“İçimdə iman
evi var...”
ŞAİR RÜSTƏM
BEHRUDİNİN 55 YAŞI TAMAM OLUR
Müsahibələrinin birində özünü
“Payız adamı” adlandıran, əsərlərinin
əksəriyyətinin xəzan
dövrünün məhsulu
olduğunu deyən dəyərli şairimiz Rüstəm Behrudi bu gün 55 yaşını qeyd edir. 1957-ci il sentyabrın 12-də Ordubad
rayonunun Behrud kəndində dünyaya gələn türkçü,
millətçi, şaman
ruhlu şair təkcə doğulduğu
və məşhurlaşdırdığı
kəndin adı ilə deyil, həm də dillər əzbərinə
çevrilən çoxsaylı
şeirləri ilə
oxucularının ürəyində
“dəli ruzgar” kimi əsdi.
Mən dəli
ruzgar kimiyəm,
Hamıya sirrim
bəllidir.
Əsib keçirəm,
nə doğum,
Nə ölüm
yerim bəllidir.
Nə yerdi
gəldim dayandım,
Heç kim
dəyməzmiş heç
nəyə...
Getməyə gücümmü bitdi,
Yollarmı bitdi
getməyə..
Şairlik həm
də cəsarətdi,
zamana, dövrə, bəzən Tanrıya belə, üsyandır, haqq axtarıb tapmayanda haqsızlığa,
yersiz doqmalara, yadlaşan doğmalara hayqırmaqdır, tənhalığa
sığınmaqdır. Başqalarının
iman, inam, inanc fəlsəfəsindən
qaçıb da öz fəlsəfəsini
yaratmaqdır. Şair
həmişə kədərlə
yol yoldaşı olur. Şairin son sığınacağı, son durağı tənhalıqdır.
Bəzən o sığınacağı
da şairə çox görürlər.
Bəlkə elə bu səbəbdən də Rüstəm Behrudi şeirlərinin birində ümumiyyətlə
YERdən üzülüşməyi
çıxış yolu
kimi seçir:
Ey mənə
kafir söyləyən,
Çağır, qoy görsün hər kəsi.
İçimdə iman evi var,
Kədərdəndi minarəsi.
Tanrım, uduza-uduza
Çevirdin məni
yalqıza.
Apar bir
soyuq ulduza
Dalımca heç
kim gəlməsin...
Rüstəm Behrudi
şaman dualarını
yaddaşlara yazan şairdir. Onun şeirlərinin əksəriyyəti
Tanrıya ünvanlanır.
Ya konkret müraciəti, ya da sətiraltı mətləbi ilə. Rüstəm Behrudi hələ indi- indi ömrünün beşinci onilliyinin beşinci ilinin dizini yerə gətirir. Amma o həm də bütün böyük şairlər kimi doğuluşdan qoca kimi müdrikdir, müdrik kimi təvazökardır:
Köhnədən köhnədir dünyada hər şey,
Nə təzə
söz olub, nə təzə şair.
Füzuli ahından
xəbəri yoxdur
Deyirsə təzədir,
bil, sözə şair.
Yetər aldatdığım
özümü, Tanrım,
Nə günəş
təzədir, nə bu dan özgə.
Milyon il
əvvəlki adamam elə,
Bu ömür heç nədir təkrardan özgə...
Bütün böyük
şairlər kimi onun da yaradıcılığında bioqrafiyasının
himni kimi səslənən şeirlər
var. Rüstəm Behrudinin
ömür himni də çox cəsarətlidir.
Azərbaycan ədəbiyyatında
dar ağacını salamlamaq, həm də qorxmaz bir türk kimi,
turançı, altayçı
və şaman olaraq salamlamaq yalnız onun ideyası ola bilərdi:
Yolumu gözlədin
hər səhər-axşam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Əcəllə ölməyə doğulmamışam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
O hansı millətdir, taleyi sirdir?
Yüz adla
bölündü, yenə
də birdir!
Məni hüzuruna
bu dərd gətirdi,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Qırğızam, özbəyəm, qazax, türkmənəm,
Başqırdam, kərkükəm, elə
görk mənəm.
Sənin gözlədiyin
qərib türk mənəm!
Salam, Dar ağacı!
Əleyküm-salam.
Qəbul et, növbəti qurbanın mənəm,
Mənim canım
səndə, bil, canın mənəm.
Elə qürrələnmə,
hər yanın mənəm,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Şairlik istedadı
bəlkə də Allahın bu dünyada ruha verdiyi əzabların ən böyüyüdür.
Amma bu əzablar
şairi Qıl Körpüsündən adladır,
Ərafdan keçirir
və əbədiyyətə
yola salır. Bu baxımdan Rüstəm Behrudi yaradıcılığının
miqyası da ruhunun çəkdiyi əzabın miqyası ilə düz mütənasibdir:
Ruhum bədənimdə
əziyyət çəkir,
Dilimdə sözlərə
çevrilir ahı. Günahkar canımda məndən xəbərsiz
Qəfəs içindədir
ruhum, İlahi!
“525-ci qəzet”in kollektivi olaraq, biz də görkəmli şairimizə ruhu və sonucda oxucunun qəlbini dilləndirən yaradıcılıq
əziyyətləri ilə
zəngin uzun və sağlam ömür arzulayırıq.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2012.- 12 sentyabr.- S.7.