Azərbaycanda jurnalist
hazırlığı: keçmişə, indiyə və gələcəyə
baxış
-
Sizin təbirinizcə desək, biz indi çox “duzlu” yeyirik.
- Bəli,
bizə çox “duzlu” yedirirlər. “Duzdan” göz açmaq
olmur. Mənim bir təklifim var: onu ÜMİD
adlandırmışam. Ümummilli İnkişaf Doktrinası.İnkişafa
nail olmaq üçün mətbuatın üç əsas
funksiyası buna xidmət eləməlidir. Bizim millət olaraq
işimiz çoxdur. Söhbət təkcə Qarabağdan
getmir, Dərbənd, Borçalı kimi dərdlərimiz var.
Hələ əylənmək vaxtı deyil. Baxmayaraq ki, mətbuatımızın
bütün sahələri bunu ön plana çıxarır.
Əslində bizim jurnalistikanın informasiya vermək, təhlil
etmək və araşdırmaq funksiyaları olmalıdır.
Bizdə hələ indi-indi araşdırıcı jurnalistika
təşəkkül tapmağa başlayır. Eyni zamanda
bizim mətbuatımızda, xüsusilə də internet mediada
daha çox gənclər işləyir deyə, xəbərləmə
janrı üstünlük təşkil etməyə
başlayıb. Xaricdə jurnalist deyəndə reportyor nəzərdə
tutulur. Onlar xəbərə
izah vermirlər. Sadəcə xəbər verirlər, xəbərə
yalnız ekspertlər şərh verə bilər. Bizdə hələ
jurnalistikanın inkişafı tam
formalaşmadığına görə biz hələ təhlillə
məşğuluq. Elə bir sistem, konsepsiya
yaradılmalıdır ki, cəmiyyət də, jurnalistika da
özü-özünü tənzimləyə, idarə edə
bilsin, heç kimdən asılı olmasın.
- Sizin fikrinizcə, mətbuatımızda hansı janrlar artıq öz əhəmiyyətini itirməkdədir? Və jurnalistikada heç vaxt “dəbdən düşməyən” müsahibə janrı haqqında fikirlərinizi bilmək maraqlı olardı.
- Sovet dövründə jurnalistikada ən populyar janr oçerk
idi. Janrlar içərisində oçerk yeganə sözdür ki, sırf rus mənşəlidir.
Oçerkdə adətən sovet
zəhmətkeşlərinin, əmək qabaqcıllarının
haqqında yazılırdı.
Oçerk daha çox
tərənnüm xarakterli
olurdu. Artıq oçerk janrı
zamanın tələbi
ilə ölüb getməkdədir. Ümumiyyətlə, bədii-publisistik janrların
əksəriyyəti sovet
dövrünün mirasıdır
və artıq aktuallığını itirir.
Müasir dövr jurnalistikasında
xəbərləmə, analitika
və müsahibələr
aktuallığını qoruyur.
Sovet dövründə də olduğu kimi çağdaş mətbuatımızda
da müsahibə janrı ən işlək janrlardan biridir. Jurnalist mövzuya uyğun
sual verir, müsahibi isə cavablandırır. Lakin heç
də qəzet səhifəsində müsahibə
ilkin variantda götürüldüyü kimi
təqdim olunmur.
Müsahibə jurnalistin, redaktorun
montajından keçir,
sonra qəzet səhifəsində yer alır. Müsahibin dediklərini daha
lakonik və canlı şəkildə
çatdırmaq üçün
bu redaktə prosesi lazımdır.
Müsahibə sözünün hərfi mənası ərəbcədən tərcümədə
“iki tərəfin söhbəti” deməkdir.
Amma sovet dövrü jurnalistikasında
buna fakt toplama metodu və janr kimi
ayrı-ayrılıqda yanaşıblar.
Metodoloji
mövqedə duranlar müsahibəyə fakt toplama, janr mövqeyində
duranlar isə öz orijinal strukturu və formayaratma əlamətləri
olan mətnin təşkili üsulu kimi baxırdılar.
Bu yanaşmaların müəyyən üstün
cəhətləri olsa
da, əslində vahid yaradıcılıq prosesinin süni yolla iki hissəyə
parçalanması demək
idi.
Hazırda Qərbi Avropa və Amerikanın jurnalistika məktəblərində
müsahibəyə iki
tərəf arasında
gizli yarışma kimi yanaşırlar. Belə deyək
ki, sanki jurnalist bütün gizli üsullarını işə salıb müsahibindən özünə
lazım olan informasiyanı almağa çalışır və
alır da.
Jurnalistikanı başqa peşələrdən
fərqləndirən onun
tədqiqat obyektinin ümumilikdə bütün
həyat olmasıdır. Amma axı jurnalist də həyatın bütün tərəflərinə
dərindən bələd
ola bilməz.
Buna görə də KİV nümayəndələri
daha çox hansısa məsələ
ilə bağlı ekspertlərə müraciət
edərək onların
fikirlərini öyrənib
ictimaiyyətə çatdırmağa
çalışırlar. Müsahibə janrı da məhz bu zərurətdən
yaranıb və inkişaf edib. Müsahibədə jurnalistin
əsas məqsədi
bundan ibarət olmalıdır:
ictimai yüklü
hansısa məsələ
barəsində faktlara
və sitatlara söykənərək dəqiq,
bitkin informasiyanı cəmiyyətə çatdırmaq.
Dəqiqlik və qərəzsizlik
ilə yanaşı bu zaman jurnalist
vicdanlılıq prinsiplərinə
də əməl etməlidir. Bu gün bəzən elə müsahibələr
oxuyursan ki, görürsən heç
jurnalist mövzuya bələd deyil. Jurnalist kiminlə müsahibəyə
gedəcəksə, dərindən
hazırlaşmalıdır. Amerikalı mütəxəssislər belə
hesab edir ki, reportyor müsahibi
ilə görüşməmişdən
əvvəl ona hansı informasiyanın lazım olduğunu özü üçün
müəyyənləşdirməlidir və bu məlumatı
əldə etmək üçün müvafiq
suallar fikirləşməlidir. Gərək jurnalist peşəkar
olsun, öyrənmək
istədiyi məsələyə
bələd olsun ki, informasiyanı müsahibinin dili ilə daha da
zənginləşdirsin.
- Pedaqoq kimi indiki
tələbələrdən razısınızmı?
- Birmənalı cavab vermək olmur. Onlardan heç vaxt narazı ola bilmərik.
İstənilən halda gəlibsə,
onu öyrətməliyik.
Amma indi tələbələrin
təcrübəsi ilə
bağlı problemlər
də mövcuddur.
Məsələni nizama salmaq məqsədilə vahid mexanizm yaradılmalıdır.
Yaradıcılıq emalatxanasında abituriyentlər
bizim məhsulumuzdur.
Onlara jurnalistika fakültəsində
cümlə qurmaq öyrədilməməlidir. Müəyyən istedada, dünyagörüşünə
malik tələbələr
daha da təkmilləşdirilməli,
cilalanmalıdır. Yuxarı balla qəbul
olan tələbə universiteti yaxşı mütəxəssis kimi bitirmirsə, günah bizimdir. Amma biz həvəssiz, təsadüfi uşaqlara görə niyə məsuliyyət daşımalıyıq
ki? Quyuya su tökməklə quyu sulu
olmaz. Amma müəllimlərimiz də öz üzərlərində işləməlidir.
Müasir texnologiyalara bələd
olmalıdırlar.
İndi
tələbələr kompüterin
bir düyməsi ilə hər şeyi öyrənə bilirlər. Müəllim də bu tələblərə cavab
verməlidir. Bu gün onlayn jurnalistika get-gedə inkişaf edir. Jurnalistkada dərs deyən müəllim buna dərindən bələd
olmalıdır. İndi daha
çox sual edirlər ki, bloggerləri jurnalist hesab etmək olar ya yox?
Əvvəla onu deyim ki, bəlkə bloggerlərdən də tək-tük jurnalistika yönümlü insanlar çıxa bilər.
Ümumilikdə, isə bloggerliyin
jurnalistika ilə eyniləşdirilməsinin əleyhinəyəm.
Onsuz da istedadlı blogger zamanla daha da
püxtələşəcək və onlayn jurnalistikaya keçəcək.
Amma bu yüz
nəfərdən birində
ola, ya olmaya.
Bu gün sosial
şəbəkələrin, vətəndaş jurnalistikasının
ümumən mətbuata
təsiri var. Sosial şəbəkələr sosiallaşmaq,
informasiya mübadiləsi,
müzakirə və diskusiyaların aparılması
baxımından çox
önəmlidir. Bir zamanlar
adi yazıya görə burdan Moskvaya, yaxud hansısa şəhərə
getməliydik. İndi oturursan,
bircə düymə ilə sanki dünya ovcunun içindədir. Bütün bunlara
görə biz də dünyanın ümumi inkişaf tempi ilə ayaqlaşmaq üçün
cəmiyyət olaraq öz üzərimizdə
işləməli, müasirləşməliyik.
Cəmiyyət inkişaf etdikdə,
müasirləşdikdə jurnalistikamız da buna uyğun olaraq inkişaf edəcək.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2012.- 15 sentyabr.- S.22.