ASALA: erməni terrorunun üzü

 

 Dünya praktikasında terrorçuların fəaliyyətlərinə yanaşma tərzlərində ikili yanaşma mövcuddur. Bundan əlavə məhbusların ektradisiyasında da ikili standartlar həmişə müzakirə obyekti olub. Xüsusən də, erməni terrorçularının müxtəlif bəhanələrlə azadlığa buraxılması qarşılığında Ramil Səfərovun ekstradisiyasının və əfv olunmasının bu qədər müzakirə obyekti olması da birmənalı qəbul olunmur. Ermənilər bu hadisəyə müxtəlif ölkələrdə etdiyi etirazlarla kifayətlənməyərək öz ənənəvi terrorçuluq hədələrini də “işə saldı”. Ermənistanda ictimai-siyasi vəziyyətin gərginləşməsi və beynəlxalq aləmdə antiazərbaycan meyllərinin formalaşdırılması cəhdləri müşahidə olunur. 

Ermənistanın xüsusi xidmət orqanları Azərbaycana qarşı təxribat və terrorçuluq aksiyalarının törədilməsini planlaşdırdıqlarını da gizlətmirlər. Eyni zamanda, müxtəlif informasiya vasitələrində erməni terror təşkilatları tərəfindən azərbaycanlılara qarşı təhdid xarakterli bəyanatlar yayılır. Milyonlarla insanın qanını tökən “erməni terroru” 100 ildən artıqdır dünya ictimaiyyətini hədə və qorxular vasitəsilə təsirləri altında saxlamağa çalışıblar. Böyük dövlətlərin böyük siyasətlərinin dəyişdirilməsinə, sadə vətəndaşları və diplomatları öldürməklə hər kəsin nifrətini qazanmaqla yanaşı həm də qorxularına sahib olublar.

“Erməni terrorizmi” xüsusən Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan ərazilərinin işğalı ilə nəticələnmiş hərbi əməliyyatlara dəstək məqsədi ilə 1988-1994-cü illərdə Azərbaycan ərazisində 22 terror aktı keçirərək 2000-dən çox insanın ölümünə səbəb olub.

20-ci əsrin əvvəllərində yüz minlərlə türk-müsəlmanın qatili olmuş Dro, Quregin Nijde, Andranik Ozanyan, Soqomon Teyleryan kimi qatillər bu gün Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırılıblar. Hətta İrəvan şəhərində Yerablur hərbi məzarlığında ASALA-nın ölmüş üzvlərinin xatirəsinə həsr olunmuş abidə kompleksi var.

Dünyanın terrorçu anlayışının sabit olmaması və terrorçulara, məhbusların ekstradisiyasına fərqli yanaşmasına aid misallara baxdıqda məlum olur ki, öz siyasi nüfuzundan və təsirindən istifadə edərək bəzi qərb demokratları ədaləti və həqiqəti itiriblər.

11 sentyabr 1992-ci ildə Kəlbəcər rayonunda saxlanılmış, Ermənistanda dislokasiya olunmuş Rusiya Silahlı Qüvvələrinin 7-ci ordusunun hərbi qulluqçuları olan şəxslər-siraviləır Yaroslaf Yevsteqneyev, Vladislav Kudinov, Konstantin Tukiş, Andrey Filippov, Mixail Lisovoybaş leytenant Vladimir Semion Azərbaycan Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə azadlıqdan məhrumetmə və ölüm cəzasına məhkum edilmişlər. Məhkəmə onları 15 iyul 1992-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndi uğrundakı döyüşlərdə iştirak etməkdə, həmin döyüşdə Azərbaycan ordusunun xeyli sayda əsgərini öldürməkdə təqsirli bilmişSemion 15 il müddətinə azadlıqdan məhrum etmə, qalanları isə ölüm cəzasına məhkum olunmuşlar. Sonra Rusiya prezidenti B.N.YeltsinnRusiya Ali Sovetinin sədri Xasbulatovun müraciətlərinə görə, həmin şəxslər Rusiya dövlət qurumlarına təhvil verilib. Lakin həmin hərbi qulluqçular Rusiyaya gətiriləndən sonra azadlığa buraxılmışlar. 1991-ci il yanvar ayının 9-da jurnalist Salatın Əsgərova və rus hərbçilərinin ölümü ilə nəticələmiş terror aktında iştiraka görə həbs olunmuş Arteşos Mrktıçyan, Manvel Sarkisyan, Artaşes Zaxaryan, Yenok Osipyan, Arvid Manqasaryan, Qaqik ArutyunanQarnik Arustamyan cəzalarının qalan hissəsini Ermənistan ərazisində çəkilməsi üçün girov götürülmüş Xocalı sakinləri və digər azərbaycanlı vətəndaşlarla dəyişdirilmişlər. Lakin yenə də adı çəkilən cinayətkarlar Ermənistanda azadlığa buraxılıblar. Və dünya ölkələri bu hadisələrə laqeyd yanaşıblar.

Həmçinin, Dağlıq Qarabağda dinc azərbaycanlılara qarşı kütləvi qətllər törətmiş Karlen Ayrumyan, Suren Saturyan, Stanislav Sərdaryan, Aleksandr Qriqoryan, Jon Arakelyan, Qəriv Arutyunan, Qabriel QayamyanEmil Balayan da Ermənistana təhvil verilən kimi azadlığa buraxılıblar.

İtaliyada uzun müddət qanlı terror aktları törətmiş “Qırmızı Briqada”nın üzvü Marina Petrella 15 ildə  Fransada sərbəst yaşadıqdan sonra İtaliyanın xahişi ilə 2007-ci ildə həbs olunub. Hələ İtaliya məhkəməsinin 1992-ci ildə verdiyi qərarına əsasən bütün cinayətlərə görə Petrellaya ömürlük azadlıqdan məhrumetmə cəzası verilib. Fransa isə onun ekstradisiyası haqqında qərar qəbul edir,Fransa prezidenti Sarkozi İtaliyanın baş naziri Berluskoniyə ölkəsinin Petrellanı əfv olunmaq şərtiylə İtaliyaya verəcəyini bildirib. Yəni Fransa prezidenti İtaliyada terror əməllərini törətmiş Petrellanı qeyri şərtsiz azad etməli olduğu halda , onun İtaliyada əfvi ilə əlaqədar İtaliya baş nazirindən təminat alıb.

Törətdikləri cinayətlərə görə ittiham edilərək məhkum olunmuş erməni cinayətkarlarının ekstradisiyası və sonradan əfv edilərək qəhrəmanlaşdırılması ilə bağlı kifayət qədər nümunələr var.

Azərbaycanın Xalq Cümhuriyyətinin daxili işlər naziri behbud xan Cavanşırın qatili olmuş Misak Torlakyan 1921-ci ildə britaniya hərbi tribunalının qərarı ilə təqsirli bilinmiş, lakin “cinayəti törədən an anlaqsız olması” bəhanəsi ilə məsuliyyətdən azad edilib. Sonradan o, Yunanıstan, AlmaniyaABŞ-da yaşayıb. 

1983-cü il 15 iyulda Orli hava limanında törədilmiş terror aktına görə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilən Varujan Karapetyan 2001-ci ildə Ermənistan prezidenti Robert Köçəryanın müraciətindən və ASALA-nın hədələrindən sonra vətəndaşı olmadığı ölkəyə- Ermənistana ekstradisiya edilib. Maraqlıdır ki, yenə də vətəndaşı olmadığı Ermənistan hökuməti onu əfv edərək azadlığa buraxır. Baş nazir Andranik Markaryan səviyyəsində qəbul olunan Karapetyan ictimaiyyətə qəhrəman qismində təqdim olunub.

Roma, Afina və digər şəhərlərdə keçirilən terror aktlarında iştirak edən Monte Melkonyan da, 1981 və 1985-89-cu illərdə Parisdə iki dəfə azadlıqdan məhrum edilib və azadlığa buraxılandan sonra Qarabağ müharibəsində Azərbaycan sakinlərinə qarşı qəddarlığı ilə fərqlənib. 1996-cı ildə isə Ermənistanın milli qəhrəmanı adına layiq görülüb, müxtəlif şəhərlərdə adı əbədiləşdirilib.

1981-ci ildə Parisdə Türkiyə səfirliyinə qarşı “Van əməliyyatı” adlı terror aktının təşkilatçısı olduğu üçün həbs edilmiş  Vazgen Sislyan 1986-cı ildə onunla hücumda iştirak edən digər iki erməni terrorçusu- Akop CulfayanQevorq Gözəlyanla bir yerdə azadlığa buraxılıb. Hər üçü Livana, sonra isə Ermənistana köçüblər. Vazgen SislyanQevorq Gözəlyan 1992-ci ildən erməni ordusunda Azərbaycana qarşı vuruşublar. Qevorq Gözəlyan “Metsn Murad” dəstəsinin komandiri olub. Vazgen Sislyan isə “Qarabağ müharibəsi qəhrəmanı”dır və hazırda Akop Culfayanla bir yerdə “ASALA” terrorçularının toplaşdığı “Uxt Ararti” təşkilatının üzvləridir. Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri Samvel Babayan 13 avqust 1991-ci ildə dinc azərbaycanlılara qarşı terrorçuluq aktlarından ittiham olunaraq həbs edilib, 29 noyabrda isə Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməmək şərtilə girov götürülmüş azərbaycanlı əsirlər dəyişdirilib.

Azərbaycan təhlükəsizlik orqanlarının əməliyyatları nəticəsində ermənilərin terrorçuluq əməliyyatları baş tutmaylb. Lakin Ermənistan tərəfi Azərbaycan əhalisinə qarşı hərbi vasitələrlə apardığı əməliyyatlar dinc insanların həyatlarını itirməsi ilə nəticələnir.

994-cü ildə iki ölkə arasında atəşkəs imzalansa da,Ermənistan müntəzəm olaraq atəşkəsi pozur. Bu zaman təkcə hərbi qulluqçular deyil, cəbhə bölgəsində yaşayan əhali də əsas hədəfə çevrilir. Təkcə son 5 il ərzində (2007-2012) cəbhəboyu ərazilərdə 11 dinc sakin ölmüş, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

 

PƏRVİZ

 

525-ci qəzet.- 2012.- 19 sentyabr.- S.4.