Xilaskar
Ramil Səfərovun xilaskarı
cənab Prezident İlham Əliyevə məktub
Nəriman Həsənzadə,
Xalq şairi
Cənab
Ali Baş Komandan, sərəncamın muğam
oldu,
Şəhidlərin məzarına bu əklil ehtiram oldu.
Azərbaycan nəfəs aldı,
ürək bir az aram oldu,
Ulu Tanrım
çox görməsin
bu torpağa-daşa səni.
Sən Vətənin şərəfini
qoruyursan, qoru belə,
Vətən deyir vətən
oğlu, düz belədir, doğru belə,
Canımızdan belə çıxır
çəkdiyimiz ağrı
belə,
Yaşa sevən ürəklərdə
bu ürəklə yaşa səni.
Qoy ədalət zəfər çalsın, xeyir çıxsın qabağına,
Daşlı yollar yolçususan daş dəyməsin ayağına.
Biz and içdik toxunulmaz Azərbaycan bayrağına,
Ucaltdığın bayraq kimi uca
gördük, uca səni.
Qanımızda, ruhumuzda bir istiqlal nəğməsi var,
Qaçqınların, köçkünlərin
fəryadı var, naləsi var,
Ölən kimsə, o düşməndir,
min qəsdi var, qərəzi var,
Mən tapşırdım
bu tarixdə, tarixi yaddaşa səni.
Yurdumuzu
işğal edən talançıdı, həramidi,
Qəhrəmanı xilas etmək qəhrəmanlıq məramıdı,
Oğulların hünər yolu
ataların davamıdı,
Zaman özü
alqışlayır, mərd
atanla qoşa səni.
03.09.2012
525-ci qəzet.-
2012.- 22 sentyabr.- S.16.