GƏLİB
HAY VERMƏYƏ MİN HAYA ŞAİR! DİLMANCDI
QÖVMÜNƏ, DÜNYAYA ŞAİR!
Şair səlahiyyəti
Zamandan dikələn əyrini,
düzü
Şair deməyəcək, bəs kim
deyəcək?!
Xalqın dar günündə gərəkli
sözü
Şair demədisə, him-cim deyəcək!
Gəlib hay verməyə min haya
şair!
Dilmancdı qövmünə,dünyaya
şair!
Tanrıdan vergili, övliya şair
Müəmma çözəcək,
tilsim deyəcək!
Şair öygüsünü Peyğəmbər verib:
Yarımpeyğəmbərə bərabər
verib:
Şairə misilsiz bir dəyər verib!
Hər düyüm açmağa bir
çəm deyəcək!
Şair
gözlərini zillər tək yönə!
Büdrəməz, başına min
kötək enə!
Min belə dünyadan bir ovuç dənə
Şair olan kimsə ''bəsim'' deyəcək!
Şeirindən halallıq gözləyən
şair,
Söz əkib, söz biçib, söz
''döyən'' şair
İlahi dərgahdan səs duyan şair:
''Yetişsin hər kəsə səsim'' deyəcək!
Ovandım bir şair, tərsim bir
şair!
Hər ud bir şairdi, hər sim bir
şair!
Nəsimi bir şair, nəsim bir
şair!-
Nəsimi susarsa, nəsim deyəcək!
Haqqına qailsə hərgah bir şair,
Tanımaz ta özgə dərgah bir
şair!..
Süfrələr pişiyi-- məddah
bir şair
Hər nə deyəcəksə,sərsəm
deyəcək!
Hər amirdən uca Füzuli düha!
Sultanlıq tacından sarığı
baha!!!
Dağ olub axnayar başımıza ha!
O zaman hər sözü mübhəm
deyəcək!
Sözdən əvvəl
düşün söz arxasını!
Sümbələ, təmizlə fikrin
pasını!
Lafın sarehini, sözün
xasını
Məni yandırsanız, tüstüm
deyəcək!
Xəzinələr yatır sözün
bağrında!
Mən nələr çəkmədim
xam söz uğrunda?!
Deyə bilmədiyim sözümü
sonda
Şerimdən boylanan əksim deyəcək!
Hər şair fırtına, hər
ömür dastan!
Çırpıl qayalara, döz,Məmməd
Aslan!
Qəlbinin siminə köklən: nə
çalsan!
Bir sim kirisə də, bir sim deyəcək!
23.03.2012. Gəncə
Dəlidağsız
Yeri-yeri, dağlar, səndən
küsmüşəm:
Dağlar, əsirgədin qarı da məndən?!
Qurbani
Onun ilqarına bel
bağlamışdım,
Deyirdim:gül açmaz o dağlar mənsiz!
Mən ondan kövrəyəm,o məndən
yuxa;
Mən onsuz ağlaram,o da ağlar mənsiz.
Dözməz məndən betər Dəlidağ
dərdə,
Bülbüllər oxumaz mənsiz o yerdə!
Ağlar hönkür-hönkür,kiriməz
bir də!
Ocaq ağlar mənsiz,od ağlar mənsiz.
Məmmədəm,soğulmaz bir daş
bulağam;
Loğman nəfəsindən
çağlayam,axam...
Dağın sinəsində
çal-çarpaz dağam:
Silinməz bağrımdan o dağlar mənsiz!
24.5.2012
Bakı
Türklüyün
kərkük dərdi
Nə zaman ki Kərkük gəlir
ağlıma:
Boğazlanan bir Türk gəlir
aglıma;
Füzuli bağını viran edənin
Alnı üçün tükrük gəlir
ağlıma!
Ali AKBAŞ.
(Türkiyə)
Şair Ali AKBAŞ elə
hönkürdü,
Alışdı bağrının
başı Kərkükün.
Çəkdiyi məşhəri təzədən
gördü:
Çağladı gözünün
yaşı Kərkükün.
Tükün bir parçası olduğu
halda,
Kərkük yetim qaldı
qovğada-qalda.
Sarsıldı varlığı minbir
zavalda,
Daş üstdə qalmadı
daşı Kərkükün.
Onun köhnə dərdi təzədir
yenə,
Kərkük dönük çıxmaz
öz dediyinə!
Xoyratlar dikəlib söz gədiyinə!
Bayatı yaddaşı,huşu Kərkükün!
Kənara çəkildi doğma
qardaşlar,
Başında üyündü
qayalar,daşlar.
Baxıb dağ-dağ oldu Ali
AKBAŞLAR,
Anlamaz dərdini naşı,Kərkükün...
Həm torpağı xoyrat,həm
göyü xoyrat!
Aldığı nəfəsi,həm
suyu xoyrat!
Fikri-düşüncəsi,hər
şeyi xoyrat!
Xoyratdı xəyalı,düşü
Kərkükün!
Kərkük özü boyda bir kəramətdi!
Kərkük xoyratıyla ta bizə bənddi!
Birimiz dırnağıq,birimiz ətdi;
Qonmaz özgəsinə quşu Kərkükün!
25.08.2012.
Zaqatala.
ZARINCI GƏRAYLI
Təbrizin görkəmli şairi Xosrov
Sərtibi səkkiz yaşında ikən doğma yurdu Kəleybərdə
bir saz-söz məclisində aşığın dilindən
Abbas Tufarqanlının ''Abbas ağlar zarı-zarı'' gəraylı misrasını ilk dəfə
eşitdiyindən üzü bəri
o gəraylı hər səsləndirildikcə zarı-zarı hönkürməkdən özünü saxlaya bilmir. Bir dəfə
də böyük söz sərrafının dəfn olunduğu Yuva
dağının ətəyində həmin gəraylını mən oxuduğum zaman Xosrov bəy
fəryad qopartdı. Bu gəraylını o münasibətlə
yazdım:
''Abbas
ağlar zarı-zarı,''
Sən ağlama barı, Xosrov!
Ağladıqca
azalmasın
Gözlərinin nuru,Xosrov!..
Dağ
dağılar, daş olmasa;
Zirvələnib baş olmasa.
Göz quruyar,
yaş olmasa:
Gözyaşını qoru, Xosrov.
Ümid yenə sözə qalır...
Söz qaldıqca bizə qalır!!
Yüz illərlə təzə
qalır
Söz bağının barı, Xosrov.
Söz çəmənzar, Abbasarı:
Aydan arı, sudan duru!
Yardan bizi,
bizdən yarı
Ayırmasın tarı,Xosrov!
Məmməd,dikəl,dərd
dağı dur!
Sel coşduqca dərd
dağıdır...
Yuva dağı dərd
dağıdır:
Yarı Abbas; yarı Xosrov.
13 may,2012
Təbriz. Tufarqan kəndi.
SÖZ QƏSRİNDƏ QOVĞA
Zəlimxan
YAQUBA.
Borçalı elində yollar aradın:
Fəhminlə qovuşdun sirdaş
dünyaya.
Dünyanın özü də
müşkülə düşüb,
Sözünün sehriylə fal aç
dünyaya!
Sözdən qala tikdin sözün
içində!
Baxdın ki,qalmısan özün
içində:
Qapı-pəncərəsiz gəzin
içində...
Bu söz qalasından yol aç
dünyaya!
Söz dərddi,möhnətdi,bəs nə
bilmişdin?!
Qəlbini söz dolu təşnə
bilmişdin!
Söz nə qüdrət imiş,səs
nə bilmişdin?!
Sözünlə taparsan əlac
dünyaya!
Gülşən qönçələndi
əl izində də!
Misralar göyərdi yol-izində də!
Sözün bağrında da;
çöl üzündə də
Yeni bir büsatla gül aç
dünyaya!
Yenə sözə söykən,Rəbbini
dinlə!
Sən elə bağlısan, el də səninlə!
Meydan aç,Zəlimxan,var qüvvətinlə
Bu zalım dünyaya,qəllaş
dünyaya!
01.08.2012
Zaqatala
BİR QOM BƏNÖVŞƏ
Bənövşənin ulu tərənnümçüsü
Aşıq Qurbaniyə.
Şaxtadan sıyrılıb,yaza
çıxmısan,
Görüşə gəlmisən yenə,bənövşə.
Gözəl görkəminə
tamaşa üçün
Mələklər səcdənə enə,bənövşə!
Xəyala qanadsan,qəlbə təsəlli!
Üç-beş günlük ömrün necə
get-gəlli
Xoş yuxu gördüyün gözündən bəlli:
Haqq yorsun yuxunu çinə,bənövşə!
Gəlmisən,bir daha heç hara getmə!
Getmə,qoyub məni biçarə,getmə!
Bir rəhmin gəlməzmi
naçara,getmə;
Qur sinəm üstündə binə,bənövşə
Alqış qaladığın
çiçək tonqala!
Bu ocaq sönməyə,beləcə
qala!
Gözəllik,ömrünü qoruyan
qala!
Bəh-bəh bu şöhrətə,ünə,bənövşə!
Dağ səni bəsləyib yar qanı
ilə,
Qoruyub çovğundan yorğanı ilə.
İlanın nə işi Qurbani ilə?!
O da qəhr elədi sənə,bənövşə.
Əldən nə gələr ki;
bu,çönən çarxdı:
Tərsinə döndükcə gözlərim
qorxdu...
Mənim Nərgiz dərdim onsuz da
çoxdu,
Barı sən çatdırma minə,
bənövşə!
Hanı o dağların: Dəlidağ,
Qoşdaş?!
Hər biri səninlə ürəkdən
sirdaş!
Bir də qayıdaydıq o Cənnətə
kaş!-
Bələdçi olaydın mənə,bənövşə!
Dərdimə yağan qar əriməz
oldu,
Yurdsuz yaşamaqdan ölüm fərz
oldu...
Yollara baxmaqdan göz görməz oldu:
Həkimə,loğmana dönə bənövşə!
Can alan tək sənsən,səndən
digər yox!
Gözəllər səfində səndən
dilbər yox!
Dağda bənövşəsiz əl
boyda yer yox:
Yal-yamac bənövşə,sinə bənövşə.
Bənövşə gəlincə nələr
gələcək!
Göydə Günəş,yerdə
torpaq güləcək!
Dənzərər bir ucdan min-min
gül-çiçək:
Çəkər tay-tuşunu önə
bənövşə.
Açandan-solana bənövşə
qönçə!
Canıma can qatdı ömür boyunca.
Uzanan bir əldən ikrah duyunca
Qaçıb qucağıma sinə bənövşə.
Ürək
təslim ola,söz təslim ola,
Önümdə bənövşə hər
mövsüm ola!
Dünya bənövşəli təbəssüm
ola:
Səssizcə danışa,dinə bənövşə!
Onda ki,qayıdar verib qol-qola,
Bulud da kövrələr:gözləri dola...
Məmmədi özüylə
apara,nola?!
Bu gündən qaytara,dünə bənövşə.
15 aprel,2012
Gəncə
SON
KEÇİD
Bir azdan bənövşə baş
qaldıracaq,
Hara tələsirsən, divanə
könül?!
Bənövşə ətrinə bələnmək
üçün
Bir də gələmməzsən
cahana,könül!
Qalarsan bir dibsiz quyu içində,
Geriyə dönüş yox ölüm
köçündə
Həyat çırpınırkən
burnun ucunda
Ürək gərək dözə,dayana,könül!
Könülsüz yaşamaq dərdin
biri də;
Buz dağıydım,Gün
doğmadı:əridə...
Bənövşə geridə,nərgiz
geridə,
Üz tutub gedirsən
hayana,könül?!
Yaşamadan ölmək minqat
ölümdü!
Sağ ikən məşhəri çəkmək
zülümdü!
Məni məndən alan bu nisgilimdi:
Daha nə söyləyim,daha nə,könül
Yaş ilə sayılmaz ömrün
tamlığı
Neçə yol yaşadım bir
edamlığı...
Gördüm yan-yörəmdən hər
yamyamlığı;
Tablaşdım
zamandan-zamana,könül!
Kimsədən vaz geçməz
ömrün tufanı!
Boynunun borcudur: Haqqını tanı!
Bənövşə xətrinə Məmməd
Aslanı
Keçirt bu mövsümdən o
yana,könül!
03.03.2012
Sumqayıt
TUFARQANA GƏLƏNDƏ
Toxta, gözüm, ağlama;
Tufarqana gələndə.
Aşıq Abbas ağlıma
Xanə-xanə gələndə.
Onda dağlar xas, güllər xas,
Hər şeydən iman əsas!
Gülgəz arxasınca Abbas
Bu cahana gələndə.
Düşüb yarın sorağına,
Gülgəzinin fərağına;
Abbas, Yuva dağına
Yana-yana gələndə.
Ala gözlər cənlənər,
Misra-misra çinlənər.
Mirvarilər ələnər
Zülfə şanə gələndə.
15.05.2012. Təbriz.
TƏBRİZ
BAYATILARI
ÜSTÜNDƏ
ZÜMZÜMƏLƏR
I.
Ağ dəvə düzdə qaldı,
Yükü Təbrizdə qaldı;
Oğlanı dərd apardı,
Dərmanı qızda qaldı.
(Təbriz bayatısı)
Dərdim zirək çapardı,
Gəzib məni tapardı.
Qoyunu qurd apardı,
Quzusu küzdə qaldı.
Qəfil bir afət əsdi,
Bahar soldu əlüstü.
Qönçəni şaxta kəsdi
Arzusu gözdə qaldı...
05.08.2012.
Gəncə.
II.
Təbriz üstü Marağa,
Zülfün gəlməz darağa;
Gecə-gündüz arxanca
Gəzdim soraq-sorağa...
(Təbriz bayatısı)
Çərxi -zəmana döndü,
Kiprik zindana döndü.
Göz yaşım qana döndü:
Ağı sızdı varağa.
Bu,nə müşkül dərd oldu?!
Ölüm vəslə şərt oldu.
Nə dedi, hərçənd oldu...
Qurban şərtə,marağa.
Qəmxar bildim hər yadı:
Kəsməz könlüm fəryadı.
Bu sevda bir dəryadı--
Çıxmaq olmur qırağa ...
07.08.2012
Gəncə.
III.
Təbriz üstü Miyana,
Zülf
üzünə dayana...
Oxu,bülbülüm,oxu:
Bəlkə yarım oyana!
Təbriz
bayatısı
Sirrim düşdü əyana,
Ürək dərdə dayana!
Haqdan görüm- baxım var:
Bu mətləbi duyana.
Ürək istər ha yana:
Dilim gəlməz bəyana.
Oxu,bülbülüm,oxu:
Güllər əsir bu yana.
Gül içində yatan yar,
Gül yuxuya batan yar!..
Ətriylə qanadlanıb,
Yeri-göyü tutan yar.
10.08.2012
Gəncə
IV.
Təbriz üstü güneydi,
Badələr dolu meydi.
Yardan bir namə gəlib:
Başdan-başa gileydi.
Təbriz bayatısı
Qəm qalanar qəm üstdən,
Bitməz oldu bu dastan.
Toydan gəlir,ya yasdan:
Bu çalınan nə neydi?!
Tuşlanan bizə dəydi,
Tale niyə göz əydi?!
Bir həsrət var,bir ölüm:
Həsrətdən ölüm yeydi.
Təbriz üstü güneydi,
Gün quzeydən önəydi...
Gur leysan başlayaydı:
Yanan bağrım sönəydi!
O dağların sözü var :
Bir dil açıb dinəydi...
20.08.2012
Zaqatala.
ŞAHDAĞIN
SAL QAYASI
Zeynəddin
Çələbova
Sevib-seçib bir məkanda dayanıb,
Şahdağ ilə boy-boyadır Zeynəddin
!
Bilmək olmur
nə yarışdır bağlayıb :
Şahdağ ilə bir boy atır Zeynəddin!
Gün diləsə, Şahdağ ona yay
verər !
Qar istəsə, zirvəsini pay verər
!
Nə çağırsa, Şahdağ
ona hay verər :
Şahdağ ilə hay-hayadır Zeynəddin.
Hara belə, səfər hansı yönədir
?!
Hara getsə, işığadır,
Günədir!
Zirvədəki qaraltımı, ya nədir?!
Şahdağ üstdə sal qayadır
Zeynəddin!
26.02.2012
Qusar
SU GƏLƏR
ARXA, ÜZÜLMƏ...
Mənim məndən sonra min il ahım
var,
Ərşə bülənd olan “
yahu-yahu”m var.
Dilimi kəsdilər durduğum yerdə,
Barı demədilər nə
günahım var...
Duyduğunuz qədər tənha deyiləm,
Sizə görünməyən bir pənahım
var!
“Qisas qiyamətə qalmaz!”- inandım!
Mənim səbri böyük adil
şahım var!
Dağlardan dəyanət hopub ruhuma:
Dəyişməz yönüm var:qibləgahım
var!
10.08.2012
Zaqatala
DÜNYA
QOVĞA İÇİNDƏ
Sərçənin qaranquşa xilqətən
qənim yaranışının bir ibrətli lövhəsini
də qaçqınlığını Daşkəsənin
Bayan kəndində yaşamağa məcbur olmuş Haqverdi
Talıboğlunun evinin seyvanındakı yuvada öz gözlərimlə
görüb mat qalmışam. Aşağıdakı
ağrılı-acılı misraları bu münasibətlə
qələmə almışam.
Eyvanda qaranquş bir yuva qurdu,
Sonra yumurtadan çıxdı balalar.
Quşlar növbəsiylə yemə
uçurdu,
Balalar az qala pərvaz olalar...
Yuvada bir dünya sevinc havası,
Gültək açılırdı ətçəmətanlar.
Şirin civiltilər Cənnət
avazı,
Az sonra yuvadan uçar matanlar.
Erkək də,dişi də quyruqlu
qayçı:
Bala qorumağa silahlıydılar!
...Gəldi boz sərçələr,sanki
işğalçı:
Başladı bir anda huydu-huydular.
O da quş,bu da quş,eyni boy-biçim;
Bu necə rəftardı,bu necə
keçim?!
Etdilər aləmi bərbad sərçələr,
Qaranquşa necə diş
qıcartdılar.
Bu quldur sərçələr,xoryat sərçələr
Körpə balaları
qırıb-çatdılar.
Gah enir,gah qalxır bu çərxi-dəvvar,
Bəzən də
çökdürür o didikləri...
Allahın qəribə işdəkləri
var:
Gah da itiləyir küt dimdikləri.
Biri getdi,beşi gəldi...artdı sərçələr,
Artdıqca qudurmuş itə
döndülər.
Silahlı-yaraqlı atdı sərçələr
İblisdən,xortdandan pis
göründülər.
Arxalı sərçələr nə
qədər üstün!
Fağır qaranquşlar bacarmadılar.
Bala da,yuva da getdi büsbütün,
Təsəlli tapmağa bac almadılar.
Belə sul əkərmi quş
görün quşa?!
Quş da öz cinsini yurddan qovarmı?!
Nə qədər oxşardır gələnlər
başa!
Quşun da qədəri yazısı
varmı?!
***
Harda yuva qurar,harda balalar,
Harda nəsil artar,ta bundan belə?!
Düşdü arxasınca dərdü-bəlalar,
Başına nə gəldi taundan belə?!.
Yuva dağıtmağı,viran
qoymağı
İnsan sərçələrdən
öyrənib yoxsa?!
Qaralar pusquda gözləyir ağı:
Didib-parçalayır gördüyü
ağsa.
Quş bizdən qədimdi,quş bizdən
usta!
Çox qovdu-qaçdını öyrəndik
ondan.
Quştək dövr etmişik
dağların üstdə;
Sürət öyrənmişik quş
qanadından
Dimdik də silahdır,caynaq da silah!
Quşlar qan axıdıb insandan öncə.
Xoruz döyüşü də insandan
qabaq;
Qabil qan axıtdı qanı
görüncə.
lll
Dünya cahangiri olubmuş kimi,
Sərçə boylanırdı məğrur,müzəffər.
Fil çəkməz,quş necə
çəksin bu qəmi?!
Məğlub qaranquşu boğurdu qəhər.
lll
Haldan-hala düşdü evin sahibi,
Baxıb haqsızlığa,mat qaldı
tamam.
Qaralan qanıyla codlaşdı təbi,
Dedi: bu vəhşəti belə qoymaram!
Hardansa bir tüfəng tapıb gətirdi:
Üzünə aldı ki,vursun
azqını.
Arvad yaylıq atıb,özün yetirdi:
--Sərçələr qan
tökdü,sən tökmə qanı!
Qürbət ölkələrdə
övladımız var:
Susdur qəzəbini!..Qandan qan
doğar...
O qadir kişiyə tapşır onu da!
Gec elər,güc elər,düz elər
amma!
Nizamında kəsir buraxmaz Allah!
Qaranquş haqqına
çatar,İnşallah!
15.05.2012.
Gəncə
Məmməd
ASLAN
525-ci qəzet.-
2012.- 15 sentyabr.- S.28-29.