramı və ikitərəfli müqavilələr çərçivəsində azərbaycanlı gənclərin xarici ölkələrin nüfuzlu universitetlərinə göndərilməsi işlərinin davam etdirilməsi nəzərdə tutulub”.

 

AZƏRBAYCAN ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ KİFAYƏT QƏDƏR ELMİ POTENSİAL VAR

 

Nazir bildirib ki, Azərbaycan ali təhsil müəssisələrində elmi infrastruktur və kifayət qədər elmi potensial vardır. Bu gün universitetlərdə dövlət büdcəsindən maliyyələşən 4 elmi-tədqiqat institutu, 4 - elmi-tədqiqat mərkəzi, 92-elmi-tədqiqat laboratoriyası və 1 - təsərrüfat hesablı elmi-tədqiqat institutu fəaliyyət göstərir. Ölkədə çalışan  elmlər doktorlarının 59,5 faizi (1243 nəfər), fəlsəfə doktorlarının  62,9 faizi (5869 nəfər), AMEA-nın 62 nəfər həqiqi və müxbir üzvləri ali təhsil sistemində çalışır. Bu ilin fevral ayında ölkədə ilk dəfə olaraq “Sabahın alimləri” Respublika Müsabiqəsi keçirilib. Müsabiqənin qalibləri sırasından seçilmiş 5 nəfər bu ilin mayında ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində keçirilən  İntel İSEF sərgisində iştirak edib. Nazirlər Kabineti ilə razılaşdırılmış siyahıya əsasən ali təhsil müəssisələri tərəfindən 118 elmi və elmi-praktik konfrans, o cümlədən 87 respublika və 31 beynəlxalq səviyyəli konfrans keçirilib. Qrant üsuluna əsaslanan bu mexanizmi həyata keçirmək məqsədilə Prezident yanında Elmin İnkişafı Fonduna son 2 ildə hər il dövlət büdcəsindən 6 milyon manatdan artıq vəsait ayrılıb. 2010 və 2011-ci illərdə bu Fond tərəfindən elan olunub qrant müsabiqəsində Təhsil Nazirliyi sistemindəki ali məktəblərdən təqdim edilib layihələrdən 22-nə qrant  ayrılıb. Bundan əlavə alimlərimiz 39 Beynəlxalq qrant proqramlarında iştirak edirlər: “Son illər ali məktəblərin istehsalat müəssisələri ilə əlaqələri daha da genişlənmiş, təsərrüfat hesablı müqavilələr əsasında aparılan işlərin sayı və maliyyələşmə həcmi artıb. Belə ki, istehsalat müəssisəsələrinin sifarışləri əsasında ali məktəblər tərəfindən 2008-ci ildə 420 min manat dəyəri olan 14 elmi tədqiqat işi yerinə yetirilirmişdisə, 2011-ci ildə ümumi dəyəri 794 min manat olan 22 müqavilə bağlanmış və onlara uyğun olaraq tədqiqatlar aparılıb. 2011-ci ildə ali məktəblərdə 639 elmi problemi əhatə edən 2411 mövzu üzrə fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılmış, onlardan 1853 mövzu tamamlanıb. Tamamlanan işlərdən 12-i istehsalatda, 2073-u isə tədris prosesində tətbiq edilib. Müxtəlif elm sahələrində tədqiqat aparan alimlər tərəfindən alınan elmi nəticələrdən 180-ni mühüm elmi nəticə sayılmış və respublika üzrə ümumiləşdirilmiş hesabata daxil edilmək üçün AMEA-ya təqdim olunub. Ali məktəb alimləri tərəfindən 333 monoqrafiya, 309 dərslik, 620 dərs vəsaiti, 1307 adda proqram və metodik ədəbiyyat nəşr etdirilib. Xarici curnallarda alimlərimizin 1850 məqaləsi, beynəlxalq konfransların materiallarında 1114 məruzə tezisi nəşr edilib. 2011-cu ildə 45 ixtiraya patent, o cümlədən 2 Avrasiya patenti alınıb. “Təhsil haqqında” qanunu uyğun olaraq Nazirlər Kabinetinin qərarı ilə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 20 dövlət ali təhsil müəssisəsində, Təhsil Problemləri İnstitutunda və 6 özəl ali təhsil müəssisəsində doktorantura yaradılıb. Yeni doktoranturalara ilk qəbul 2011-ci ilin payızında keçirilib. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş plana uyğun olaraq dövlət ali təhsil müəssisələrinin doktoranturasına fəlsəfə doktoru proqramları üzrə 393 doktorant (o cümlədən 294 nəfər büdcə hesabına, 99 nəfər ödənişlə əsaslarla), 385 dissertant (o cümlədən 241 nəfər büdcə hesabına, 144 nəfər ödənişlə əsaslarla), elmlər doktoru proqramı üzrə 63 doktorant (o cümlədən 57 nəfər büdcə hesabına, 6 nəfər ödənişlə əsaslarla), 55 dissertant (o cümlədən 43 nəfər büdcə hesabına, 12 nəfər ödənişlə əsaslarla), qeyri-dövlət ali təhsil müəssisələrinə isə fəlsəfə doktoru proqramı üzrə 70 nəfər doktorant və dissertat qəbul edilib”.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2012.- 8 sentyabr.- S.14-15.