Təşəkkürlər və arzular

 

Tarixin dünəninə nəzər saldıqda görürük ki, elə şəxsiyyətlər var, tarixi elə onlar özləri yazıblar. Azərbaycan professional musiqisinin banisi, dahi Üzeyir Hacıbəyli məhz belə şəxsiyyətlərdəndir! Doğrudan da dahilər heç vaxt ölmürlər!

Mən peşəkar musiqiçiyəm. Azərbaycanın adı, onun mədəniyyəti mənim üçün hər şeydən önəmlidir. Mən həmişə cəmiyyətə faydalı olmağa çalışmışam. Ümummilli lider Heydər ƏliyevinMən fəxr edirəm ki, Azərbaycanlıyam!” sözləri mənim üçün həyat kredosudur! Daim  məqsədim Azərbaycan mədəniyyətini dünyanın müxtəlif ölkələrində layiqincə təmsil etmək, təbliğ etməkdir. Müasir Azərbaycanımız gündən-günə inkişaf edir. Sürətli inkişaf, bu tərəqqi biz gəncləri sevindirir ruhlandırır. Çünki ölkə rəhbərliyinin, Prezident İlham Əliyev gənclərə daima böyük diqqət, qayğı göstərir. Milli irsimizin, milli musiqimizin keşiyində duran, sənətə dəyər verən Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın da yüksək diqqəti gəncləri işə daha məsuliyyətlə, ürəklə yanaşmağa həvəsləndirir. Bu gün Azərbaycanda yaşadığımız, fəaliyyət göstərdiyimiz üçün böyük qürur duyuruq. Bu inkişafın, bu qayğının müqabilində qədər çalışsaq, yenə azdır.

Hazırda mən Azərbaycan Televiziya Radiosunun musiqi kollektivlərinin bədii rəhbəriyəm. İşimlə fəxr edirəm. Bu etimadı doğrultmağa çalışıram. Ölkə rəhbərliyinin apardığı məqsədyönlü uzaqgörən, dövlət gənclər siyasəti imkan verir ki, biz inamla deyək: - 2020-ci il Azərbaycan Gəncləri İli kimi dünyaya səs salacaq!.

Son zamanlar doğma televiziya radiomuzda  gedən inkişaf efirdə özünü göstərir. Sədrimiz, millət vəkili Arif Alışanov burada gənclərə böyük imkanlar yaradır. Belə ki, son 6 ayda təkcə musiqi kollektivlərilə bağlı 30-a yaxın gənc işə qəbul olunub. Bu bizə olan qayğıdan xəbər verir. Bu nəcibliyə görə mən bir daha bizə dəstək verən insanlara minnətdaram. Üzeyirbəyin vaxtı ilə yaratdığı bu kollektivlər bizim milli dəyərlərimizə xidmət edir.

Sənət məbədgahı, sənət ocağı olan AzərbaycanTeleviziyası Radiosunun musiqi kollektivləri, milli irsimizi daim yaşadır. Əməkdar Kollektiv, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 80 illik yubileyi ərəfəsində bu orkestrin tarixinə aid kitab işıq üzü gördü. Müəllifi olduğum bu kitabın çıxmasında roluna görə televiziya rəhbərliyinə Azercellşirkətinə minnətdarlığımı bildirirəm.

Həmçinin Cahangir Cahangirov adına Xorun CD albomu buraxılıb. Peşəkar musiqiçiləri, istedadlı gəncləri vaxtaşırı lentə alan Azərbaycan Televiziya Radiosunun bədii rəhbəri, əməkdar incəsənət xadimi, rejissor Etibar Babayev tərəfindən ifalar çəkilir tarixə həkk olunur.

80 illik yaradıcılıq yolu keçmiş Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Niyazi adına Simfonik Orkestr, 75 illik yubileyi ərəfəsində olan Cahangir Cahangirov adına Xor ən yüksək mədəni dəyərləri özündə əks etdirir. Bizim isə borcumuz bu dəyərləri gələcək nəsillərə ötürməkdir.

İnzibati işdə işləməkdən öncə mənim ən böyük arzum Qarabağda, Şuşada, Cıdır düzündə Koroğlunu oynamaqdır. İndi bir arzum da var. Mənə canım qədər əziz olan Azərbaycan musiqisini özündə əks etdirən bu musiqi ordusu ilə Azərbaycan musiqisini dünyada inamla təbliğ etmək! 

 

 

Ramil QASIMOV,

AzTV-nin musiqi kollektivlərinin

bədii rəhbəri

 

525-ci qəzet.- 2012.- 22 sentyabr.- S.20.