Oralarda kimlər
var: Əlifbamızı düşünənlər-2
BİZ BU BARƏDƏ NEÇƏ
İLDİ YAZIRIQ (2001-2006)
ÖNCƏ BİR XƏBƏR
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
prezidenti Mahmud Kərimov Azərbaycan əlifbasının dəyişdirilməsi
ilə bağlı səslənən təkliflərə
münasibət bildirib. AMEA prezidenti APA-ya açıqlamasında deyib ki, hələlik
rəhbərlik etdiyi qurum Azərbaycan əlifbasının dəyişdirilməsi
ilə bağlı təkliflər verməyəcək: “Azərbaycan
dilinin inkişafı ilə bağlı Dövlət
Proqramının layihəsi artıq hazırlanıb və yaxınlarda
Azərbaycan Nazirlər Kabinetinə təqdim olunacaq. Əlifba ilə bağlı təklif etməyi
düşünmürük. AMEA-ya belə
bir tapşırıq da verilməyib. Bununla
bağlı sərəncam və tapşırıq olsa, AMEA təkliflərini
hazırlaya bilər”.
AMEA
prezidenti deyib ki, Azərbaycan əlifbasının tam şəkildə
dəyişdirilməsinin tərəfdarı deyil: “Amma “ə”
kimi bəzi uğursuz hərflər dəyişməlidir. Belə hərflər həqiqətən problemlər
yaradır. Bunun əvəzinə başqa
işarə tapmaq daha məqsədəuyğun olardı.
Bu hərf üstündə iki nöqtə olan
“a” kimi verilsə, yaxşı olar. Mənə
elə gəlir ki, bu haqda düşünmək
lazımdır”.
“Ç”
və “Ş” hərflərinin qrafemlər şəklində
işlədilməsinə gəlincə, M. Kərimov deyib ki,
bu hərflər kompyuterlərdə, internetdə müəyyən
problemlər yaratsa da, hər halda onların işarəsi
artıq qəbul olunub: “Amma “ə” hərfi mənə
heç münasib gəlmir. İstifadəçilərin
kompyuterlərdən istifadəsini daha rahat etmək
üçün bu hərfi dəyişmək məqsədəuyğun
olardı”.
KOMPÜTER DÜNYASINDA ƏLİFBAMIZ
VƏ YAXUD “Ə”
“C” və “J” QOVĞASI
Təbii, bu hal artıq deyək ki, bizim kimi həvəskar
kompüter sahiblərinin problemi deyil və hətta bu sahədə
çalışan mütəxəssislər belə artıq
bu problemlə üz-üzədir. Onlardan birinin təklifi ilə sizi
tanış edirik: F.B.İmranov, C.M.Məmmədov - AMEA Riyaziyyat və Mexanika
İnstitutu “Hesablama Riyaziyyatı
və İnformatika” şöbəsinin əməkdaşlarının
yazısının kiçik bir hissəsinə göz
ataq.Onların ŞRİFT ÇEVİRİCİSİ
adlı yazısında oxuyuruq:
“Bu proqramın vəzifəsi kiril qrafikası ilə
yazılmış mətnləri yeni Azəri-latın
qrafikasına (və əksinə) konvertə etmək, yəni
çevirməkdir. Lakin bu şriftlər zahirən Azərbaycanda hazırda
rəsmən qəbul olunmuş məlum latın
şrift sisteminə tam oxşasa da, məzmunca ondan xeyli fərqlənir
ki, bu fərq də, əsasən, aşağıdakılardan
ibarətdir:
1) Azərbaycanda
hazırda qəbul olunmuş məlum latın
şrift sistemindən fərqli olaraq bu şriftlər
universaldır və onların oxunması üçün
konkret olaraq yeni bir azərbayjan şrifti yaratmağa və ya
bu şriftlə yazılmış mətnləri başqa bir
yerə göndərərkən (yaxud, onu bir başqa
kompüterdə açıb oxuyarkən) mətnlə birlikdə
onun şriftini də göndərməyə heç bir
ehtiyaj yoxdur. Belə ki, dünyanın istənilən
ölkəsində yaradılan şriftlərin böyük əksəriyyəti
bizim şrift sistemimizlə yazılmış azərbayjan
dilli mətnləri oxumaq üçün yarayır. O
jümlədən, konkret olaraq “Windows” proqramının
standart baza şriftlərindən olan və “Windows”un
quraşdırıldığı bütün kompüterlərə
avtomatik olaraq düşən “Arial”,
“Times New Roman” və s. şriftləri də bu şrift
sistemi ilə yazılmış azərbayjan dilli mətnləri
tam normal əks etdirə bilir…
2)
“İnternet” şəbəkəsində Azərbayjanda
hazırda qəbul olunmuş məlum latın şrift sistemi
ilə yazılmış mətnlərin (daha doğrusu, bu mətnlərdəki
Azərbayjanın milli hərflərinin) düzgün əks olunması ilə
bağlı jiddi problemin mövjud olduğu da məlumdur, hansı
ki, bizim təqdim etdiyimiz bu şrift sistemində olan mətnlərin “İnternet” şəbəkəsində
əks olunması ilə bağlı da, yenə də
heç bir problem yoxdur və buna da “Unlimited.az” saytı əyani
nümunədir;
3) Bir
sıra hallarda (məs., Azərbayjan dilli
“WEB” səhifələri oxuyarkən) Azərbayjanda hazırda
qəbul olunmuş məlum latın şrift sistemi ilə
yazılmış mətnlərin düzgün əks
olunması üçün “ WINDOWS -2000”və ya “WINDOWS-XP” əməliyyat
sistemləri tələb olunur. Bu əməliyyat sistemlərinin
kompüterdə quraşdırılması üçünsə
500 Mb-a yaxın ümumi, 40-80 Mb-sa operativ yaddaş tələb
olunur ki, bütün bu gün Azərbayjanda belə imkanlara
malik kompüterlərin ümumi sayı, bəlkə də, 25
faizdən artıq deyil. Azərbayjanda işlədilən
kompüterlərin böyük əksəriyyəti Pentium-1 və
Pentium-2 seriyalardan olan kompüterlərdir ki, onların da
heç bir parametri “ WINDOWS -2000” və ya “
WINDOWS -XP” əməliyyat sistemlərini işlətmək
üçün yaramır. Və yaxın 5 ildə də, Azərbayjanda
Pentium-3, 4 və s. versiyaların geniş
yayılajağını söyləmək çətindir. (DİQQƏT! DİQQƏT! BU MÜTƏXƏSSİSLƏRİN
SÖYLƏDİYİ Pentium-3, VERSİYASI ŞƏXSƏN MƏNDƏ
VAR VƏ BU YAZINI DA MƏHZ HƏMİN VERSİYADA YAZIRAM) Bizim şrift
sistemimizdə tərtib olunmuş ixtiyari mətnin, o cümlədən
WEB səhifələrin normal oxunması üçünsə
“Windows””un ixtiyari versiyası (hətta 1995-ji il versiyası) belə
kifayətdir;
4) Azərbayjanda
hazırda qəbul olunmuş şrift sistemi ilə
kompüterin açılan standart məlumat pənjərələrində
hansısa azərbayjandilli məlumatı əks etdirmək
mümkün deyilsə, bizim təklif etdiyimiz şrift sistemi ilə
azərbayjandilli istənilən mətni bu pənjərələrə
çıxarmaq mümkündür;
5) Bu şriftlər standartdır, yəni bu şriftlərlə
yazılmış mətni istənilən şriftdə
açdıqda hərflərin yeri dəyişmir və s.”
Baxın,
BU MÜTƏXƏSSİSLƏRİN YAZDIĞI yazıda mən
heç nəyi dəyişmədən təqdim edirəm və
problemin iç üzü görünür.Bu yazının
orjinalı Times Roman AzCyR şrifti ilə
yazılmışdır.
Və beləliklə, dostlar artıq məmləkətmiz
dünyanın bir hissəsinə çevrildiyi
üçün bizim üçün heç də balaca
olmayan problemin həlli çox gecikir və bizim qəzetlərimizdə
və saytımızda olan yazılarımızın başqa
ölkələrdə vəya dünyanın o biri
üzündə rahat oxunması problem olaraq qalır.Və
çox zaman da bir yazımızı başqa bir redaksiyaya
aparanda CİBİMİZDƏ O YAZINI YAZDIĞIMIZ
ŞRİFTİ DƏ daşımalı oluruq.
Bunu bilənlər bilir.
“E” HƏRFİMİ QƏDİMMİ,
YOXSA “Ə”
HƏRFİMİ?
Öncə kiçik bir xəbər: “Ə” HƏRFSİZ YAZILAN ROMAN
Tanınmış
fransız yazarı Qeorqi Pereç bir dənə də
olsun “E” hərfindən istifadə
etmədən bir roman yazmışdır. “Qeybolmaq” adıyla
çap olunan bu roman,
yenə də içində “E” hərfi olmadan da
türk dilinə çevrilmişdir.Əsəri türkcəyə Cemal
Yardımcı çevirmişdir.Kitab “Ayrıntı” yayın
evində çap olunmuşdur.
Türkiyədə
daha çox “ Həyatı yaşamaq
nişangahı” adlı romanıyla tanınan ünlü fransız yazar Qeorqi Pereç elə
bu roman kimi də məhşur ola biləcək yeni “Qeybolmaq” əsəriylə daha
bir yeniliyə imza atmış və Cemal Yardımcı da
yazıçının bu üslubunu eynən saxlayaraq əsəri
türk oxucularına
çatdırmışdır.Cemal Yardımcı
işinin çətinliyini belə anlatmışdır:
fransızcada “E” hərfini
istifadə etmədikdə bu yazı dili 30-40 faiz söz
imkanını azaldır.Türkcədə isə bu faiz
dörddə birə enir.
Yazarın “E” hərfindən istifadə etmədiyi elə-belə
havadan asılı bir şey deyil. Fransız faşist təşkilatının
alman faşistlərlə əlbir olaraq fransızları öldürdüyünə
və əsir düşərgələrində olan əsirlərdən
birinin də yazarın anası olduğuna işarətdir.
İddialara görə Pereç özü bu
barədə danışmayana qədər heç bir tənqidçi
bu əsərin “E” hərfsiz yazıldığının fərqində
olmamışdır.
Hind-Avropa dillərində on illər boyu “E” hərfi
üzərində mübahisə gedib. Qeyd etdiyimiz kimi F.Bopp və
digərləri iddia edirdilər ki, kök dildə “E” hərfi
olmayıb,çünki sanskritdə və
digər Hind-İran dillərində bu hərfə təsadüf
edilmir. Nəhayət,palatalizasiya qanunu sayəsində müəyyən edildi ki, sanskritdə
əvvəl “E” hərfi varmış, lakin onu sanskritdə “A”
hərfi sıxışdırıb
çıxarıbmış. Türkologiyada isə “E”
haqqında mübahisə hələ təzəcə
qızışırdı, belə ki, nə Orxan-Yenisey abidələrində, nə də
uyğur yazılarında “E” aşkar edilməmişdi,buna
görə də iddia edilirdi ki,həmin sait yerli -dibli
olmayıb,bu hərf sonralar “Ə” hərfi əsasında yaranıb.
Yunan
filosofları hərdən bir özlərinə sual verirdilər : “Görəsən mən səbəblə
nəticəni qarışıq salmıram ki?”.
Bu sual
yunan fəlsəfəsinin və təbiətşünaslıq
elmlərinin inkişafına təkan
və istiqamət verirdi.Lakin türkoloqların
ağlına də gəlmirdi ki, heç olmasa nəzəri cəhətdən
bu iki məchul cəmiyyətin “Ə > A” “E> A” dəyişib
bundan ən alınacağına baxsınlar.Bu türk
fonetikası və
morfologiyasındakı bir sıra dolaşıqlıq,məntiqsizlik
və qanunauyğunsuzluqları
izah edə bilərdi. Bəzən nüfuzlu alimlərin hədsiz
düzgün müddəası elmi surətdən salır, ləngidir,
açıq-aşkar məntiqsiz nəzəriyyənin
bütün binasına zidd olan müddəası isə,
gözlənilmədən elmə təkan verib onu irəliyə
aparır.
A. Şerbak
bir neçə yüz praformanı ( yəni
ana türk dili sözlərini) bərpa etmişdir.Bu sözlərin
heç birində “E” yoxdur.
lll
Uzun illərdən bəridir ki, Türkiyə türkləriylə bizim aramızda olan “E” və “Ə” çəkişməsinin də bu iki eyni dilə və danışıq formasına nə qədər mane olduğunu əyani surətdə sübut edir. “E” ya da “Ə” - bunların hansının daha vacib olduğu bü gün qədər dilçi alimlər tərəfindən bir yerlərə çıxarılmayıb.Və bu nədənlə bir çox əksikliklərlə üzləşirik ki, günü günə sataraq ləng tərpənirik.Vəya ən mühüm və ciddi addımı ata bilmirik.Dediyimizdən və indicə misal gətirdiyimiz örnəkdən bu anlaşılmasın ki,bizim türkcənin Ə-si türk dili üçün daha doğma imiş, nəinki Türkiyə türklərinin “E” hərfi. Yazımızın ikinci bölümündəki elmi araşdırma əsasənda yazılan fikirlər böyük türkoloq Oljas Süleymenova məxsusdur və unudulmaz tərcüməçi Natiq Səfərovun tərcümə etdiyi AZ VƏ YA kitabındandır. Bu fikirlərə baxdıqda böyük türkoloq və yazar Oljas Süleymenovu öz soyadındakı “E” hərfləri də onu incitməmiş olmalı ki,həqiqətin gözünün içinə düz baxmışdır.Bu nədənlə fransız bir yazarın “E” hərfini istifadə etmədən bir roman yazması və bir türk yazarın “E” hərfi olmadan onu türkcəyə çevirməsi bizə heç də oyun və əllaməçilik kimi görünməməlidir.
Mən dilçi deyiləm, amma bu yazını işlədiyim anda ağlımdan belə bir sual keçdi: əcəba, “E” hərfimi qədimmi,yoxsa “Ə” hərfi?
Tofiq ABDİN
525-ci qəzet.-
2012.- 22 sentyabr.- S.23.