“Ali
məktəblərə qəbulun azaldılmasının əleyhinəyəm”
MİLLİ MƏCLİSİN
SOSİAL SİYASƏT KOMİTƏSİNİN SƏDRİ
HADİ RƏCƏBLİ: “DƏRS DEYƏ BİLMƏYƏN,
4-CÜ SİNİF ŞAGİRDİNDƏN DƏ AZ BİLƏN
MÜƏLLİMLƏRDƏN XİLAS OLMALIYIQ”
– Hadi müəllim, bu günlərdə mətbuatda belə bir fikir səsləndirmisiniz
ki,
müəllimlərin, təhsil işçilərinin
statusu yüksəldilsin.
Onları başqa statusla əvəz etməsinlər, onları
başqa qurumlarla ümumiləşdirməsinlər...
– Bu gün belə bir layihə gündəmdə deyil. İkincisi, prezidentin bir istəyi var: müəllimin maaşı yaxşı olsun, müəllim daha yaxşı yaşasın, status tapşırığı
da ona görə
verilib. Mən də deyirəm ki,
müəllim adını
yüksək tutaq, müəllimi ucaldaq. Düşünürəm ki,
bu gün müəllimin maaşını
qaldırmaq üçün
3-4 istiqamətdə iş
görmək olar. Birincisi, gəlin görək hazırda müəllimin bir “aklad” əmək
haqqı almaq üçün dərs yükü neçə saatdır? 12 saat. Paradoksdur! 12 saatlıq həftəlik iş saatı olar, dərs yükü olar? Ailə başçısı və
sanballı bir xanım geyinib-keçinib
gedir məktəbə,
gündə 2 saat dərs deyir, elə şey olar? Gəl bunun dərs
yükünü edək
18 saat, o zaman onun 50 faiz maaşı
artacaq. Əlavə olaraq icazə
verək ki, 6 saat da dərs
deyə bilsin. Bu 24 saat dərs yükü edir . Bu oldu iki “aklad”,
yəni, bu gün aldığı
250 manat əvəzinə 500 manat alsın. Bunu etmək olar, ya olmaz? Əlbəttə, etmək olar.
Eyni zamanda, belə
olanda nə baş verir və ya verə
bilər? Bir sıra müəllimlər
ixtisar olur. Biz zaman-zaman savadsız,
səriştəsiz, bacarıqsız
müəllimləri ixtisar
etməliyik. Dərs
deyə bilməyən,
hətta əməlli-başlı
oxuya bilməyən, yaza bilməyən, bəzən indiki 4-cü sinif şagirdlərindən
də az
bilən müəllimlərdən
xilas olmalıyıq. Başa düşürəm,
burada da problemlər yaranacaq, iş yeri axtaracağıq,
o adamlar işsiz qalacaqlar və sair. Gəlin pisi ixtisar edək
də. İnanın
ki, yaxşı axtarsaq, onlara da münasib iş tapmaq olar. Bazar iqtisadiyyatıdır. Uşaqlar birinci sinfə gedirlər, bir müəllimin sinfinə düşmək
üçün ən
azı 200 nəfər
yazılır, amma başqa bir ibtidai sinif müəlliməsinin
sinfinə valideynlər
uşaqlarını qoymaq
istəmirlər? Niyə? Kimin ki, sinfinə
uşaq getmir onun dərs yükünü azaldaq, müəllimi ixtisar edək!
– Yaxşı olmazdımı ki,
kadrların aşağı
səviyyədə olması
ilə əlaqədar
ali və orta ixtisas məktəblərinə
qəbul planı azaldılsın?
– Xeyr, mən bunun bütövlükdə
əleyhinəyəm. Qəbulu niyə
azaldırıq? Seçim edək
də. Yüz nəfər ixtisara düşdü, bilsinlər
ki, savadsız olsam, mənə də iş verməyəcəklər. Bir
də tender elan edilsin, seçim olsun, 50-nə iş versinlər, 50-də savadını
artırsın, sonra gəlsin iş alsın. İnsititutun buna ancaq keyfiyyət baxımından
dəxli var?! Onda tələbədə işsiz
qalmaq qorxusundan daha yaxşı oxuyar. Deməli, institutu keyfiyyətsiz oxuyan gənc tələbə bilsin ki, iş tapa
bilməyəcək. Qoy
oxusun da! Xaricdə necədir? Girirlər hamısı instituta,
axırda 50 faizi qurtarır. 20 nəfər girir, 10 nəfər qurtarır.
O biri 10 nəfər bir ildən sonra daha da
əzmlə çalışıb
lazım olan keyfiyyətlərə malik
olub, həmən təhsil ocağını
bitirir. Nə yaxşı ki,
artıq bizdə də belə sistemlər var. Məsələn,
ibtidai siniflərə
və ya fənnlər üzrə müəllim seçəndə
bunu daha rahat etmək mümkündür. Çünki məktəbdə bilirlər
hansı müəllim
yaxşıdır. Mənim bacım
müəllimə idi,
onun sinfinə düşmək üçün
dava gedirdi. Niyə belə olur? O müəllim xəcalət
çəkməlidir ki,
mənim sinfimə yazılan yoxdur. Bunu elə həkimə
də şamil edirəm. Yaxşı həkimin yanına hamı gedir, pis həkimin yanına heç kim getmir.
Çəkməçi də
belə, dərzi də belə, diş həkimi də belə, eynək ustası da belə. Bazar iqtisadiyyatının
baş qanunu budur- seçim və keyfiyyət gərək birinci olsun. Keçmişik bazar iqtisadiyyatına.
Ona görə də biz məktəblə bağlı
da belə şeylər, keyfiyyət istəyirik. Yaxşı
müəllimin dərs
yükü artsın,
maaş da artsın. Dərs yükü artanda məntiqi bir qrup müəllim ixtisar olunur, pisini ixtisar edək. Kollektivdə
bilirlər kim
dərs demir. Müəllimlər özləri
bilirlər, valideynlər
də bilirlər ki, kim savadsız və vaxt keçirən müəllimdir, kim yaxşı müəllimdir.
– Yeri gəlmişkən, ali və orta
ixtisas məktəbləri
rəhbərlərinin, o cümlədən, orta
məktəb direktorlarının
seçki yolu ilə müəyyənləşdirilməsi
təkliflərinə necə
baxırsınız?
– Burada da solluq
olmamalıdır. Axı,
hər kəs idarəetməni
bacara bilmir... Biri var zirəkdi idarə edə bilir, biri də
var əfəldir, tənbəldir, işi yarıda bilmir. Bunu da nəzərə almaq lazımdır. Söhbət
məktəbdən gedirsə,
gərək məktəbi
təmir etdirəsən,
gərək müəllimlərin
çalışmayanını yerində oturdasan, gərək birinə əmr, birinə tapşırıq verəsən.
Müəllimlərə qalsa deyəcəklər
ki, hansı liberal adamdır, onu seçək. Bilirəm
o yaxşı adamdır,
mənə söz deməyəcək, onu seçək... Gərək
rəhbər peşəkar
ola, iş
qura, iş yarıda, liderlik keyfiyyətlərinə malik
ola. Çünki bəzən
görürsən ki,
seçki yolu ilə seçilən adam fayda
vermir, iş görə bilmir. Bizə isə lazımdır
iş görən məktəbi müəssisəni
çalışdıran keyfiyyətli
“məhsul” verən adam. Bunun üçün də xüsusi seçim olmalıdır.
İndi təəssüf
ki, kadr yetişdirilməsinə, onların
addım-addım irəli
getməsinə az diqqət yetiririk. Odur ki, zirək adam tapılmır,
azdır. Menecer deyirlər, təəssüf
ki, bəs qədər yoxdur, menecment oxumaqla deyil ki? Dünyanın əksər yerlərində
otellərə digər
müəssisə və
idarələrə, özəl
bölümlərə müdir
bilirsən kimi qoyurlar? Müəssisədə ən aşağı
işdən, lap elə
süpürgəçilikdən başlayıb gəlib pillə-pillə yüksələn
insanı müdir qoyurlar. Yəni, aşağıdan, o müəssisənin
bütün dərdini-sərini
bilən adamı müdir seçirlər...
KAMİL
525-ci qəzet.- 2012.- 11 sentyabr.- S.5.