Ağaca dönən Zərdüşt!

 

Yaxşı yazmaq bir az da ölüm

kimidi - 

Sonra hamı sənə rəhmət

oxuyur...”

 

  Zərdüşt Şəfi

 

 Başqa adamlarkitabının təqdimat mərasimində düşündüklərimdən  yazmaq istəyirəm. Kiminsə sevincinə şərik olmaq, xoş hadisələrdən yazmaq daha rahatdı, ona görə. Niyyətim gerçəklikdən qaçmaq deyil. Yaxşı başa düşürəm ki, ölüm geri qaytarılması mümkün olmayan kino lentidir. İtkiyə ağlamaq lazım olduğunu da bilirəm. Ən azından içindəki ağrını yuyub təmizləmək üçün. Əslində  ölümə yazılan əsərlərin məğzində bu durur: Ağlatmaq! Xalq da ağılar qoşub, yas mərasimlərinəağladan”lar çağırmaqla bilir edir... Amma bütün bunlar yaxınımız, dostumuz haqqında xoş söz demək üçün ölümü gözləməyimizə bəraət qazandırmır. , Zərdüştün qədər fərqli müsbət auralı olduğunuBaşqa adamlar”ın təqdimatında deməli, kitabı oxuyanda yazmalı, Şabrandakı imza günündə çıxışımda vurğulamalıydım. Məhz müsbət. İnsan beynində çox qəribə bir filtr var. Yeni mühitə düşürsən, hamını eyni rəngdə görürsən, hər kəsə eyni cür baxırsan. Amma bir müddət keçir, dəyirman işə düşüb yeni tanışları arıtlayır - müsbətləri, mənfiləri hərəsini öz yerinə qoyur. Əvvəlcə bunun fərqində olmursan, amma birdən özünə hesabat da verirsən. əslindəAdamseçməcihazını kiçik hadisələrin, ani məqamların hərəkətə gətirdiyini   anlayırsan...

...”Gənc Ədiblər Məktəbi”nə qoşulduğum ilk vaxtlarda Zərdüşt başqalarından o qədər seçilmirdi. Yəni onunBaşqa adamolduğunu bir neçə ay sonra müşahidə edəcəkdim. Əyri-üyrü yerişi, saqqal saxlamağı, bəzən eynəkdən yaxşı görmək yox, xarizmanı artırmaq  üçün istifadə etməyi ilk baxışdan özünəvurğun yeniyetmə təəssüratı yaradırdı. Amma birinci Milli Kitab Mükafatının təqdimetmə mərasimində ona aid fikirlərim tamam dəyişildi. “Park İnnotelindəki tədbirdə yanaşı oturmuşduq. Elxan Qaraqanın qalib gələcəyi ilə bağlı qızğın müzakirələr edirdik. Müsabiqənin onluğuna düşən əsərlərdən danışanda Zərdüşt elə bir cümlə işlətdi ki... “Əgər mən yazmağa başlamazdan əvvəl Fəxri Uğurlunu oxusaydım, əlimə heç vaxt qələm almazdım...” Paxıllar cəmiyyətində, gənclərin az qala Nizamiyə, FüzuliyəDahidir, amma məndən sonra...” dediyi bir zəmanədə belə fikir eşitmək Abşeronun neft mədənlərinin ortasında yamyaşıl meşə görmək kimi idi... Zərdüşt təəccübdən ayılmağa imkan vermədənVallah yazmazdım!” - deyə əlavə etdi. Fəxri Uğurlunun hekayələrindən şövqlə, heyranlıqla xeyli danışdı, ağızdolusu təriflədi. Sonralar Zərdüştün yazılarında da yaxşını görə bilmək, dəyərləndirmək, qızırğanmadan təbliğ etmək xüsusiyyətini duydum. Elə Fəxri Uğurlu haqqında da düşündüklərini təkcə mənə, 3-5 dostuna deməklə kifayətlənməmişdi. “525-ci qəzet”də çap olunanFəxrini oxumasaqməqaləsində yazmışdı: 

“...Mən onsuz da Fəxrini oxuyandan sonra bildim ki, məndən yazıçı olmaz. Ancaq əzizlərim, Fəxrini oxumasanız, sizdən oxucu olmayacaq...”

Zərdüşt kimisə özündən daha istedadlı görə bilirdi... Elə bu xasiyyətiylə Başqa idi... Sonralar onun yaxınının, dostunun xoş gününə sevinməsini,  son dərəcə tərbiyəli, iddiasız, sakit, təmkinli davranışını müxtəlif tədbirlərdə, səfərlərdə müşahidə etmişdim. O, “Modelyanifilminin rejissoru Maykl Devis haqqında hansı rəğbətlə danışardısa, gələcəkdə ona rəqib ola biləcək birimizin uğurlu hekayəsini eynitonallıqdatərifləyərdi... Sevimli...Zərif...Mənim”in çap olunduğu şənbə Zərdüşt 2 dəqiqəlik təbrik zəngi ilə hekayəmə münasibətimi tamam dəyişmişdi.

Amma Zərdüştü daha yaxşı tanımaq imkanım Şabranda onunBaşqa adamlar mənimQar yağacaqkitabımın imza günündə yarandı. Təəssüf ki, mən onun həmin günki davranışının mahiyyətini ölümündən sonra anladım. Ukraynada bir neçə ay “vuruşubqayıtdığı xəstəliyi barədə sual veriləndə  mövzunu dəyişirdi. Rəşad müəllimin artıq öyrəşdiyimizyazın”, “oxuyun”, “tənbəllik etməyinəmrlərini o qədər nikbin, həm itaətkarlıqla qarşılayırdı ki, kimsə onun əslində düşündüyünü təsəvvürünə gətirməzdi. Yolboyu zarafatları, dünya kinosuna, ədəbiyyatına adi dedikləri, oxumaq istədiyi kitablardan, baxmaq planlaşdırdığı filmlərdən, yazmalı olduğu hekayələrdən necə həvəslə danışması heç yadımdan çıxmır. Necə uydururmuş hamısını... Ölümün görüşünə hazırlaşdığını ustalıqla gizlədirdi! Rəşad müəllimin yazmaq tələb edəcəyini hesablamışdı. Bir müddət yazılardan dincəlib rejissorluq öyrənmək istəyirəm...” - deyirdi. Bir sözlə onun danışığından, jestindən, davranışından, vida əhval-ruhiyyəsi zərrə qədər duyulmurdu. Yolüstü Şabran Diyarşünaslıq Muzeyini ziyarət etmişdik. Əyalət muzeyinin əməkdaşları üçün Bakıdan gənc yazarların gəlişi maraqlı idi deyəsən. Qızlar xüsusi canfəşanlıqla eksponatları göstərir, məlumat verir, bizimlə bərabər şəkillər çəkdirirdilər. Muzeydən çıxanda Zərdüşt fotoaparatımdakı şəkillərə baxıb gülə-gülə dedi: “Pərvin, 20 il sonra biz çox məşhur yazıçı olacağıq, camaat bu şəkillərə baxıb yanımızdakı adamları axtaracaq...”

20 il yaşamaq planlaşdırırmış həmin gün! 

... Rejissorluq öyrənməsinə ehtiyac yox imiş. Artıq həmin gün Zərdüşt əsl sənətkar idi. Baş qəhrəmanı olan xəstəliyi gizlətmək üçün onu elə qrimləmişdi, o qədər gözəl fon, rənglər seçmişdi ki... Kimsə bu qrimin altından ölümün çıxacağını, al-əlvan fonun an içində tündləşəcəyini, ssenarinin ortada qırılacağını ağlına gətirməzdi. Bəlkə elə Əzraili qəzəbləndirən bu idi...

“... belə bir gecəyə düşdünsə, qorxma, ölməyəcəksən, ən azından ona görə ki, sabaha qədər davam edən bu əzab Əzrailə daha çox ləzzət verir, nəinki sənin canını almaq...” 

Ölümündən üç il əvvəlƏzrailin ləzzət aldığı gecəessesində yazmışdı bunu. Gecədən sübhə kimi özünə yer tapa bilməyən, əzab çəkən adamın halını təsvir edib, sonda bu nəticəyə gəlmişdi. Bəlkə təklikdə, kimsənin başı üstündə olmadığı saysız-hesabsız gecələrdə bu cür ləzzəti Əzrailə çox yaşatmışdı. Amma bu əzabını, dərdini heç bölüşmədi bizlərlə.

Zərdüştün ölüm xəbərini oxuyanda Azərbaycanda deyildim. yas mərasimində iştirak edə bildim, dostlara qoşulub ağlamaq imkanım oldu... Saytlardan birində meşədəki son mənzilinin şəklini gördüm.Gənc Ədiblər Məktəbi”nin əklili vardı qəbri üstündə. Qoderzi Çoxeli yadıma düşdü. Zərdüştün sevdiyi yazıçı idi. Ötən il onun haqqında “Su üzündə hekayələressesini yazmışdı:

Qoderzinin hekayələri içində bir çox hekayənin əsas mövzusu insanın insanlıqdan imtina etməsi təbiətin bir hissəsinə çevrilmək istəməsidir. Bu bəzən qəhrəmanın ruh halı ilə bağlı olursa, bəzən cəmiyyətin mənfi yükləri artıq qaldırıla bilməyəcək hala gələndə baş verir.

İnsan özündən çıxıb başqa nəyəsə çevrilmək istəyir çevrilir: balığa, marala, qartala, ağaca. Qoderzinin hekayələrində bu ildırım qədər təbii hadisə kimi görünür...”   

Esseni yenidən oxudum anladım! Buna görə nikbin imiş Zərdüşt. Bilirmiş ki, ölməyəcək. Sadəcə, Bum kəndindəki meşədə bir ağaca çevriləcək.

Ruhu şad olsun!  

 

 

PƏRVİN

 

525-ci qəzet.- 2012.- 22 sentyabr.- S.21.